İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
21-04-2025, 16:30
Milli Məclisdə iki yeni təyinat


Milli Məclisdə iki yeni təyinat

Milli Məclisdə yeni təyinatlar olub.
İlqar Nəbiyev parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsində sektor müdiri təyin edilib.
İlqar Nəbiyev bundan əvvəl Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri olub. Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri vəzifəsinə isə İlqar Nuri təyin edilib.
21-04-2025, 16:25
Azərbaycanda repetitorluq dövrü başa çatır


Azərbaycanda repetitorluq dövrü başa çatır

Azərbaycanda buraxılış imtahanlarının nəticələri
geniş müzakirə olunur.
Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, illərdir təhsilin “olmazsa-olmazı” kimi qəbul etdiyimiz repetitorluq sistemi tədricən sıradan çıxır.
"DİM-in qismən mövqe yumşaltması həm şagirdlərin, həm də valideynlərin üzünü güldürüb. Artıq son iki ilin nəticəsinə görə maksimum nəticə göstərən şagird sayı təxminən 100 nəfərə çatıb (keçən il 55 bu il bu rəqəm 43-dür). Bu nəticələr arasında yalnız məktəb təhsili ilə uğur qazanan, repetitor yanına getməyən şagirdlər də var.
“Bunker müəllimlər” dövrü kimi tanınan 1994-95-ci illərdən bu yana formalaşmış sistem artıq arxada qalır. Bu il müxtəlif liseylər, gimnaziyalar, hətta kənd məktəblərindən belə yüksək nəticə göstərən şagirdlərin sayı artıb. Nümunə kimi bu günlərdə sosial şəbəklərdəki müzakirələri göstərə bilərik. Gəncədə bir liseyin şagirdləri 90% yüksək nəticə əldə edib, Lənkəranın Vilavur kəndindən olan məzunların əksəriyyəti isə repetitor dəstəyi olmadan yüksək nəticələr göstəriblər. Ucqar rayonlardan maksimum 300 ballıq bir neçə məzunlarımız oldu", - o qeyd edib.
21-04-2025, 15:59
Ərdoğanla Putindən başsağlığı


Ərdoğanla Putindən başsağlığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.
Bu barədə Türkiyə Prezidenti sosial media hesabından paylaşım edib.
Ərdoğan Papanın ailəsinə, Vatikan dövlətinə və katolik dünyasına səbir diləyib.
Rusiya Prezidenti Vladimir Putin Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib.
21-04-2025, 15:45
Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb


Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Lu Tu Hangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Vyetnam arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ASEAN çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Vyetnam Sosialist Republikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə xarici işlər nazirinin müavini Lu Tu Hang rəhbərlik edib.
21-04-2025, 15:39
Cəmilənin rənglər dünyası

Cəmilənin rənglər dünyası

İnsanlar bəzən dilləri ilə deyə bilmədiklərini, sözlə, rənglərin, ilmələrin, musiqinin dili ilə deyirlər. Cəmilə də onu düşündürən, həvəsləndirən, iç dünyasını çoşa gətirən hər nə varsa hamısını rənglərin, fırcasının dili ilə əks etdirir. Cəmilə Elnur qızı Bayramova Bakı şəhərinin Nizami rayonunda yerləşən 272 saylı məktəbin IX -a sinfində təhsil alır. Digər fənlərdən fərqli olaraq Cəmilənin rəsmə daha çox marağı var. O, üçüncü sinifdən rəsm dərnəklərinə gedir. Müntəzəm olaraq məktəbdə və digər yerlərdə kecirilən tədbirlərdə əl işləri, rəsimləri ilə çıxış edir.
Gənc həvəskar rəssam 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif edilib. Bu təltif Cəmilənin yalnız rəsim işlərinə görə deyil, həm də 2020-21-ci tədris ili ərzində modellərin naxışların çəkilməsi, onların tikilməsi, biser steklyarus müxtəlif tikmələr, tikiş və toxuma ilə əl işlərinin səliqəli tərtibinə görədir. 2023-24-cü illər bu baxımdan Cəmilə üçün çox uğurlu gecib. O, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin “7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ kecirdiyi, Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Xocalı-şəhid şəhər” adlı ən yaxşı rəsm müsabiqəsində fəal iştirak etdiyinə görə təşəkkürnaməyə alıb.

2024-cü il də Cəmilə üçün uğurlu gəldi. O, 2024-cü ilin aprelində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kecirdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq” adlı yaradıcılıq müsabiqəsində “Eko-əl işləri” nominasiyası üzrə Fəxri fərmanla təltif edilib.
Cəmilə yay tətillərini Azərbaycanımızın ən dilbər güşələrindən biri olan Qəbələ rayonunda kecirir. Qəbələnin sayılıb-seçilən ziyalılarından olan babası Sərdar müəllim və nənəsi Nərgiz xanım Cəmilənin istirahətinin mənalı və şən keçməsi üçün hər an ona dəstək olurlar. Cəmilə bu istirahət günlərində əmisi qızları Füruzə və Sofiya ilə tez-tez qədim və zəngin tarixə malik olan Çüxur Qəbələ kəndinə gedir, gördüklərini rənglərin dili ilə kağıza köçürür. O, Füruzə və Sofiyaya yalnız rəsm çəkməyi öyrətmir, həm də ingilis və rus dillərini öyrənməyə, nənə, babasına təsərrüfat işlərində kömək etməyə də yardımçı olur.

Füruzə də əmisi qızı Cəmilə kimi gözəl rəsmlər çəkir, tikmələr hazırlayır. Lakin onun daha çox həvəsi idmanın bir növü olan gimnastikayadır. O, 2024-cü ildə Bakı şəhərində gimnastika üzrə kecirilən tədbirlərdə iştirak edərək medal və fəxri fərmanla təltif edilib.
Yuxarıda qeyd etdik ki, Cəmilə IX sinifdə oxuyur. Təbii onun bu nailiyyətlərində oxuduğu məktəbin direktoru Anar müəllimin və sinif rəhbəri Rəna Zahidovanın, rəsm müəllimi Mübariz müəllimin və digər müəllimlərinin də əməyi var. Cəmilə hazırda peşə seçimi qarşısındadır. O, tərcüməçi, hərdən isə hüquqşünas olmaq arsuzunda olduğunu bildirir. Biz ona hansı peşənin sahibi olmasından asılı olmayaraq, xalqına, Vətəninə, əzizlərinə layiq vətəndaş olmağı arzu edirik. İndi isə oxucularımızı Cəmilənin rənglər dünyası ilə baş-başa buraxırıq.
Əsgər İSMAYILOV



21-04-2025, 15:37
9 kq marixuana ilə tutuldu


9 kq marixuana ilə tutuldu

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.
DİN-dən bildirilib ki, Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
21-04-2025, 15:29
Azərbaycan səfirliyinin maşını Litvada qəzaya uğradı - Hadisə yerindən FOTOLAR


Azərbaycan səfirliyinin maşını Litvada qəzaya uğradı - Hadisə yerindən FOTOLAR

Litvanın paytaxtı Vilnüsdə Azərbaycan səfirliyinə məxsus “Volkswagen Passat” markalı avtomobil qəzaya uğrayıb.
Hadisə axşam saat 22:00 radələrində baş verib.
Səfirliyin avtomobili Litva vətəndaşına məxsus “VW Polo” markalı maşınla toqquşub. Hadisə yerinə polis çağırılıb.
Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Səfirliyi də məlumat yayıb.
Səfirlikdən verilən açıqlamada qəzanın baş verdiyi təsdiq edilib. Məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb.
Bildirilib ki, qəzanın səbəbləri ilə bağlı hazırda müvafiq təhqiqat aparılır və nəticəsi barədə məlumat təqdim ediləcək.





21-04-2025, 15:21
Məişət tullantıları ilə bağlı yeni qərar


Məişət tullantıları ilə bağlı yeni qərar

Nazirlər Kabineti 21 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələrinin ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
21-04-2025, 15:15
Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - RƏSMİ


Azad edilmiş ərazilərdə mal-qara saxlanılmasına icazə verilirmi? - RƏSMİ

Azad edilmiş ərazilərdə mal-qara saxlanılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı APA-ya açıqlamasında deyib ki, azad edilmiş ərazilərə köçən məcburi köçkünlərə öz həyətyanı sahələrində ev heyvanları saxlamağa icazə verilir: “Kəndlərdə keçmiş məcburi köçkünlər öz həyətyanı sahəsində ev heyvanları saxlayırlar. Xocalının Ballıca kəndində, Ağdərənin Həsənriz kəndində bunun şahidi ola bilərsiniz. Sadəcə şəhərlərdə məsələn, Xocalı şəhərində ev heyvanlarının saxlanmasına icazə verilmir”.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən keçmiş məcburi köçkünlərin öz həyətyanı sahələrində ev heyvanları saxlamasına etiraz edilmir. Sakinlərin edəcəyi müraciətdən asılı olaraq məsələ təhlil edilə və qanun çərçivəsində həllinə köməklik göstərilə bilər.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə bildirilib ki, azad edilmiş ərazilərə köçən vətəndaşların həyətyanı sahələrdə ev heyvanı saxlamaq imkanları ilə bağlı məsələ hazırda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə koordinasiyalı şəkildə araşdırılır və geri qayıtmış sakinlərin müəyyən sayda iri və xırdabuynuzlu heyvanları saxlaya bilməsi istiqamətində müvafiq təhlillər aparılır.
Qeyd edilib ki, Laçın rayonuna köç edən sakinlərin ev quşları saxlamasına icazə verilir. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təsdiq etdiyi layihəyə uyğun olaraq, şəhərin memarlıq görünüşünə zidd olmayan şəkildə hinlərin inşası həyata keçirilir. Bu baxımdan, ev quşlarının saxlanılmasına dair hər hansı məhdudiyyət mövcud deyil”.
Cəbrayıl, Qubadlı və Zəngilanda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən isə cavab verilməyib.
Qeyd edək ki, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,3 milyard manat vəsait ayrılıb, 2025-ci ildə bu məqsədə 4,0 milyard manat vəsait xərclənməsi nəzərdə tutulub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.
21-04-2025, 15:08
Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən əmr


Məktəblərdə monitorinqlər keçiriləcək - Nazirdən əmr

Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində monitorinqlərin keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmrdə deyilir:

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq əmr edirəm:

1. 2025-ci ilin may-iyun ayları ərzində bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat fənləri üzrə, VI siniflərində tədris dili, təbiət və riyaziyyat fənləri üzrə monitorinq təşkil olunsun.

2. Azərbaycan Respublikasının Təhsil İnstitutu (Elnur Əliyev):

2.1. monitorinqdə istifadə ediləcək qiymətləndirmə vasitələrinin hazırlanmasını;

2.2. qiymətləndirmə vasitələrinin aprobasiyasının aparılmasını;

2.3. monitorinqin nəticələrinin təhlil edilməsini təmin etsin.

3. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (Eşqi Bağırov) yerli bölmələri tərəfindən monitorinqin təşkil olunmasının koordinasiyasını təmin etsin.

4. Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsi (Rauf Orucov) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təklifləri əsasında monitorinqin təşkilinə cəlb olunmuş heyətin əməyinin qiymətləndirilməsi ilə bağlı müvafiq tədbirləri həyata keçirsin.

5. Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin Nazirliyin aidiyyəti struktur qurum və bölmələrinə çatdırılmasını təmin etsin.

6. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilsin.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!