Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
Tarix : 18-01-2023, 22:30
Lavrov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxundu


Lavrov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə toxundu

Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətdən danışıb. Nazir bu mövzuya 2022-ci ilin yekunlarına dair mətbuat konfransında toxunub. Sergey Lavrov sərhədə Avropa İttifaqı müşahidə missiyasının yerləşdirilməsi məsələsinə münasibət bildirib. O bildirib ki, Ermənistan tərəfi Aİ ilə danışıqlara üstünlük verir: "Belə bir missiya Bakının razılığı olmadan yerləşdirilsə, əks nəticə verə bilər". Nazir KTMT-nin sərhəd missiyasının formalaşdırılması barədə sənəddən də danışıb. "Erməni dostlarımız Azərbaycanla sərhədə KTMT missiyasının göndərilməsi zərurətindən danışdılar və biz bu missiyanın parametrləri ilə bağlı bir sənəd razılaşdırdıq. Amma biz bunu qəbul edə bilmədik. Çünki erməni həmkarlar mətndə israr etməyə başladılar. Biz erməni həmkarlara izah etdik ki, əgər söhbət qınaqdan, ritorikadan, mövqelərdən gedirsə, hər kəs istədiyini etməkdə azaddır. Amma biz KTMT missiyasını göndərmək istəyiriksə, belə lazım deyil", - deyə Lavrov söyləyib. Rusiya xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla Laçın dəhlizindəki situasiyanı müzakirə etdiyini də diqqətə çatdırıb.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!