İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
21-04-2025, 18:57
Daha bir küçədə avtobus zolağı


Daha bir küçədə avtobus zolağı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
AYNA-dan bildirilib ki, nəqliyyat axınını tənzimləmək və ictimai nəqliyyatın effektivliyini artırmaq məqsədilə Puşkin küçəsində də hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Qeyd edək ki, dəyişiklik zamanı ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Hazırda sözügedən küçə üzrə 10 avtobus marşrutu fəaliyyət göstərir. Bu dəyişiklik nəticəsində sərnişinlərin yol qət etmə vaxtı əvvəlki ilə müqayisədə azalıb. Avtobusların sürəti isə pik saatlarda 3 km/saat-dan 10 km/saat-a qədər artıb.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
21-04-2025, 18:44
Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək


Prezidentin sərəncamı 2469 nəfərə şamil ediləcək

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı bu kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2 500 manat birdəfəlik maddi yardım ödəniləcək.
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncamın ümumilikdə 2 469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçılarıdır.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.
21-04-2025, 18:15
Yağış yenidən başlayır - XƏBƏRDARLIQ


Yağış yenidən başlayır - XƏBƏRDARLIQ

Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumata əsasən, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-Aran) yağıntıların qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
21-04-2025, 17:53
Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu


Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu

Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini müvəqqəti icra edib.
21-04-2025, 17:38
Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE


Yeni Roma Papası kim olacaq? - SİYAHI+DOSYE

Aprelin 21-i Papa Fransisk Vatikand vəfat edib. Onun ölümündən sonra bütün dünyada katoliklərin yeni dini liderinin kim olacağı barədə müzakirələr başlayıb.
Butov.az Roma Papası postuna potesinal namizədləri təqdim edir:



Jan-Mark Avelin – Fransadan olan islahatçı

Fransanın Marsel şəhərinin arxiyepiskopu Jan-Mark Avelin 66 yaşındadır. O, Papa XXIII İohanı xatırladan görünüşü və liberal baxışları ilə tanınır. Əlcəzairdə İspaniyadan köçən ailədə doğulan Avelin uzun illərdir Marseldə yaşayır. İmmiqrasiya və İslam dünyası ilə dialoq məsələlərində Papa Fransisk ilə ideoloji yaxınlığı var. 2023-cü ildə Aralıq dənizi məsələlərinə həsr olunmuş beynəlxalq kilsə konfransını təşkil etməsi onun nüfuzunu daha da artırıb. O, Roma Papası seçilərsə, 14-cü əsrdən bəri ilk dəfə fransalı din xadimi bu vəzifəni tutacaq.



Peter Erdo – Mühafizəkar

Macarıstanın 72 yaşlı kardinalı Peter Erdo həm Avropada, həm də Afrikada geniş əlaqələrə malikdir. Teoloji baxımdan mühafizəkar olan Erdo eyni zamanda Vatikanla konfrantasiyaya girməyən praqmatik şəxs kimi tanınır. O, 2015-ci il miqrant böhranı zamanı Papa Fransiskin qaçqınları qəbul etmə çağırışına qarşı çıxması ilə diqqət çəkmişdi. Hüquq üzrə mütəxəssis olan Erdo bir neçə dil bilir, bu da onun diplomatik cəhdlərinə üstünlük qazandırır.



Mario Qreç – Maltadan olan islahatçı

Malta adasının Qozo bölgəsindən olan 68 yaşlı Mario Qreç yepiskoplar Sinodunun baş katibidir. Bir vaxtlar mühafizəkar kimi tanınan Qreç zamanla Fransiskin islahatlarının fəal müdafiəçisinə çevrilib. LGBT icmasına daha açıq yanaşması və ailə strukturlarına dair çağdaş yanaşmaları onu mübahisəli fiqura çevirib. Kiçik ölkədən olması onun seçilməsinin diplomatik baxımdan problem yaratmayacağını göstərir.



Xuan Xose Omella – Sosial ədalətin müdafiəçisi

İspaniyanın Barselona şəhərinin arxiyepiskopu, 79 yaşlı Xuan Xose Omella sadə həyat tərzi və kasıblara yönəlik fəaliyyəti ilə Papa Fransiskin ruhunu daşıyan şəxs kimi qəbul edilir. Zairdə (indiki Konqo) missioner kimi çalışmış Omella İspaniyada sosial problemlərlə yaxından məşğul olub. Uşaq istismarı qalmaqalında təmkinli mövqeyi və Papa ilə yaxın münasibətləri onun üstünlükləri, eyni zamanda bəzi dairələrdə tənqid obyektidir.



Pietro Parolin – Diplomatiya ustası

İtaliyalı kardinal, 70 yaşlı Pietro Parolin, hazırda Vatikanın dövlət katibi – faktiki olaraq ikinci adamıdır. Çin və Vyetnamla münasibətlərin inkişafında əsas rol oynamış Parolin həm mühafizəkar, həm də liberal dairələrə eyni dərəcədə yaxın hesab edilir. Pastoral təcrübəsi az olsa da, zəngin diplomatik bacarığı və çoxdilli olması onun əsas üstünlükləridir.



Luis Antonio Taqle – Asiyanın "Fransiski"

Filippinli 67 yaşlı Taqle Katolik dünyasında "Asiyanın Fransiski" kimi tanınır. İllərlə pastoral və humanitar fəaliyyətlə məşğul olub, Vatikanın missionerlik üzrə orqanına rəhbərlik edib. "Caritas Internationalis"dəki rəhbərliyindən uzaqlaşdırılması suallar yaratsa da, sosial ədalət yönümlü fəaliyyəti və Vatikan təcrübəsi onu güclü namizədlərdən biri edir.



Cozef Tobin – Amerikalı liberal arxiyepiskop

ABŞ-ın Nyuark arxiyepiskopu, 72 yaşlı Cozef Tobin Amerika tarixində ilk papa ola bilər. Açıqfikirli mövqeyi, LGBT icmasına dəstək bəyanatları və Vatikan daxilindəki təcrübəsi ilə tanınır. Nyu Cersi arxiyepiskopluğunda baş vermiş cinsi istismar qalmaqalını şəffaf şəkildə idarə etməsi ona ictimai dəstək qazandırıb.



Peter Turkson – Afrikadan potensial lider

Qana əsilli 76 yaşlı kardinal Peter Turkson sosial ədalət və iqlim dəyişiklikləri üzrə Vatikanın əsas səs sahiblərindən biri olub. Afrika mənşəli ilk papa ola biləcək Turkson Vatikan daxilində rəhbərlik etdiyi idarələr və beynəlxalq forumlarda fəal iştirakı ilə seçilir. Media ilə əlaqələrdə açıq olması bəziləri tərəfindən kampaniya apardığı kimi qiymətləndirilib.



Matteo Maria Zuppi – “İtalyan Fransisk”

69 yaşlı Bolonya arxiyepiskopu Matteo Zuppi "küçə keşişi" kimi tanınır və immiqrantlar, kasıblarla işə xüsusi önəm verir. Münaqişələrin həllində vasitəçi kimi iştirak edən Zuppi Papa tərəfindən Rusiya-Ukrayna münaqişəsində sülh təşəbbüslərinə cəlb olunub. Onun İtaliya Kilsəsinin lideri kimi cinsi istismar məsələlərindəki zəif fəaliyyəti isə mənfi baxış doğura bilər.
Yeni papa seçkilərinin nə vaxt keçiriləcəyi rəsmi olaraq açıqlanmasa da, Vatikan dairələrində artıq favoritlər və strategiyalar formalaşmağa başlayıb. Bu şəxslərdən hər biri müxtəlif təbəqələrin və coğrafiyaların səsini qazana biləcək profildədir.
21-04-2025, 17:22
Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu


Papanın ölümünə görə 3 ölkədə matəm elan olundu

Avropa İttifaqının (Aİ) Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin (Xorxe Mario Berqolyo) vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Roma Papasının vətəni Argentinada bir həftəlik, İspaniyada isə üç günlük matəm elan edilib. Braziliyada da bir həftəlik matəm elan olunub.
Bundan əlavə, Parisdəki Eyfel qülləsinin işıqları Fransiskin xatirəsinə hörmət əlaməti olaraq bu gün söndürüləcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp, İtaliyanın Baş naziri Ciorcia Meloni, Fransa, Polşa, İsrail prezidentləri Emmanuel Makron, Ancey Duda, İshak Hersoq, Almaniya kansleri Olaf Şolts və digərləri pontifikin ölümü ilə əlaqədar başsağlığı veriblər.
21-04-2025, 17:13
Bakının bir rayonunda 110 bina söküləcək


Bakının bir rayonunda 110 bina söküləcək

Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.
Bunu Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov deyib.
O qeyd edib ki, ilk növbədə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsünün aparılması nəzərdə tutulur.
"Həmin binaların restavrasiyası mümkün deyil. Binaların söküntüsü mərhələli şəkildə həyata keçiriləcək", deyə şöbə müdiri qeyd edib.
Xatırladaq ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski”nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.
Eyni zamanda, Bakının Sabunçu, Nəsimi, Xətai, Nərimanov və digər rayonlarında istismar müddəti başa çatmış, qəzalı vəziyyətdəki binalar, evlər, qeyri-yaşayış obyektləri söküləcək.
Qeyd edək ki, Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.
Mənbədən bildirilib ki, aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır.
21-04-2025, 16:48
Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab


Növbəti delimitasiya harada aparılacaq? - Mher Qriqoryandan cavab

Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası işinin növbəti mərhələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirir.
Bunu Ermənistanın baş nazirinin müavini, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan mətbuatın sualına cavabında deyib.
Delemitasiya komissiyalarının növbəti görüşünün tarixi ilə bağlı sula cavabında Qriqoryan deyib:
“Növbəti görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur. Tərəflər delimitasiya işlərinin növbəti mərhələlərinin təşkili məsələləri ilə bağlı fikir və təklif mübadiləsini davam etdirirlər”.
21-04-2025, 16:41
Bu şəxslərə 2500 manat veriləcək - Prezidentdən SƏRƏNCAM


Bu şəxslərə 2500 manat veriləcək - Prezidentdən SƏRƏNCAM

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.
21-04-2025, 16:34
"İran sobası" bir ailənin 4 üzvünün həyatına son qoydu - TƏFƏRRÜAT


"İran sobası" bir ailənin 4 üzvünün həyatına son qoydu - TƏFƏRRÜAT

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından ölüb.
Rayonun Sarov qəsəbəsində yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisəyə "İran sobası" adlanan qızdırıcı qurğu səbəb olub.
Ailə üzvlərinin cəsədlərini qonşular aşkarlayıb. Rüfət Tağızadə qəsəbədə kənd təsərrüfatı ilə məşğul olub, azyaşlılardan biri ibtidai sinifdə, digəri bağçada təhsil alırmış.
Mərhumların meyitləri müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!