Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
2-04-2026, 13:44
Nizami Kino Mərkəzinin binasına zərər vuruldu - Rəsmi AÇIQLAMA


Nizami Kino Mərkəzinin binasına zərər vuruldu - Rəsmi AÇIQLAMA

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi və əməli törədənlərin şəxsiyyəti müəyyənləşdirilir.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir.
Hazırda tarixi abidəyə edilən müdaxilənin nəticələrinin aradan qaldırılması və binanın ilkin görkəminə qaytarılması istiqamətində tədbirlər görülür.
"Bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edirik. Belə hallarla qarşılaşan şəxslərdən isə dərhal qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur", - bəyanatda deyilir.
2-04-2026, 13:19
İran Ordusunun Baş Komandanı ABŞ-ı hədələdi: quru əməliyyatı başlasa...


İran Ordusunun Baş Komandanı ABŞ-ı hədələdi: quru əməliyyatı başlasa...

“Əgər Amerika ordusu İranda quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də düşmən hərbçisi sağ qalmayacaq”.
Bunu İran İslam Respublikası Ordusunun Baş Komandanı general-mayor Əmir Hatəmi bəyan edib.
O, komandanlığın idarəetmə mərkəzlərindən birində ordu qüvvələrinin komandirləri ilə onlayn görüş keçirərək tapşırıqlar verib: düşmənlərin hərəkətlərini son dərəcə dəqiqliklə, anbaan izləmək və düşmənin hücum metodlarına qarşı çıxmaq üçün planları uyğun vaxtda həyata keçirmək lazımdır.
General-mayor Hatəmi vurğulayıb: “Əgər düşmən quru əməliyyatları aparmağa cəhd edərsə, bir nəfər də sağ qalmamalıdır”.
Əmir Hatəmi deyib ki, İran İslam Respublikası ordusunun bütün şəxsi heyəti şəhid olmağa and içiblər.
2-04-2026, 13:13
Rasim Balayevin səlahiyyətlərini o icra edir


Rasim Balayevin səlahiyyətlərini o icra edir

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir.
Bunu ittifaqın katibi Baba Vəziroğlu deyib.
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur".
Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib.
"Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.
Xalq artisti Fəxri xiyabanda dəfn olunub.
2-04-2026, 12:56
Paşinyan Putinlə görüşü barədə təəssüratlarını bölüşdü


Paşinyan Putinlə görüşü barədə təəssüratlarını bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərinin uğurlu olduğunu bildirib və müxtəlif sahələrdə konkret razılaşmaların əldə edildiyini bildirib.
Onun sözlərinə görə, mədəniyyətdən hərbi-texniki əməkdaşlığa qədər bir sıra sahələrdə razılaşmalar əldə edilib.
Baş nazir razılaşmaların təfərrüatları barədə ətraflı məlumat verməsə də, əməkdaşlığın geniş məsələləri əhatə etdiyini qeyd edib.
2-04-2026, 12:37
Temperatur günbəgün artır: Sabah 26 dərəcə isti gözlənilir


Temperatur günbəgün artır: Sabah 26 dərəcə isti gözlənilir

Azərbaycanda aprelin 3-də 26 dərəcə isti gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
2-04-2026, 12:07
Qazaxıstan Azərbaycanla saziş imzalamağı planlaşdırır - Baş nazir


Qazaxıstan Azərbaycanla saziş imzalamağı planlaşdırır - Baş nazir

Biz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini yüksək qiymətləndiririk. Orta Dəhlizin institusional statusunu artırmaq məqsədilə biz bu il Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamağı planlaşdırırıq. Əlavə olaraq, bu marşrutun sabitliyini qoruyub saxlayaraq, onun Zəngəzur dəhlizinin açılması ilə inteqrasiyasını təmin etmək zəruridir. Bu baxımdan Qazaxıstan sözügedən layihədə fəal iştirak etməyə hazırdır və bu gün bir sıra Qazaxıstan şirkətləri dəmir yolu infrastrukturunun tikilməsi və müasirləşdirilməsi işlərində maraqlıdır.
Bunu Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin aprelin 2-də Bakıda keçirilən görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyadakı mövcud vəziyyət təşkilatımız çərçivəsində “TDT+” formatının aktuallığını artırır. Qazaxıstan Orta Dəhlizin əsas iştirakçıları ilə bu formatda görüşlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu əməkdaşlıq hər iki bazarda mühüm tərəf kimi çıxış etmək və enerji tərəfdaşlığında yeni arxitektura formalaşdırmaq imkanı yaradacaq.
“Yaxın gələcəkdə Qazaxıstan TDT-nin süni intellekt və rəqəmsal inkişaf üzrə qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməyi planlaşdırır. Əminəm ki, bu görüş rəqəmsal transformasiyaya yeni təkan verəcək və texnoloji əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək”, - deyə Baş nazir bildirib.
2-04-2026, 11:52
İlham Əliyev Cevdet Yılmazı qəbul etdi - FOTO


İlham Əliyev Cevdet Yılmazı qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Cevdet Yılmaz Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Cevdet Yılmaz Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyərək, məhz bunun Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biri olduğunu vurğuladı.
Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu dedi.
Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi bildirildi.
Söhbət zamanı Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün keçirilməsinin əhəmiyyətinə toxunuldu, bu tədbirin təşkilat çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.
Cevdet Yılmaz bu toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinin iştirakını da məmnunluqla qeyd edərək, buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirdi.
Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün yüksək səviyyədə keçirildiyini və həmin tədbirdə yaxşı nəticələrin əldə edildiyini deyən qonaq, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyinin uğurlu olduğunu vurğuladı.
Görüş zamanı, həmçinin Azərbaycanla Türkiyə arasında ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

2-04-2026, 01:36
Türkiyədə zəlzələ oldu


Türkiyədə zəlzələ oldu

Aralıq dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar Aralıq dənizində, Türkiyənin Bodrum bölgəsinə yaxın ərazidə qeydə alınıb.
Məlumata görə, zəlzələ 38,1 km dərinlikdə baş verib.
2-04-2026, 01:11
Tramp xalqa müraciət edəcək


Tramp xalqa müraciət edəcək

ABŞ Prezidenti Donald Tramp yaxın saatlarda xalqa müraciət edəcək. O, İrana qarşı hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu və sona çatdığını bəyan etmək niyyətindədir.
Bu barədə "Politico" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Amerika lideri İranda bir ay davam edən müharibənin sona çatdığını elan edəcək. Məqalədə qeyd olunur ki, Amerika lideri, həmçinin NATO müttəfiqlərini İranın Hörmüz boğazından gəmiçiliyin məhdudlaşdırılmasınangörə məsuliyyətə cəlb edəcək.
Keçmiş siyasi strateq Stiv Bennon nəşrə bildirib ki, Amerika lideri İranda qələbəni elan edəcək.
Amerika liderinin yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 04:00) müraciəti gözlənilir.
2-04-2026, 00:40
Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB


Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz aprelin 2-də Azərbaycana səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

***

00:16

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sabah Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyənin vitse-prezidenti aprelin 2-də Bakıda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının görüşündə iştirak edəcək.
Cevdet Yılmaz Heydər Əliyev Mədəniyyət Mərkəzini ziyarət edəcək və daha sonra Azərbaycan Milli Xalça Muzeyində olacaq. Türkiyənin Viste-prezidentinin Azərbaycanın Baş naziri Əli Əsədovla və digər şəxslərlə görüşü planlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!