10-04-2025, 11:41
Natəvan Bayramova vəzifədən getdiDövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.
Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"Artıq iki ildir fəaliyyət göstərdiyim Dövlət Miqrasiya Xidmətindəki işimdən öz xahişimlə ayrıldım. Bu illər ərzində mənə dəstək, kömək olan hər kəsə öz təşəkkürümü bildirirəm", - deyə Natəvan Bayramova qeyd edib.
10-04-2025, 11:37
4 gün komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirdi4 gün komada qalan hamilə qadın Kliniki Tibbi Mərkəzdə (KTM) sağlam körpə dünyaya gətirib.
Bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, 11.10.2024-cü il tarixində 27 yaşlı hamilə qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edilib ki, 4 gün həmin şöbədə komada qalan hamilə pasiyent uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində pasiyentə qeysəriyyə kəsiyi əməliyyatı icra edilib:
"Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb",- deyə məlumatda qeyd edilib.
10-04-2025, 10:53
Qaradağ və Abşeronda hərbi sursatlar aşkarlandıFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsində və Abşeron rayonu, Fatmayı kəndində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə 1 ədəd 100 mm-lik top mərmisi, 4 ədəd RQD-5 əl qumbarası və 4 ədəd UZRQM partladıcısı götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
10-04-2025, 10:38
Daha bir jurnalistə vəzifə verildiHərbi jurnalist Anar Şuşalı Həsənova vəzifə verilib.
O, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin böyük məsləhətçisi təyin olunub.
Qeyd edək ki, Anar Şuşalı bir səra televiziyalarda (AzTV, ANS, Lider TV və Real TV) çalışıb.
10-04-2025, 10:30
Xanlar Vəliyev hakim təyin edilir - RƏSMİMilli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Gündəliyə daxil edilən məsələlərin sayı 22-yə çatdırılıb.
Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ gündəliyə daxil edilib.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb. Bir müddət əvvəl 70 yaşını tamamlayan Vəliyev 2005-ci ildən Hərbi Prokurorluğa rəhbərlik edirdi.