"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 18-02-2021, 22:52
DAĞLAR QƏDƏR MƏTİN, BAYRAQ KİMİ UCA İGİD!


İllərlə xilaskar ərənlərinin həsrətlə yolunu gözləyən əsir, viranə yurdlarımız azadlığına qovuşdu artıq.
Əlbəttə ki, qəhrəman oğullarımızın bu dönməz, şərəfli mübarizə yolunda göstərdiyi misilsiz şücaəti, qanı, canı bahasına. Vətənimizin qeyrətli, mətin oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda odlardan, alovlardan keçərək igidlikləri ilə şanlı tarix yazdılar. Onlar hətta yüksək dözüm, iradə, hərbi güc, birlik, əzm və qeyrət, eləcə də böyük fədakarlıq nümunəsi göstərərək ordumuzun yenilməz qüdrətini dünya miqyasında nümayiş etdirməyə nail oldular. Bu çətin və şərəfli yolda sağlamlığından keçərək, hətta qızğın döyüşlərdə aldığı ağır yaraları belə unudaraq, müqəddəs, ulu torpağın bağrına zəfər bayrağını sancaraq qalib Azərbaycan əsgəri kimi qələbə müjdəsilə geri döndülər. Xalqımızın igid, vətənpərvər oğulları əsir Qarabağımızın mətin, xilaskar ərənləri kimi tarixin yaddaşında iz qoyaraq, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrildilər.

Haqqında qürur hissi ilə söhbət açacağım İkinci Qarabağ Vətən müharibəsinin qəhrəman Qazisi Ruslan İbrahimov tarixi torpaqlarımızın azadlığı naminə döyüşlərdə üç dəfə yaralanaraq sağlamlığını bu yolda fəda edən qələbə carçılarımızdan biridir. Böyük Zəfərimizin təməlində dayanan “Qarabağ Azərbaycandır!” məğrur nidası yüzlərlə Vətən övladı kimi onu da könüllülər sırasına qoşulmağa sövq etdi. Qazimizin keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, mərdliklə, eyni zamanda qürur və heyrət doğuran məqamlarla doludur. Belə ki, o, Xankəndi uğrunda gedən gərgin döyüşlərdə və Şuşa əməliyyatında yalnız qollarındakı qüvvətə arxalanaraq düşmən önündə əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. İgid Ruslan Vətən müharibəsinin son gününə kimi iştirak etdiyi döyüşlərdə fəallığı, çevikliyi və cəsurluğu ilə fərqlənərək öndə gedən nümunəvi əsgərlərdən biri olub. Qarabağımız uğrunda gedən döyüşlərdə BMP-piyada zirehli döyüş maşınından atəş dəstəyi verməklə yanaşı PK silahı ilə də tuşlayıcı vəzifəsini icra etmişdir. Ən müasir piyada silahlarının döyüş texnikası haqqında mükəmməl təcrübəyə və bacarığa malik olan qəhrəmanımız hərbçi yoldaşlarının dar məqamda xilası naminə dəfələrlə həyatını təhlükəyə ataraq bir neçə güllə yarası alıb. Belə ki, döyüş əməliyyatları zamanı cisminə tuşlanan güllələrdən biri kürəyindən girərək qolundan çıxıb. Həmçinin qəhrəman Qazimiz hər iki ayağından güllə və qəlpə yaraları da alıb.

İbrahimov Ruslan Şamxal oğlu 1994-cü il mayın 29-da Ağstafada sadə və zəhmətkeş bir ailədə anadan olub. Ailənin yeganə övladıdır. 2000-ci ildə Ağstafa rayonu, Yenigün kəndi Elçin Mustafayev adına orta məktəbin 1-ci sinfinə getmiş, həmin məktəbi 2011-ci ildə bitirmişdir. 2012-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Şəki, Mingəçevir və Goranboy şəhərlərində hərbi xidmətdə olduğu müddətdə tuşlayıcı və tuşlayıcı operator vəzifəsini icra etmişdir. 2014-cü ildə ehtiyata buraxılaraq o zamandan bəri torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda döyüş əməliyyatlarına qoşulması üçün hər dəqiqə, hər an Ali Baş Komandanın əmrini səbirsizliklə gözləmişdir. 2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələrinin atəşkəs rejimini pozaraq cəbhəboyu mövqelərimizə hərbi təcavüzü zamanı Azərbaycan ordusunun əks-hücum əməliyyatı nəticəsində işğal edilmiş ərazilərimiz uğrunda şiddətli döyüşlər başlamışdır. Döyüşlərin alovlandığı müddətdə Ruslan 2020-ci il sentyabrın 29-da könüllü surətdə orduya yazılaraq, cəbhə bölgəsinə yollanmışdır.

Ruslan bir ay müddətində Gəncədə yerləşən hərbi hissədə təlim keçəndən sonra Füzuliyə göndərilmişdir. O, Füzulinin işğal altında olan kəndlərinin azad edilməsi uğrunda bir neçə gün rəşadətlə döyüşmüş, sonra hərbi komandanlıq tərəfindən verilən növbəti döyüş əmrinə əsasən şücaətli dəstə ilə noyabrın 6-da Şuşaya doğru istiqamət almışdır. Ruslanın döyüşdüyü şücaətli dəstə noyabrın 7-də səhər tezdən Şuşanın içərisinə doğru hərəkətə keçərək kəndlərdən birinə daxil olub, oradan da axşama kimi Şuşanın mərkəzinə çatıb. Ruslangil ağır döyüş əməliyyatı prosesində Şuşanın bir neçə kəndinin alınmasında iştirak ediblər. Həmin gecəni Şuşanın dağlarında keşik çəkərkən düşmənin canlı qüvvələri tərəfindən pusquya düşüblər. Çox güclü, şiddətli, həlledici döyüş əməliyyatı şəraitində düşmənin canlı qüvvəsini məhv ediblər.
Noyabrın 8-də isə Şuşadan Xankəndinə tərəf irəliləyərkən Ruslanın döyüşdüyü dəstə iki hissəyə bölünüb. Döyüşçülərin yarısı qabağa keçib, yarısı isə arxada qalıb. Ruslan döyüş yoldaşları ilə irəliləyərək təhlükəsiz əraziyə çatsa da Xankəndi tərəfdən ermənilər dağların arxasından onlara atəş açırlar. Nəticədə Ruslanla yanaşı 12 silahdaşı yaralanır. Döyüşçülər arasında onlara nisbətən yüngül yara alan Ruslan dörd tərəfdən düşmən atəşinə məruz qalmasına baxmayaraq silahı ilə bərabər yolun ortasına keçir. Döyüş yoldaşları təkid edəndə ki, “Ruslan, irəliyə getmə, yolun ortasına çıxsan səni yenə vurarlar” Qəhrəman döyüşçünün isə cavabı belə olur. “Qorxmayın, mənə heç nə olmaz. Mən bir nəfərəm siz isə çoxsunuz. Təki sizi xilas edə bilim. Biri var bir nəfər ölümə getsin, biri də var ki 12 nəfər. Odur ki, sizi ölümə verə bilmərəm.” Ruslan bunu söyləyərkən yaralı halda özünü qabağa verərək erməni silahlı birləşmələrinin qərar tutduğu mövqelərə tərəf atəş zərbələri endirməklə döyüş yoldaşlarının mühasirədən qurtulması üçün böyük şücaət göstərir. Beləliklə, Ruslan özü də yaralandığı halda 12 nəfər yaralı silahdaşını həmin təhlükəli ərazidən düşmən mühasirəsindən xilas edə bilir. Əgər Ruslanın dəstəyi olmasaydı yaralı döyüşçülər həmin təhlükəli ərazini heç cür tərk edə bilməzdilər. Qəhrəman Ruslan Şuşadan Xankəndinə tərəf irəliləyərkən dəfələrlə düşmənin pusqusuna düşsə də ayıq-sayıqlığı, ehtiyatı əldən verməyərək mərdliklə döyüşür. Həmin gün güllə yarası alaraq komandirin əmri ilə geri çəkilməyə məcbur edilməsinə baxmayaraq yollarda pusqu quran düşmənin canlı qüvvəsinə qarşı yaralı halda müqavimət göstərməyə can atır. Belə ki, mənfur düşmənin hiyləgərcəsinə qurduğu pusquları qüdrətli ordumuzun sərrast artilerriyası darmadağın edir. Xankəndidən Şuşaya yüz metr qalmış məsafədən düşmən yenə atəş açır. Ruslan ikinci dəfə yaralanır. Yoldaşlarına deyir ki, “Siz dağa çıxın və yolunuzun səmtini dəyişib başqa yolla gedin ki, düşmənin mühasirəsinə düşməyəsiniz.” Onlar da Ruslanın dediyi kimi hərəkət edərək mühasirəyə düşməmək üçün başqa səmtə yol alırlar. Ruslandan bir müddət xəbər bilməyən döyüş yoldaşları elə zənn ediblər ki, o, Şəhid olub. Ruslan xeyli müddət ərzində dağların ətəyində yaralı vəziyyətdə qalandan sonra bir möcüzə sayəsində özünə gələrək oradan xilas edilə bilib. Səhərisi gün Xankəndi və Şuşa arasındakı ərazidə gedən şiddətli döyüşlərdə üçüncü dəfə yaralanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasında “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilənlərdən biri də Ruslan İbrahimovdur. Bundan əlavə Vətən Qazimiz döyüş şəraitində tapşırıqların icrası zamanı fərqlilik, cəsarət və fədakarlıq, eyni zamanda bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməklə Azərbaycan Respublikasının “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülmüşdür.
Bu gün Ruslanın ailəsində iki övlad böyüyür. Atalarının gənc yaşında qəhrəman Qazi adını qazanması bu körpə balalar üçün iftixar, şərəf və qürur mənbəyidir.
Qazi qardaşımız! Uğrunda şanlı mübarizəyə atıldığın bu Vətən, bu torpaq sənə oğul dedi, sənin əzminə, qüdrətinə arxalandı. Sən də göz bəbəyin kimi müdafiəsinə qalxdığın Şuşanın dağları tək öz əzəmətinlə, vüqarınla, qeyrətinlə, iti və sərrast döyüş qabiliyyətinlə yüksək, ali vətəndaşlıq nümunəsi göstərərək Vətənə layiqli oğul olduğunu sübuta yetirdin. Tanrı sənə yar olsun, Vətən oğlu! Vətənin uğuru və zəfəri naminə layiq görüldüyün fəxri adlar və mükafatlar sənin haqqındır, şərəfindir, əlbəttə.
Vətən üçün belə ləyaqətli, qəhrəman oğul bəxş edən valideynlər qarşısında dərin minnətdarlıq hissi ilə baş əyirik.
Ananın südü, atanın çörəyi halalın olsun, dağlar qədər mətin, bayraq kimi uca igid! İgidliyinlə, dönməzliyinlə, şərafətinlə, ucalığınla qazandığın Qazi adın mübarək!
Sevinc ƏDALƏTQIZI
Tədqiqatçı-publisist, “Qızıl Qələm Media mükafatı” laureatı
.


Paylaş



Bölmə: Bütöv Azərbaycançılar / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!