Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
2-07-2025, 20:20
Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır


Rusiyaya cavab verilmədiyi iddiaları əsassızdır

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibinin və Rusiyanın Azərbaycandakı səfirliyinin 2 iyul tarixli bəyanatlarında guya Azərbaycanda səfərdə olan Rusiya vətəndaşlarına və onların ailə üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi, habelə həbs olunmuş Rusiya vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi ilə bağlı Rusiyanın rəsmi müraciətlərinə Azərbaycan tərəfindən cavab verilmədiyi iddiaları əsassızdır.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.
Qeyd edilib ki, Azərbaycan tərəfindən saxlanılan və həbs edilmiş qruplaşmalar, eləcə də ölkədə qanunsuz fəaliyyət göstərən “Sputnik-Azərbaycan” filialında çalışan Rusiya vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi ictimaiyyətə açıqlanıb.
"Konsulluq dəstəyi məsələsinə gəldikdə, Rusiya tərəfindən 30 iyun və 1 iyul tarixlərində XİN-ə daxil olmuş müraciətlər dərhal aidiyyəti dövlət qurumuna ünvanlanıb və həbs olunmuş şəxslərin kimliyi və təhqiqat aparan səlahiyyətli qurum barədə müvafiq məlumat Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Konsulluq Konvensiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən Rusiya tərəfinə təqdim olunub. Ümumilikdə, konvensiyaya uyğun olaraq müraciətlərə baxılması müddəti Rusiya tərəfinə məlumdur.
Qeyd edək ki, Rusiyanın müxtəlif şəhərlərində saxlanılan və cəzaçəkmə müəssisələrində olan Azərbaycan vətəndaşları ilə konsulluq görüşlərinin təşkil olunması üçün dəfələrlə edilmiş müraciətlərimizə Rusiya tərəfindən cavabların həftələrlə gecikdirilməsini Azərbaycan tərəfi heç zaman ictimaiyyətləşdirərək siyasiləşdirməyib.
Qeyd edilənləri nəzərə alaraq, Rusiya tərəfini vəziyyəti süni şəkildə daha da gərginləşdirən addımlardan və bəyanatlardan çəkinməyə çağırırıq", - XİN-dən bildirilib.
2-07-2025, 20:02
Səs yazısı yayılan direktor müavininə XƏBƏRDARLIQ


Səs yazısı yayılan direktor müavininə XƏBƏRDARLIQ

28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi ilə bağlı səs yazısı yayılıb.
Videoda direktor müavininin həmkarları ilə söhbəti zamanı qeyri-etik ifadələr və təhdidlərdən istifadə etdiyi aydın olur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, 28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın etik davranış qaydalarına zidd ifadələr səsləndirdiyi səs yazıları ilə bağlı araşdırma aparılıb: "İlahə Mirzəyeva ilə profilaktik söhbət keçirilib və gələcəkdə bu cür hallara yol verilməməsi barədə ona ciddi xəbərdarlıq olunub".


2-07-2025, 19:52
Ermənistan Rusiyaya qadağa qoydu


Ermənistan Rusiyaya qadağa qoydu

Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyi “Korovka iz Korenovki” brendi ilə məhsul istehsal edən Rusiyanın “Əsl Dondurma Zavodu”nun dondurmalarının idxalına müvəqqəti qadağa qoyub.
Bu barədə agentliyin saytında bildirilir.
“Qida təhlükəsizliyi müfəttişliyi orqanı rəhbərinin qərarı ilə iyulun 2-dən etibarən Rusiyanın “Əsl Dondurma Zavodu” MMC-nin istehsal etdiyi dondurmanın Ermənistana idxalı müvəqqəti olaraq qadağan edilib”, - məlumatda deyilir.
Məhsulların ölkəyə idxalına qadağa qoyulması ilə bağlı qərar məhsulun təhlükəsizliyi riskinin qiymətləndirilməsi zamanı qəbul edilib. Qeyd olunub ki, məhdudiyyətlər əvvəllər idxal olunan məhsullara şamil edilmir.
2-07-2025, 19:31
Əli Əsədov Ersin Tatarla müzakirələr apardı


Əli Əsədov Ersin Tatarla müzakirələr apardı

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.
Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.
Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
2-07-2025, 19:04
Azərbaycanda yeni reyestr yaradılır


Azərbaycanda yeni reyestr yaradılır

Xüsusi İcra Məmurlarının Reyestri yaradılacaq.
Bu, Milli Məclisin iyulun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.
Xüsusi İcra Məmurlarının Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
2-07-2025, 18:47
Yanmış evdən tapılan qadın meyitinə görə tutulan var


Yanmış evdən tapılan qadın meyitinə görə tutulan var

Samux rayonu Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirməkdə şübhəli şəxs müəyyən olunub.
İyunun 29-da Yahuzə Bəkirovanı qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 38 yaşlı Arzu Alıyevi polis əməkdaşları hadisədə şübhəli olduğuna görə aparıblar.
Qeyd edək ki, qadının meyiti ona məxsus yandırılmış evdə aşkarlanıb.
2-07-2025, 18:28
Özbəkistan səfirliyinin yeni binasının açılışı olub


Özbəkistan səfirliyinin yeni binasının açılışı olub

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
2-07-2025, 18:16
Azərbaycanla Özbəkistan arasında bu sənədlər imzalandı - SİYAHI


Azərbaycanla Özbəkistan arasında bu sənədlər imzalandı - SİYAHI

İyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzaladılar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planını (“Yol xəritəsi”)” Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Özbəkistanın kənd təsərrüfatı naziri İbroxim Abduraxmonov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”nı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”i Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayət fəaliyyəti ilə əlaqəli mobil cihazlar üzrə məlumat mübadiləsinin təşkili haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol xəritəsi”ni Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov mübadilə etdilər.
Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Navoi şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.







2-07-2025, 18:05
Bakıda “Özbəkistan” parkının təməli qoyuldu


Bakıda “Özbəkistan” parkının təməli qoyuldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.
“Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir. Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.
Qeyd edək ki, paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqlarımızın mədəni əlaqələri daha da möhkəmlənəcək.
2-07-2025, 18:02
Azərbaycan Özbəkistanın imicinin artmasına ürəkdən sevinir


Azərbaycan Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatın bir çox məsələsinin həll olunmasına şadıq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb: “Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!