"Çelsi" doğma meydanda uduzdu .....                        Bakıda ermənilərin növbəti məhkəməsi - FOTO .....                        Tramp ona yeni vəzifə verdi .....                        Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı .....                        Konstitusiya Məhkəməsindən mühüm qərar .....                        Sosial yardım adı altında dələduzluq .....                        Trampın müşaviri istefaya gedir .....                        Müəllimlərin attestasiyası ilə bağlı təlimlər başladı .....                        İtaliyalı deputatlar Xankəndiyə gəldi .....                       
Dünən, 18:30
Bu ərazilərdə binalar söküləcək - Komissiya yaradıldı


Bu ərazilərdə binalar söküləcək - Komissiya yaradıldı

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.
Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.
Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.
Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.
Dünən, 18:13
Rəsmi Bakıdan Hindistan-Pakistan gərginliyinə reaksiya


Rəsmi Bakıdan Hindistan-Pakistan gərginliyinə reaksiya

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.
Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb:
"Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir. Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik".
Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib:
"Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər".
Dünən, 17:25
Türkiyədə yenidən zəlzələ oldu


Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin qərb bölgəsində yerləşən Kütahya şəhərində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD) istinadən xəbər verir.
Məlumata görə, zəlzələ 4,2 bal gücündə olub.
Episentri Simav şəhəri, yeraltı ocağı isə 10,66 km dərinlikdə olub.
Dünən, 17:18
İranda zəlzələdən xəsarət alanların sayı 29-a çatıb


İranda zəlzələdən xəsarət alanların sayı 29-a çatıb

İranın Rəzəvi Xorasan vilayətinin Roştxar rayonunda baş verən zəlzələ nəticəsində vilayətdə xəsarət alanların sayı 29-a çatıb.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
“Zəlzələ maddi zərərə səbəb olmasa da, nəticədə 29 nəfər xəsarət alıb”, – məlumatda bildirilir.
Qeyd olunur ki, zərərçəkənlərin hamısı zəlzələdən sonra yaranan təşviş zamanı xilas olmağa çalışarkən xəsarət alıblar.
Dünən, 17:05
Hava yenidən pisləşir: yağış, dolu, sulu qar yağacaq - XƏBƏRDARLIQ


Hava yenidən pisləşir: yağış, dolu, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Dünən, 16:48
ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları


ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları

ABŞ və Ukrayna arasında təbii sərvətlərin birgə işlənməsi və Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan saziş imzalanıb.
Razılaşmanın əsas şərtləri və təsdiqlənmə prosesi ilə bağlı əlavə məlumatlar açıqlanıb.
ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, saziş Ukraynaya Rusiya işğalına qarşı mübarizədə göstərilən ABŞ xalqının “əhəmiyyətli maliyyə və maddi dəstəyinə” cavab olaraq imzalanıb. Nazirliyin bəyanatına görə, iqtisadi əməkdaşlıq vasitəsilə tərəflər Ukraynanın iqtisadi bərpasını sürətləndirmək üçün “ortaq resurslar, bacarıqlar və imkanlardan” istifadə edəcək.
Sazişin tam hüquqi qüvvəyə minməsi üçün Ukrayna parlamenti – Ali Rada tərəfindən ratifikasiya olunması tələb olunur. Hazırda tərəflər sənədin idarə olunması mexanizmləri üzərində razılaşmanı yekunlaşdırmağa çalışır.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko Vaşinqtonda ABŞ maliyyə naziri Skott Bessentlə birgə sənədi imzalayıb. O, sosial şəbəkədə bildirib ki, “sənəd hər iki ölkə üçün uğur vəd edən məzmuna malikdir” və sazişin mətninə son dəyişiklərin edilməsi ilə daha səmərəli nəticələr əldə olunacağına inanır.

Sazişin əsas şərtləri:

- ABŞ-Ukrayna İnvestisiya Fondu yaradılır və bu fond 10 il ərzində Ukraynada inkişafa yönəlik investisiyalar həyata keçirəcək.

- Fondun idarəçiliyi və maliyyələşdirilməsi 50/50 nisbətində tərəflər arasında bölünəcək.

- ABŞ-a yeni təbii sərvət yataqlarının işlənməsi üzrə bağlanacaq müqavilələrdə üstünlük veriləcək, lakin bu, mövcud resurslar üzərində avtomatik pay hüququ yaratmır.

- Ukrayna yeraltı sərvətlər, infrastruktur və aktivlər üzərində nəzarəti saxlayır, vəsaitlər yalnız yeni veriləcək lisenziyalarla təmin olunacaq.

- ABŞ-ın bundan sonra Ukraynaya yönəldəcəyi dəstək "investisiya" hesab ediləcək. Əvvəlki hərbi yardımlar isə bu fonda ABŞ-ın payı kimi nəzərə alınmayacaq.

Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, saziş “tam tərəfdaşlıq” prinsipi əsasında qurulub və Avropa İttifaqına üzvlük prosesinə heç bir maneə yaratmayacaq.
BBC-nin əldə etdiyi məlumata görə, sənədin imzalanmasından əvvəl tərəflər arasında bəzi fikir ayrılıqları yaranıb. ABŞ tərəfi sazişlə yanaşı fondun konkret fəaliyyət mexanizmlərini əks etdirən əlavə sənədlərin də dərhal imzalanmasında israr edib. Ukrayna isə bu sənədlərin əvvəlcə Ali Rada tərəfindən təsdiqlənməsinin vacibliyini bildirib.
Maliyyə naziri Skott Bessent bu gərginliyi Ukrayna nümayəndə heyətinin son anda sənədə bəzi dəyişikliklər təklif etməsi ilə izah edib. O, qeyd edib ki, ABŞ tərəfi sənədi imzalamağa hazırdır və top indi Ukraynanın meydanındadır.
Qeyd edək ki, ilkin niyyət protokolu 18 aprel tarixində imzalanmışdı.
Dünən, 16:43
“Porsche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın həbs olundu


“Porsche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın həbs olundu

Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.
Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
Dünən, 16:36
“20 Yanvar”da özünü maşınların altına atırmış... - FOTO


“20 Yanvar”da özünü maşınların altına atırmış... - FOTO

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir", DİN-dən bildirilib.

Dünən, 16:30
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - SƏRƏNCAM


Kamran Əliyev yenidən Baş prokuror təyin edildi - SƏRƏNCAM

Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.
Dünən, 16:28
Prezident “Azəristiliktəchizat”a yeni sədr təyin etdi - DOSYE+FOTO


Prezident “Azəristiliktəchizat”a yeni sədr təyin etdi - DOSYE+FOTO

İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.
1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!