Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
10-04-2025, 17:35
Buraxılış imtahanının balları qəbul imtahanında iştiraka təsir edəcək? - DİM cavab verdi


Buraxılış imtahanının balları qəbul imtahanında iştiraka təsir edəcək? - DİM cavab verdi

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
İştirakı nəzərdə tutulan 57439 nəfərdən 468 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 10 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
Maraqlıdır, buraxılış imtahanında minimum neçə bal toplamaq lazımdır ki, şagirdin qəbul imtahanlarında işrirakı mümkün olsun:
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq abituriyentlər I, II, III və IV qruplar üzrə qəbul imtahanında iştirak edə bilərlər.
“11 illik bazada kolleclərin ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılacaqlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılacaqlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər”, - deyə DİM-dən verilən cavabda qeyd olunub.
DİM onu da bildirib ki, cavab vərəqində təlimata uyğun olmayan formada yazılmış cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
10-04-2025, 17:30
ABŞ Azərbaycanın suverenliyinin sarsılmaz dəstəkçisidir - Tramp


ABŞ Azərbaycanın suverenliyinin sarsılmaz dəstəkçisidir - Tramp

“Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm”.
Bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda bildirilib. ünvanlayıb.
“Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır", - məktubda qeyd edilib.
10-04-2025, 17:18
Abşeron Ağsaqqallar Şurasına sədr seçildi - FOTO


Abşeron Ağsaqqallar Şurasına sədr seçildi - FOTO

Aprel ayının 10-da Abşeron Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov, Azərbaycan Ağsaqqallar Şurasının baş məsləhətçi-hüquqşünası Kamal Əliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Konfransda Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Abşeronda həyata keçirilən işlər barədə, eləcə də sakinlərin rifah halı, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıdan ətraflı söz açıb. Abdin Fərzəliyev, həmçinin, ağsaqqalların daim rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildirərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından tədbir iştirakçılarını salamlayıb. Öz nitqində müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin dirçəlişində, ictimai-siyasi və sosial-iqtisadi inkişafında əvəzsiz rolundan geniş söz açıb. Vurğulayıb ki, bugünkü qüdrətli və qalib Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. “Hazırda Ulu Öndərin uğurlu siyasi kursunu qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam barpa edib, eləcə də ötən dövr ərzində dövlətimiz dünyada ən nüfuzlu və güclü ölkələr sırasına yüksəlib. Bu gün xalqımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə olan etimadı və sevgisi hədsiz-hüdudsuzdur,” – deyə Eldar İbrahimov vurğulayıb. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda həyata keçirilən əhəmiyyətli işlərdən də ətraflı bəhs edib.
Eldar İbrahimov rayonda görülən işləri, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək bildirib ki, hər bir bölgəmizdə, eləcə də Abşeronda ağsaqqallar hər zaman dövlət başçımızın uğurlu daxili və xarici siyasət kursunu vətəndaşlarımız arasında geniş təbliğ etməli, cəmiyyətimizə, xüsusilə gənc nəslə alkoqolizm, narkomaniya və digər zərərli vərdişlərdən uzaq olan sağlam həyat tərzini aşılamalıdırlar. Ailə dəyərlərinin təbliğ edilməsi, boşanmaların sayının minimuma endirilməsi və erkən nikahların qarşısının alınması üçün də bir çox işlər və maarifləndirici söhbətlər, tədbirlər həyata keçirilməlidir. Sonda natiq Abşeron Rayon Ağsaqqallar Şurasının bundan sonra da aktiv fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirərək ağsaqqallara möhkəm cansağlığı, uğurlar arzulayıb.
Daha sonra çıxış edən Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Nizami Zalov və digər natiqlər Ümummilli Liderimiz Heydər Əliyevin “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırdığı ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların dəyərli öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışaraq, bu gün ölkəmizdə ağsaqqallara göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Konfransda, həmçinin, təşkilati məsələlər də müzakirə olunub. Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nizami Zalov əhalinin yüksək etimadı ilə Saray qəsəbəsində bələdiyyə sədri seçildiyi üçün Abşeron Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətinə xitam verməsi səbəbindən həmin vəzifəyə yeni namizəd irəli sürülüb. Açıq səsvermə yolu ilə Şuranın İdarə Heyətinin üzvü, şəhid atası İbadov Məhərrəm Qulu oğlu Abşeron Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilib. Tədbirdə Rayon Ağsaqqallar Şurasının İdarə Heyəti və Təftiş Komissiyası da yenidən formalaşdırılıb.








10-04-2025, 17:13
İlham Əliyevə təşəkkür - İsraildən Bakıdakı gizli görüşə reaksiya


İlham Əliyevə təşəkkür - İsraildən Bakıdakı gizli görüşə reaksiya

İsrailin baş nazirinin ofisi Türkiyə nümayəndələri ilə Azərbaycanda aparılan danışıqları təsdiqləyən bəyanat yayıb.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd olunub ki, danışıqlara Milli Təhlükəsizlik Baş Qərargahının rəisi Tzachi Haneqbi rəhbərlik edib.
Məlumatda deyilir ki, Müdafiə Nazirliyi və təhlükəsizlik qurumlarının yüksək rütbəli nümayəndələrinin də iştirak etdiyi siyasi və təhlükəsizlik nümayəndə heyəti dünən axşam Türkiyə nümayəndə heyəti ilə görüşüb.
"İsrail mühüm danışıqların təşkilinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir. Danışıqlar zamanı hər bir tərəf regionda öz maraqlarını təqdim edib və sabitliyi və təhlükəsizliyi qorumaq üçün dialoq yolunu davam etdirmək qərara alınıb", - açıqlamada bildirilib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyə və İsrail nümayəndə heyətlərinin Azərbaycanda kritik görüş keçirdiyi barədə məlumat yayıb.
10-04-2025, 17:09
Qaradağda 10 min manatlıq oğurluq


Qaradağda 10 min manatlıq oğurluq

Sumqayıt şəhəri və Qaradağ rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonu ərazisində bir nəfərə məxsus yardımçı təssərrüfatdan 10800 manat dəyərində naqilin oğurlanması barədə polisə məlumat daxil olub.
Qaradağ RPİ 38-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Ş.Mustafayev və 27 yaşlı B.Həsənov müəyyən olunaraq saxlanılıblar. Həmçinin, rayon ərazisində yerləşən bir evin həyətindən 8500 manat dəyərində xırdabuynuzlu heyvanlar oğurlamaqda şübhəli bilinən 54 yaşlı E.İsmayılov və 42 yaşlı F.Köçəriyev də polis əməkdaşları tərəfindən saxlanılıblar.
Bundan başqa, Sumqayıt şəhəri ərazisində yerləşən sexlərin birindən 3500 manat dəyərində kompressoru oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 31 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.
10-04-2025, 17:02
Gəncə məktəbində insident - Şagirdlər müəllimi döydü


Gəncə məktəbində insident - Şagirdlər müəllimi döydü

Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.
Hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.
Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.
Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.
Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
10-04-2025, 16:59
Bakı forumunun əsas mesajları


Bakı forumunun əsas mesajları

Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçirilib. Foruma dünyadan xeyli sayda iştirakçı qatılıb.
Forumda Prezident İlham Əliyev çıxış edib və müxtəlif sualları cavablandırıb.
Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Bakının atdığı addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərdən tutmuş dünyada baş verən proseslərə qədər suallara üç saat ərzində çox böyük diplomatik məharət nümayiş etdirərək cavab verib.
Forumda iştirak edən Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, ADA Universiteti hər il ənənəvi olaraq bu tədbiri keçirir:
"Bu VII forum idi. Bəzi illərdə hətta forum iki dəfə keçirilib. Burada geniş məsələlər - regional təhlükəsizlik, Qarabağ, dünyada baş verən proseslər, energetika, nəqliyyat məsələləri, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri, beynəlxalq təşkilatlarda rolumuz müzakirə olunub. Builki Forum dünyada baş verən dəyişikliklər mövzusuna həsr olunmuşdu. Burada cənab Prezident çox geniş məsələlərə toxundu, O cümlədən dünyada Azərbaycanın rolu barədə fikirlərini bildirdi".
Fariz İsmayılzadə vurğulayıb ki, Azərbaycan artıq həm beynəlxalq arenada, həm də regional çərçivədə çox önəmli dövlətdir:
"Asiyanı Avropa ilə birləşdirən, Avropanın enerji təhlükəsizliyinə töhfə verən, islam və türk dünyasını gücləndirən dövlətik. Bütün bu məsələlər müzakirə olundu. Gələcəkdə də belə forumların keçirilməsi planlaşdırılır".
10-04-2025, 16:55
İstanbulda Rusiya-ABŞ danışıqları başa çatdı


İstanbulda Rusiya-ABŞ danışıqları başa çatdı

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında iki ölkə əlaqələrinin normallaşdırılmasını müzakirə etmək üçün aparılan danışıqların ikinci raundu başa çatıb.
Məlumata görə, danışıqlar beş saat yarım davam edib.
Qeyd edilir ki, görüşün keçirildiyi Rusiya Baş Konsulluğunu ilk olaraq Amerika nümayəndə heyəti tərk edib.
10-04-2025, 16:33
Fransa Fələstini dövlət kimi tanımağa hazırlaşır - Makron


Fransa Fələstini dövlət kimi tanımağa hazırlaşır - Makron

Fransa çox güman ki, bu yay Fələstini dövlət kimi tanıyacaq.
Fransa prezidenti Emmanuel Makron bunu “Fransa 5” telekanalana açıqlayıb.
“Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanında keçiriləcək konfransda bir sıra ölkələrlə qarşılıqlı tanınma proseslərini başa vurduğumuzu elan etməkdir”, - prezident Makron bildirib.
Qeyd edək ki, Fransa prezidenti ötən il bəyan etmişdi ki, Fransa Fələstinin müstəqilliyini tanımağa hazırdır və bu tanınma barədə açıqlama da lazımi vaxtda verilməlidir.
Ötən ilin mayında İrlandiya, İspaniya və Norveç artıq Fələstini müstəqil dövlət kimi tanıyıb.
10-04-2025, 16:25
Bakıdakı qəzada 2 nəfər yaralandı


Bakıdakı qəzada 2 nəfər yaralandı

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!