Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var .....                        Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var .....                        İran İsrailin kimya zavodunu vurdu .....                        "Qarabağ" xanım azarkeşləri üçün girişi pulsuz etdi .....                        CNN: İranla bağlı dördtərəfli danışıqlar başlayıb .....                        Tudor klubdan ayrıldı .....                        Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə .....                        3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı .....                        Bu ərazidə 3 gündür istilik yoxdur .....                       
2-03-2026, 22:22
“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ  NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


ÖTƏRXAN ELTAC

“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ

NAZİM CƏBRAYLOVUN ANIM GÜNÜ KEÇİRİLDİ


Bu gün 2 mart 2026-cı il tarixində Azərbaycan İqtisadiyyat Universitetinin Akt zalında qəhrəmanlığı ilə dastan yazan “Azərbaycan Bayrağı” ordenli Nazim İbrahim oğlu Cəbrayılovun şəhidlik məqamına yüksəlişinin 32, anadan olmasının 77 illik yubiley tədbirinə qatıldıq.

Ümumilikdə türk dünyasının şəhidlərini bir dəqiqəlik sükutla yad etdikdən sonra dosent Pikəxanım Xudiyevanın aparıcılığı ilə ilk söz təhsil ocağının Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədova verildi. Birinci Vətən müharibəsində himayədarlarının köməyi ilə torpaqlarımıza təcavüz edən qarı düşmənin məkrindən, kəndlərə basqın edərək silahsız insanları girov götürmələrindən, eləəcə də, ağır texnikaların, uzaqvuran artilleriyanın qarşısında əliyalın da olsa, bir addım geri çəkilməyən igidlərin rəşadətindən, ələlxüsus Nazim Cəbrayılovun dillərdə əzbər olan şücaətindən söz açdı.
N. Cəbrayılovun sinif yoldaşı, ictimai-siyasi xadim Çimnaz Əliyeva qəhrəmanımızın yeniyetməlik, gənclik çağlarını xatırlamağa çalışdı, onun diribaşlığından, cəsarətindən, yurdsevərliyindən danışdı. Onu da vurğuladı ki, məhz elə igid oğulların və dəmir yumruqlu komandanımızın sayəsində ermənisiz məmləkətdə yaşamağa nail olduq. Qürurlu deyilmi?!

Tələbə Fidan Şərifovanın qürurla söylədiyi vətənpərvərlik şeiri sanki hər kəsi səfərbərliyə, döyüşə səsləyirdi. Tarzən Rəsul Hacızadənin barmaqlarından süzülən həzinlik şeirin qüdrətini daha da artırırdı.

Ömrünün 30 ilini yurd intizarı, həsrət, yanğı, ağrı və acılarla keçirən söz sərrafı, şair Seyran Səxavətin dilindən puçurlanan duyğusal, bir qədər də qətiyyətli kəlmələr hər kəsə qürur dolu anlar yaşatdı. Şair onu da vurğuladı ki, müasir Azərbaycan hərb tarixində ən şanlı əsəri məhz Ali Baş Komandanımız yazdı.
Tural İsgəndərovun qəhrəmanımızın igidliyindən, şücaətindən bəhs etdiyi şərəf dastanını tələbə yoldaşı Hacər Qasımlının ifasında – tarın yanğılı müşayiətində dinləmək hər kəsin ovqatını yüksəltdi.

Növbəti çıxış üçün söz Nazim Cəbrayılovun döyüş yoldaşı Rüstəm Hacıyevə verildi. Xatirələr dil açdıqca, həm qürur duyduq, həm də qəlbimiz sızladı. Ağdamın Kəngərli, Qarağaclı, Cəvahirli, Salahlı, Kosalar, Göytəpə və neçə-neçə kəndləri uğrunda amansız döyüşlərin şiddəti qulaqları cingildətdi.
Tələbə Elcanə Cabbarovanın yurd sevdalı, torpaq məhəbbətli lirik duyğuları da bir ruh ovsunu idi. Əməkdar jurnalist Flora Xəlilzadə qəhrəmanımızın döyüş yolunun ibrət və örnək olduğunu və bu igidliyin gənc nəslə aşılanmasında ən böyük yükün ziyalıların boynuna düşdüyünü dilə gətirdi.
Sonda şəhid qəhrəmanımızın həyat yoldaşı, universitetin müəllimi, dosent Rahilə Cəbrayılova ailə həyatından danışdı. Köhnə xatirələri vərəqlədi, elçilikdən söz açdı. Doğulub boya-başa çatdığı Şuşalı günlərini xatırladı, bir sözlə, xarıbülbül ətirli ab-hava yaratdı.

Hələ Rahilə xanımdan əvvəl illər öncə igidimiz haqqında hazırladığım radioverilişdən danışmaq imkanım oldu. Döyüş yolunu – ağrılı-acılı günləri xoş xatirə qanadlarında tarın ruhuna kökləməyə çalışdım. Rəsul Hacızadə gənc olmasına baxmayaraq, elə yanğı ilə ifa etdi ki, coşqunun illəti yanaqlarda bərq vurdu.

Tədbirdə şəhidin övladları ilə yanaşı, ailə dostları, yurd aşiqləri, professor-müəllim və tələbə heyəti də iştirak edirdi. Onu da qeyd edək ki, tədbirin əvvəlində qəhrəmanımızın döyüş yoluna həsr edilən videoçarxı dinləmək imkanımız oldu. Hələ üstəlik fürsətdən istifadə edib şəhidin qızının doğum gününü də qeyd elədik. Tədbir musiqi sədaları altında sona çatdı.

2-03-2026, 21:35
Yaponiyanın səfirliyi təhlükəsizlik tədbiri çərçivəsində konsulluğu bağlayıb


Yaponiyanın səfirliyi təhlükəsizlik tədbiri çərçivəsində konsulluğu bağlayıb

Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi təhlükəsizlik tədbirləri çərçivəsində 2 və 3 mart tarixlərində yalnız konsulluq şöbəsini müvəqqəti olaraq bağlayacağını açıqlayıb.
Səfirlik hazırda hər hansı təhdid məlumatı olmasa da, Orta Şərqdəki gərgin vəziyyətlə bağlı ziyarətçilərin təhlükəsizliyi təmin edilməli olduğunu qeyd edib.
Əvvəlki məlumatlarda bağlanmanın qeyri-müəyyən müddətə olduğu qeyd edilmişdi, lakin düzgün məlumat yalnız bu iki günü əhatə edən müvəqqəti bağlanmadır.
2-03-2026, 21:27
İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirib


İran ABŞ və İsrail obyektlərinə raket zərbələri endirib

İran ABŞ və İsrail obyektlərinə qarşı “Həqiqi vəd – 4” əməliyyatının 12-ci mərhələsinə başladığını açıqlayıb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.
Bundan əvvəl NourNews İranın regiondakı ABŞ bazalarına zərbələr zamanı ən yeni ağır raketdən istifadə etdiyini iddia etmişdi.
Fevralın 28-də İsrail Müdafiə Qüvvələri İran ərazisinə “Şir nəriltisi” əməliyyatı çərçivəsində zərbələr endirmişdi və hər iki ölkə hava məkanını bağlamışdı.
Daha sonra ABŞ Prezidenti Donald Trump ABŞ-ın da əməliyyatda iştirak etdiyini bildirib. Pentaqon əməliyyatı “Epik Qəzəb” adlandırıb.
İran isə cavab olaraq İsrailə onlarla ballistik raket buraxıb və Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
2-03-2026, 20:40
Britaniya Baş naziri: İran hücumlarını daha təhlükəli edir


Britaniya Baş naziri: İran hücumlarını daha təhlükəli edir

Böyük Britaniyanın Baş naziri Keir Starmer İranın Ali Rəhbəri Ali Xamenei öldürüldükdən sonra ölkə regionda hərbi və iqtisadi hədəflərə daha “təhlükəli və məsuliyyətsiz” hücumlar həyata keçirdiyini deyib.
Starmer parlamentdə Xameneinin ölümü İrana bu hücumları dayandırmaq üçün mane olmayacaq və zərbələr mülki əhaliyə qarşı daha riskli hala gəldiyini deyib.
2-03-2026, 20:23
Tramp İrana quru qoşunların göndərilməsini istisna etmir


Tramp İrana quru qoşunların göndərilməsini istisna etmir

ABŞ Prezidenti Donald Trump İrana quru qoşunların göndərilməsi ehtimalını inkar etməyib.
Tramp bunu The New York Post-a açıqlamasında bildirib.
Prezident qeyd edib ki, “Epic Fury” (“Epik Qəzəb”) əməliyyatı planlanandan irəlidədir və Tehran tərəfindən onlarla yüksək rütbəli məmur məhv edilib.
“Quru qoşunlarla bağlı heç bir şübhəm yoxdur. Adətən prezidentlər deyir: ‘Yerdə qoşun olmayacaq’. Mən belə demirəm”, – deyə Tramp vurğulayıb.
Əvvəlcə o, münaqişənin təxminən dörd həftə davam edəcəyini bildirsə də, müsahibədə müddətin daha qısa ola biləcəyini də əlavə edib.
2-03-2026, 19:51
Ombudsman Aparatında “Susmayan həqiqətlər” sərgilənib


Ombudsman Aparatında

“Susmayan həqiqətlər” sərgilənib



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Ombudsman Aparatında tarixən azərbaycanlılara qarşı yürüdülmüş soyqırımı və etnik təmizləmə siyasətinə dair tarixi faktları özündə əks etdirən “Susmayan həqiqətlər” mövzusunda sərginin açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ombudsman Səbinə Əliyeva çıxış edərək, “Susmayan həqiqətlər” sərgisinin xalqımızın tarixində ən faciəli səhifələrdən biri olan azərbaycanlılara qarşı törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə dair tarixi faktların ictimaiyyətə çatdırılması, qurbanların əziz xatirəsinin ehtiramla yad edilməsi və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Müvəkkil 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə

azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qırğınlar nəticəsində on minlərlə dinc insanın yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini, yaşayış məntəqələrinin dağıdıldığını qeyd edib. Ombudsman bu hadisələrin beynəlxalq hüquqa əsasən sülh və insanlıq əleyhinə törədilmiş ağır cinayətlərdən biri - soyqırımı cinayəti kimi qiymətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti Nazim Mustafa, eləcə də Ombudsman Aparatının əməkdaşı Polad Cəfərzadə çıxış ediblər.
Çıxışlarda Ermənistan tərəfindən azərbaycanlılara qarşı uzun illər ərzində həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətindən, xüsusilə indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın zorla çıxarılmasından bəhs edilib. Bildirilib ki, 1905-1906, 1918-1921, 1948-1953 və 1987-
1991-ci illərdə baş vermiş deportasiya prosesləri nəticəsində azərbaycanlıların fundamental insan hüquqları kobud şəkildə pozulub.
Tədbirdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin, onların beynəlxalq səviyyədə tanınmasının və qurbanların hüquqlarının bərpasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra şair publisist, Prezident mukafatçısı, Ombudsman Aparatının əməkdaşı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvu, Qarakilsə rayonunun Şəki kənd İcmasının sədri Azadə Novruzova müəllifi olduğu "Zəfər aşiqləri: Qarakilsə şəhidləri" ensiklopedik toplusu barədə ətraflı məlumat təqdim etdi. O, kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun döyüşçüləri haqqında bioqrafik təqdimatların qeyd edildiyini bildirib.
Qeyd edək ki, toplunun "Ön söz"ünün müəllifi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevadır.

Sərgidə nümayiş olunan arxiv sənədləri, fotoşəkillər və digər materiallar azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasətinin miqyasını və ağır nəticələrini əyani şəkildə əks etdirir. Materiallar, həmçinin tarixi yaddaşın qorunmasına, insan hüquqları sahəsində ictimai məlumatlılığın artırılmasına və beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Ombudsmanı tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin sənədləşdirilməsi, beynəlxalq təşkilatlara müvafiq hesabat və müraciətlərin təqdim olunması istiqamətində fəaliyyət ardıcıl şəkildə davam etdirilir. “Susmayan həqiqətlər” sərgisi də bu fəaliyyətin tərkib hissəsi olaraq tarixi ədalətin bərpasına, insan hüquqlarının müdafiəsinə töhfə verməyi hədəfləyir.
Sərgi 31 mart tarixinədək ziyarətçilər üçün açıq olacaq.



2-03-2026, 19:48
Makron nüvə arsenalının artırılacağını AÇIQLADI


Makron nüvə arsenalının artırılacağını AÇIQLADI

Fransa Prezidenti Emmanuel Makron ölkənin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılması barədə qərar verildiyini bildirib.
Fransa lideri bunu nüvə çəkindirmə strategiyası ilə bağlı çıxışında bəyan edib.
Makron qeyd edib ki, sürətlə dəyişən və təhlükəli geosiyasi şəraitdə Fransa özünün “zəmanətli dağıdıcı gücünü” qoruyub saxlamalıdır.
“Mən arsenalımızdakı nüvə döyüş başlıqlarının sayının artırılması ilə bağlı tapşırıq vermişəm. Hər hansı ehtimalların və fərziyyələrin qarşısını almaq üçün bundan sonra nüvə arsenalımızın dəqiq həcmi ictimaiyyətə açıqlanmayacaq. Əvvəllər bu məlumatlar mütəmadi şəkildə paylaşılırdı”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Fransa rəsmi şəkildə nüvə silahına sahib olan azsaylı ölkələrdən biridir və Avropa İttifaqı daxilində bu statusa malik yeganə dövlətdir.
2-03-2026, 19:30
Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib


Bəhreyn İranın 70 raket və 59 PUA-sını məhv edib

İran tərəfindən Bəhreyn istiqamətində ballistik raketlər və pilotsuz uçuş aparatları ilə növbəti hücum dalğası həyata keçirilib.
Bu barədə Bəhreynin dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, Bəhreynin hava hücumundan müdafiə qüvvələri İranın 70 raketini və 59 pilotsuz uçuş aparatını zərərsizləşdirərək hücumun qarşısını alıb.
2-03-2026, 19:27
Hələ güclü zərbə endirməyə başlamamışıq - TRAMP


Hələ güclü zərbə endirməyə başlamamışıq - TRAMP

ABŞ İrana qarşı həqiqətən güclü zərbələr endirməyə "hətta başlamayıb".
Bunu ABŞ lideri Donald Tramp bildirib.
"Böyük dalğa hələ gəlməyib. Böyük dalğa tezliklə gələcək. Biz İran xalqına kömək etmək istəyirik, amma hazırda hər kəsin evdə qalmasını istəyirik", - o qeyd edib.
2-03-2026, 19:17
"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ


"TikTok"da açıq-saçıq videosunu paylaşan QIZ HƏBS EDİLDİ

Qubada çəkdirdiyi açıq-saçıq görüntülərlə bağlı 27 yaşlı tiktoker xanım inzibati qaydada həbs olunub.
1999-cu ildə Bərdə rayonunda anadan olmuş Aysun Bayramova barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə (internet resurslarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) protokol tərtib edilib
İşə məhkəmədə baxılıb. Məlum olub ki, Aysun Bayramova açıq-saçıq geyimdə olan görüntüləri 2024-cü ildə Quba rayonunda çəkib. Digər açıq görüntüləri isə "TikTok" platformasında paylaşmayıb, yalnız həmin proqram vasitəsilə çəkərək münasibətdə olduğu şəxsə göndərmək məqsədilə hazırlayıb.
Onun əvvəllər məhkum olunmadığı bildirilib. A.Bayramova məhkəmədən bu halların nəzərə alınmasını və bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edib.
Məhkəmənin qərarı ilə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi üzrə təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!