EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 23-09-2021, 08:31
ÜST: Əfqanıstanın səhiyyə sistemi kollaps astanasındadır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanda yaranmış vəziyyətlə əlaqədar həyəcan təbili çalıb. ÜST baş direktoru Tedros Qebreyesus və təşkilatın Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari Əfqanıstanın səhiyyə sisteminin kollaps astanasında olduğuna dair xəbərdarlıq edibilər.

Əfqanıstana səfər edən ÜST-nin nümayəndə heyəti təcili şəkildə tədbirlərin görülməyəcəyi təqdirdə bu ölkədə ən qısa zamanda humanitar fəlakətin baş verəcəyini bildirib. Qeyd edilib ki, avqust ayından bəri ölkədəki xəstəxanaların bir qismi bağlanıb, işçilərə maaş və tibbi ləvazimatlar üçün vəsaitlər çatışmır.

Həmçinin qeyd edilib ki, ölkədə koronavirusa qarşı mübarizə aparan 39 klinikadan doqquzu artıq bağlanıb, getdikcə daha az insan virusa qarşı test və peyvənd edilir. Hazırda ölkədə olan 1,8 milyon peyvənd dozası istifadə müddəti başa çatmamış təcili şəkildə tətbiq olunmalıdırlar. Digər tərəfdən isə kökü kəsilmiş poliomielit xəstəliyinin yenidən baş qaldırma təhlükəsi yaranıb, qızılcaya yoluxma halları isə artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri bildiriblər ki, ÜST öz tərəfdaşları ilə bütün ölkə boyu evbəev gəzərək insanları poliomielit, qızılca və koronavirus kimi yoluxucu infeksiyalara qarşı peyvəndləməyə hazırdır.

Rəsmilərin sözlərinə görə, talibançılar Əfqanıstanda hakimiyyəti ələ aldıqdan sonra bu ölkəyə 170 tondan artıq tibbi material çatdırılıb. Bu yardımların davam etdirilməsi üçün beynəlxalq quruma qarşıdakı dörd ay ərzində 38 milyon ABŞ dolları vəsait lazımdır.


Paylaş



Bölmə: Dünya / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!