Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 14-07-2016, 14:45
Belində "Azərbaycanı tanı” adlı tədbir keçirilib

Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Almaniyanin Berlin şəhərində yerləşən Azərbaycan evində “Azərbaycanı tanı” adı altında tədbir keçirilib.
Tədbirdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, hazırda regionda və dunya ölkələri arasında rolu və Qarabağ problemi haqqında geniş çıxışlar edilib.

Tədbirdə iştirak edən qonaqlardan əlavə nüfuzlu siyasətşünaş, konfliktoloq, Bundestaqın əməkdaşı, professor Heiko Langner, Azərbaycan Tələbə Şəbəkəsinin Baş katibi Asif Məsimov, Koordinasiya mərkəzinin icraçı direktoru, Berlin Universitetinin doktorantı Heydər Mirzə, “Azad Həmfikirlər”Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan və Qarabağ problemi barədə fikir mubadiləsi aparıblar. Tədbir iştirakçıları Azərbaycanın inkişaf strategiyasının bir çox dünya ölkələrinə nümunə olduğunu və bu inkişafın dönməz xarakter daşıdığını qeyd ediblər. Tədbir iştirakçıları Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin zəruriliyini qeyd ediblər.
Xocalı soyqırımı haqqında və Azərbaycanın müasir inkişafı ilə bağlı film göstərilib.
Belində "Azərbaycanı tanı” adlı tədbir keçirilib

Sonda qonaqlara söhbət Azərbaycan şirniyyatı ilə bəzədilmiş çay sufrəsi arxasında davam etdirilib.

Bundan əlavə 04.07.2016-cı il tarixində Akarsu evində daha bir tədbir keçirilib. Tədbirdə bir çox alman qonaqlarla yanaşı professor – doctor Michael Reinhard Heb də iştirak edib. Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı genosidi, Azərbaycan mədəniyyəti və digər mövzular tədbirdə muzakirə olunub və maraqlı çıxışlar edilib. “Azad Həmfikirlər”Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxış edərək təşkilat haqqında məlumat verib və Azərbaycanın inkişafı, Azərbaycan mədəniyyəti, Qarabaq problemi haqqında danışıb. O, qeyd edib ki, son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin inkişafının, artan nüfuzunun, istər region, istərsə də digər ölkələrlə mehriban əməkdaşlıq münasibətlərində olmasının nəticəsidir. Qarabağ probleminə toxunan samirə Mustafayeva vurğulayıb ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan özü bu gün çətin durumdadır. Beynəlxalq layihələrdən kənərda qalan Ermənistan əhalisi acınacaqlı vəziyyətdədir. Samirə Mustafayeva aprel hadisələrinin qarşı tərəfə gec-tez Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad edəcəyinə və xalqımızın doğma torpaqlarına qaydacağına ciddi siqnal olduğunu qeyd edib.
Belində "Azərbaycanı tanı” adlı tədbir keçirilib

Tədbirin sonunda iştirakçılara iftar sufrəsi açılıb.
Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!