Bayramov Sudani ilə bir arada .....                        İlham Əliyev Moskvaya getməyəcək .....                        Mehriban Əliyeva baş katibin xanımı ilə görüşdü .....                        Bakıda mühüm sənəd imzalandı .....                        İlham Əliyevlə To Lam mətbuata birgə bəyanatla çıxış edirlər .....                        Cəlilabadda maşın 10 yaşlı məktəblini vurub öldürdü .....                        İran xarici işlər naziri Hindistana getdi .....                        Hacıqabulda bu əraziləri su basıb, 2 nəfər təxliyə edilib - VİDEO .....                        Hindistanın təxribatı beynəlxalq konvensiyalara da ziddi idi - VİDEO .....                       
16-04-2025, 16:50
Vitse-spiker Hulusi Akarla görüşdü


Vitse-spiker Hulusi Akarla görüşdü

Aprelin 16-da Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq və dostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkil edir.
Ziyafət Əsgərov vurğulayıb ki, müstəqil siyasət yürüdən Türkiyə və Azərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçün səylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan və Türkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar qeyd edib ki, hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahı naminə bütün lazım addımları həyata keçirir. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səmimiyyət və qardaşlığa əsaslandığını qeyd edərək, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyini bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayıb¸ Türk dövlətləri arasında əməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
16-04-2025, 16:44
Bu imtahanın da nəticələri AÇIQLANDI


Bu imtahanın da nəticələri AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2025-ci il martın 16-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.
Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
16-04-2025, 16:35
Tarkana AĞIR İTKİ


Tarkana AĞIR İTKİ

Türkiyənin məşhur müğənnisi Tarkan Tevetoğlunun anası Neşe Tevetoğlu dünyasını dəyişib.
Müğənninin Antalyada yaşayan anası infarkt keçirib.
O, sabah İstanbulda dəfn olunacaq.
16-04-2025, 16:30
2025-ci ildə Kəlbəcərə köç olacaq


2025-ci ildə Kəlbəcərə köç olacaq

Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı köç prosesi də sürətlə davam edir. Bu il keçmiş məcburi köçkünlərin yeni ərazilərə köçürülməsi planlaşdırılır.
2025-ci ildə Kəlbəcər rayonuna da köç olacağı gözlənilir. Bu barədə ötən il rəsmi şəxslər məlumat verib. Artıq rayonda köçə hazırlıq getdiyi bildirilir.
Milli Məclisin Kəlbəcərdən olan sabiq deputatı, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov bildirib ki, bu ilin may ayının sonu - iyun ayının əvvəllərində Kəlbəcər şəhərinə ilk köç gözlənilir:
“Bu il nəzərdə tutulan köç karvanının təxminən may ayının sonu - iyun ayının əvvəllərində yola düşməsini gözləyirik. Bizdə olan məlumata görə, artıq Kəlbəcər şəhərində 300-dən çox ailənin köçürülməsi üçün şərait yaradılıb”.
Sabiq deputatın sözlərinə görə, tikinti-quruculuq işləri də uğurla davam etdirilir.
“Bu işlər başa çatandan sonra digər işğaldan azad olunmuş bölgələrimizdəki kimi Kəlbəcərə də mütəmadi olaraq mərhələli şəkildə köç dalğası davamlı xarakter alacaq. Uğurlu-xeyirli olsun. Hələlik bizdə olan məlumatlar bunlardır”, - Aqil Məmmədov bildirib.
Xatırladaq ki, ötən il ölkə ərazisində məskunlaşmış 2 615 ailə olmaqla 10 min 233 nəfər Qarabağ və Şərqi Zəngəzura köçürülüb. Hazırda sözügedən ərazilərdə 30 min nəfərdən çox şəxs yaşayır.
16-04-2025, 16:25
ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya


ABŞ İranda səfirlik açır? - Tehrandan reaksiya

İran hökumətinin sözçüsü Fatma Mühacirani ABŞ-ın Tehranda səfirlik açıb-açmayacağı ilə bağlı açıqlama verib.
Fatma Mühacirani ABŞ-ın İrana sərmayə qoyacağı və Tehranda səfirlik açacağı iddialarını cavablandırarkən deyib:
"Hazırda ABŞ səfirliyinin yenidən açılması vacib deyil, məsələ hələ çox təzədir və bu sualın cavabının hazırda heç bir mənası yoxdur. Xarici investisiya məsələsinin də öz proseduru var və bütün ölkələr üçün eynidir. İstənilən sərmayə, bunu kimin yatırmasından asılı olmayaraq, ölkənin qanunları və “qırmızı xətlər”i çərçivəsində həyata keçirilməlidir".
16-04-2025, 16:21
8 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı AÇIQLAMA


8 nəfərin yaralandığı avtobus qəzası ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşutu üzrə hərəkət edən avtobus qəzaya uğrayıb. Qəza zamanı avtobusda xəsarət alan 8 nəfər sərnişin Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə aparılıblar.
Hadisə ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 16-da Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən 99-LV-202 dövlət qeydiyyat nömrə nişanlı “Mercedec Travego” markalı sərnişin avtobusu Yevlax-Zaqatala-Gürcüstan yolunun Xanabad kəndindən keçən hissəsində qəzaya düşüb.
Qeyd edilib ki, qəza nəticəsində ölüm faktı qeydə alınmayıb. Xəsarət alan sərnişinlər xəstəxanaya aparılıb.:
“Baş verən qəza ilə bağlı təəssüfləndiyimizi bildirir, xəsarət alanlara şəfa diləyirik. Hadisə ilə əlaqədər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə əsasən, ictimaiyyətə əlavə məlumat veriləcək”.
16-04-2025, 16:14
Xınalığa 71 sm qar yağıb


Xınalığa 71 sm qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xidmətdən bildirilib ki, ölkənin əksər rayonlarında leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü yağış müşahidə olunur.
Dağlıq ərazilərdə qar yağır.
Düşən yağıntının miqdarında artım qeydə alınıb. Belə ki, düşən yağıntının miqdarı Xaltanda 98 mm (aylıq normanın 145%-i), Qubada 65 mm (aylıq normanın 136%-i), Xaçmazda 64 mm (aylıq normanın 212%-i), Sabirabadda 44 mm (aylıq normanın 137%-i), Mingəçevirdə 52 mm (aylıq normanın 101%-i), İsmayıllıda 44 mm (aylıq normanın 43%-i), Şəkidə 29 mm (aylıq normanın 136%-i), Göyçayda 31 mm (aylıq normanın 63%-i), Ağstafada 29 mm (aylıq normanın 77 %-i), Gəncədə 26 mm (aylıq normanın 84%-i), Neftçalada 23 mm (aylıq normanın 70%-i), Ağdamda 16 mm (aylıq normanın 33%-i), Daşkəsəndə 15 mm (aylıq normanın 22%-i), Bakıda və Abşeron yarımadasında 57 mm (aylıq normanın 247%-i) təşkil edib.
Qarın hündürlüyü Xınalıqda 71 sm, Ləzədə (Qusar) 50 sm, Qrızda 40 sm olub.
Ölkə ərazisində müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabrançay, Dəvəçiçay, Ağçay, Qaraçay, Qusarçay, Vəlvələçay, Gilgilçay, Pirsaatçay, Ataçay, Ağsuçay, Qabırrıçay, Dəmiraparançay, Qudiyalçay, Girdimançay və Göyçaydan sel keçib.
Avtomat hidroloji stansiyaların məlumatına əsasən ötən sutka ilə müqayisədə əksər çaylarda sululuq artıb. Ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda baş verib. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 29 sm, Əyriçayda 27 sm, Qudiyalçayda 25 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 22 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Köndələnçayda 18 sm, Bəsitçayda 11 sm artım qeydə alınıb.
Kür Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi səhər saatları ilə müqayisədə 17 sm artıb, su sərfi 825 m³/san qeydə alınıb ki, bu da aylıq normanın 111%-ni təşkil edir.
16-04-2025, 16:07
Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı


Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı

Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.
Onun sözlərinə görə, podratçı şirkət artıq seçilib.
"Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq. İki ilə layihənin tamamlanması planlaşdırılır", - o bildirib.
16-04-2025, 15:50
Ələt-Astara dəmir yolu xəttinin tikintisi bu tarixdə tamamlanacaq


Ələt-Astara dəmir yolu xəttinin tikintisi bu tarixdə tamamlanacaq

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm bir hissəsi olan Ələt-Osmanlı-Astara dəmir yolu xətti ilə bağlı tikinti işlərinin 2027-ci ilə qədər tamamlanacağı gözlənilir.
Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması işləri həyata keçirilir. Ələtdən Osmanlı istiqamətli olan hissədə cüt xəttli dəmir yolunun yenilənməsi işləri aktiv olaraq davam edir. Eyni zamanda, Osmanlıdan Astaraya qədər işlər aparılır. Yolun ümumi uzunluğu 243 kilometr təşkil edir", - o vurğulayıb.
Xatırladaq ki, bu layihə "Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb. Dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə 2024-cü ildən başlanılıb.
Ox üzrə uzunluğu 245 km olan bu yolda təmir işləri 4 mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 km uzunluğunda Ələt-Osmanlı hissəsini əhatə edir. Bu mərhələyə ümumilikdə 131 süni mühəndis qurğusu, o cümlədən 3 dəmiryol körpüsü, 3 avtomobil üst keçid, eləcə də heyvanların keçməsi üçün alt keçidlərin və müxtəlif ölçülü suötürücü boruların tikintisi daxildir. Birinci mərhələ üzrə işlər həmçinin 3 stansiyanın (Yeni Ələt, Şirvan və Osmanlı) yenidən qurulmasını nəzərdə tutur.
Ələt-Osmanlı-Astara dəmir yolu xətti sonuncu dəfə 1980-ci illərdə əsaslı təmir olunub. Dəmir yolunun tikintisinin əhəmiyyəti ölkənin tranzit potensialının artırılmasına, Şimal-Cənub dəhlizi üzrə artan yük tələbatının qarşılanmasına, eləcə də ümumi dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd edilən istiqamətdə avtomobil yolları ilə bir çox eyni səviyyəli kəsişmələrin müxtəlif səviyyəli kəsişmələrlə əvəzlənməsi işləri görülür.
16-04-2025, 15:41
Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!


Paşinyandan Sarkisyana sərt cavab: Qarabağ hərəkatı davam etməyəcək!

“Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və eks-prezident Serj Sarkisyanın Qarabağ səhifəsinin bağlanmadığına və bu məsələnin siyasi gündəmə qaytarılmasına dair bəyanatlarına reaksiya verərəkən bildirib:
“Mən bu bəyanatları hələ onlar verilməzdən əvvəl cavablandırmışam və demişəm ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”.
O, Serj Sarkisyanın hakimiyyətin ələ keçirildiyi barədə iddiasına da münasibət bildirib.
“Qoy Serj Sarkisyan görsün ki, o zaman nə deyib” – deyə hökumət başçısı fikrini yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!