Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
1-12-2024, 14:23
Ermənilər Qarabağda heyvanların kökünü kəsib: "Burada düz-əməlli quş görmədik"


Ermənilər Qarabağda heyvanların kökünü kəsib: "Burada düz-əməlli quş görmədik"

İşğaldan azad edilən ərazilərdə bəzi vəhşi heyvan növləri bərpa olunub. Buraya dağ keçilərini, meşələrdə yaşayan cüyürləri aid edə bilərik. Məsələn, nəsli kəsilməkdə olan Qafqaz tetrasını da azad edilən ərazilərdə görmək mükündür.
Bunu Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri, tanınmış zooloq Elşad Əsgərov bildirib.
O qeyd edib ki, Kəlbəcərdə əvvəllər çaqqal, sağsağan, sarı köynək, Göycəqarğaya rast gəlinməzdi: "Biz orada bu quşları da müşahidə etdik. Ola bilsin ki, iqlim dəyişməsi nəticəsində buraya gəliblər. Həmin quşlar, çaqqallar özü quraqlıq ərazilərə məxsus heyvanlardır. Ola bilsin ki, iqlim dəyişməsi ilə bağlı quraqlıq getdiyi üçün bu heyvanların da arealları genişlənib”.
Zooloqun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə hələlik ciddi tədqiqatlar aparılmayıb:
“Mina təhlükəsi ilə bağlı olaraq alimləri hər yerə buraxılmır. Mən şəxsi təşəbbüsümlə orada olmuşam. Ermənilər həmin ərazilərin hər yerində yaşamayıblar. Onlar kəndləri talayıblar, amma daimi yaşayış olmayıb. Əlləri çatmayan yerlərdə təbiət bərpa olub. Harada ki, yaşayıblar, orada meşələrə ziyan vurublar. İri ağaclar ermənilər tərəfindən kəsilib ki, bu da quşların bu ərazidən qalmamasına səbəb olub. Biz 3 il ərzində burada düz-əməlli quş görmədik. Elə hesab edirəm ki, bu xüsusilə toxum verən ağacların kəsilməsi ilə bağlıdır. Əsasən Kəlbəcər rayonunda apardığımız tədqiqatlar zamanı kameralar, fototələlər quraşdırmışıq. Bunlar vasitəsilə heyvanların foto və videoları qeydə alınır. Keçən dəfə Kəlbəcərdə bəbirin foto və videosu da çəkdik”.
E.Əsgərov qeyd edib ki, azad edilən ərazilərdə heyvanların insanlara hücum etməsi xəbərlərini görüb:
"Bu hadisələr əsasən insanların öz günahları ucbatından baş verir. İnsan özü heyvanları provokasiya edir. Onda da heyvanlar qarşılıq verir. Sadəcə girib internetə baxmaq kifayətdir ki, bu heyvanların qida rasionunda insan olmadığını görək. Heyvanlar yalnız onları qıcıqlandıran, provokasiya edən zaman hücum edirlər. İndi isə ayılar qış yuxusuna gedəcək. Yəqin ki, qış ərzində elə bir təhlükə olmayacaq. Amma ayı ilə qarşılaşdıqda müəyyən yollar var ki, insan özünü müdafiə edə bilər. Ən sadə üsul kiçik pirotexniki vasitələrdir ki, biri yandırıb atsanız, ayı oradan uzaqlaşacaq. Ümumiyyətlə yırtıcıların duyğu orqanları insandan daha həssas inkişaf edib. Ona görə də insanla qarşılaşamqdan yayınırlar. Onlar insanı uzaqdan görəndə, səsini eşidəndə, qoxusunu alanda uzaqlaşırlar. Onlar insanla qarşılaşmaq həvəsində deyillər. Əgər qarşılaşsanız həmin pirotexniki vasitədən istifadə etmək kifayətdir. Burada bir məqam da var ki, yırtıcılarla qarşılaşanda qarçmaq lazım deyil. Siz nə qədər sürətli olsanız da, onlar sizdən dəfələrlə sürətlidirlər. Yırtıcıdan qaçanda onlarda təqib instinkti başlayır. Onlar səni artıq şikar kimi görür və qovalamağa başlayırlar. Ona görə də məsləhət görürük ki, panikaya düşmədən, gözünüzü yırtıcıdan çəkmədən yavaş addımlarla geriyə çəkilmək lazımdır”.
1-12-2024, 12:27
Gürcü səfirlərin istefaları davam edir


Gürcü səfirlərin istefaları davam edir

Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarından sonra ölkənin xarici ölkələrdəki səfirləri istefa verməyə başlayıb.
Ötən gün Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya, habelə ölkənin ABŞ və Litvadakı səfirləri David Zalkaliani və Salome Şafakidze, Niderland Krallığındakı səfiri David Solomonia paytaxt Tbilisi və digər şəhərlərdəki etirazlar fonunda istefa veriblər.
David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib:
“İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”.
Qeyd edək ki, David Zalkaliani ölkənin sabiq xarici işlər naziridir. Yaxın saatlarda isə Bolqarıstandakı səfir Otar Berdzenişvili və İtaliyadakı səfir İrakli Vekua da istefa veriblər. Bildirilir ki, istefalar davam edəcək.
Xatırladaq ki, səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarının 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar.
1-12-2024, 11:00
Tramp BRİCS-i gömrük rüsumları ilə hədələdi


Tramp BRİCS-i gömrük rüsumları ilə hədələdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp BRİCS ölkələrini hədələyib.
“Truth” sosial şəbəkəsindəki hesabında məsələyə münasibət bildirən Tramp BRİCS qrupuna xəbərdarlıq edib ki, əgər onlar yeni valyuta yaratsalar, ABŞ hökuməti bu ölkələrə qarşı gömrük rüsumlarını 100 faiz artıracaq.
"Biz istəyirik ki, bu ölkələr yeni BRİCS valyutası yaratmayacaqları və ya güclü ABŞ dollarını əvəz edəcək başqa valyutanı dəstəkləməyəcəkləri barədə öhdəlik götürsünlər. Əks halda, onlar 100 faiz tariflərlə üzləşəcək və böyük ABŞ iqtisadiyyatına satışla vidalaşmalı olacaqlar. Onlar gedib özlərinə başqa avam tapsınlar. BRİCS-in beynəlxalq ticarətdə ABŞ dollarını əvəz etməsi mümkün deyil və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır”, - deyə tramp bildirib.
1-12-2024, 01:05
Gığı məktəbinin 100 illiyi qeyd olunub


Gığı məktəbinin 100 illiyi qeyd olunub

Qərbi Azərbaycan İcmasında, Qafan rayonunun Gığı kənd orta məktəbinin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Tarix dolu bir məkanın təhsil ocağının keçdiyi bir əsrlik yolun təntənəsini qeyd etmək üçün təşkil olunan bu tədbir, həm də vətən sevgisinin, yurd həsrətinin çulğaşdığı mərasim idi.
Tədbir Qərbi Azərbaycanın Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun açılış nitqi ilə başladı. İlk növbədə, vətən yolunda canını fəda edən şəhidlərimizin və Gığı kənd orta məktəbinin dünyasını dəyişmiş müəllimlərinin əziz xatirəsi yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir rəsmi olaraq açıq elan olundu.
Məruzə ilə çıxış edən Bəhruz Piriyev Gığı kəndinin tarixi və kənddə yaradılan məktəbin keçdiyi şərəfli yoldan danışdı. O, nitqində məktəbin tarixi missiyasını belə ifadə etdi: "Vətən həsrəti, yurd həsrəti ilə döyünən qəlbimizdə daim ucalan Gığı kənd orta məktəbi Qafan rayonunun ən uca zirvələrindədir."

O, Qərbi azərbaycanlıların özlərini ifadə etmələri üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi və Qərbi Azərbaycana qayıdış yolunda milli birliyin əhəmiyyətindən danışdı.
Tədbir çərçivəsində Gığı kənd orta məktəbinin keçmiş müəllim heyəti və məzunları haqqında hazırlanmış videoçarx nümayiş etdirildi. Bu videoçarxda məktəbin yetirdiyi professorlar və ziyalıların həyat hekayələri, təhsil uğurları təqdim olundu. Tədbir iştirakçıları bu anlarda duyğulu anlar yaşadı, məktəbin əsrlik zəhmətinin şərəfini bir daha hiss etdilər.
AMEA-nın Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramov tədbirdə çıxış edərək Gığı kəndinin Osmanlı dövrünə aid sənədlərdə adının keçdiyini, Gığı kəndində müsəlman-türklərin yaşadığını qeyd etdi.
Tədbirin digər iştirakçısı, professor, şair Paşa Qəlbinur Sovetlər dönəmində dostları ilə birlikdə Gığı kəndinə etdiyi səyahətdən, kəndin mehriban insanlarının qonaqpərvərliyindən, təbiətinin gözəlliyindən bəhs elədi, o yerlərlə bağlı xatirələrini bölüşdü.

Tədbirin ən vacib mesajı isə iştirakçıların Qərbi Azərbaycana qayıdışa və Azərbaycanın bütövləşəcəyinə olan inam idi. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında bu arzunun gerçəkləşəcəyi ümidi ilə birləşdilər. Onların qəlbində yurd sevgisi və əqidələrinə sədaqət ən yüksək dərəcədə hiss olunurdu.
Gığı kənd orta məktəbinin 100 illik yubileyi yalnız bir təhsil müəssisəsinin tarixini deyil, həm də bir xalqın əzm və iradəsini nümayiş etdirdi. Tədbir, keçmişin xatirələri ilə gələcəyin ümidlərini birləşdirərək yaddaşlara yazıldı. Sonda xatirə şəkilləri çəkdirildi.
P.S.Tədbirdən hazırlanacaq geniş reportajı “Bütöv Azərbaycan” qəzetində oxuya bilərsiniz.
Tehran YUSİFLİ,
“Bütöv Azərbaycan” qəzetinin
Qərbi Azərbaycan üzrə Xüsusi müxbiri






[center]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!