Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
Tarix : 21-05-2021, 10:31
İsraillə HƏMAS arasında əldə olunmuş atəşkəsin monitorinqini Misir həyata keçirəcək

İsrail hökumətinin iclasından sonra Baş nazir Benyamin Netanyahu və HƏMAS liderləri 11 gün davam edən aviasiya və raket hücumlarının dayandırılması barədə qərar qəbul ediblər.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 21-də gecə saat 00:04-də qüvvəyə minəcək bu qərarın yerinə yetirilməsi monitorinqini Misir həyata keçirəcək. İsrail hökumətinin bəyanatında qeyd olunub ki, Tel-Əviv Misirin qeyd-şərtsiz atəşkəs elan edilməsi təşəbbüsünü yekdilliklə təsdiq edib.
Atəşkəs qərarının ABŞ və Misir prezidentləri Co Bayden və Əbdülfəttah əl-Sisi arasında danışıqlardan sonra verildiyi bildirilir. Bundan bir gün əvvəl rəsmi Qahirə Ramallahda və Tel-Əvivdə də danışıqlar aparıb.
Münaqişə tərəfi olan HƏMAS liderlərindən biri Usamə Həmdan “Associated Press” agentliyinə müsahibəsində bildirib ki, Misirin vasitəçiliyi ilə irəli sürülmüş atəşkəs təşəbbüsü qəbul edilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!