36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                        Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM .....                       
10-06-2023, 18:14
İranda ziyarətgahlar yandırıldı


İranda ziyarətgahlar yandırıldı

İranın İlam vilayətində iki ziyarətgah yandırılıb. Bu barədə IRNA məlumat yayıb. Bildirilib ki, bu gün Abdanan-Dehloran yolunda yerləşən iki ziyarətgah naməlum şəxslər tərəfindən yandırılıb. İlam prokurorluğu ziyarətgahların yandırılması ilə bağlı araşdırma başlandığını bildirib. Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.
10-06-2023, 17:54
Türkiyədə kimyəvi maddələr daşıyan yük maşını qəzaya düşdü - Ölənlər var


Türkiyədə kimyəvi maddələr daşıyan yük maşını qəzaya düşdü - Ölənlər var

Türkiyənin Ərzincan vilayətində kimyəvi maddələr daşıyan yük maşını qəzaya uğrayıb. Yük maşını başqa bir yük maşını ilətoqquşub. Ərzincan-Sivas avtomobil yolunda baş verən qəza nəticəsində hər iki sürücü ölüb. Hadisə bağlı araşdırma başladılıb.
10-06-2023, 17:22
Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırır


Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırır

Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Bu barədə o Nürnberqdəki çıxışında bildirib. "Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram", - Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox".
10-06-2023, 15:30
Ruslar su altında qalan Xerson əyalətini atəşə tutdu


Ruslar su altında qalan Xerson əyalətini atəşə tutdu

Rusiya qoşunları "Kaxovka" su elektrik stansiyasının partladılması nəticəsində su altında qalan Xerson vilayətini atəşə tutub. Bu barədə vilayətin hərbi administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri vilayətə artilleriya zərbələri endirib. Zərbələr nəticəsində 52 və 25 yaşlı iki kişi yaralanıb. Yaralanan şəxslərin daşqından əziyyət çəkən sakinlərə kömək edən könüllülər olduğu deyilir.
10-06-2023, 12:49
Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək


Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək. Bu barədə "Reuters" agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək. Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.
10-06-2023, 11:42
Ankarada yerləşən raket zavodunda partlayış baş verdi - 5 nəfər öldü


Ankarada yerləşən raket zavodunda partlayış baş verdi - 5 nəfər öldü

Türkiyənin paytaxtı Ankarada yerləşən raket zavodunda güclü partlayış baş verib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə MKE raket və partlayıcı zavodunda qeydə alınıb. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.
10-06-2023, 10:51
Tokayev fövqəladə hallar nazirini işdən çıxardı


Tokayev fövqəladə hallar nazirini işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin fövqəladə hallar naziri Yuri İlinin vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Bu barədə Kazinform agentliyi məlumat yayıb. Nazirin işdən çıxarılması ölkənin şərqində davam edən böyük meşə yanğını fonunda baş verib. Onun məhz bu səbəbdən vəzifəsindən azad olunduğu bildirilir. Son məlumatlara görə, meşə yanğınları 60 min hektar sahəni əhatə edir. Hadisə nəticəsində meşə təsərrüfatının 3 işçisi həlak olub, 11 nəfər isə itkin düşüb. Təbii fəlakət zonasından 316 nəfər təxliyə olunub. Yanğınla mübarizəyə helikopter və hərbi qulluqçular cəlb edilib.

10-06-2023, 10:07
Rusiya İran PUA-dan aktiv şəkildə istifadə edir - ABŞ rəsmisi


Rusiya İran PUA-dan aktiv şəkildə istifadə edir - ABŞ rəsmisi

Rusiya son həftələrdə Kiyevə zərbələr endirmək və Ukrayna əhalisini terrora məruz qoymaq üçün İran istehsalı pilotsuz uçuş aparatlarından (PUA) aktiv şəkildə istifadə edir. Bunu Ağ Evin sözçüsü Con Kirbi deyib. O vurğulayıb ki, Ukraynada davam edən müharibə fonunda Rusiya-İran hərbi tərəfdaşlığı dərinləşir. Ağ Ev rəsmisinin sözlərinə görə, PUA-lar İranda istehsal edilib, Xəzər dənizi üzərindən daşınıb və sonra Rusiya qüvvələri tərəfindən Ukraynaya qarşı istifadə edilib. Kirbi qeyd edib ki, Rusiyanın gələn ilin əvvəlində tam şəkildə fəaliyyətə başlaya biləcək PUA istehsalı zavodunun tikintisi üçün lazım olan materialları İrandan aldığı barədə dəqiq məlumatlar var. “Biz narahatıq ki, Rusiya İran PUA-larını öz ərazisində istehsal etmək üçün işləyir”, - Kirbi bildirib.



Xəritə: İran Rusiyaya PUA-ları bu marşrutla göndərir

Ağ Ev PUA-ların daşınma istiqamətini göstərən xəritəni və Rusiyada PUA istehsalı planlaşdırılan ərazinin peyk görüntülərini yayıb. Məlumata görə, Rusiya İran PUA-larını Alabuqa xüsusi iqtisadi zonasında istehsal etmək istəyir. Kirbinin sözlərinə görə, İran və Rusiya arasında dəstək hər iki istiqamətdə gedir. Belə ki, İran Rusiyadan helikopterlər və radarlar da daxil olmaqla milyardlarla dollar dəyərində hərbi texnika almaq niyyətindədir.



Peykdən çəkilən foto: Rusiyanın İran PUA-larını istehsal etmək istədiyi Alabuqa xüsusi iqtisadi zonası

"Rusiya İrana misilsiz müdafiə əməkdaşlığı, o cümlədən raket, elektronika və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq təklif edir. Bu, Ukrayna, İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərli olan tammiqyaslı müdafiə tərəfdaşlığıdır. Biz bu fəaliyyətləri ifşa etmək və pozmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edirik və biz daha çox şey etməyə hazırıq”, - sözçü deyib. Ağ Ev dronların ötürülməsinin Birləşmiş Millətlər Təşkilatının qaydalarının pozulması olduğunu və ABŞ-ın iki ölkəni məsuliyyətə cəlb etməyə çalışacağını bəyan edib. “Biz İran hərbi texnikasının Rusiyaya ötürülməsində iştirak edən aktorlara qarşı sanksiyaları davam etdirəcəyik”, - Kirbi vurğulayıb. Xatırladaq ki, ABŞ Rusiyaya PUA tədarükünə görə İranın hərbi şirkətlərinə sanksiya tətbiq edib. İran Rusiyaya PUA göndərdiyini etiraf edib, lakin onların müharibədən əvvəl tədarük edildiyini bildirib.
9-06-2023, 22:33
Gürcüstanın Baş naziri Olaf Şoltsla görüşdü


Gürcüstanın Baş naziri Olaf Şoltsla görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Berlində
Almaniya Kansleri Olaf Şolts ilə görüşüb. Bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Liderlər dünyada gedən prosesləri, yeni çağırışları, o cümlədən Cənubi Qafqazda cərəyan edən hadisələri, sülh danışıqlarını müzakirə edib. Qaribaşvili Gürcüstanın Avropaya inteqrasiya yolunda atdığı addımlar, həyata keçirilən islahatlar və Avropa Komissiyasının tövsiyələrinin həyata keçirilməsində əldə olunan mühüm irəliləyişlər barədə Şoltsa ətraflı məlumat verib.
9-06-2023, 19:47
Hakan Fidan rusiyalı həmkarıyla telefon danışığı apardı


Hakan Fidan rusiyalı həmkarıyla telefon danışığı apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Lavrov Hakan Fidanı yeni vəzifəsi münasibətilə təbrik edib. Telefon danışığı zamanı ikitərəfli əlaqələr və regionlar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!