ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                       
Tarix : 17-02-2020, 11:33
ABŞ Yaponiyadan vətəndaşlarını təxliyə etdi
Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığındakı Yokohama limanında fevralın 4-dən koronavirusla əlaqədar karantinə alınan kruiz gəmisindəki ABŞ vətəndaşlarını daşıyan təyyarə bu gün Haneda limanından havaya qalxıb.
Butov.az “Report”-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında 300-dən artıq amerikalı sərnişinin olduğu və onlardan 14-də yoluxucu virusun aşkarlandığı bildirilib.
Qeyd edək ki, koronavirusun yayıldığı laynerdə 3 500-dən artıq sərnişin var. Gəmidə yoluxucu virusun daşıyıcılarının sayı 350-ni ötüb.
Xatırladaq ki, ötən il dekabrından meydana çıxan yeni koronavirus bir müddət sonra Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən beynəlxalq miqyaslı fövqəladə hadisə olaraq dəyərləndirilib. Son məlumata görə, koronavirusa yoluxanların sayı 71 442, ölənlərin sayı 1 777, sağalanların sayı 11 214 nəfərdir. Çindən başqa, koronavirusa yoluxma halları daha 25 ölkədə qeydə alınıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!