Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
6-07-2025, 15:11
İsrail Qəzzada 130 hədəfi vurdu


İsrail Qəzzada 130 hədəfi vurdu

İsrail Ordusu Qəzza zolağına sistemli şəkildə zərbələr endirməkdə davam edir.
Bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri quru qoşunları ilə birgə təxminən 130 hədəfə hücum edib. Vurulan hədəflər arasında qarşı tərəfin müxtəlif hərbi infrastruktur obyektləri, o cümlədən komanda məntəqələri, silah anbarları və reaktiv yaylım atəşi qurğuları olub. Ayrı-ayrı silahlı qruplara qarşı da hücumlar həyata keçirilib.
Qeyd olunub ki, quru bölmələri bütün zolaqda - həm cənubda, həm Xan Yunis və Rəfah bölgəsində, həm də şimal hissədə, o cümlədən Qəzza şəhəri yaxınlığında reydlər keçirir.
6-07-2025, 14:09
19 uşaq qurğuşundan zəhərləndi


19 uşaq qurğuşundan zəhərləndi

Çinin Qansu əyalətindəki özəl bağçada 19 uşaq zəhərlənib.
Bu barədə “Shanghai Zhebao” nəşri məlumat yayıb.
Məlumata görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib.
Xəsarət alan 19 uşaq xəstəxanaya yerləşdirilib. Onların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur. Valideynlərin dediyinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.
Yerli hökumət çirklənmənin mənbəyini tapmaq üçün işçi qrupu yaradıb. Rəsmilər istifadə edilən qida əlavəsi ilə bağlı hələlik məlumat açıqlamayıblar.
6-07-2025, 13:57
Təl-Əvivdə hava limanına hücum


Təl-Əvivdə hava limanına hücum

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri İsrailin Təl-Əvivdəki Ben Qurion hava limanını ballistik raketlə vurduğunu açıqlayıb.
Bu barədə hərəkatın mətbuat katibi Yəhya Səriyyə teleqram kanalında məlumat yayıb.
Hava limanının 2 hipersəs ballistik raketi ilə hücuma məruz qaldığı bildirilir.
6-07-2025, 11:00
Zaporojye və Kiyevə PUA hücumu - Yaralılar var


Zaporojye və Kiyevə PUA hücumu - Yaralılar var

Ötən gecə Rusiya Ordusu Ukraynanın Zaporojye və Kiyev vilayətlərinə pilotsuz uçuş aparatları ilə hücum edib.
Zaporojye vilayətində 89 yaşlı qadın yaralanıb.
Kiyevin Vışqorodsk rayonuna PUA hücumu nəticəsində isə 3 nəfər xəsarət alıb. Bununla bərabər, iki çoxmərtəbəli binaya ziyan dəyib, 4 obyekt və avtomobil yanıb, o cümlədən 3 avtomobilə ziyan dəyib.
5-07-2025, 23:48
Türkiyədə bələdiyyə sədri həbs olundu


Türkiyədə bələdiyyə sədri həbs olundu

Bu gün səhər saatlarında Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırmalər çərçivəsində saxlanılanlardan biri haqqında həbs qərarı verilib.
Belə ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Muhittin Böcek Prokurorluqda ifadə verdikdən sonra həbs tələbi ilə məhkəməyə təxliyə edilib.
5-07-2025, 21:53
Suriya ilə əlaqələr bərpa olunur - 14 ildən sonra...


Suriya ilə əlaqələr bərpa olunur - 14 ildən sonra...

Britaniya 14 ildən sonra Suriya ilə diplomatik münasibətləri bərpa edib.
Bunu Dəməşqə səfəri zamanı Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib.
"Böyük Britaniya diplomatik münasibətləri bərpa edir. Çünki bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan gələcək qurmaq öhdəliyini yerinə yetirməkdə yeni hökuməti dəstəkləmək bizim maraqlarımıza uyğundur", - o deyib.
5-07-2025, 20:21
Xameneidən 25 gündür xəbər yoxdur


Xameneidən 25 gündür xəbər yoxdur

İranın Ali Lideri ayətullah Əli Xamenei artıq 25 gündür, ictimaiyyət qarşısına çıxmayıb.
Qeyd edilir ki, bu müddət ərzində Xamenei cəmi iki dəfə xalqa videomüraciət edib və hər iki çıxışın bunkerdə lentə alındığı iddia olunur.
Məlumata görə, Xamenei iyunun 13-də İsrailin İrana hava hücumlarına başlamasından sonra dərhal gizli sığınacağa aparılıb. Mənbələr onun təhlükəsizlik səbəbilə bunkeri tərk etmədiyini bildirirlər.
Lakin İran daxilində ayətullahın ciddi xəstə olduğu və ya vəfat etdiyi barədə müxtəlif şayiələr yayılır. Sözügedən iddialar rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, İsrail hərbi əməliyyat çərçivəsində İranın nüvə və müdafiə obyektlərini hədəfə alıb. İyunun 22-də isə ABŞ hərbi qüvvələri İranın İsfahan, Natanz və Fordo şəhərlərindəki strateji nüvə obyektlərinə zərbələr endirib.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında atəşkəs razılaşması əldə olunduğunu bəyan edib.
5-07-2025, 19:54
Ərdoğan yeni model elektromobili sınaqdan keçirdi - FOTO


Ərdoğan yeni model elektromobili sınaqdan keçirdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Togg" elektromobilinin yeni versiyasını sınaqdan keçirib.
Ərdoğan T10F-in İstanbulda sınaq sürüşünü həyata keçirib.

5-07-2025, 17:44
Danimarka ordusunu gücləndirir - 530 milyon dollar ayrıldı


Danimarka ordusunu gücləndirir - 530 milyon dollar ayrıldı

Danimarka silahlı qüvvələrini peyklər vasitəsilə müşahidə imkanlarını gücləndirmək üçün 530 milyon dollardan çox vəsait ayırır.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, təkmilləşdirilmiş peyk əhatə dairəsi və müşahidə imkanları Danimarka Silahlı Qüvvələrinin aşkarlama və cavab vermək qabiliyyətini artıracaq.
5-07-2025, 17:07
Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan


Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
O, bu barədə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə keçirilən təntənəli tədbirdə bildirib.
"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib.
Onun sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!