İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                        Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                       
20-12-2021, 20:25
Heç demirsən Ələsgərim hardadır?!


Covid -19 deyilən bəla dünyanı bürüyəndən bəri ölüm çox adiləşib. İnsanlarımız ard-arda gələn qara xəbərləri soyuqqanlı, bəzən də laqeydcəsinə qarşılamağa alışıblar. Amma keçən il dekabrın 20-də İlham Məmmədlinin verdiyi xəbər alışdığımız xəbərlərə bənzəmirdi. Bu bir göy kişnərtisi, şimşək çaxışı idi. İldırım kimi başıma elə vurdu ki, bir ildir dostumun Ələsgər... deməsi qulaqlarımda əks-səda verir. Aylardı onun xəyalı ilə çarpışıram. Onun belə gedişi, son durumundan xəbərsizliyim mənə dinclik vermir. Fikirləşirəm ki, bəlkə nəsə yazsam yüngülləşərəm. Amma nə yazım, necə yazım?! Onu da bilmirəm.
Axı 2020-ci il martın 25-də yazmışdım. Yazmışdım ki, “Bu gün qardaşım Ələsgərin yaşının üstünə biri də gəlir, onu təbrik eləmək üçün ədəbiyyatda, şeirdə, sənətdə işlədilməmiş sözlər, ifadələr lazımdır. Təəssüf ki, o da yoxdur... Bu gün yenə yazmaq istəyirəm. Amma bu gün heç Ələsgərin özü də yoxdur. Qərib Durna qatarında əbədi bir yolçuluğa çıxıb. Bu elə bir yolçuluqdu ki, nə başlanğıcı var, nə sonu. Havalanmış bu qatarın dalınca hey qaçıram, nə əlim yetir, nə ünüm çatır. Taqətdən düşüncə qaçıb axırda yenə əlacsız-əlacsız xatirələrə sığınıram“.
Hər dəfə Ələsgər yadıma düşəndə ən birinci onun 1993-cü il yanvarın 1-də, Mehdiabad qəsəbəsində, “Vüsal” şadlıq evindəki qısa çıxışı gəlir gözlərimin önünə: “Dünyanın üzü qara olsun! Bu gün qara zurnanın səsi Zəngəzur dağlarında əks-səda verməliydi. Ətraf obalardakı Oğuz boylarının oğulları bu sədaya toplaşıb yallı getməli, elin igidləri cəngi çaldırıb qurşaq tutmalı, at üstündə çaparaq güləş yarışı keçirməli, güclərini göstərməliydilər. Amma biz Tamxil Ziyəddinoğluna od-ocağından uzaqda- bir balaca məkanda toy eləyirik”.

Ələsgərin toy təbrikindən doğan üsyankar səsi bir doğmalıq, bir can yanğısı, bir simsarlıq və bir Vətən sevgisi möhürü kimi ürəyimə vuruldu. Beləcə ailə, uşaq sahibi olduq. Qayğılarımız artmağa başladı. Qayğılar artdıqca yollar uzandı, yollar uzandıqca da yükümüz ağırlaşdı. Maddi sıxıntılar bizi əlavə qazanc yolları axtarmağa vadar etdi. Mən də maşın hissələri alqı-satqısı ilə məşğul olmaq həvəsinə düşdüm. Sumqayıtdakı maşın bazarına- Ələsgərin yanına getdim. Ondan ağıllı məsləhət, kömək umurdum. O, fikrimi biləndə çox məyus oldu. Qadan alım, sən bu fikirdən vaz keç,-dedi. Düzü pərt düşdüm. Məyus olduğumu görüb, israrla qurbanın olum, sən “Bazar adamı” olma, dedi və dərhal da, əlavə elədi. Əgər yanında zərrə qədər xətrim varsa, ümumiyyətlə bu fikri başından çıxart!
Xətir məsələsin araya gətirəndən sonra səssiz -səmirsizcə bazardan çıxıb getdim. Ələsgər bazarda qaldı. Dostuna rəva görmədiyini özünə gördü. Bazarda xırda-xuruş satmaqla ailəsinə gün-güzəran qurdu. Bakıda ev aldı. Çörəyini bazardan çıxartdı, amma “Bazar adamı” olmadı. Ləyaqətini qorudu. Şanını, şərəfini hər şeydən uca tutdu. O, çox həssas bir ruh adamı idi. Jurnalist olaraq cəmiyyətdə yaranmış eybəcərlikləri daha çox görürdü, müxtəlif üsullarla mətbuata doluşmuş qaragüruhların əməllərinə dözə bilməyib jurnalistikadan bazara keçdi. Amma ruhunu, jurnalist şərəfini, mətbuatımızın təəssübünü heç nəyə dəyişmədi. Məhz ona görə də 2016-cı ildə, iyulun 22-si Mətbuat günündə belə yazdım:
“Bu gün Ələsgər Qurbanovun bayramıdır. O Ələsgərin ki, deməyə sözü, yazmağa qələmi var. Amma nə danışır, nə də yazır. Sözünü urvatdan, qələmini hörmətdən salmaq istəmir. Bayramın mübarək qardaş! Bu gün yalnızca səni təbrik etmək istədim!”
Facebookdakı statusum onu çox duyğulandırmışdı. Zəng vurdu, bayramlaşdıq. Xeyli dərdləşdik. Dedi,-mənim jurnalistikadan getməyim səni yandırdığı kimi, sənin də jurnalistikadan qopacağın məni qorxudurdu. Ona görə, sənə yalvarırdım ki, bazara gəlmə. Neynəsən də bazarın səni mətbuatımızdan alacağını bilirdim. Sağol ki, sözümə baxdın.

Nur üzlü Ələsgərin mayası xeyirxahlıqdan, mərhəmətdən yoğrulmuşdu. İnsanlara yaxşılıq eləməkdən, ehtiyacı olana, imkanı daxilində, əl tutmaqdan zövq alırdı. Mətbuatdan uzaq düşsə də Media cameəsindən, tələbə yoldaşlarından ayrı qala bilmirdi. Uşaqların kiçik toyuna dəvət edəndə, dedi,-sən gəlmək istəyənlərə de ki, pul yazdırmaq-zad fikrinə düşməsinlər. Sadəcə bu xoş günümüzdə istəyirəm ki, ürəyim istəyən kəslər yanımızda ola.
2008-ci ildə məni təcili görüşə çağırdı, görüşdük. Hal-əhvaldan sonra dedi,- prokuror dostum var. Təklif edib ki, Maliyə Nazirliyinə mətbuat katibi gedim. Mən biznes işlərimi təzə-təzə yoluna qoyduğum üçün istəmədim. Sənin xahişini elədim. Get “filankəs”lə görüş. Onda AzTv-də “ Zireh” və ”Hünər meydanı” verilişlərini yaratmışdım. Aparıcısı da özüm idim. Amma maaş çox aşağı olduğu üçün razılaşdım. Nazirlikdə hörmət-izzətlə qarşılandım. Bir həftə ərzində hazırlanması tapşırılan yazını 3 gündən sonra təhvil verdim. Bəyənildi. Şərtlər və öhtəliyim açıqlandı: Xidməti maşın, 1000 manat maaş (o zaman 1700$), ayda bir dəfə “konvert” deyilən rüşvət paketinin qarşılığında nazirliyi jurnalist həmkarlarımdan qorumalı, mətbuatın qarşısına sədd çəkməli idim. Mən tələb-təklif barədə fikirləşməyə getdim, bir daha geri qayıtmadım.
Bu məsələyə bir də 10 ildən sonra- “Bütöv Azərbaycan” qəzetinin yubileyində qayıtdıq. Dost süfrəsinin başında əyləşmişdi. Ovqatı çox yaxşı idi. Üzündəki təbəssümdə bir ruh rahatlığı hiss olunurdu. Qürurlandığı oturuşundan, gəzişməsindən duyulurdu. Arada fürsət tapıb 10 illik sükutu pozdu:

“Sən gizləsən də sıxıntılarını səndən yaxşı hiss edirdim. Bəzən də qınayırdım ki, bu qədər ehtiyacın içində olduğun halda o cür şansı əldən verdin. Amma bu gün Allahıma şükür edirəm ki, səni var-dövlət dalınca qaçırmadı. Yoxsa bu müqəddəs missiyadan məhrum olacaqdın, biz də bu şərafətli anları yaşamayacaqdıq. Amma dostlarımıza onu da bildir ki, bu işdə mənim xidmətim səninkindən çoxdur. Əgər o vaxt səni bazara buraxsaydım bu gün “Bütöv Azərbaycan”ın təntənəsinə yığışmazdıq.”
Dostum zarafatla desə də sözündə böyük həqiqət vardı. O, təkcə dost kimi deyil, əmi, dayı, ata oğul, qardaş kimi də cəfakeş, istiqanlı, yanımcıl idi. Hər kəsin hayına qaçar, dara düşənə kömək əli uzadar, birinin canı yanardısa onun tüstüsü təpəsindən çıxardı. Bacısının oğlu rəhmətə gedəndə Ələsgər az qalırdı onun əvəzinə məzara girə. Özünə yer tapmırdı. Ovutmağa çalışırdıq, ovuna bilmirdi. Bir sözlə, bu adam sanki elə şələkeşlik, dərd çəkmək üçün yaranmışdı. Hərdən ürəyinin əməliyyat olunduğunu xatırladırdım ki, bu xəstə ürəyi o qədər yükləmək olmaz. Amma yükləməkdən yorulmurdu...

2019-cu ildə “Bilgəh”də kardioloji müalicə alırdım. Ələsgərdən zəng gəldi. Xeyli söhbətləşdik. Dəniz kənarında olduğumdan dalğalar sahil daşlarını döyəclədikcə şappıltısı telefonun o başında aydınca eşidilirmiş. Birdən təəccüblə soruşdu: sən hardasan? Əziyyət çəkib yanıma gəlməsin,- deyə yerimi bildirmək istəmirdim. Amma diqqətini yayındıra bilmədim, yerimi öyrəndi. Aradan bir az keçmiş gördüm gəlib. Xeyli gəzişdik, dərdləşdik, zarafatlaşdıq. Hər ikimizin kefi duruldu. Qaş qaralana yaxın dedim ki, daha vaxt keçir, yavaş-yavaş getməyin məsləhətdir. Bir söz demədi. Yavaşca qoluma girib otağa tərəf getdi. İçəridə söhbətimiz daha çox uzandı. Arada mənim mobil telefonumu götürüb qurdaladı. Son danışdığım adamın adını ekranda görüb soruşdu- Qərib Dost kimdir? Dedim onu sən hamıdan yaxşı tanıyırsan, yığ danış, gör kimdir. Qərib Dostu yığanda öz telefonu zəng çaldı. Bir telefonlara baxdı, bir mənə baxdı, telefonların heç birini söndürmədi. Gözləri doldu. Zəng səsini bir xeyli dinlədikdən sonra dilləndi: “Deyirəm axı, niyə sənin səsin ürəyimə məlhəm kimi yayılır, səninlə danışanda elə bilirəm ruhuma sığal çəkirsən. Sən demə mənim bu qədər dostun, doğmanın arasında qəriblik çəkdiyimi duyurmuşsan. Ona görə adımı Qərib Dost qoymusan...”.
O gün söhbətimiz orda bitdi. Ayrılıncaya qədər yalnız duyğularımız, baxışlarımız danışdı. Ruhlarımız bir-birinə hakim kəsildi. Düşündüm ki, Ələsgər bu dünyanın adamı deyil. Qarın davası döyənlərin, mal-mülk üçün bir-birinə balta çəkənlərin, şan-şöhrət üçün mənliyindən keçənlərin, vəzifə xətrinə bir-birinin ayağının altını qazanların dünyası Ələsgərə yaraşan, onun yaşayacağı dünya deyil. Ələsgərin mənəvi ehtiyaclarını ödəyəcək şeylər dünyamızda əskikdi. İnsanların bir-birinə qarşı fitnəkarlığı, zənginlərin yoxsullara münasibəti, sərvət üstündə aparılan qanlı müharibələr planetimizi Ələsgərə çox yoxsul, iddialı insanları cılız və miskin göstərir. O, ilahi dəyərlərə bağlı, insanlığın fövqündə olan xilqətdir.
Qənaətimi bölüşmək üçün Ələsgər Qurbanovun professor Cahangir Məmmədlinin 2020-ci il martın 23-də pandemiya ilə bağlı yazısına bildirdiyi münasibəti oxumaq kifayətdir:

“Əziz müəllimim, neçə illərdir Yaxın Şərq ölkələrinin məktəbləri bağlı, viranə, insanları pərən-pərən, yenidən yığışmaq ümidləri də sıfıra bərabərdir. Deyəsən indi içi biz qarışıq bütün dünya oradakı müəllimləri başa düşmək istəyirik. Başa düşmək üçün Tanrı dünyaya belə bir dərd göndərməliymiş. Mən dünyanın belə günə düşməyində bir uşaqdan şübhələnirəm. O uşaq Suriyanın xarabalıqlarında üstü-başı cırıq, zavallı bir görkəmdə deyirdi ki, mən öləndə mütləq Allah baba ilə görüşüb bu dünyadan ona şikayət edəcəyəm. Zənnimcə o Uşaq Allah Babası ilə görüşüb”.
Ələsgər boynuma qoydurmuşdu ki, müalicə bitəndə gəlib məni evə aparsın. Elə də oldu. Bir stəkan çayımızı içdi. Gərayla tanış oldu, universitet təhsili ilə maraqlandı. Bir az da həyat təcrübəsindən, gördüklərindən, bildiklərindən gəldiyi qənaətləri bölüşdü. Öyüd-nəsihət elədi. Zənnimcə bu görüşdən hər ikisi məmnun qalmışdı. Sonralar hər zəngləşəndə Gərayı ayrıca soruşurdu. 2020-ci il iyulun 11-də Gəray hərbi xidmətə yola düşdü. 12-də Tovuz istiqamətindən hücum edən Ermənistan qüvvələrilə atışma başladı. Mən çox sevindim. Çünki yaxşı bilirdim ki, erməni-rus birliyi müharibəsiz torpaq qaytaran deyil. Oğlum şəhidmi olar, qazimi olar, o taleyin işidir. Mən ona sevinirdim ki, torpaq uğrunda müqəddəs savaşda bizim ailənin də iştirak payı olacaq...

Gəray Vətənə sədaqət andı içəndə Ələsgər də mənim qədər sevindi, əziz dost, gözlərin aydın dedi: “Əqli və fiziki sağlam övladı hərbi xidmətə göndərmək hər atanın qürurudur. Gün gəlsin, düşmən tapdağı altında qalan torpaqlarımızı azad edən şərəfli əsgərlərimizdən biri kimi Gəray da sağ-salamat qayıdan zaman yenə bütün dostlar, qohumlar sənə gözlərin aydın desinlər. Mən əmisi də ayaqları altında qurban kəssin, İnşallah!”.
Vətən Müharibəsi qələbə ilə bitdi, sevindik. Gəray da sağ-sağlam evə qayıtdı, amma şadyanalıq edə bilmədim. Qohum-qonşuların tənəsinə baxmayaraq məclis də qurmadım. Ələsgər əmisinin yolunu gözlədim. O, mütləq gələcəkdi, dediyi qurbanlığı da gətirəcəkdi...
Martın 25-də Əlisəfa Mehdiyevdən zəng gəldi. Cavab verdim. Dedi, bu gün Ələsgərin doğum günüdür. Bəlkə evinə gedək?! Bir az oturub qayıdarıq. Bu təklif məni yerdən-yerə çırpdı. Susdum, o da xeyli susaraq məndən cavab gözlədi, amma mən cavab verə bilmədim. Özümə verdiyim aramsız suallar da nəfəsimi tıncıxdırdı: “ Mən kiməm, nəçiyəm, Əlisəfa niyə mənimlə getmək istəyir, hara gedim, Ələsgərin olmadığı evə necə gedim, nəyə gedim, kimə nə deyim, mənim gəlişim nəyi dəyişəcək, kimə təskinlik olacaq?”
Bu suallar başımı gicəlləndirdikcə, 2019-cu il martın 25-də Ələsgərə yazdığım təbrik gözlərimdə sətirləndi: “Dost kimi dost, insan kimi insan, qardaş kimi qardaş, vətəndaş kimi Vətəndaş, jurnalist kimi gözəl qələm sahibi olub, mətbuata doluşan üzdəniraqların ucbatından sıralarımızı tərk edən dostum Ələsgər Qurbanovun doğum günüdür. Həyatda üzləşdiyi çətinliklərə, məruz qaldığı ağrı-acılara baxmayaraq ömrünü kişi kimi yaşamaqda davam edir. Ona sağlamlıq, uzun ömür, bir də elə özü kimi mərdanə yaşamağın davamını arzulayıram!”
Arzum çin olmadı. Daha 160 gün gözlədim. Qapımızda kəsiləcək qurbanlığı gətirən gəlmədi. Ondan sonra Ələsgərin yoxluğuna inanmağa başladım.
Bu aylar ərzində ən çox qorxduğum şey Natəvanla üz-üzə gəlmək, onun baxışlarından oxuyacağım “hamınız etibarsızsınız”- ifadələri idi. Xoş halıma ki, Allah üzümə baxdı. Həftədə, uzağı iki həftədə bir rastlaşdığım Natəvan xanım bu bir il ərzində qarşıma çıxmadı. Heç səsi, sorağı, giley-güzarı da gəlmədi. Sanki Ələsgərlə bərabər o da qeyb olmuşdu.

P.S Deyirlər ruhlar ölmür, amma bəzən sevdiklərindən küsürlər. Küsəndə isə heç yuxuya da gəlmirlər. Mən bu yazını yazmadan Ələsgəri düşünmədiyim gün olmadı. Amma yuxuma gəlmədi ki, gəlmədi. Yazını bu gecənin yarısında bitirdim. Son nöqtəsini qoyub yatan kimi yuxuma girdi. Həmin gecə üç dəfə oyandım. Üçündə də yuxuya gedən kimi Ələsgər gəldi. Nə bilmək olar, bəlkə də barışmağa, məni bağışlamağa gəlibmiş...

Tamxil Ziyəddinoğlu
"Bütöv Azərbaycan" qəzeti
17 mart 2021
10-12-2021, 21:10
İRAN PARLAMENTİNİN VİTSE-PREZİDENTİ «AZƏRİ» ƏLİ NİKZADA

Şapur Qasimi


İRAN PARLAMENTİNİN VİTSE-PREZİDENTİ «AZƏRİ» ƏLİ NİKZADA

Son dövrlərdə Azərbaycanın işğalçı Ermənistanı diz çökdürməsini Tehranın şovinist fars rejiminin məmurları və onların avtabadaşıyanları heç cür həzm edə bilmədiyindən qaranlığa hürən tulalar kimi Azərbaycan Respublikasına qarşı yalan və hədyan danışmaqla İran coğrafiyasında olan 52 milyondan çox türkün ayağa qalxması ehtimalından keçirdikləri qorxu hissini gizlətməyə çalışırlar. Bu yöndə öz milli mənliklərini ayaqlar altına atıb fars şovinizminə yaltaqlanan Xameneyi, Rəisi, Rezai, Nikzad kimi Tehran rejimininin piramidasında yüksək vəzifə tutanlardan Amoli, Ocaqnəjad, Ciddi kimi mollalara qədər son dövrdə təkcə Azərbaycanın deyil, son yüz ildə düşdüyü ağır durumdan qurtularaq ayağa durub, ucalmaqda olan TÜRK millətinin əzəmətini kiçiltmək üçün fars şovinist dairələrindən də çox canfəşanlıq edirlər. Bu yazıda mən Əli Nikzadın bir müsahibəsində savadsız kütləyə sırımaq istədiyi bir neçə yalanı oxucuya izah və təqdim edəcəyəm. O öz müsahibəsində deyir; – «Bəzilərinə xitabən deyirəm ki, Amerika və sionizmə güvənən liderlərin taleyini bilmək üçün bir az müasir tarixi oxuyun».

Əli Nikzad, ərəblər Sasani fars dövlətini məğlub edib dünya xəritəsindən sildikdən sonra ərəbləri türk ərənləri məğlub edərək təkcə bu gün İran adlanan ərazidə deyil bir ucu Hindistanda olan imperiya quraraq onu 651-ci ildən 1925-ci ilə qədər, yəni, 1274 il idarə etmişlər. Bu müddət ərzində farslar fars oğlu fars Əli Şəriətinin dediyi kimi «Sultan Mahmud Qəznəviyə sarayında fars dilində yazan 700 şairə maaş bağlatdırmağı, Səlcuqlara fars dilini dünyaya yaydırmaları, türkləri fars dilində ədəbiyyat yaratmağa» və bütün bunları ermənilər kimi öz qadınlarını türklərin altına sərməklə nail olduqları ilə öyünürlər. Bu sənin nökər durduğun farsın uzaq tarixi.
1925-ci ildə də ingilislərin köməyi ilə hərbi çevriliş edib hakimiyyətə gələndən sonra ölkədə türk dilinə qadağa qoyub Qacar Türk dövlətini fars dövlətinə çevirən mehtərbaşı Rza Pəhləvini elə ingilislər də devirib öldürdülər. Onun oğlu Məhəmməd Rza Pəhləvinin də onu hakimiyyətə gətirən amerikalılar həyatına son qoydular. Son 100 ildə fransızlara və ruslara güvənib bir çox millətlərə xüsusilə türk millətinə qarşı böyük cinayətlər törədən fars və erməni faşizmi Azərbaycan dövlətindən layiq olduqları cavabı aldıqdan sonra Moskvaya səfər edib ağalarının daha onları himayə etməyəcəyini bildikdən sonra Amolinin dediyi şirin pişik olduğu məlum oldu. Belə ki, Tehran rejiminin başçıları çaldıqları «şirin quyruğunu tapdalamayın», «şillə yeyər» mahnısını unudub, Azərbaycan dövlətinin rəhbərlərinə izhari-məhəbbət elan etməyə başladılar. Əli Nikzad, bu da sənin yaxın tarixin. Bu günümüzə gəldikdə isə İranda bütün millətlərin nümayəndələri etiraz nümayişlərində Ruhulla Xomeyninin 43 il bundan qabaq yaratdığı molla-faşist rejiminə, Seyid Əli Xameneiyə, Həsən Ruhaniyə, Rəisiyə və s. rejim yetkililərinə «Ölüm» şüarı səsləndirir. Yəni, tarixi oxumağa da, gözlərini açıb bu gününə də baxıb, bundan ibrət götürməyə sənin ehtiyacın var.
Sonra deyirsən ki, – «1992-ci ildən alayarımçıq müstəqillik qazanan qonşumuz 500 illik bir imperiya tarixi olan, orta şərqin ən güclü dövləti İrana nələrsə öyrətməyə çalışır». Birincisi İran coğrafiyasında 500 illik imperiya türk imperiyası olub ki, bu imperiya öz ərazisində yaşayan başqa millətlərin heç birinin dilini, mədəniyyətini qadağan etməyib. Bu türk imperiyası öz qoynunda bəslədiyi fars şovinizminin ona xəyanət edərək ingilislərin köməyilə etdiyi hərbi çevriliş nəticəsində süquta yetib. Tehranın şovinist fars hakimiyyətinin cəmi 96 yaşı var. 96 illik fars dövlətinin gücü də Azərbaycan Respublikası ilə sərhəddə keçirdiyi təlimlərdə öz vertolyotlarını vurması, Ermənistana göndərdiyi texnikanın da heç nəyə yaramadığında məlum oldu. Sonda isə fars dövlətinin «gücü» Azərbaycanın ünvanına hədyan deyən Tehran dövləti rəhbərlərinin Azərbaycan dövləti rəhbərlərinin qarşısında «Məhəmmədin mövludunu» üzünə tutub yaltaqlanması ilə bitdi. Bu TÜRKÜN çox qısa zamanda alayarımçıq müstəqilliyi belə farsın 96 illik dövlətindən güclü dövlətə çevirmək qabliyyətini də sübuta yetirdi. Bu da o anlama gəlir ki, İranın Azərbaycandan, yəni farsın türkdən öyrənəcəyi çox məsələlər var, çünki, dediyin 500 illik imperiya tarixinin birbaşa varisi farslar yox, türklərdir. Daha sonra deyirsən ki, – «Əsla avantürist və macəraçı fikirlərə düşməyin, çünki biz tariximizə və kimliyimizə çox bağlıyıq. Bilin ki, biz azərilər ordusu İslam inqilabının ali rəhbərinin əmrindəyik». Sənin «azərilər ordusu» ifadənə gəlincə isə, belə bir millət heç vaxt olmayıb, indi də mövcud deyil. 1813-28-ci illərdə Rusiya Qacar xanədanını müharibədə məğlub edib Azərbaycan torpaqlarının şimal hissəsini işğal etdikdən sonra Azərbaycan türklərini nifrətlə tatar adlandırmış, 1936-cı ildən isə Rusiya bolşevikləri bu türklərə öz milli mənliyini, kimliyini unutdurmaq məqsədilə onları «azərbaycanlı», yəni «azərbaycanda yaşayan» adlandırmışlar. Lakin şimallı-cənublu Azərbaycan türkləri öz milli kimliyini heç vaxt unutmayıb və öz milli istiqlalı uğrunda gizli-aşkar daim mübarizə aparıb. Hətta Şimali Azərbaycan türkləri 1918-ci ildə Şərqdə ilk Milli-Demokratik Türk Respublikası olan Azərbaycan Demokratik Respublikası qurub. Bu zaman sənin əzizlədiyin İslam Partiyası ermənilərə qoşulub bu respublikaya qarşı vuruşub. Yəqin ki, 1946-cı ildə Seyid Cəfər Pişəvərinin qurduğu Cənubi Azərbaycan Demokratik Respublikasına «müsəlman» farsların xristian ingilislərlə birlikdə qənim kəsildiyini də bilməmiş deyilsən.
1992-ci ildə Şimali Azərbaycan sənin sözünlə ifadə etsək «ala-yarımçıq» müstəqillik qazanaraq düşmənlərin əhatəsində milli dövlət quruculuğu istiqamətində kövrək addımlar atdığı dövrdə fars şovinizminin hakim olduğu Tehran rejimi də Azərbaycan türklərini fars stilində elə rus bolşevikləri kimi «Azərbaycanda yaşayan» mənasını ifadə edən «Azəri» adlandırmağa, öz xislətlərinə uyğun Şimali Azərbaycan türklərini türk milli toplumundan ayrı salmaqla onu öz milli kimliyinə yadlaşdırmağa çalışır. Tehran rejimi bu gün də üzdə guya Azərbaycanı dəstəklədiyini deyib, arxada Azərbaycan torpaqlarını işğal etməyə, sonrakı 30 ildə erməni faşizminin ayaqda qalması üçün əlindən gələni edib və edir.
Sən öz milli kimliyini «azəri» qəbul edirsən və bu sənin öz şəxsi işindir.
Sənin «azəri ordusu» ifadən isə Şimali və Cənubi Azərbaycan türklərinə, nə də başqa türklərə aid deyil. Bu günkü İran coğrafiyasındakı 52 milyondan çox türkün 45 milyonu Azərbaycan türküdür. On milyonu da Şimali Azərbaycandadır. Hər bir prosesdə, məsələn, təndirdə çörək bişirəndə çörəyin kütə gedəni olur və onu itə atırlar. İnsanların milli kimliyi, milli mənliyi formalaşanda da, kütə getmə halları olur. Bu kütə gedənlər də başqa millətlərin quluna, nökərinə yeminə çevrilir. Başqa sözlə, mədəsinin xatirinə düşmən millətlərin mənafeyinə yük daşıyan eşşəyə çevrilir. «Azəri» Azərbaycan türklərinin məhz belə kütə gedənləridir ki, bu da «azəri ordusu» yox, kiçik bir «azəri dəstəsidir». Bu dəstənin bir hissəsi savadsızlıqdan ərəbin, farsın, xristianın və s. uydurma dininə aldananlar, bir hissəsi də başda ali dini rəhbərin Xamenei, prezidentin Rəisi və sənin kimi milli kimliyindən, milli mənliyindən məhrum olub, şüur etibarilə dördayaqlılardan çox da fərqlənməyən ikiayaqlı «azərilər» fəsiləsinə aid olanlardır. Məhz ona görə də bu «azərilər dəstəsi» fars şovinizminin ali nökərinin əmrindədirlər. Sənin prezidentinin İranda on minlərlə türk milli azadlıq mübarizi haqqında ölüm qərarı çıxarılması haqqındakı xidmətləri, ali dini-siyasi rəhbərin Xameneyiyə türk dilində «Mənim dilim» şeirini oxuyan gənc türkün qarşısında fars ağalarının qorxusundan susaraq qoyun kimi gözünü yerə dikməsi, sənin kimi «azərilərin» fars ağalarına xoş gəlmək üçün Şimali Azərbaycana hədyan söyləməsi bu «azərilər» fəsiləsinin mədəsinin başından, milli şərəfindən yuxarıda durması səbəbindən yaranan kimsizliyinin nəticəsidir. Başından yekə danışaraq deyirsən ki, – «Elə etməyin Şimalını da alıb Cənuba qataq».
Buna nə sənin kimi milli kimliyi olmayıb farsa nökər duran «azərilərin», nə də fars dövlətinin nə gücü, nə də qeyrəti çatar. Fars indiyədək bu günkü İran coğrafiyasında dövlət qurmayıb. Ona bugünkü hakimiyyəti Avropalılar hədiyyə edib. Azərbaycan Respublikası da 30 il əvvəl ilk kövrək müstəqillik addımlarını atan ölkə, nə də ki, Tehranın qoşun yaradıb saxlamaqla daxildə qarşıdurma yaratdığı ərəb ölkələri edyil. İranda şir ürəkli türk oğullarının «Bakı, Təbriz, Ankara, Biz hara, farslar hara» nərəsindən, Ərdoğanın bir parça şeirindən az qala sarılıq azarına tutulan Tehranın əmmaməli və əmmaməsiz rəsmiləri və onların nökərləri Azərbaycanın, Türkün ünvanına hədyan söyləməmişdən öncə əmmamələrini qarşısına qoyub mükəmməl düşünsünlər.
Bu gün bütün türk düşmənlərinin başı üzərində bir TURAN kabusu dolanmaqdadır. Nəinki, Şimallı-Cənublu Azərbaycan türklərinin, bütün dünya türklərinin milli ərazilərilə və milli azadlığının təmin edilməsi ilə bərabər vahid TURAN dövlətinin qurulması öz milli tarixinə vaqif olub, milli kimliyini milli mənliyini, milli ləyaqətini dərk edən hər bir türkün əbədi, sönməz amalı və məşəlidir. Bu prosesin bir parçası da bu gün türk düşmənləri olan böyük güclərin vasitəsilə Tehranın fars şovinist faşizminin əsarətində olan türk milli ərazilərini və 52,2 milyondan çox türk insanının azadlığa qovuşaraq Turan dövlətinin və cəmiyyətinin tərkibinə daxil edilməsidir. Biz türklər sizin fars körfəzi adlandırdığınız KƏNGƏR körfəzindən ta Xəzərə qədər türk torpaqlarını alıb Bütöv Azərbaycanla birlikdə Turana qatacağıq. Buna heç bir şübhəniz olmasın. Bu gün İran adlanan ərazidə türklər daim say etibarilə mütləq çoxluq təşkil edən millət, həm də dövlət başçıları, dövlətin hərbi gücü kimi hakimiyyət sahibi, hökmran olublar. Lakin heç vaxt onlar öz hakimiyyəti altında olan başqa millətlərin dilini, dinini, təhsilini, mədəniyyətini və s. qadağan etmədiyi halda, Tehranın şovinist fars rejimi bu gün hətta öz doğma dilində danışanların cərimə ediləcəyini elan edir. Tarixdə hələ səkkiz min il əvvəl türk dövlətlərinin hərbi əsirlərin belə mülkiyyət hüququnu tanıması kimi, bu gün ən inkişaf etmiş sayılan millətlər üçün əlçatmaz xüsusiyyətləri olduğu faktları bəllidir. Buna görə də türk millətindən başqa bir çox digər millətlərin də könüllü TÜRK BAYRAĞI altında azad və firavan yaşamaq üçün TURAN dövlətinə qoşulacağı da çox realdır.
Yaxın günlərdə TURAN dövlətinin obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunlarına əsaslanan Firidun İbrahimi Konstitusiyası ilə tanış olacaq İran əhalisi türk millətinin, türk ədalətinin möhtəşəm böyüklüyünü bir daha hiss edəcək.
Lord Rotşild yazır ki, – «Kasıblar bir gün cənnətin olmadığını bilərsə, dünyanı idarə edə bilməyəcəyik».
Ənuşirəvan İbrahimi qanunları və Firidun İbrahimi Konstitusiyası ilə tanış olub, öz vəziyyətləri və hüquqlarını, dövlət quruluşunun necə olmalı olduğunu dərk edən sıravi farslar da daxil olmaqla İran coğrafiyasında yaşayan bütün millətlərin qarşısında fars şovinist molla rejimi tab gətirə bilməyəcək.

23.11.2021
9-12-2021, 10:28
"Ağıllı kənd" layihəsində xoşagəlməz hadisə - VİDEO

Zəngilan rayonunun "Ağıllı kənd" layihəsində podratçı şirkətlərdən birinin sahibi türkiyəli iş adamı Sedat Yavuz ciddi problemlərlə qarşılaşdığını, onun fəaliyyətinə qəsdən əngəllər yaradıldığını iddia edir.

Qlobal.az xəbər verir ki, şikayətçi olan iş adamı başına gələnlər barədə Gundelik-Baku.com xəbər saytına müsahibə verib.

Teref.az türkiyəli iş adamının video müsahibəsini təqdim edir:
Qarşı tərəf münasibət bildirə bilər.



Bütöv.az
23-11-2021, 20:36
Bütöv Azərbaycanın “Himn-Marş”ını yazan şair

Bütöv Azərbaycanın “Himn-Marş”ını yazan şair

İyulun 30-da, axşamdan xeyli keçmiş, Bariz Bəhramoğludan zəng gəldi. Hal-əhval tutmamış dedi, nə yaxşı ki, mənə qəzet göndərirsən. İman dayının ölüm xəbərini “Bütöv Azərbaycan”dan oxudum. Zəhmət olmasa, necəki özün Piriyevlər ailəsinə başsağlığı vermisən elə o formada da mənim adımdan ver. Cavab verdim ki, eynən o cür verə bilmərəm. Niyə,- deyə təccübləndi. Dedim, çünki sizin çəkinizlə mənimki bir deyil. Nə düşündüsə, dedi yaxşı- öz bildiyin kimi ver. Qəzetin növbəti sayında başsağlığı çap olundu: “Şair, publisist, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bariz Bəhramoğlu İbrahimovlar ailəsi adından Piriyevlər ailəsinə İman Piriyevin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.”
Növbəti axşam telefonda gülə-gülə danışmağından hiss elədim ki, bu formada yazmağım xoşuna gəlmişdi. Dedi, düzü keçən dəfə cavabın məni bir az düşündürmüşdü, bir az da zarafat kimi qəbul eləmişdim. Amma onda niyə elə dediyini indi anladım. Titullarımı yazmaqla doğrudan da çəkimi artırmısan, təşəkkür edirəm!

Bəli, əziz oxucular, Bariz müəllimi əsas çəkiyə mindirən onun insani dəyərləri və müqəddəs müəllim peşəsi idi. Onun müəllim olaraq qiymət yazdığı jurnallara minlərlə mənim kimi şagirdlərin, tələbələrin adı düşmüşdü. O, Bakı Texniki Kollecində müəllimlik edərək təqaüdə çıxmışdı. Bariz Bəhramoğlu yetimçiliklə, halal ana südü ilə böyüdüyü kimi, halal zəhmətilə də alimlik dərəcəsi almış, zəngin həyat təcrübəsi qazanmışdı. Bariz Bəhramoğlu böyük yaradanın haqdan vergili şairi idi. Onun öz dünyası, özünəməxsus həyata baxışı, sözünün urvatı olduğu üçün çəkisi ağır idi. Gec tanış olsaq da bir-birimizə çox bağlanmışdıq. Yaranmış isti münasibətimizi ətrafımızdakılar da hiss eləmişdi.
Bir dəfə vacib iş dalınca getdiyim yerdə şair Xanlar Zəngəzurlu zəng vurdu. Hal-əhval elədik. Soruşdu ki, nəşriyyata nə vaxt gələcəksiniz? Dedim bu gün gəlməyəcəyəm, çünki başqa yerdə işim var. Xanlar müəllim peşman-peşman əlavə elədi ki, Bariz müəllim də burdaydı. Dedim qayıdıram, getməyin. Qayıdanda gördüm Bariz müəllimin qanı qaradır. Səbəbini soruşdum. Məlum oldu ki, şair həmkarı onun adını verib məni yolumdan qaytardığına görə, əsəbləşib. Qoluna girib otağa apardım. Bir az deyib güləndən sonra eyni açıldı, hirsi soyudu.
Bariz müəllim üçün nəinki işi təxirə salmaq, yoldan qayıtmaq, hətta ölümə getmək olardı. O qədər təvazökar, dürüst, səmimi, ürəyə yatan idi ki, yaş fərqimiz çox olsa da söhbətimiz yaxşı tuturdu. Arada zarafat da edirdik.
“Respublika” qəzetinin mərhum baş redaktoru, professor Teymur Əhmədovla dost olduğundan tez-tez onunla görüşə gələrdi. Hər gəldiyində də bizim redaksiyaya dönmədən getməzdi. Bura ocaqdı,- deyərdi. Hər dəfə də bir bəhanə ilə çay içməkdən yayınar, kimsəyə əziyyət vermək istəməzdi. Gedəndə qoluna girib nəşriyyatın çıxışına qədər ötürürdüm. O yaşda kişi uşaq kimi utanırdı, dirənirdi ki, yox qayıt geri, zəhmət çəkmə. Deyirdim, ay Bariz müəllim, olan-qalan bir ədəb-ərkanımız var, ondan da siz məhrum edirsiniz. Dayanıb üzümə baxırdı. Ondan sonra yola birlikdə davam edirdik. Eyni hal tez-tez təkrarlandığından növbəti dəfə qulağına pıçıldadım ki, əzizim, mən sizdən Zəngəzur mahalımızın ətrini alıram. Ona görə əl çəkmirəm, xahiş edirəm, bunu mənə çox görməyin! Gülümsəyərək məni qucaqladı, xeyli duyğulu anlar yaşadıq...
Bəlkə də o anlar şairin quşqanadlı xəyalı bütün Zəngəzuru dolandı. Uşaq vaxtlarından iz qoyduğu çəhlimlər, gədik-gədik dolaşdığı yaylaqlar, birnəfəsə çıxdığı köhlənyoran yoxuşlar, dırmandığı Qartal qonan sərt qayalar, ayağına dolaşan çiçək topaları, çadır-çadır binələnmiş obalar, gecələr kəhkəşanda sayrışan ulduzlar, sıra dağlarımızın diş göynədən buz bulaqları gözünün önünə gəldi. Tutduğu əlimi bərk-bərk sıxaraq, lal-dinməz, asta yerişlərlə qapıya tərəf getdi. Kövrəlmişdi deyə daha danışdırmadım. Şair eləcə xatirələrə sığındı, mən də onu uğurlayıb redaksiyaya qayıtdım.
Redaksiyada tez-tez görüşürdük. Yaxşı, şirin qələmi vardı. Yazılarının hər kəlməsinin üzərində əsim-əsim əsirdi. İnsanlara qarşı çox həssas, mehriban, istiqanlı idi. Dost-tanışlarını vəsf etməyi çox sevirdi. Ad günlərinə, yubileylərə həsr etdiyi şeirləri mütləq qəzetdə çap elətdirib sahibinə hədiyyə verərdi. Bir dəfə həyat yoldaşı Sarıtel xanıma yazdığı şeiri çapa gətirmişdi. Sarıtel xanımın xalası qızı olduğunu da bilirdim. Etiraf edim ki, şeir çox səmimi duyğularla, həssas notlarla qələmə alınmışdı. Amma şairi “imtahana çəkmək” fürsətini də qaçırmaq olmazdı. Şeirə baxıb dedim, Bariz müəllim, bu nə şeirdi gətirmisiniz, sizdən heç gözləməzdim?! Duruxa-duruxa soruşdu, nə mənada?

-Eşitməmisiniz, deyirlər kişi qocalanda arvaddan sitat gətirər, şair də qocalanda arvada şeir yazar. Hələ sizin nə vaxtınızdır ki, arvada şeir yazırsınız?
Ara qarışdı. Xeyli deyib güldük. Bariz müəllimin kefi kökəldi. Dedi, Sarıtel xanım mənə təkcə xala qızı, arvad yox, həmdəm, dost, sirdaş olub. Ağır günlərimdə yükümü yüngülləşdirib, çətinə düşəndə ürək-dirək verib, həmişə mənə dayaq durub. Ona mənəvi borcum çoxdur, bir şeir nədir ki?!
Minnətdarlıq hissi ilə xatırladıram ki, Bəhramoğlu “Ziyəddinoğlu” şeirini də mənə həsr eləmişdi. Şeirdə vətən həsrəti, Zəngəzur sevgisi, Bütöv Azərbaycan sevdası bir-birinə çulğanmışdı.
Bu məqamda Bariz müəllimin “Bütöv Azərbaycan” qəzetinin 10 illik yubileyində iştirakını xatırlamaq yerinə düşər. Əməkdar artist Məleykə Alıoğlu sözü Bariz Bəhramoğluna verəndə o, çox yüksək əhvalla, xoş ovqatla çıxışa başladı: “ Mən sizin hamınızı təbrik edirəm. Hamınız deyəndə yəni “Bütöv Azərbaycan” qəzetinin şüarında yazıldığı kimi, Azərbaycanı bütöv görmək istəyənləri deyirəm. Bu gün Zərdabi babamızın ruhu şaddır. Çünki onun sələfləri parçalanmış Azərbaycanımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Mən də Bütöv Azərbaycanın “Himn-Marş”ını yazmışam. İndi icazənizlə onu sizlərə oxuyacam:

Azərbaycan, vətənimin şimalısan, qərbin hanı?
Şimalınla Cənubunu birləşdirən hərbin hanı?
Sənin xoşbəxt taleyinçün döyüşlərdə verərik can,
Hərb bizdədir, Qərb də bizim olacaqdır Azərbaycan!

Şərqin Mavi Xəzərimdir, Qərbə doğru gedirik biz,
Yağı düşmən söz anlamır, hərbə doğru gedirik biz.
Qonaqpərvər millətik biz, qonaqlara deyərdik can,
Hansılarkı xain çıxdı əz başını Azərbaycan!

Babamızın qanı ilə suvarılmıış torpağımız,
Birlikdədir nicatımız, Azad həyat növrağımız.
Araz boyu qovuşacaq millətimiz Azərbaycan,
Bütün ərşə yayılacaq şöhrətimiz Azərbaycan!

Oğlun qızın sərvətindir, hər biri dür danəsidir,
Çoxmilyonluq Qərb soydaşın öz yerinə dönəsidir.
Əmin ol ki, Qərbin, Cənub-Qərbin birləşəcək Azərbaycan!
Qədim torpaq başdanbaşa türkləşəcək Azərbaycan!

Həmkəndlisi Baxşeyiş Ələmşahov deyir ki, Bariz müəllim həyatı çox təmiz, şox səmimi yaşadı. Onu tanıyanlar bilir ki, dosta sadiq, elə-obaya bağlı adam idi. Öz səmimi gülüşü, gözəl duruşuyla elə hal-əhval tutardı ki, adam elə bilərdi bundan yaxın, bundan əziz adamı yoxdur. Onun uşaqlıq illəri çox şətin keçib. Anası Gilə xanım bir saçın qara, birin ağ hörüb. İki körpə balasına sahib şıxıb. Qaşını qaldırıb kimsəyə baxmayıb. Barizi və qızı Sarayı saxlayıb. Bu ağırlığı çəkə-çəkə, zülmü yaşaya-yaşaya kimsəyə hiss elətdirməyib ki, dul qadındı. Əhdə vəfasını qoruyub. Müharibəyə gedən Bəhramın yolunu ölüncə gözləyib. Oğlu Bariz də Bakıya gəldi, alim oldu, texnikumda işlədi. Doğulduğu Həçəti kəndinin camaatına nə qədər əl tutdu. Arxa oldu. Həyatında heç bir xəcalət gətirəcək an yaşamadı.
2020-ci il yanvarın dördündə, covidsiz günlərimizdə “Cənnət” sarayında Bariz Bəhramoğlunun yubileyini keçirdik. Hörmətli professorumuz Cəbrayıl Azadəliyev şairin şərəflə yaşanmış 80 illik ömrünün acılı- şirinli məqamlarından söhbət açdı. Çox maraqlı və yaddaqalan bir görüş oldu. Bariz müəllim məni rəqsə dəvət elədi. Fotoqrafı da çağırdı ki, şəklimizi şəksin. Beləcə ömrümüzün bu mübarək anı lent yaddaşında xatirəyə döndü. Oktyabrın 18-dən həmin şəkli stolumun üstünə qoymuşam. Hər axşam-səhər Bariz müəllimin gülümsər çöhrəsinə baxa-baxa onu qəlbimdə yaşadıram!
Bariz müəllim şeirlərinin birində yazmışdı:
Vüqarlı bir qartalam ki, qonar olsam bu dağa mən,
Öz gülümün bülbülütək ol budaqdan-budağa mən.
Vətən oğlu həmlə edib, tutsa Şuşa Qalasını,
Qanad çalıb köç edərəm "İsa" adlı bulağa mən.

Şairin dediyi oldu. Vətən oğlu Şuşa qalasını düşməndən geri aldı. Fəqət, Bariz müəllimin özü gedə bilmədi, ruhu qanad çalıb İsa bulağına köşdü. Ruhu şad olsun!
Bariz Bəhramoğlunun ruhuna ehtiramla:
Tamxil Ziyəddinoğlu,
“Bütöv Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri.




9-11-2021, 18:07
Vətənə və millətə həsr olunmuş ömür...


“Ölüm indi çox asanlıqla məni tapa bilər, amma nə qədər ki,
yaşamaq imkanım var, gərək ölümlə üzləşməyə tələsməyəm.
Əlbəttə, bir vaxt ölümlə üzləşmək məcburiyyətində qalacağam
və qalmalıyam da, onda ölmək önəmli deyil. Önəmli budur ki,
mənim həyatım və ya ölümüm başqalarının həyatında nə iz
qoyacaqdır”


Səməd Behrəngi (1939-1968), Təbriz

2021-ci ilin 7 noyabr səhəri Güney Azərbaycanın Təbriz şəhərindən olan, uzun illərdir Bakıda yaşayan soydaşımız Ümid Niyayeşdən həyat yoldaşı Şahnisə xanım Rüstəmovanın Covid-19-dan Məhəmmədi qəsəbəsindəki modul tipli xəstəxanada dünyasını dəyişdiyi xəbərini aldım və əzizlərinin, yaxınlarının, iş yoldaşlarının xəbəri olsun deyə, məlumatı paylaşdım. Mən bu paylaşımda onu tanınmış güneyli ziyalımız Ümid bəyin xanımı kimi deyil, Cənubi Azərbacan məktəbinin yetişdirməsi kimi təqdim etdim. Belə ki, Şahnisə xanım uzun illərdir ki, AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq institutunun Cənubi Azərbaycan şöbəsində elmi işçi olaraq çalışmış, “İran İslam inqilabından (1978-1979-cu illər) sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” mövzusunda əsaslı tədqiqat işi aparmış və adıgedən mövzu ilə bağlı qələmindən bir sıra maraqlı və dəyərli elmi tədqiqat əsərləri Azərbaycanda və onun xaricindəki sanballı elmi dərgilərdə çap olunaraq yayılmışdır. Cari ilin noyabr ayının ikinci yarısında eyni adlı mövzuda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi də planlaşdırılmışdı. Amma zamanın hökmü başqa cür oldu...
Şahnisə Rüstəmovanın 1978-1979-cu illər İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı mövzusunda apardığı elmi araşdırmaları əslində tanınmış tarixçi-şərqşünas alimimiz Vidadi Mustafayevin XX əsrin 1-ci yarısında Cənubi azərbaycanlıların milli şüurunun öyrənilməsi ilə bağlı elmi tədqiqatlarının davamı da hesab etmək olar. Milli şüur məsələlərini araşdıran Şahnisə Rüstəmova özündən öncə bu sahədə aparılmış tədqiqat işlərini və araşdırmaları dərindən mütaliə etmiş, əsaslı təhlilini aparmış və tədqiqatın əsas istiqamətlərini müəyyənləşdirmiş, bu əsasda da dissertasiya işinin dolğun planını tərtib etmişdir.
1978-1979-cu illər İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafını araşdıran tədqiqatçı İran İslam inqilabından qabaq cənubi azərbaycanlıların milli şüurunun yaranmasına və inkişafına təsir edən tarixi-siyasi, mədəni faktorları ön plana çəkir, XIX əsrin sonlarından XX əsrin birinci rübünə qədər azərbaycanlıların mədəni və siyasi vəziyyətini, o cümlədən Pəhləvilərin etnik-milli siyasətini, Azərbaycan Milli Hökumətinin qurulması və süqutundan sonrakı dövr ərzində (1945-1977) azərbaycanlıların milli şüurunun vəziyyətini araşdırır, bu əsasda da İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişaf istiqamətlərini müəyyən edir. Ş.Rüstəmova bu istiqamətlər sırasında çağdaş Cənubi Azərbaycan tarixində milli-mədəni hərəkata, ana dilində təhsil məsələsinə, mətbuatın milli şüurun inkişafında yeri məsələlərinə xüsusi önəm verir və real tarixi faktlar və onların təhlili bazasında apardığı məntiqi təhlillərə və əldə etdiyi nəticələrə uyğun olaraq həmin istiqamətlərin mahiyyətini açır, onların Cənubi Azərbaycanda, eləcə də bütün İranda məskunlaşan azərbaycanlılar arasında siyasi hərəkata təsirini əsaslı bir şəkildə müəyyən edir.
Bundan sonra tədqiqatçı Cənubi azərbaycanlıların İran daxilində yaratdıqları ictimai-siyasi və mədəni təşkilatların yaranması barədə ətraflı məlumat verir, onların fəaliyyətini dəyərləndirir, ölkə daxilində təsir dairəsi və nüfuzunu müəyyən edir. İranda siyasi hərəkatın gələcək inkişafı, istiqaməti və uğurlarını müəyyənləşdirmək məqsədilə Ş.Rüstəmovanın sözügedən araşdırmalarında Cənubi Azərbaycanda milli hərəkatın digər formaları (Babək qalası, Urmu gölü, futbol yarışları və s. bu kimi aktlarda baş verən etirazları) da təsnif və təhlil edilir. O, eyni zamanda İrandan xaricdə yaranan təşkilatların (xüsusilə Diaspor təşkilatlarının) milli mübarizəsinin mahiyyətini açıqlayır və bununla da İran İslam Respublikasında hakim rejimin etnik-milli siyasətinin əsas istiqamətlərini və onların azərbaycanlıların milli şüurunun inkişafı bazasında etnik hərəkatlara təsirini təyin etmiş olur.
Şahnisə Rüstəmovanın “İran İslam inqilabından (1978-1979-cu illər) sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” mövzusunda icra etdiyi tədqiqat işinin ən maraqlı və dəyərli bir hissəsini “Müstəqil Azərbaycan Respublikasının yaranmasının cənubi azərbaycanlıların milli şüuruna təsiri” fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı dövlətlərarası münasibətlərdə Cənubi Azərbaycan, eyni zamanda Dağlıq Qarabağ müharibəsinin azərbaycanlıların milli şüurunun inkişafında yeri məsələlərini çox böyük bir məharətlə şərh edir, çox əsaslı nəticələr əldə edir, Cənubi Azərbaycanda və İranda yaşayan azərbaycanlıların milli-demokratik hüquqlar uğrunda gələcək mübarizələrində doğru və düzgün hərəkət istiqamətlərini, gərəkli taktikanı, onun həyata keçirilməsi yollarını müəyyən etmək işində tövsiyələrini verir.

Şahnisə Rüstəmovanın yuxarıda qeyd olunan mövzu ilə bağlı çap olunmuş əsərləri sırasında “Cənubi azərbaycanlıların milli şüurunun sonrakı inkişafında 21 Azər hərəkatının yeri” (“21 Azər-70” mövzusunda Elmi Konfransın materialları, Bakı, “Araz” nəşriyyatı, 2015, s.249-261), “Cənubi azərbaycanlıların milli şüurunun inkişaf xüsusiyyətləri (1979-cu ildən XX yüzilliyin sonlarınadək” (“Tarix və onun problemləri” jurnalı, Bakı Dövlət Universitetinin nəşri, №3, 2016), “İranda Azərbaycan dilinin müasir vəziyyəti” (“Bakı Universitetinin xəbərləri” elmi jurnalında çap olunmuşdur, No1, 2017, səh. 28-34), “Cənubi Azərbaycanın Qərb bölgəsində cənubi azərbaycanlıların milli şüuruna təsir edən amillər” (16-17 oktyabr 2017-ci ildə təşkil etdiyi AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı Qəhərəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq elmi konfransın tezisləri, Bakı, 2017, s.134), “İran-Azərbaycan münasibətlərində Cənubi Azərbaycan məsələsi” (“Sivilizasiya” elmi jurnalı, Bakı Avrasiya Universitetinin nəşri, cild 7, №2 2018 (38), s.96-102), “Qarabağ müharibəsinin cənubi azərbaycanlıların milli şüuruna təsiri” (“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfransın materialları, “Elm və Təhsil”, Bakı-2018, s.268- 270), “Dağlıq Qarabağ münaqişəsinin cənubi azərbaycanlıların milli şüurunun inkişafında yeri” (“Tarix, insan və cəmiyyət” elmi-nəzəri və elmi-metodik jurnalı, ADPU-nun nəşri, II sayı, Bakı-2019, 2 (25), s.94-102), “Cənubi Azərbaycan milli hərəkatının İranın siyasi atmosferinə təsiri” (“Gileya” elmi jurnalı, (№145 (6), Kiyev-2019, s.90-95), “Cənubi azərbaycanlıların milli mübarizəsində onlayn media və sosial şəbəkələrin rolu” (“Şərq xalqlarının Bakı qurultayı - 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı Beynəlxalq Elmi konfransının tezisləri, Bakı, 2020, s.109-111), “Dağlıq Qarabağ müharibəsinin cənubi azərbaycanlıların milli şüurunun inkişafında yeri” (https://butov.az/guneyin_sesi/15834-daliq-qaraba-muharbsnn-cnub-azrbaycanlilarin-mll-uurunun-nkafinda-yer.html) kimi çox məzmunlu və dəyərli məqalələri yer alır. Onun Cənubu Azərbaycan şöbəsinin elmi müzakirəsindən keçərək “Cənubi azərbaycanlıların milli-mədəni mübarizəsi kinematoqrafiyada” adlı məqaləsi Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq Araşdırmaları” jurnalına, “Cənubi azərbaycanlıların milli mübarizəsində onlayn media və sosial şəbəkələrin rolu” adlı məqaləsi isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Tarix, insan və cəmiyyət” 3(33) elmi-nəzəri və elmi-metodik jurnalına çapa təqdim edilmiş və ümid edirik ki, yaxın zamanlarda işıq üzü görəcək.
Şahnisə Rüstəmova eyni zamanda da çox yüksək səviyyəli redaktor idi. Belə ki, o, Azərbaycan dilinin stilistikasını, qrammatikasını gözəl bilirdi. Ş.Rüstəmova Səməd Sərdariniya “İrəvan müsəlman sakinli vilayət olmuşdur” (Bakı, “Zərdabi” nəşriyyatı, 2014, 202 səh.) kitabının redaktoru olmuş, 386 səhifədə latın qrafikasında təkrar nəşrə hazırlanmış və Elmi Şuranın 28.09.2021-ci il tarixli 06 saylı qərarı ilə çap edilmiş “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” adlı kitabının hazırlanmasında yaxından iştirak etmişdir.
Ümidvarıq ki, Şərqşünaslıq İnstitutunun rəhbərliyi də Şahnisə Rüstəmovanın elmi yaradıcılığına layiq olduğu dəyəri verəcək, müdafiə olunmasa belə, onun elmi işinin çapa hazırlanmasında lazım olan dəstəyini əsirgəməyəcək. Cənubi Azərbaycan şöbəsinin elmi kollektivi də bu işdə müvafiq yardımlarını göstərəcək.
Bu qısa ömründə Azərbaycan tarixinin çox mühüm bir məsələsinə həsr etdiyi araşdırmaların nəticələrinə görə Şahnisə xanım çox böyük və uğurlu işlər görmüşdür.
O, 26 oktyabr 1975-ci il tarixində Azərbaycan Respublikasının Yevlax şəhərində dünyaya göz açmışdı. Orta təhsilini də bu şəhərdə almışdı. Tarix ixtisası üzrə ali təhsil almışdı. Elmi yaradıcılığı da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə bağlı olmuşdur. Həmin illərdə də Azərbaycan Respublikasında yaşayan, elmi fəaliyyətlə məşğul olan Güney Azərbaycan ziyalısı Ümid Niyayeş ilə ailə həyatı qurmuş, 2008-2010-cu illərdə Təbrizdə yaşamışlar. Bu zamanda da Şahnisə Rüstəmova gələcək elmi yaradıcılığının istiqamətini müəyyənləşdirmiş, orada yaşadığı gündəlik həyatında Cənubi azərbaycanlıların milli-demokratik hüquqlar uğrunda mübarizəsinin sosial-iqtisadi, mədəni və siyasi aspektləri ilə yaxından tanış olmuş, milli şüurun inkişafına təsir edən, onu formalaşdıran səbəbləri aydınlaşdırmaq üçün baş verən hadisələri, dövri mətbuat səhifələrini izləmiş, müvafiq materiallar toplamışdır.
Ş.Rüstəmova dəyərli Azərbaycan ziyalısı olmaqla yanaşı eyni zamanda çox qayğıkeş və zəhmətkeş bir ana, sədaqətli və əzmkar bir həyat yoldaşı idi. Dəniz adında çox zəkalı və ağıllı bir qız balasını da cəmiyyətimiz üçün yadigar qoyub getdi. İnanırıq ki, Ümid bəy də bu bir balanın təlim-tərbiyəsi, təhsili və həyatı ilə xanımı Şahnisənin gözləntilərinə uyğun bir şəkildə məşğul olacaq, Vətənimizə, millətimizə bütün varlığı, milli ruhu və yetkin şüuru ilə xidmət edə biləcək bir vətəndaş yetişdirəcək. Bu yolda ona səbr, dözüm və eyni zamanda uğurlar diləyirik.
Şahnisə Rüstəmovanın da məkanı cənnət, ruhu şad olsun.

Səməd Bayramzadə,
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun Cənubi
Azərbaycan şöbəsinin müdiri,


Bakı, 09.11.2021
17-10-2021, 00:25
Qulu Məhərrəmli: "Üzündə hələ də izi qalmış kədəri duymaq..."

Bu gün “Qadın və Uşaqların Təhsilinə Dəstək” İB-nin dəvəti ilə ŞƏHİD ÖVLADLARI ilə görüşdə olduq.
Sevinc Fədainin təşkil etdiyi bu qeyri-adi görüşdə hüquq müdafiəçisi Novella Cəfərova, qazi Xaqani Məmmədov və yazar Qanturalı ilə birlikdə uşaqlarla söhbət eləməyə çalışdıq.
Çiçək kimi gözəl balaların üzlərinin gülməsi bizi məmnun etdi, amma çoxunun üzündə hələ də izi qalmış kədəri duymaq da, onların QAZİ ilə foto çəkdirmək istəklərinin hikmətini anlamaq da çətin deyildi.
Belə görüşlərin yaratdığı əsas təəssürat budur: biz Vətən uğrunda canını qurban vermiş ŞƏHİDLƏRİmizin xatirəsini daim əziz tutmalı, onların ailələrinə və övladlarına qayğını əsirgəməli deyilik!
15-10-2021, 20:41
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA  CƏNUBİ AZƏRBAYCAN

Şərq-Qərb, Şimal-Cənub dəhlizində ən gözəl təbii-coğrafi şəraitə (dünyadakı 11 iqlim qurşağının 9-u bu ölkədə var), tükənməz yeraltı-yerüstü sərvətlərə və çox əlverişli geosiyasi mövqeyə malik Azərbaycan torpağının ərazi bütövlüyü müxtəlif tarixi mərhələlərdə siyasi manevrlərin qurbanı olmuşdur. Azərbaycanın, onun xalqının müstəqilliyi dəfələrlə pozulmuş, torpağı tapdaq altında qalmış və talanmışdır. Azərbaycana bir xəzinə kimi baxılmışdır[656-cı ildə Ərəb xilafətinin başına keçən İmam Əli əleyhüs-səlamın (dogum ili 599 – ölüm:23.01.661) Azərbaycan valisi Əş’əs ibn Qeysə (o, xəlif Osmanın hakimiyyəti zamanı bu vəzifəyə təyin edilmişdi) məktubundan: “ ... O iş (Azərbaycan işi – kursiv müəllifindir) sənin boynunda bir əmanətdir. Səni o işə təyin edən kimsə sənin üzərinə əmanəti qorumaq öhdəliyini qoyub. Rəiyyətin işində öz istədiyin kimi davrana, sənə əmr gəlməyincə məsuliyyətli bir işə girişə bilməzsən. Sənin əlində bənzərsiz və böyük Allahın mallarından var (yəni Azərbaycan var! – kursiv müəllifindir). Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən (Həzrət Əmirəl-möminin Əli ibn Əli Talib. Nəhcül-Bəlağə, Bakı, 2003, səh.250)]. Ona görə də Azərbaycanı hər an yeni fəlakətlər gözləmişdir.
SSRİ-nin dağılması ilə bütün sabiq sovet respublikalarında olduğu kimi, Azərbaycanda da yaranmış ideoloji boşluğu doldurmaq üçün ortaya bir sıra ideyalar atıldı. İslam, türkçülük və azərbaycançılıq bu ideyaların əsas tərkib hissələrini təşkil edirdi. Mövcud tarixi şərait və tarixi təcrübələrin nəticələri sonuncunun – azərbaycançılığın daha real olduğunu şərtləndirdi. Böyük idarəçilik təcrübəsinə malik H.Əliyev hakimiyyəti də bu ideyanı dəstəklədi və ideologiya səviyyəsində formalaşdırdı, uğurla həyata keçirdi. Tarixi təcrübə və həqiqətlər bu gün həmin ideologiyanın yanlış olmadığını göstərir.
Bu gun müstəqillik qazanmış Azərbaycan Respublikasında onun xalqını, sərvətini qorumaq üçün həyata keçirilən azərbaycançılıq ideologiyasını əsaslandıra və möhkəmləndirə biləcək uzunmüddətli iqtisadi siyasət konsepsiyası hazırlanır, sarsılmaz milli əsaslarda dövlət quruculuğu həyata keçirilir.
Müstəqillikdən sonrakı 30 illik bir müddət ərzində Azərbaycan tarixinin saxtalaşdırılmış və sifarişlə yazılmış bir sıra problemləri, tarixi dövrləri geniş miqyasda araşdırılmış və yenidən yazılaraq ortaya qoyulmuşdur.
Bununla belə qeyd edilməlidir ki, Azərbaycan tarixinin öyrənilməsindəki bəzi problemli məsələlər sırasında Cənubi Azərbaycan tarixinin, eləcə də bu tarixi-coğrafi ərazidə yaşayan çoxmilyonlu soydaşlarımıza qarşı ardıcıl olaraq həyata keçirilmiş ayrı-seçkilik siyasətinin araşdırılması və öyrənilməsi əsas mövzulardandır. Eyni zamanda da Azərbaycan bölünmüş bir ölkə, azərbaycanlılar isə parçalanmış bir millət olduğundan bu gün Azərbaycan Respublikasının aparıcı milli ideologiyası olan azərbaycançılığın dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrnilməsinə çox ciddi ehtiyac var. Belə ki, İran İslam Respublikasının bu günkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində) və eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, eləcə də bir sıra digər yaşayış məntəqələrində 25-30 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) məskunlaşmışdır [İranın Prezident Aparatı nəzdindəki “Strateji Planlaşdırma və Nəzarət Şurası” İran Statistika Mərkəzinin 2011-ci ilin ölkənin əhali və mənzil siyahıyaalmasının nəticələrinə əsasən azərbaycanlıların sayını (21 589 917 nəfər) ölkə əhalisinin sayına (77 891 220 nəfər) nisbətdə - 27,7% göstərmişdir (Bax: The President’s Office, Deputy of Strategic Planning and Control, Statistical Center of Iran. National Population and Housing Census 2011/1390: Selected Findings, October 24, 2011. Table 12 – Population by Sex, Residence and Province: 2011 – page. 20-21). 2016-cı ilin İran əhalisinin ümumi siyahıyaalınmasının yekunlarına əsasən isə azərbaycanlıların sayı ölkə əhalisinin sayına (79 926 270 nəfər) nisbətdə 22.33% (toplam 17 848 672 nəfər) göstərilmişdir. Həmin siyahıyaalınmanın nəticələrinə görə, İranın rəsmi inzibati-ərazi bölgüsünə uyğun olaraq azərbaycanlıların (Azərbaycan türklərinin) İranda ostanlar üzrə məskunlaşması və müvafiq olaraq həmin ostanların yerli əhalisinə nisbətdə say faizi aşağıdakı kimi olmuşdur: Tehran - 4 020 094 nəfər (30,3%) – Tehranda nəşr edilən “Həmşəri” qəzetinin 1993-cü il fevral saylarının birində isə bu rəqəm 62% (8 225 935 nəf.) göstərilmişdir; Şərqi Azərbaycan - 3 823 640 nəf. (97,8%); Qərbi Azərbaycan - 2 488 097 nəf. (76,2%); Ərdəbil - 1 247 552 nəf. (98,2%); Zəncan – 1 040 542 nəf. (98,4%); Qəzvin - 668 724 nəf. (52,5%); Həmədan - 1 023 820 nəf. (58,9%); Buşehr - 11 634 nəf. (1%); Çahar-Mahal və Bəxtiyari - 95 724 nəf. (10,1%); Cənubi Xorasanda yoxdur; Əlburz - 979 176 nəf. (36,1%); Fars - 485 127 nəf. (10%); Gilan - 199 925 nəf. (7,9%); Gülüstan - 72 884 nəf. (3,9%); Hörmüzgan - 5 329 nəf. (0,3%); İlamda yoxdur; İsfahan - 358 460 nəf. (7%); Kirman - 28 483 nəf. (0,9%); Kirmanşahda yoxdur; Kohgiluyə və Boyer-Əhməd - 35 653 nəf. (5%); Kürdüstan - 4 809 nəf. (0,3%); Loristan - 5 282 nəf. (0,3%); Mazandaran - 78 805 nəf. (2,4%); Mərkəzi ostan - 297 331 nəf. (20,8%); Qum - 333 409 nəf. (25,8%); Rəzəvi Xorasan - 238 077 nəf. (3,7%); Şimali Xorasan - 177 797 nəf. (20,6%); Simnan - 10 535 nəf. (1,5%); Sistan və Bəlucistanda yoxdur; Xuzistan - 117 763 nəf. (2,5%); Yəzddə yoxdur (Bax: Nətayec-e təfsili-ye sərşomari-ye nofus və məskən/ Ümumi əhali və mənzil siyahıyaalmasının ətraflı nəticələri – 1395/2016, Tehran, İranın mərkəzi statistika idarəsi, 2018, səh.46-92). Əgər Tehranda yaşayan azərbaycanlıların sayı “Həmşəri” qəzetinin 1993-cü ildə göstərdiyi faiz nisbəti ilə hesablanarsa, o zaman bu rəqəm 22 054 513 nəf. (ölkə əhalisinin 27,6%-i) olacaqdır. İranın keçmiş xarici işlər naziri dr. Ə.Ə.Salehi 18 yanvar 2012-ci il tarixində Ankarada Əhməd Davudoğlu ilə görüşündə 75 mln. nəfər əhalisi olan İranda yaşayan azərbaycanlıların ölkə əhalisinin təqribən 40%-ni təşkil etdiyini vurğulamışdır
(Bax: https://youtu.be/z0xQOXil7HM)]. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanşı, eyni zamanda da ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadı-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə də malikdirlər. Bu əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf edib milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş cənub qolunun tədqiqini bizim üçün çox zəruri edir.
İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978-1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. İran İslam Respublikasının (İİR) 15 noyabr, 1979-cu il tarixində təsdiq edilmiş Konstitusiyasının 15-ci maddəsinə görə, İran xalqının rəsmi müştərək dili və xətti yenə də fars dili və xətti olaraq qaldı, lakin, yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisi azad elan edildi ["Keyhan" qəzeti, 7 azər 1358/28 noyabr 1979]. Belə ki, yalnız ibtidai siniflərdə ədəbiyyat dərslərinin ana dilində tədrisinə icazə verildi. Bununla belə bu günün özündə də İranın azərbaycandilli əhalisi üçün ən böyük və başlıca problem yenə də ana dilində tədris müəssisələrinin olmamasıdır.[color=#0000FF] Hələlik Əsas Qanunun 15-ci maddəsi İranda yerinə yetirilmir. İranda Azərbaycan dilində mətbuatın - kitabların, qəzet və jurnalların (“Azərbaycan”, “Araz”, “Azadlıq”, “Azərbaycan-e ayənde”, “Vətən uğrunda”, “Odlar yurdu”, “Oxtay”, “Çənlibel”, “Azərbaycan kargərləri”, “Ulduz” və s. kimi qəzetlər, “Azərbaycan səsi”, “Varlıq”, “Koroğlu”, “Yoldaş”, “Molla Nəsrəddin” və s. kimi jurnallar) çapı və nəşri isə hələ İranda yeni Konstitusiyanın təsdiqindən əvvəl başlamışdı.
Sözü gedən inqilabdan sonra İranda şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bəzi siyasi təşkilatlar və cəmiyyətlər fəaliyyətə başladı, Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan yazıçılar və şairlər cəmiyyəti işə başladı [Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13]. Bu fəaliyyətlərin əsas qayəsini azərbaycanlıları vahid Azərbaycan tarixi və onun mənəvi sərvətləri ilə tanış etmək, vahid tarixi-mədəni köklərə malik Şimali və Cənubi Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələr yaratmaq, Cənubi Azərbaycanda milli ədəbiyyat və incəsənətin inkişafına yardım etmək kimi mühüm vətəndaşlıq məsələləri təşkil edirdi. Bu əsasda Cənubi Azərbaycanda maarif və mədəniyyətin, elm və incəsənətin inkişafına xüsusi diqqət yetirilməyə başladı [Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). “Elm”, Bakı-1985, s.13].
Elə bu dövrdən başlayaraq o zaman Azərbaycan SSR KP MK-nın I katibi olan Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində 1976-cı ildə Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi; Azərbaycan Yazıçıları İttifaqında, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başladı, Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalında Mirzə İbrahimovun, Abbas Zamanovun, Sirus Təbrizli və başqa ədiblərimizin tərtibatında “Cənubdan gələn səslər” adı altında silsilə yazılar dərc edildi və bununla da azərbaycançılıq ideyasının rəsmi ideologiyaya çevrilməsinin ilkin mərhələsi başlandı [Səməd Bayramzadə.Azərbaycançılıq tarixindən: ideyadan ideologiyaya, - Müstəqilliyimiz əbədidir-25, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Bakı, 2016, s.152-153].
Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının ümummilli ideologiyaslna çevrilməsi işində çox xüsusi və önəmli olan ikinci mərhələsi H.Əliyevin 1982-ci ildə Azərbaycan SSR-in I katibi vəzifəsindən azad edilərək Moskvaya aparılması, daha yüksək məqama - SSRİ MK Siyasi Bürosu üzvlüyünə, eyni zamanda SSRİ baş nazirinin birinci müavini vəzivəsinə təyin edilməsi ilə başlandı.
H.Əliyevin yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan və azərbaycançılıq ətrafında beynəlxalq dairələrdə hay-küyə səbəb olan təbliğat kompaniyalarına rəvac verildi. İran əsilli Mehrdad Azəri adlı müəllif fars dilində çap etdirdiyi “Azərbaycan və istismarçıların yeni nəğmələri” adlı kitabında bu həssas məsələlərə işarə edərək yazırdı: “1982-ci ilin 23 noyabr səhəri BBC radiosunun şərhçiləri SSRİ-nin İran Azərbaycanına da göz tikmələri barədə danışır və Əliyevin iki Azərbaycanın bütövlüyü barədə fikirlərini ortaya qoyurdular. Bu şərhlər zamanı o da deyildi ki, guya SSRİ baş nazirinin müavini (H.Əliyev nəzərdə tutulur – S.B.) keçən ilin yayında Sovet Azərbaycanında olan xarici diplomatlarla görüşü zamanı onlara Sovet Azərbaycanının nailiyyətlərindən danışmış, eyni zamanda İran Azərbaycanındakı geriliyi, yoxsulluğu təəssüf hissi ilə qeyd etmişdir. Sonda isə demişdir ki, Sovet Azərbaycanı xalqı iki Azərbaycanın birliyini (o milli-mənəvi birliyi nəzərdə tutmuşdur – S.B.) və İran Azərbaycanı xalqının da rifah və səadət içərisində yaşamasını arzu edir” [Mehrdad Azəri. “Azərbaycan və nəğmeha-ye taze-ye estemargəran” (Azərbaycan və istismarçıların yeni nəğmələri), yersiz, 1982, s.5].
Bundan sonra Kremlin Sütunlu sarayında memarlarla görüşü zamanı mədəniyyət və incəsənət məsələlərindən danışan Heydər Əliyev 20 milyonluq Azərbaycan xalqının dünya mədəniyyətinə və incəsənətinə bəxş etdiyi töhfələri diqqətə çatdırarkən saraydakı uğultuya elə həmin andaca öz qəti təpkisini nümayiş etdirərək demişdir: “Bəli, bəli, təəccüblənməyin, Arazın o tayında bizim 13 milyona yaxın bacı və qardaşlarımız yaşayırlar” [SSRİ mərkəzi televiziyasından bu toplantıya aid transilyasiyanı şəxsən izləmiş və dinləmişəm. Təəssüf ki H.Əliyevin bu çixışının qəzetlərdə dərc olunmuş mətnindən həmin hissə çıxarılmışdı].
Elə bu səbəbdən Rusiya, Azərbaycan, İran, Amerika və Qərb tarixşünaslığında Azərbaycan məsələsi, azərbaycançılıq yenidən gündəmə gəldi, sözügedən məsələlərlə bağlı çoxlu sayda ideya-siyasi yönümlü yazılar ortaya qoyuldu, elmi-tədqiqat işləri aparıldı və müxtəlif mövqelər sərgiləndi. Azərbaycan və azərbaycançılıq yeni təzyiqlər qarşısında dayanmalı oldu.
SSRİ-nin dağılması ilə ruslar Azərbaycan birliyindən, bu birlik yaranacağı halda, onun iqtisadi qüdrətindən, regionda əldə edəcəyi nüfuzdan, beynəlxalq miqyasda təsirindən və onu müşayiət edən azərbaycançılıq ideologiyasından qorxaraq, regionda mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanaraq ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdilər. Belə bir şərait İranın da karına gəldi. Yeni islam rejimi də azərbaycançılıq ideyalarının güclənməsindən, onun özü üçün fəsadlarından ehtiyatlanaraq Cənubu Azərbaycan birliyini parçalamağa, Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı [Bax: Talıblı Sübhan. İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi: 1991-2005-ci illər: tarix elm. üzrə fəlsəfə dok. ... dis. avtoreferatı: 07.00.03 / S. Ə. Talıblı; elmi rəh. Ş. Ə. Tağıyeva; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı-2010].
1988-1990-cı illərdə Azərbaycanda başlanmış milli demokratik hərəkat fəal bir şəkildə ölkənin müstəqilliyinin bərpasına istiqamətlənmişdi. 1989-cu il sentyabrın 23-də sovet respublikaları arasında Azərbaycan ilk olaraq Suverenlik haqqında qərar qəbul etdi. Bu hərəkatı yatırmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycana qoşun yeridildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı.
20 Yanvar faciəsindən sonra Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, xalqının ağır günündə onun yanında olduğunu nümayiş etdirməsi bütün dünyaya səs saldı və hər tərəfdən Azərbaycanın haqq işini müdafiə edən səslər ucaldı, azərbaycançılıq məfkurəsi dünyada yaşayan bütün azərbaycanlıları çulğaladı. Bu hərəkəti ilə H.Əliyev Azərbaycan xalqının milli özünüdərkinin bərpası və müstəqillik uğrunda mübarizəsinin uğurla sona çatması üçün böyük xidmətlər göstərmiş oldu. Naxçıvana qayıtdıqdan sonra Azərbaycanın üçrəngli bayrağını xüsusi qərarla Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin binası üzərində ucaltdı. Onun bu addımı xalqın milli azadlıq hərəkatına yeni keyfiyyət, yeni ruh gətirdi [Hikmət Babaoğlu. Heydər Əliyev azərbaycançılığı haradan və necə başladı.../ http://modern.az/articles/13620/1].
Azərbaycan xalqının vətənpərvər qüvvələrinin müstəqillik uğrunda dönməz mübarizəsi nəticəsində 1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu və beləliklə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini möhkəmləndirməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşməsinin əsasını qoydu. Onun irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi. Bu vahid bir dövlətin formalaşmasında, müasir, güclü Azərbaycan ölkəsinin yaranmasında ən böyük rola malik olan AZƏRBAYCANÇILIQ ideyası idi.
Ümummilli lider H.Əliyevin 1994-cü ilin fevralın 22-dən 25-dək Böyük Britaniyaya ilk rəsmi səfəri olub. Bu səfər zamanı yeni müstəqillik qazanmış Azərbaycanımıza milli qurur, iftixar və güvənc yeri kimi baxan Londondakı soydaşlarımız tərəfindən ikiyə bölünmüş ölkəmizin, millətimizin gələcək taleyi barədə ona sual verilərkən bildirmişdir ki, “Zaman gələcək, bölünmüş Vahid yenidən bütövləşəcəkdir”[ “Dəvət” jurnalı, aprel 2012 No 9, s.82].
Elə bu səbəbdən də 1994-cü ilin 29 iyun-2 iyul tarixində H.Əliyevin İrana rəsmi səfəri zamanı onun Təbriz və Urmiya kimi tarixi Azərbaycan şəhərlərinə protokol üzrə nəzərdə tutulmuş ziyarətləri Azərbaycan Respublikası tərəfinin israrlı təkidlərinə baxmayaraq, İran rəhbərliyi tərəfindən ləğv edildi.
Bununla belə, bu səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Qafqaz ölkələri arasındakı münasibətlərdə gərginliyə səbəb olan hadisələr, Xəzər dənizində əməkdaşlıq, müştərək sərhəd çayı olan Arazın su mənbələrindən istifadə, ticarət və tranzit keçid məsələləri, Naxçıvan MR-in qaz və işıqla təminatı kimi mühüm məsələlər müzakirə obyekti kimi nəzərdə tutulduğundan Təbriz və Urmiya səfərinin gündəlikdən çıxarılması problem bir məsələ kimi qarşılanmadı və bu səfər baş tutdu [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.18-19].
Bu səfərin müsbət nəticəsi olaraq tərəflər arasında dostluq münasibətlərinin inkişafı haqqında imzalanmış Bəyanatda deyilirdi ki, tərəflər ... Ermənistan hərbi qüvvələrinin zor işlətməsi və təcavüzünü qətiyyətlə pisləyir, Dağlıq Qarabağın, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz olaraq çıxarılmasını, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin məlum qətnamələrinin icrasını, habelə qaçqınların öz doğma torpaqlarına qaytarılmasını tələb edirlər [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.42].
Səfərin son günü, 2 iyul 1994-cü il tarixində İİR Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar mərkəzində çıxış edən Azərbaycan Respublikası Prezidenti H.Əliyev səfər zamanı ona göstərilən diqqət və qayğıya, İran-Azərbaycan diplomatik, iqtisadi-ticarət, ədəbi-mədəni və elmi əlaqələrin inkişafı sahəsində atılan ciddi addımlara və görülən müsbət işlərə, Azərbaycana göstərilən yardımlara görə İran rəhbərliyinə öz dərin təşəkkürlərini ifadə etməklə, bu səfərin İİR ilə AR arasında münasibətlərin gələcək inkişafı üçün mühüm mərhələ olduğunu da qeyd etdi [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.26-28]. H.Əliyev bu qısa çıxışında eyni zamanda onu da vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini heç zaman əldən verməyəcək.[Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.28]. Azərbaycanın xarici siyasəti azad və müstəqildir. Ölkəmiz bütün dünya dövlətləri üçün açıqdır. Biz Azərbaycanın müstəqilliyini tanıyan, onun mənafeyinə toxunmayan, ölkəmizə müsbət münasibət göstərən hər bir dövlətlə əlaqələr qurmağa hazırıq və belə əlaqələr qururuq. Azərbaycanla İran arasındakı münasibətlər dərin köklərə malikdir. Bizim xalqlarımız əsrlər boyu bərabər yaşamış, bir yerdə olmuşlar . Elmi, mənəvi, mədəni əlaqələrimiz bizi tarix boyu birləşdirib. Bunları nəzərə alaraq Azərbaycan İİR ilə dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirmək əzmindədir [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.29].
H.Əliyev bu çıxışında çox mühüm və həssas bir məsələyə də toxunaraq bildirdi ki, Ermənistana dəstək verən, ona kömək göstərən ölkələr başqa sahələrdə də ona yardım edirlər, o cümlədən hərbi sahədə (şərhsiz! – S.B.) [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.31].
AR Prezidenti çıxışının sonunda qətiyyətlə vurğuladı ki, “... biz bütün dövlətlərin, o cümlədən İİR-in Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı üçün öz səsini qaldırmasını arzu edirik və güman edirik ki, həmin səslər bundan sonra da gur olacaq. ... Azərbaycan öz müstəqilliyini əldən verməyəcək. Xalqımız öz milli azadlığını qoruyacaqdır” [Bax: Əliyar Səfərli, Həsən Əlibəyli. Tarixin dörd günü, Tehran, 1994, s.32-33].
Ulu öndər bu səfərində Təbrizə və Urmiyaya gedə bilməsə də, onun bu səsini orada eşidirdilər və bu da onların müstəqillik ümidlərini sönməyə qoymurdu.
Azərbaycan Respublikasında Azərbaycan dilini, Azərbaycan tarixini və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq azərbaycançılığa həm milli bir ideologiya və həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandırmışdır. Azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünyaya inteqrasiya işində beynəlxalq diqqət mərkəzinə keçmiş, sivil dövlət nümunəsi kimi qəbul olunmuşdur. Əslində azərbaycançılıq ideologiyasının fəlsəfəsi də elə Bütöv Azərbaycan, Vahid Azərbaycan ideyasına qulluq etmək deməkdir. Bu Heydər Əliyev dühasıdır.
Xüsusi olaraq "Bütöv Azərbaycan" qəzeti və "Butov.az" informasiya portalı üçün

Səməd Zülfəli oğlu BAYRAMZADƏ,
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq institutunun
“Cənubi Azərbaycan” şöbəsinin müdiri,
dosent, tarix üzrə fəlsəfə doktoru

"Bütöv Azərbaycan" qəzeti
15 oktyabr 2021-ci il




24-09-2021, 19:40
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!