İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
11-06-2025, 16:10
Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi


Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi

Xaçmazda orta məktəbin döşəməsi çöküb.
Hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
"Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür", - rəsmi açıqlamada bildirilir.
11-06-2025, 15:43
108 minə yaxın uşağın I sinfə qəbulu tamamlanıb


108 minə yaxın uşağın I sinfə qəbulu tamamlanıb

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

– Alternativ qeydiyyat mərkəzlərinə

– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
11-06-2025, 15:28
Skuter sürənlərə xəbərdarlıq


Skuter sürənlərə xəbərdarlıq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib.
İdarədən verilən məlumata görə, xəbərdarlıqda deyilir:
"Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir.
Skuterlərdən istifadə vaxtı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır:

- bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi və qəza riskini artırır);
- piyada səkilərində və zolaqlarında yüksək sürətlə hərəkət;
- işıqfor və yol nişanlarının tələblərinə əməl edilməməsi;
- gecə saatlarında xəbərdaredici işıq və ya işarələrsiz hərəkət;
- azyaşlı və sürücülük bacarığı olmayan şəxslərin skuterlə yol hərəkətinə qoşulması.

Qeyd olunan bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda ağır nəticələrə səbəb ola biləcək qəzalara zəmin yaradır.
Bir daha xatırladırıq:
Skuter nəqliyyat vasitəsidir və onu idarə edən hər bir şəxs yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir.
Unutmayaq: Bir anlıq məsuliyyətsizlik, ömürlük peşmanlığa səbəb ola bilər!"
11-06-2025, 15:05
Samur-Abşeron kanalında batan gəncin meyiti tapıldı


Samur-Abşeron kanalında batan gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinə Taxtakörpü Su Anbarında suyun üzərində bir nəfərin meyitinin müşahidə edildiyi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şimal” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən tədbirlər nəticəsində Samur-Abşeron kanalında batması ehtimal olunan 2002-ci il təvəllüdlü Rüstəmov Samir Çərkəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
11-06-2025, 14:35
Dövlət Komitəsi Ağalı kəndi ilə bağlı videoçarx hazırladı - VİDEO


Dövlət Komitəsi Ağalı kəndi ilə bağlı videoçarx hazırladı - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Ağalı kəndinin görüntülərini ehtiva edən videoçarx imzalayıb.
Bu barədə Komitənin Mətbuat xidmətindən məlumat verilib.
"İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir. Rahat yaşayış, xoş güzaran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntülərini şərhsiz təqdim edirik", - məlumatda qeyd olunub.

11-06-2025, 14:19
Qəbul imtahanının cavabları AÇIQLANDI



Qəbul imtahanının cavabları AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54246 abituriyentdən (II qrup üzrə 25960 nəfər, III qrup üzrə 28286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 680.0 bal toplayan Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu İsmayılzadə Xədicə Xaliq qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 380.0 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 2 nəfər – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Hümmətli Çiçək Hümmət qızı və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu İbrahimov Əli Ruslan oğlu göstərib. Hümmətli Çiçək Hümmət qızı imtahanın birinci mərhələsində 297.5 bal toplayıb. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 697.5 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. İbrahimov Əli imtahanın birinci mərhələsində 290 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 17 iyun saat 10:00-dan 19 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
11-06-2025, 14:11
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi


Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq əməlində təqsirləndirilən Şəxsət Səfərova hökm oxunub.
Cinayət işi üzrə tanınmış həkim-uroloq Elza Binnətova zərərçəkmiş şəxs qismində tanınıb.
Bildirilib ki, paytaxtın Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən plazada fəaliyyət göstərən cagdas.edu.az saytının və xaricdə ali təhsil agentliyinin rəhbərlərindən olan Şəxsət özünü İstanbul Cərrahpaşa Universitetinin Orta Asiya və Qafqaz üzrə nümayəndəsi kimi təqdim edib. O, E.Binnətovaya övladını həmin universitetə qəbul etdirəcəyi vədi verərək 58 min dollar (98 600 manat) alıb. Lakin bir müddət sonra Şəxsət vədini yerinə yetirə bilməyib. E.Binnətova pulları geri tələb etsə də, o, aldığı vəsaiti qaytarmayıb. Həmçinin həkimin övladı Bakıda digər universitetə imtahan verərək qəbul olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Şəxsət barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli iqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
O, ifadəsində aldığı pulun 40 min dollarını Türkiyəyə göndərdiyini, 8 min dollarını Fatih adlı şəxsə verdiyini, 10 minini isə özünə götürdüyünü deyib: "5 ildir bu işlə məşğulam. İlk dəfədir ki, problemlə qarşılaşıram. Mənim Elza xanımı aldatmaq niyyətim olmayıb. Qarşı tərəflə İstanbul Cerrahpaşa Universitetində övladlarını tibb fakültəsinə qəbul etdirmək barədə razılaşmışdıq. Türkiyədə uşaqları instituta düzəltməklə məşğul olan şəxslərlə üç ildir ki, işləyirdim. Lakin sonuncu dəfə pulu alıb işi düzəltmədilər. Həmin şəxslər iki-üç aya problemi həll edəcəklərini demişdilər, lakin həll edə bilmədilər. Mən pulun qaytarılmasını tələb etmişdim, lakin həmin şəxslər qaytara bilmədilər”.
E.Binnətova isə ifadəsində instaqram sosial şəbəkəsində İstanbul Cərrahpaşa Universitetinə qəbulla bağlı "Çağdaş Eğitim” şirkətinin elanını gördüyünü və onlarla əlaqə saxladığını, lakin qarşı tərəfin onu aldadaraq külli miqdarda pul aldığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin cəza şərti hesab edilib və Şəxsət həbsdən azadlığa buraxılıb. Qeyd edilib ki, təqsirləndirilən tərəf zərərçəkmişə vurduğu ziyanın böyük hissəsini ödəyib və 18 min dollarlıq hissə qalıb. Məhkəmə həmin pulun da tutularaq qarşı tərəfə verilməsi barəsində qərar çıxarıb. Mənəvi zərərlə bağlı 5 min manatlıq mülki iddia isə baxılmamış saxlanılıb.
11-06-2025, 13:48
Azərbaycanlı diplomat evində intihar edib - YENİLƏNİB


Azərbaycanlı diplomat evində intihar edib - YENİLƏNİB

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində intihar edib.
Bu barədə APA məlumat yayıb.
Məlum olub ki, iyunun 9-u saat 14 radələrində 1969-cu il təvəllüdlü İlqar Adil oğlu İbrahimov Bakıda yaşadığı mənzildə özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
İlqar İbrahimov uzun müddət diplomatik sahədə xidmət edib.
Xarici İşlər Nazirliyindən hadisə barədə açıqlama verilməyib.

***

11:42

Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimov evində ölü taplıb.
O, qış aylarında Bakıya qayıdıbmış.
İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.
Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti İlqar İbrahimovla bağlı sorğunu cavablandırmaqdan imtina edib. Bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.
11-06-2025, 13:19
Prezidentdən 12 min nəfəri sevindirəcək SƏRƏNCAM


Prezidentdən 12 min nəfəri sevindirəcək SƏRƏNCAM

Prezident İlham Əliyev “Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəh- mədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
11-06-2025, 12:27
Sayt rəhbəri və redaktoru olan ata-oğula hökm oxundu


Sayt rəhbəri və redaktoru olan ata-oğula hökm oxundu

Rüşvət almaqda təqsirləndirilən “Dogruxeber.com” saytının rəhbəri İlham Həsənov və onun oğlu, saytın redaktoru Renar Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Aqil Nuriyevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İlham Həsənova 10 il, Renar Həsənova isə 1000 manat pul cəzası təyin edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, ötən il sayt rəhbəri İlham Həsənov və onun oğlu, Renar Həsənovun ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmələri və dələduzluq əməlləri barədə daxil olan məlumatlar əsasında Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılıb.
Onlar ayrı-ayrı şəxsləri həqiqəti əks etdirməyən, rüsvayedici məlumatlar yayacaqları ilə hədələməkdə, dələduzluq yolu ilə müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirməkdə şübhəli bilinirlər.
Ata və oğul cinayət məsuliyyətinə cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddərəli ilə ittiham irəli sürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!