Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 17-01-2024, 17:12
İlk türk astronavt kosmosa uçacaq


İlk türk astronavt kosmosa uçacaq

Alper Gezeravcını elmi təcrübələr aparmaq üçün Beynəlxalq Kosmik Stansiyaya göndərəcəyik.
Bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.
“İkinci astronavtımız Tuva Cihangir Atasever də bu missiyanı yerinə yetirməyə hazır idi. O, həmçinin, bir neçə aydan sonra baş tutacaq suborbital uçuşa hazırlaşır. Türkiyənin ilk iki astronavtından birinin Türk Hərbi Hava Qüvvələrinin pilotu, digərinin isə ROKETSAN mühəndisi olması Milli Texnologiya Həmləmizin xülasəsi idi", - deyə o vurğulayıb.
Nazir Kacır onu da qeyd edib ki, Türkiyənin müdafiə sənayesindəki bütün qabaqcıl sistemlər kosmik və peyk əsaslı sistemlərdir.
"İndiyədək dünyanın 42 ölkəsi öz vətəndaşlarını kosmosa göndərib. Onlar bu missiyaları indikindən qat-qat daha çətin şərtlərlə icra edib. Türk alimlərinin ən yüksək səviyyədə araşdırmalar aparmasına yol açmağı hədəfləyirik", - deyə o bildirib.
Xatırladaq ki, A.Gezeravcı bu gün Floriadadan Beynəlxalq Kosmik Stansiyaya göndəriləcək.
Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
İlk türk astronavt Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!