Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
11-04-2025, 16:25
Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında...


Prezident və birinci xanım “Antalya Diplomatik Forumu”nun açılışında...

Aprelin 11-də Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
11-04-2025, 16:13
Bizə çörək satılmırdı - Məhkəmə


Bizə çörək satılmırdı - Məhkəmə

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Zemfira Abbasova ifadə verib və dövlət ittihamçılarının suallarını cavablandırıb.
Xankəndi şəhərində yaşamış Z.Abbasova “Miatsum hərəkatı” başlayandan sonra evdən çıxa bilmədiklərini bildirərək deyib: “Baxmayaraq ki, ermənilər üçün çox yaxşı şərait yaradılmışdı, təminatları var idi, amma onlar bizi təhqir edir, təzyiq göstərirdilər. Onlar evlərimizə daxil olub onu talayır, dağıdır, əmlaklarımızı məhv edir, xaç formasında kəsib-doğrayırdılar. Çölə çıxa bilmirdik, bizi daş-qalaq edirdilər. Hətta bizə çörək satılmırdı. Həmin vaxt dəmir yolu idarəsində işləyirdim. Bu idarəyə də daxil olub bizə qarşı müxtəlif qanunsuzluqlar edirdilər. Əsasən də “Türklər burada olmamalıdırlar, buradan çıxmalıdırlar”, “Türklər məhv olmalıdırlar” deyirdilər. Tələb edirdilər ki, türklər çıxsın, əvəzində isə ermənilər bizim evlərimizə məskunlaşsın”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11-04-2025, 16:04
Ermənistan-Türkiyə sərhədinin açılmasında irəliləyiş yoxdur - Kılıç


Ermənistan-Türkiyə sərhədinin açılmasında irəliləyiş yoxdur - Kılıç

"Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində irəliləyiş yoxdur".
Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç RİA Novosti-nin sualını cavablandırarkən deyib.
Erməni tərəfi ilə növbəti danışıqların tarixinə gəlincə, Kılıç bəyan edib ki, Türkiyə tərəfi prosesi inkişaf etdirmək istəyir və Ermənistanla təmasdadır. Lakin danışıqlar üçün konkret tarixlər hələlik müəyyən edilməyib.
Qeyd edək ki, bu gün Antalyada keçirilən diplomatik forum çərçivəsində iki ölkənin xüsusi nümayəndələrinin görüşü baş tutub. Ermənistan nümayəndəsi, Milli Assambleyanın sədr müavini Ruben Rubinyanın qiymətləndirməsinə görə, görüş müsbət keçib.
Xatırladaq ki, 2022-ci ildə Ermənistan və Türkiyə nümayəndələri sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılığa gəliblər, lakin siyasi qərarın olmaması səbəbindən sərhədlər indiyədək bağlı qalıb.
11-04-2025, 15:45
Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - Zərərçəkmiş


Ermənilər 39 günlük körpəmi qətlə yetirdilər - Zərərçəkmiş

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Ramiz Adıgözəlov 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib.
Qazax rayonunun Bağanıs Ayrım kəndinin sakini olan zərərçəkmiş hadisənin 1990-cı il martın 23-dən 24-nə keçən gecə baş verdiyini deyib.
Onun sözlərinə görə, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar.
O, həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11-04-2025, 15:40
İmamoğlu hakim qarşısında - FOTO


İmamoğlu hakim qarşısında - FOTO

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Silivridə hakim qarşısına çıxarılıb.
Məhkəmə prosesi İmamoğlunun İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları üzrə keçirilib.
Prosesdə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Selim İmamoğlu, millət vəkilləri də iştirak edib. Məhkəmə iyunun 16-na təxirə salınıb. Sözügedən ittiham üzrə İmamoğluna 7 il 4 aya qədər həbs tələb olunub.
Türkiyə mediasında İstanbulun sabiq merinin məhkəmə zalından görüntüsü də yayılıb.
Xatırladaq ki, martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.

11-04-2025, 14:09
Həsənrizə daha 20 ailə köçdü


Həsənrizə daha 20 ailə köçdü - FOTO

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç prosesi gerçəkləşib.Səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç karvanında yer alan 72 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.Mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Ağdərə rayonunun Həsənriz kəndinə bir müddətdir ki, mərhələli şəkildə köç davam edir. Bu gün də daxil olmaqla kəndə 70 ailə ( 238 nəfər ) köçürülüb.Aprel ayının sonunadək daha 40 ailə bura köç edəcək. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir.Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər də yenidən qurulub. Kənd fasiləsiz olaraq elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub.
11-04-2025, 08:18
"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru


"Qələm qılıncdan itidir": Gənc yazarın "Debüt" uğuru

8 aprel 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində son dövrlərdə artıq ənənə halını almış növbəti kitab təqdimatı mərasimi keçirilib. Bu dəfə müəllimlər, tələbə yoldaşları və oxucular fakültənin III kurs tələbəsi Südabə Məmmədovanın müəllifi olduğu kitabın təqdimatında bir araya gəldilər.

Tədbiri giriş sözü ilə Dekan müavini Samir Xalidoğlu açdı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərimizin ruhu sükutla yad edildi. Müəllif, kitab və onun ərsəyə gəlmə prosesi barədə məlumat verdikdən sonra

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu tələbələrin uğurlarından bəhs edərək, bu nailiyyətlər içərisində Südabə Məmmədovanın da xüsusi payı olduğunu qeyd etdi.
Professor Cahangir Məmmədli Südabənin ilk gündən seçilən, daim axtarışda olan və gözdən qaçan aktual mövzulara toxunan tələbə olduğunu vurğuladı. O, bu uğurun təsadüfi olmadığını qeyd etdi.
Tədbirin moderatoru olan Samir Xalidoğlu daha sonra sözü "Yazarlar" jurnalının baş redaktoru, kitabın ərsəyə gəlməsində ən böyük zəhməti olan Zaur Ustaca verdi. Zaur müəllim Bakı Dövlət Universitetinin şəhid tələbəsi, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun döyüş yolu və onun xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilən "25 yarpaq" layihəsi haqqında geniş məlumat verdi. Bildirdi ki, kitabın "Debüt" adlandırılması tərtibçi-redaktor Ayətxan Ziyadın (İsgəndərov) ideyası olub və ümumilikdə kitabın ərsəyə gəlməsində böyük zəhməti oldu.

Zaur Ustac Südabə Məmmədovaya "Debüt" kitabının nəşri münasibətilə "Ziyadar" mükafatını təqdim etdi. Tədbirin gedişində Zaur Ustac və Qərənfil Dünyaminqızı Südabə Məmmədovanın yazılarını hər oxuyanda kövrəldiklərini qeyd etdilər. Hətta Zaur Ustac dedi ki, "Sonuncu dəfə nə vaxt kitab oxuyanda kövrəldiyimi xatırlamıram. Bu kitabı iki dəfə oxudum və hər dəfə göz yaşlarıma hakim ola bilmədim. Hər dəfə xatırlayanda yenə kövrəlirəm.
Zaur Ustac çıxışını belə tamamladı:"Südabə, heç kimə fikir vermək lazım deyil, ancaq irəli!"

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu Jurnalistika fakültəsinin öz ənənələri olan müqəddəs ocaq olduğunu bildirərək, qeyd etdi ki, fakültəmizin müəllimləri yalnız təhsil verib, elm öyrətmırlər. Burda həm də milli dəyərlərimizə sahiblənməyi öyrədirlər. Estafet etibarlı əllərdədir. Südabə Məmmədova mətbuat aləmində debütü məhz "Qansız davranışlı qanlı düşmən " adlı ilk yazısı ilə "Bütöv Azərbaycan" qəzetində edib. Onu nübar kitabının çap olunması münasibətilə təbrik edirəm və təhsildə, gələcək fəaliyyətində uğurlar, şəxsi həyatında xoş günlər arzulayıram!
Kitaba ön söz yazmış
Qərənfil Dünyaminqızı Südabəni çalışqan araşdırmaçı və özünə qarşı tələbkar bir tələbə kimi səciyyələndirdi. Bildirdi ki, müəllif şübhə doğuran hər məsələyə dönə-dönə qayıdaraq onu dəqiqləşdirməyə çalışır. “Qansız davranışlı qanlı düşmən” adlı yazı isə onu xüsusilə sarsıdıb, oxuyarkən göz yaşlarına boğulduğunu və həyəcanlandığını qeyd etdi. “Ümid həyatın sərmayəsidir” əsərində isə bir qızın uşaqlıqdan pis yollara düşməmək üçün göstərdiyi səylər və nəticədə uğur qazanması oxucu yaddaşında dərin iz buraxıb.
Fakültənin müəllimi
Aygün Əzimova qeyd etdi ki, Südabə Məmmədova "Azərbaycan Jurnalistikasının Görkəmli Publisistləri" dərsi çərçivəsində yazdığı yazılarda keçmiş dövrlərin problemlərini müasir dövrün problemləri ilə müqayisə edərək samballı yazılar ərsəyə gətirmişdir. Dərslər bitsə belə Südabə Məmmədovanın axtarışları, sualları bitmirdi…
“Xəzan” jurnalının baş redaktoru, yazıçı-publisist Əli bəy Azəri isə kitabın bəzi məqamları haqqında öz tənqidi fikirlərini bildirib və müəllifə növbəti yaradıcılıq işlərində belə nüansları nəzərə alması üçün tövsiyələr verib.
BDU Jurnalistika fakültəsinin məzunu və Südabənin ilk qələm təcrübəsinə dəstək olmuş

Əsgər İsmayılov tələbələr adından çıxış edib. O, Südabəyə uğurlar arzulayıb və tələbələrə göstərdikləri dəstəyə görə universitet və fakültə rəhbərliyinə təşəkkürünü bildirib. Oxucu qismində çıxış edən Tərlanə Abdullayeva da öz tələbə yoldaşına uğurlar arzulayıb.
Sonda söz müəllifə – Südabə Məmmədovaya verilib. O, gələcək planlarından danışaraq ona dəstək olan hər kəsə təşəkkürünü bildirib. Çıxışını isə öz sitatı ilə tamamlayıb: “Qələm qılıncdan itidir, o qələm ki, doğrunu və ədaləti əks etdirir.”
Tədbirin sonunda iştirakçılarla xatirə şəkilləri çəkdirilib.

Təhmasib İSAYEV
FOTOLAR
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!