"Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama .....                        Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı .....                        Prezidentlər Əbu-Dabidə bir araya gəldilər .....                        Qobustanda məşhur restorana hücum edənlər tutuldu .....                        İtkin düşən tibb bacısının meyiti tapıldı .....                        Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin məbləği .....                        Bələdiyyə seçkisinin ən gənc namizədi bu partiyanın üzvüdür .....                        Yardan sarı .....                        Abşeronda pakistanlıların üzərinə divar aşdı: araşdırma aparılır .....                       
Bu gün, 19:34
"Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama


"Qarabağ"dan Juninyo ilə bağlı rəsmi açıqlama

"Qarabağ" futbolçusu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna mümkün keçidi ilə bağlı rəsmi danışıqları davam etdirir.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şəxsi müqaviləsinin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio-de-Janeyroya yollanıb.
Bu gün, 19:05
Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı


Nəzrinin ölümü ilə bağlı cinayət işi açıldı

Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Prokurorluqdan məlumat verilib.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
Xatırladaq ki, yanvarın 3-də cərrah Sənan Mehdiyev tərəfindən keçirilən əməliyyatdan bir gün sonra onun vəziyyəti ağırlaşıb. Koma vəziyyətində xəstəxanaya yerləşdirilən Nəzrin Mansurovanın həyatı xilas etmək mümkün olmayıb.
Hazırda Nəzrin Mansurovanın ölümünün səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu, cərrah Sənan Mehdiyevin adı hallanan ilk hadisə deyil. 2015-ci ildə onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova da həyatını itirmişdi. Həmin vaxt həkimə qısa müddətə azadlıqdan məhrumetmə cəzası verilsə də, daha sonra ev dustaqlığı ilə cəzası dəyişdirilmişdi.
Bu gün, 18:32
Prezidentlər Əbu-Dabidə bir araya gəldilər


Prezidentlər Əbu-Dabidə bir araya gəldilər

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.
Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.
Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olundu.
Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Bu gün, 18:20
Qobustanda məşhur restorana hücum edənlər tutuldu


Qobustanda məşhur restorana hücum edənlər tutuldu

Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən “Sheyx Lounge” restoranına bir qrup şəxs basqın edib.
Hadisəni əks etdirən görüntülər Baku.es-in sosial şəbəkə səhifəsində yayılıb. Bildirilib ki, restorana hücum edən şəxslər sözügedən qəsəbə sakinləridir: “Hücum edən 5 nəfər - Qədirov Fariz Arif oğlu, Qədirov Sübhan, Qədirov Ağa və kimliyi bilinməyən iki nəfər olub.
Restoran sahibi ilə şəxsi tanışlıqlarının olmadığı bildirilən bu şəxslər qəsəbənin imkanlı insanlarından sayılırlar. Onların hücum zamanı soyuq silahlardan istifadə etdiyi, həmçinin müştəriləri döydükləri iddia olunub. Şahidlərin sözlərinə görə, qeyd olunan şəxslər restorana hücum zamanı obyektin işlədilməsinə icazə verməyəcəklərini bildiriblər. Hücum nəticəsində restorana 25 min manata qədər maddi ziyan dəyib. Restoranı işlədən şəxs ayağından yaralanıb. O, həyatının təhlükə altında olduğunu bildirib”.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib ki, Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən restoranların birində münaqişə baş verməsi barədə polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.
Bu gün, 17:57
İtkin düşən tibb bacısının meyiti tapıldı


İtkin düşən tibb bacısının meyiti tapıldı

Qusar rayonunda meşədən qadın meyiti tapılıb.
Qusar Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyə Nigar Şabanovanın şəhər yaxınlığındakı meşədən meyiti tapılıb.
Onuda qeyd edək ki, Nigar Şabanova xəstəxananın Stomatologiya şöbəsində həyat yoldaşı həkim Elşən Şabanovu yanında tibb bacısı kimi çalışırdı.
N.Şabanova iki gün öncə itkin düşüb, onun iki azyaşlı uşağı var.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 17:49
Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin məbləği


Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin məbləği

Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinin təşkili layihələri üzrə müəyyən işlərə başlanılır.
Qeyd olunan şəhərlərdə sözügedən layihələr üzrə ərazinin hazır vəziyyətə gətirilməsi üçün torpaq və şaquli planlaşdırma işləri həyata keçiriləcək.
Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində hazırlıq işləri yekunlaşıb.
Qurum sözügedən işlərin icrasını “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb. Müüqaviləyə əsasən, şirkətə 29,5 min manat ödənilib.
Qeyd edək ki, “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 322 min manat olan QSC-nin qanuni təmsilçisi Sadıqov Rauf Sahib oğludur.
Bu gün, 17:43
Bələdiyyə seçkisinin ən gənc namizədi bu partiyanın üzvüdür


Bələdiyyə seçkisinin ən gənc namizədi bu partiyanın üzvüdür

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq.
Namizədlərdən ən gənci 18 yaşlı Səlimov Həsən Niyaməddin oğludur.
Onun namizədliyi 73 saylı seçki məntəqəsindən Masallı bələdiyyəsi üzrə Ana Vətən Partiyası tərəfindən irəl sürülüb.
Bu gün, 17:41
Yardan sarı

Yardan sarı


Olmuşam Məcnuna həmdəm həmin o yardan sarı,
Qəmü-dərd içrə odlanıb könül dildardan sarı.

Cananın badeyi-eşqi məni bihuş elədi,
Əvvəl-əvvəl oldu xoş könül də xumardan sarı.

Amma ki, çox içdikcə oldu zəhər badeyi-eşq,
Aləmdə bir parə oldum o cür qəddardan sarı.

Dəryayi-qəm içrə boğulsamda mən qaragün,
Yar gedib can yandırar bir məlun əğyardan sarı.

Xar olsam da xəlq içrə bəlayi-eşqə yoldaşam,
Miftahi-eşqim var mənim, məxzənül-əsrardan sarı.

Məhəmməd bəxti-qarə bəlayi-eşqə aşina,
Bildirər bu bəlanı ki, əziz xridardan sarı...


Məhəmməd Şəhvari
Şirvan şəhər 10 nömrəli məktəbin 10B sinif şagirdi


Bu gün, 17:33
Abşeronda pakistanlıların üzərinə divar aşdı: araşdırma aparılır


Abşeronda pakistanlıların üzərinə divar aşdı: araşdırma aparılır

Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bu gün, 17:26
Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI


Ceyhunun ölümünə görə növbəti məhkəmə - Yeni detallar AÇIQLANDI

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanının müavini vəzifələrini icra edən, polkovnik Şəhadət İbrahimov ifadəsində deyib ki, məlumat daxil olduqdan sonra dərhal onlara axtarışla bağlı tapşırıq verilib:
“Axşam 10 radələrində tapşırıq aldım və ayın 11-i səhər saat 8-də artıq hadisə yerində idim. Mərhumun nəşini qruplara bölünərək axtarırdıq”.
Ş. İbrahimov ifadəsində qeyd edib ki, postda olan MAXE (müddətdən artıq xidmət edən hərbçi) ilə söhbətləşib və MAXE ona deyib ki, əsgər C. Hüseynov postdan bir qədər irəli gedib, az sonra güllə səsi gəlib, yıxılıb: “Yerini göstərməyini dedim, tapşırdım ki, gedib həmin ərazidən gilizləri gətirsin. Getdi, 8-10 dəqiqə sonra xəbər etdi ki, gilizləri tapıb. Sonra biz ora getdik və əsgərin nəşini həmin ərazidən tapdıq. Onu taparkən, avtomatın qoruyucusu açıq idi, məruzə etdim, təhlükəsizlik üçün qoruyucunu bağladım. Avtomatın darağı da üstündə idi. Sonra prokurorluğun əməkdaşlarına dedim, gəldilər”.
Şahid ifadəsinə vurğulayıb ki, əsgərin nəşi ilə düşmən postunun arasında 650-700 metr məsafə olardı.
Zərərçəkən tərəfin vəkilinin “üzərində yarası var idi” sualına Ş.İbrahimov “başında güllə yarası var idi” deyə cavab verib.
ƏÜO-da komplektləşmə şöbəsinin rəisi, polkovnik Hüseyn Vəliyev ifadəsində deyib ki, C.Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı raport daxil olub:
“Raport daxil olurdu və mən baxıb onları ƏÜO komandanının müavini general Rəhim Cəfərova verirdim. Çünki yerdəyişməni yalnız ordu komandanlığı edə bilər. Raport gəldi, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı. Mən də yoxladım, verdim raportu. Çünki mənim yerdəyişdirməyə ixtiyarım yox idi”.
Təqsirləndirilən şəxs Samir Həziyev deyib ki, ötən il mart ayının 11-də Ceyhun Hüseynov posta olarkən problem yaşanıb:
“Bununla bağlı məruzə etmişəm. Polkovnik Hüseyn Vəliyevə də yerinin dəyişdirilməsi ilə bağlı raport göndərmişəm”.
Polkovnik Hüseyn Vəliyev deyib ki, raportda “xüsusi nəzarət tələb olunan yerə dəyişdirilsin” yazılmışdı:
“Raportu mənə gətirən şöbənin əməkdaşı dedi ki, orada post komandiri ilə yola getmir, yeri dəyişdirilsin. Yenə deyirəm, mənim ixtiyarım yox idi, onun yerini dəyişim və ya postdan hərbi hissəyə gətirim”.
Samir Həziyevin hüquq işləri üzrə köməkçisi, kapitan Vüsal Abdullayev ifadəsində bildirib ki, mərhum C.Hüseynovla briqada komandirinin tapşırığına əsasən görüşüb:
“Əsgərlə xidməti otağında görüşdüm, söhbət etdik. Çox rahat, sərbəst və savadlı danışırdı, hər şeyi qaydasında izah edirdi. Araşdırma 3-4 gün davam etdi”.
V.Abdullayev bildirib ki, hadisədən 10-15 gün sonra C.Huseynovla bağlı başqa bir problem olub:
“Onunla yenə öz iş otağımda söhbət etdim. Bu dəfə qarşımda tam başqa bir insan var idi. Gözlərini göyə dikib danışırdı, bəzən susurdu. Nə olduğunu soruşdum, danışmırdı. Hətta energetik içki aldım birlikdə içdik, dedi özümü narahat hiss edirəm, gecələr yata bilmirəm. Onunla nə danışmışdıqsa, hamısını Samir Həziyevə dedim. Tapşırıq verdi ki, hərbi hospitala göndərilsin. Tibb xidmət rəisi, kapitan Aydın Quliyevlə görüşdük, ona hadisəni dedim. Sonra Ceyhun Hüseynovun əmisi mənə zəng vurub dedi ki, onun dərmanları bitib ona görə gecələr yata bilmir. Dedi ki, resepti göndərim, ya da ona dərman verək. Mən də tibb xidmət rəisinin nömrəsini verdim, dedim onunla danışın, o nəzarət edir. Səhər kitaba baxanda gördüm ki, hospitala göndərilib. Bundan sonra mən məzuniyyətə getdim”.
Kapitan Vüsal Abdullayev vurğulayıb ki, məzuniyyətdən qayıdanda C.Huseynovu hərbi hissədə görüb:
“20 günlük məzuniyyətdən qayıdanda gördüm ki, durub qərargahın yanında. Görüşdük, söhbət etdik. Dedi ki, hər şey qaydasındadır. Hətta təşəkkür elədi, dedi, düzəlmişəm, gedirəm xidmətimə davam edəm. Ondan sonra onu görməmişəm”.
Təqsirləndirilən Aydın Quliyev isə bildirib ki, mərhum əsgərin əmisi ona zəng etməyib, onun ailə üzvlərindən heç biri ilə danışığı olmayıb.
Sonra təqsirləndirilən şəxs Samir Həziyev bildirib ki, iki dəfə polkovnik Vəliyevə əsgər Ceyhun Hüseynovun yerinin dəyişdirilməsi ilə bağlı desə də, o, deyib ki, bunun üçün əsas yoxdur.
Məhkəmə yanvarın 22-dək təxirə salınıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.
Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.
Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!