Dil ilahi bir qüvvədir! .....                        Sumqayıtda bir nəfərin 20 min manatı mənimsənildi .....                        Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı .....                        Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb .....                        Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı .....                        Nazirlik əhaliyə növbəti dəfə müraciət etdi .....                        ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!” .....                        Azərbaycanda yeni Agentlik yaradıldı .....                        Bu gün avtobuslar saat 21:30-dək işləyəcək .....                       
17-02-2025, 14:26
İlyas İsmayılov vəfat etdi


İlyas İsmayılov vəfat etdi

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.
Bu barədə partiyadan məlumat verilib.
O, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
17-02-2025, 14:02
İlham Əliyev bu təklifi rədd etdi - Köçəryan detalları AÇIQLADI


İlham Əliyev bu təklifi rədd etdi - Köçəryan detalları AÇIQLADI

Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb.
O, fevralın 17-də keçirilən mətbuat konfransında bildirib ki, İlham Əliyevlə bir neçə dəfə görüşüb.
"Mən dedim ki, Meğri məsələsini amerikalılarla, ruslarla, fransızlarla müzakirə etməyə başlaya bilərik", - Köçəryan bildirib.
O, Vaşinqtindakı görüş barədə danışarkən bir epizodu da xatırladıb: "Biz təkbətək danışanda dedi ki, Meğri məsələsində sizin probleminiz nədir? Cavab verdim ki, birinci problem İranla sərhəddir. 4 ölkə ilə sərhədimiz var, bir ölkə ilə müharibə aparırıq, bir ölkə ilə böyük problemimiz var, bu sərhədi itirə bilmərik. Gəlin, fikirləşək ki, İranla sərhədi itirmədən məsələni həll etmək üçün başqa hansı variantı tapa bilərik. Dedim ki, məsələn, Sədərəkdə bizə ərazi versəniz, Sədərək vasitəsilə İranla quru sərhədimiz olacaq".
Köçəryan qeyd edib ki, İlham Əliyev bu halda Türkiyə ilə sərhədin itiriləcəyinə görə bu variantı rədd edib: "İndi bu variantın məqbul, hətta qarşı tərəf üçün başa düşülən bir həlli olmalıdır".
17-02-2025, 13:55
Diplomatik xidmət haqqında qanun TƏSDİQLƏNDİ


Diplomatik xidmət haqqında qanun TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının əməkdaşları Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunmasında, ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunmasını təmin etməlidirlər.
Bundan başqa, diplomatik xidmət orqanlarında çalışan əməkdaşları ölkənin xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətini əlaqələndirməlidir.
Həmçinin diplomatik xidmət orqanlarının əməkdaşları beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətini təhlil etməli, xarici dövlətlərlə diplomatik və konsul əlaqələrini, beynəlxalq təşkilatlarla diplomatik əlaqələri həyata keçirməlidir.
Diplomatik xidmət orqanlarında xidmət keçən əməkdaşlar xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsində, dövlət protokolunun təmin olunmasında, konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsində iştirak etməlidirlər.
Qanun layihəsinə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.
Layihədə həmçinin vurğulanıb ki, xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə olunması üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə məhdudiyyət qoyulur.
17-02-2025, 13:38
Qazaxda sinif otağının tavanı çökdü


Qazaxda sinif otağının tavanı çökdü

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli məktəbin 1-ci sinfində otağın tavanı çöküb.
Bu barədə “Azərbaycan müəllimi” məlumat yayıb.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər və müəllim təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər:
“Hadisə zamanı xəsarət alan olmayıb. Qazax rayonu üzrə təhsil sektorunun təsərrüfat qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Tavanın hansı səbəbdən çökdüyü araşdırılır. Təhsil müəssisəsində təlim-tədris prosesi davam edir”.
17-02-2025, 13:35
Ana və dörd övladı dəm qazından zəhərləndi


Ana və dörd övladı dəm qazından zəhərləndi

Ağcabədidə dəm qazından zəhərlənən ana və övladlarının son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib ki, fevralın 15-də saat 10:30 radələrində altı nəfər (üçü kişi, üçü qadın cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə təcili tibbi yardım avtomobili vasitəsilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlardan dördü azyaşlı olub. Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumat qeyd olunub.
17-02-2025, 13:06
Gəncədə şagirdi döyən müəllim işdən qovuldu


Gəncədə şagirdi döyən müəllim işdən qovuldu

Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.
"Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür" - açıqlamada bildirilib.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılmışdı.
17-02-2025, 12:50
İlham Əliyev Türkiyə ilə bağlı Fərman imzaladı


İlham Əliyev Türkiyə ilə bağlı Fərman imzaladı

Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
17-02-2025, 12:19
Türkiyə də bu danışıqlarda iştirak etməlidir - Fidan


Türkiyə də bu danışıqlarda iştirak etməlidir - Fidan

Türkiyə növbəti dəfə Rusiya və Ukraynaya münaqişənin öz ərazisində həlli ilə bağlı danışıqlar aparmağı təklif edib.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “TRT World” telekanalına müsahibəsində bildirib.
Hakan Fidan Türkiyənin Moskva və Kiyevlə sıx əlaqələri sayəsində danışıqlar aparanlara digər oyunçulardan daha çox təklif edə biləcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, münaqişənin davam etdirilməsində maraqlı tərəflər var, lakin atəşkəsə nail olmaq cəhdləri də görünür.
Fidan qeyd edib ki, hər iki tərəf və ABŞ danışıqların ilkin mərhələsindədir və onda belə təəssürat yaranıb ki, ABŞ sülh planı hazırlayır. O, həmçinin münaqişənin həlli yollarının tapılması prosesində Avropa İttifaqı ilə məsləhətləşmələrin vacibliyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Avropa liderlərinin Ukrayna ilə bağlı danışıqlarda Aİ ilə məsləhətləşmələrin zəruriliyindən danışarkən haqlı olduqlarını deyib. O əlavə edib ki, Türkiyə də bu danışıqlarda iştirak etməlidir, lakin çox vaxt prosesdə iştirak hüququ lazımi səviyyədə tanınmır.
17-02-2025, 11:53
FHN Bakıdakı məşhur otelin fəaliyyətini dayandırdı - VİDEO


FHN Bakıdakı məşhur otelin fəaliyyətini dayandırdı - VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub kİ, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;

- obyektin zirzəmisindən anbar kimi istifadə olunur və burada yanar materiallar saxlanılır;

- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;

- obyektin tüstü bacası təmizlənməyib;

- obyektin sonuncu mərtəbəsi ehtiyat çıxış qapısı ilə təmin olunmayıb;

- obyektin həyətində taxta tullantılar yığılıb;

- mətbəxdə quraşdırılmış qaz xəttində yivli birləşmələrdən istifadə olunub;

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və istifadəyə yararsız balonların tərkibi yenisi ilə dəyişdirilməyib;

- təxliyə planı düzgün tərtib edilməyib;

- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

[media=https://youtu.be/lx3e29GTegY]
17-02-2025, 11:37
Məryəm Gəncəliyeva yazır:


Təbrik edirik!


Məryəm Gəncəliyeva yazır:

Hər kəsin həyatında keçdiyi yolun izi var. Orada sevinc də var, kədər də var, həsrət də var. Sevinc və kədər bir- birini əvəz edir, dəyişir, həsrət heç nə ilə əvəz oluna bilmir, həsrətə son qoymaq üçün gərək sənin qəlbində bir göynərtiyə çevrilib səni haraylayan, səndən imdad uman o torpağa yetişəsən, vətən anlamının başındakı o kölgəni yox edəsən. Onda həsrət bitər, həsrət bitdiyində də Vətən övladlarına qucaq açar, rahatlıq tapar, övladlarını qucan qoynu gülüstana dönər.
Onun üçün harada olmasından asılı olmayaraq, "vətən daşı" olan oğulları ilə Zəngəzur eli, doğma Qafan diyarı, dağlar qoynunda məskən salan Gığı kəndi vətəndir. Harada, hansı məclisdə olsa, vətən onun bağrından keçirsə, vətən onun üçün müqəddəsdirsə, o isə vətənin ən əziz ovladıdırsa, o oğulla öyünməyə dəyər. Çünki o, eli, vətəni, vətəndaşı üçün təmənnasız çalışandır.
O, Bəhruz Piriyevdir ki, harada bir cəfakeş, şücaətli oğul, sayılıb seçilən varsa, onu öz elinin övladı sayır, onunla qürur duyur, ehtiyacı olanlara isə arxa durur. Bax beləsinə vətən oğlu deyirlər, vətənlə yaşayan, vətənlə qürur duyan oğuldur Bəhruz müəllim.
Ömrün uzun və bərəkətli, yolun hər zaman hamar, ruzin süfrəni bəzəyəcək qədər bol olsun, dəyərli qardaşım. Sənə 100 il demirəm, sənə özün öz ayaqların üstdə dura biləcəyin qədər, heç kəsə möhtac olmayacağın qədər ömür arzulayıram, bir də həmişəki qürurlu, mətin görkəmində olmağı.
P.S. “Bütöv Azərbaycan” qəzetinin yaradıcı kollektivi də Məryəm xanımın təbrikinə qoşulur. Bəhruz bəyi səmimi qəlbdən təbrik edir, ona Zəngəzurlu günlər diləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!