Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
2-12-2025, 19:31
Avropa müharibə istəyirsə, Rusiya hazırdır - Putin


Avropa müharibə istəyirsə, Rusiya hazırdır - Putin

Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.
Bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Rusiya lideri Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.
"Avropa özü Ukrayna nizamlanmasından kənara çəkildi. Onların sülh gündəliyi yoxdur və hazırda ABŞ-nin nizamlanma səylərinə mane olurlar. Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil, amma əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır və onda Moskvanın danışıqlar aparacağı tərəf qalmayacaq," – deyə Putin bildirib.
Eyni zamanda o, Avropanın Ukrayna ilə bağlı danışıqlara qayıda biləcəyini istisna etməyib.
2-12-2025, 18:34
Sülh planının 20 bəndi artıq hazırdır


Sülh planının 20 bəndi artıq hazırdır

ABŞ-da görüşlərdə iştirak edən nümayəndə heyəti bu gün İrlandiyada toplaşıb.
Bunu Prezident Volodimir Zelenski deyib.
O qeyd edib ki, Cenevrədə hazırlanmış və Floridada üzərində işlənmiş sülh planının 20 bəndi artıq hazırdır.
Zelenski bəzi məqamlar üzərində hələ də işləmək lazım olduğunu vurğulayıb.
2-12-2025, 17:48
Tehran və Ankara razılığa gəliblər - Arakçi


Tehran və Ankara razılığa gəliblər - Arakçi

İki böyük regional güc olaraq Tehran və Ankara regionda davamlı sülh, sabitlik və inkişafı təşviq etmək üçün sıx əməkdaşlığa sadiqdirlər.
Bunu İranın xarici işlər naziri Abbas Arakçi bildirib.
Arakçi dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən nümayəndə heyətini Tehranda qəbul etdiyini söyləyib.
O qeyd edib ki, "tamamilə isti və konstruktiv bir atmosferdə iki tərəf ikitərəfli münasibətlərin artan trayektoriyasını nəzərdən keçirib və hər iki ölkə liderlərinin iqtisadi, ticarət, enerji, texnologiya, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığı dərinləşdirmək əzmini bir daha təsdiqləyiblər".
Arakçi əlavə edib ki, hər iki tərəf "Qəzza və İordan çayının Qərb sailindəki fəlakətli vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə edib, İsrail rejimi tərəfindən törədilən soyqırımı qətiyyətlə pisləyib və bu cinayətlərə son qoyulması və rejimin beynəlxalq forumlarda məsuliyyətə cəlb edilməsinin təcili zərurəti barədə razılığa gəliblər".
Suriya və Livandakı hadisələrdən danışan Abbas Arakçi vurğulayıb ki, hər iki ölkə "bu dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam hörməti vurğulayır və davam edən İsrail təcavüzünü qətiyyətlə pisləyir".
2-12-2025, 17:27
Federika Moqerini saxlanıldı


Federika Moqerini saxlanıldı

Avropa diplomatiyasının keçmiş rəhbəri və Avropa Kollecinin rektoru Federika Moqerini Belçika polisi tərəfindən dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Avropa Baş Prokurorluğu (EPPO) Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Brüsseldəki mənzil-qərargahında Aİ vəsaitlərinin mümkün sui-istifadəsi ilə bağlı təhqiqat çərçivəsində axtarışların aparıldığını təsdiqləyib. Keçirilən əməliyyatlar nəticəsində 3 şübhəli həbs edilib.
Brüggedəki Avropa Kollecinin bir neçə binasında, eləcə də müttəhimlərin iqamətgahlarında paralel araşdırmalar aparılıb. EPPO aydınlaşdırıb ki, saxlanılan şəxslər dələduzluq, korrupsiya və cinayətkar maraqların toqquşmasında ittiham olunurlar. Axtarışlar zamanı çoxlu sənədlər ələ keçirilib. İstintaq Avropa Fırıldaqçılıqla Mübarizə Bürosunun (OLAF) köməyi ilə aparılır.
İlkin məlumatlara görə, EEAS əməkdaşları gənc diplomatlar üçün on aylıq təhsil proqramını həyata keçirmək üçün 2021-ci il tenderinin seçim meyarları ilə bağlı Avropa Kollecinə əvvəlcədən məlumat vermiş ola bilərlər. Müsabiqədən sonra qurum 654 000 avro maliyyə vəsaiti əldə edib. Kollecə Federika Moqerini rəhbərlik edir. Hazırda heç kimə qarşı rəsmi ittiham irəli sürülməyib.
2-12-2025, 16:39
Sarkisyan Putinə gizli məktub yazıbmış – Qarabağla bağlı plan nə idi?


Sarkisyan Putinə gizli məktub yazıbmış – Qarabağla bağlı plan nə idi?

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə ünvanladığı gizli məktubun mətni üzə çıxıb.
Məktub bu gün Ermənistan hökumətinin saytında dərc olunub.
Məktub Ermənistan rəhbərliyinin illər boyu “sülh tərəfdarı” görüntüsü yaratmasına baxmayaraq, əslində prosesə maksimalist, qeyri-konstruktiv və Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən mövqedən yanaşdığını təsdiqləyir.
Sarkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edir, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyir və Azərbaycanın işğal olunmuş rayonlardan çıxmasını yalnız Rusiyanın təmin edəcəyi təhlükəsizlik şərtləri ilə şərtləndirirdi.
Məktubda ən diqqətçəkən məqam isə Ermənistanın Rusiya vasitəsilə Azərbaycana təzyiq göstərilməsinə açıq çağırış etməsi, hətta Bakının tələbləri qəbul etməyəcəyi təqdirdə “Dağlıq Qarabağın müstəqilliyinin tanınması prosesinə başlamaq” barədə təklif irəli sürməsidir.
Sənəddən görünür ki, Ermənistan danışıqlarda balanslı həllə deyil, faktiki olaraq status-kvonun qorunmasına, separatçı rejimin legitimləşdirilməsinə və işğal olunmuş ərazilərin qaytarılmamasına çalışıb. Sarkisyan Rusiyanın vasitəçilik rolunu neytral mexanizm kimi deyil, Bakıya qarşı siyasi təzyiq vasitəsi kimi görməyə cəhd edir və Moskvanın bölgədə öz ağırlığından istifadə etməsini açıq şəkildə tələb edir.
Məktub həm də onu göstərir ki, Ermənistan illər boyu beynəlxalq vasitəçilərə konstruktiv tərəf kimi təqdim olunmasına baxmayaraq, real danışıqlarda sülhə yönəlmiş addımlar atmaq niyyətində olmayıb. Sənəddə Bakı tərəfindən irəli sürülən “ərazilər müqabilində sülh” formatı ən təhlükəli ssenari kimi təqdim edilir, kompromisə getmək əvəzinə Ermənistanın maksimalist mövqedən geri çəkilməyəcəyi vurğulanır.
Bu məktub Ermənistanın əvvəlki rəhbərliyinin danışıqlar prosesindəki səmimiyyəti ilə bağlı suallara nöqtə qoyur: rəsmi İrəvan illərlə regionda sabitliyə aparan yolları bağlayıb, sülh prosesini manipulyasiya edib və Rusiya faktorundan istifadə edərək Azərbaycanın legitim tələblərini neytrallaşdırmağa çalışıb.
Ortaya çıxmış sənəd göstərir ki, münaqişənin 30 ilə yaxın müddətdə uzanmasının əsas səbəblərindən biri Ermənistanın reallığa uyğun olmayan maksimalist siyasəti və sülhə deyil, status-kvonu saxlamağa hesablanmış mövqeyi olub.
2-12-2025, 16:04
Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini dərc etdi


Ermənistan hökuməti Qarabağ danışıqlarının sənədlərini dərc etdi

Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin sənədləri Ermənistan hökumətinin gov.am saytında dərc edilib.
Ermənistan hökumətinin saytında 2020-ci ilə qədər Qarabağ münaqişəsi üzrə danışıqların əsasını təşkil edən 13 sənədin faylı yerləşdirilib. Bunlara 2011-ci ildə Kazanda müzakirə edilən sənəd, 2019-cu ildə təqdim edilən vasitəçi təklifləri və digər sənədlər daxildir.
Sənədlər arasında eks-prezident Serj Sarkisyanın Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə xatırlanan məşhur məktubu da var. Sarkisyanın 2016-cı ilin avqustunda yazdığı məktub Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmışdı.
2-12-2025, 13:50
İranda vitse-prezidentin ailəsi qəzaya düşdü: xanımı öldü, uşaqları yaralandı


İranda vitse-prezidentin ailəsi qəzaya düşdü: xanımı öldü, uşaqları yaralandı

İranın vitse-prezidenti İsmayıl Sahab İsfahaninin həyat yoldaşı Germsar-Tehran magistral yolunda baş verən ağır yol qəzasında həlak olub.
İran KİV-nin məlumatına görə, vitse-prezidentin üç uşağı və qayınatası müxtəlif xəsarətlərlə Germsardakı tibb mərkəzinə aparılıb.
Qəzada ağır yaralanan Sahab İsfahaninin qızının dünən beyin ölümü keçirdiyi bildirilib.
İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei İsmayıl Sahab İsfahaniyə başsağlığı mesajı göndərib.
2-12-2025, 12:45
Avropa da Zəngəzur dəhlizində MARAQLIDIR


Avropa da Zəngəzur dəhlizində MARAQLIDIR

Aİ ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində (Zəngəzur dəhlizi) mümkün iştirakla bağlı danışıqlar aparır.
Bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Ali Komissarı Marta Kos deyib.
"Avropa İttifaqının öz təklifləri var və Türkiyə ilə Azərbaycanla məsləhətləşmələri davam etdirir. Layihə yalnız bir dəmir yolu hissəsini əhatə etdiyi üçün ABŞ-nin iştirakı xüsusilə vacibdir", - diplomat qeyd edib.
2-12-2025, 00:50
Keçmiş rejissor müharibədə həlak oldu


Keçmiş rejissor müharibədə həlak oldu

Rusiyaya qarşı davam edən müharibədə məşhur əyləncə-səyahət proqramı “Orel və Reşka”nın keçmiş rejissoru Vasili Xomko həlak olub.
Bu barədə onun həyat yoldaşı Qalina Spivak Instagram səhifəsində məlumat yayıb.
Xomko ilə vida mərasimi dekabrın 5-də, cümə günü keçiriləcək.
“Orel və Reşka” Ukraynada çəkilən, səyahətlərə həsr olunmuş populyar televiziya proqramıdır. Layihə çərçivəsində ümumilikdə 24 mövsüm ərsəyə gətirilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra həm çəkilişlər, həm də artıq hazır olan buraxılışların nümayişi müddətsiz dayandırılıb.
2-12-2025, 00:08
İmran Xandan xəbər yoxdur


İmran Xandan xəbər yoxdur

Ötən həftə mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb. Xəbərin ilk mənbəyi kimi "Afghanistan Times" media portalı göstərilib.
Ancaq rəsmi mənbələr məlumatı təkzib edib. İmran Xanın sağ olduğu, həbs müddətinin davam etdiyi qeyd olunub.
Buna baxmayaraq İmran Xanın ailəsi ondan xəbər ala bilmirlər. Bu barədə sabiq baş nazirin oğlu Kazım Xan "Reuters" agentliyinə açıqlamasında bildirib.
Oğlu İmran Xanın onun vəziyyəti ilə bağlı heç bir təsdiqlənmiş məlumatın olmamasından ciddi narahatdır.
Kazım deyib ki, ailə son üç həftə ərzində atalarının sağ olduğuna dair heç bir sübut almayıb. Məhkəmənin həftəlik görüşə icazə verməsinə baxmayaraq, bütün ziyarətlər bloklanıb və ailənin Xanla birbaşa təması kəsilib.
“Atanızın təhlükəsiz, yaralı və ya hətta sağ olub-olmadığını bilməmək psixoloji işgəncədir. Bizə verilən son məlumat aylar əvvəl olub və onun da həqiqiliyini təsdiq etmək mümkün deyil”, – Kazım bildirib. O əlavə edib ki, ailənin şəxsi həkiminin də İmran Xanı bir ildən çoxdur müayinə etməsinə icazə verilmir.
Pakistan Daxili İşlər Nazirliyi mövzu ilə bağlı suallara cavab verməyib. Adının açıqlanmasını istəməyən bir həbsxana rəsmisi isə İmran Xanın “sağlam vəziyyətdə” olduğunu qeyd edib və onu daha sərt rejimli müəssisəyə köçürmək planı barədə məlumatı olmadığını deyib.
72 yaşlı İmran Xan 2023-cü ilin avqustundan bəri müxtəlif cinayət işləri üzrə həbslə üzləşir. O, əvvəlcə vəzifədə olarkən hədiyyələri qanunsuz satmaqda günahkar bilinib, daha sonra diplomatik sənədi sızdırmaqda 10 il, ayrı bir korrupsiya işi üzrə isə 14 il həbs cəzası alıb. Xan ittihamları siyasi motivli adlandırır.
Ailənin narahatlığını artıran əsas səbəb tam informasiya blokadasıdır. Televiziya kanallarına Xanın ad və ya görüntüsünü istifadə etməmək tapşırılıb. Onun həbsdən sonra çəkilmiş tək, keyfiyyətsiz bir məhkəmə fotosu internetdə qalıb.
Kazım və qardaşı Süleyman İsa Xan hazırda anası Cəmimə ilə Londonda yaşayır və Pakistanın siyasi həyatından uzaq durmağa üstünlük verirlər. Onlar son dəfə atalarını 2022-ci ilin noyabrında - ona qarşı sui-qəsddən sonra Pakistanda görüblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!