Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
25-10-2025, 20:21
İlk təyyarələri gələn il alacağıq - Zelenski


İlk təyyarələri gələn il alacağıq - Zelenski

Ukrayna 150 “Gripen” döyüş təyyarəsinin ilk partiyasını gələn il almalıdır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” səhifəsində məlumat verib.
Zelenski bildirib ki, Ukrayna İsveçlə birlikdə öz döyüş aviasiyasını əhəmiyyətli dərəcədə artıracaq. Prezident bunun iddialı məqsəd olduğunu və buna nail olmağın vacibliyini vurğulayıb.
"İndi bizim tarixi addımımız var - İsveçlə "Gripen" döyüş təyyarələri ilə bağlı razılaşmamız var və bu, yaxşı seçimdir”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı bildirib ki, “Gripen”lər Ukraynanın təhlükəsizlik zəmanətlərinin bir hissəsidir. Başqa sözlə, onlar Ukrayna səmasını tam qorumağa qadir Hərbi Hava Qüvvələrini təmsil edirlər. Prezident bunun tarixi nailiyyət olduğunu vurğulayıb.
"Ukrayna üçün döyüş aviasiyası ilə bağlı belə irimiqyaslı saziş heç vaxt olmayıb. Tarixi nailiyyətdir. Biz bunu tam şəkildə həyata keçirməyə çalışırıq. Sağ olun, İsveç", - deyə Zelenski fikrini yekunlaşdırıb.
25-10-2025, 19:32
İsrail Hizbullah komandirini öldürdü


İsrail Hizbullah komandirini öldürdü

İsrail Müdafiə Qüvvələri Hizbullahın Radvan Qüvvələrinin tank əleyhinə bölməsinin komandiri Zeyn əl-Abidin Hüseyn Fatunini məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
“Bu yaxınlarda terrorçu Livanın cənubunda Hizbullahın terror infrastrukturunun bərpası səylərində iştirak edib. Onun fəaliyyəti İsrail və Livan arasında anlaşmaların pozulması demək idi.İsrail Müdafiə Qüvvələri İsrail Dövlətinə qarşı yarana biləcək hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək”, - məlumatda qeyd edilib.
25-10-2025, 18:14
Avropa Çindən asılı olmaq istəmir


Avropa Çindən asılı olmaq istəmir

Avropa İttifaqı (Aİ) xüsusilə sənaye üçün vacib olan kritik xammallar sahəsində Çindən asılılığı “RESourceEU” adlı yeni bir təşəbbüslə azaltmaq istəyir.
Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Çin hökumətinin nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi yeni məhdudiyyətləri tənqid edərkən bildirib.
“Məqsədimiz qısa, orta və uzunmüddətli dövrdə Avropa sənayesinə kritik xammallar üçün alternativ mənbələrə çıxışı təmin etməkdir,” - deyə U.Lyayen vurğulayıb. Onun sözlərinə görə, “RESourceEU” planı 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra qəbul edilən və Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş “REPowerEU” planına bənzəyir. Plan çərçivəsində Aİ Avstraliya, Kanada, Çili, Qrenlandiya, Qazaxıstan, Özbəkistan və Ukrayna kimi ölkələrlə tərəfdaşlıq proseslərini sürətləndirmək niyyətindədir. U.Lyayen Aİ daxilində kritik xammalların istehsalı və emalı üzrə strateji layihələrə sərmayələrin təşviq olunacağını vurğulayıb. Bununla yanaşı, o, qısamüddətli dövrdə Çin ilə birgə həll yollarının tapılmasına çalışdıqlarını qeyd edib.
Çin oktyabrın 9-da nadir torpaq elementləri və batareya materiallarının ixracına məhdudiyyətlər tətbiq edib. Bu, Avropa sənayesinə, xüsusilə avtomobil, müdafiə, aviasiya, kosmos, süni intellekt çipləri və məlumat mərkəzləri sahələrinə ciddi təsir göstərir.
Aİ bir neçə ildir enerji keçidi, müdafiə sənayesi və elektromobil istehsalı üçün vacib olan minerallarla bağlı Çindən asılılığı azaltmağa çalışır.
25-10-2025, 17:30
Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır


Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır

Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 27-də Romaya rəsmi səfər edəcək.
Səfər çərçivəsində o, İtaliyanın Baş naziri Corca Meloni ilə görüşəcək və daha sonra Vatikan şəhərində Roma Papası XIV Leo tərəfindən qəbul olunacaq.
“Magyar Nemzet” qəzetinin məlumatına görə, Orban ilə Pontifikin görüşündə əsas müzakirə mövzularından biri Ukraynada gedən müharibənin sülh yolu ilə həlli olacaq. Vatikan da Macarıstan kimi münaqişənin diplomatik yollarla sona çatdırılmasının tərəfdarıdır.
Qəzet yazır ki, görüş Ukrayna müharibəsi, sülh prosesi və xristian dəyərləri mövzularına həsr olunacaq. Bu, Viktor Orbanın Papa XIV Leo ilə ilk şəxsi görüşü olacaq.
Macarıstanın hökumət başçısı bundan öncə də Vatikanla sıx əlaqələr saxlayıb. O, Papa XIV Leo-nun sələfi Papa Fransisklə bir neçə dəfə görüşüb. Xatırladaq ki, Papa Fransisk 2023-cü ildə Macarıstana apostol səfəri etmişdi.
Macarıstan mediasının yazdığına görə, Orbanın İtaliyanın Baş naziri Corca Meloni ilə münasibətləri digər Avropa İttifaqı liderləri ilə müqayisədə daha yaxın və səmimidir. Hər iki lider bir sıra məsələlərdə Brüsselin rəsmi mövqeyindən fərqli, daha mühafizəkar yanaşma sərgiləyir.
Görüşdə Ukrayna məsələsinin də əsas müzakirə mövzularından biri olacağı gözlənilir.
25-10-2025, 16:30
“Sputnik Azərbaycan”ın şef redaktoru da Bakıdan getdi


“Sputnik Azərbaycan”ın şef redaktoru da Bakıdan getdi

"Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan gedib.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.
Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb.
25-10-2025, 16:10
Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar


Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisidə 3 Çin vətəndaşı saxlanılıb.
Bu barədə brifinqdə xidmət rəisinin birinci müavini Laşa Maqradze bildirib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyat idarələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Tbilisidə 2 kq uran nüvə materialı almağa cəhd edən 3 Çin vətəndaşı saxlanılıb.
Cinayətkar qruplaşmanın üzvləri Tbilisidə qanunsuz olaraq 400 min dollara uranı almağı və daha sonra Rusiya Federasiyası vasitəsilə Çinə daşımağı planlaşdırırdılar”, - Maqradze bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin qeyd edib ki, Gürcüstanda qeyri-qanuni yaşayan Çin vətəndaşı Çindən daha iki mütəxəssis gətirib və onlar bütün ölkə ərazisində fəal şəkildə uran axtarışına başlayıblar.
25-10-2025, 15:13
Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ


Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ

Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib.
O, bu fikri "Inspira" biznes-kluby ilə görüşü zamanı səsləndirib.
Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq.
“Bu, nə dua, nə də arzudur. Mən bunu gələcəyi görən şəxs kimi yox, ABŞ və Avropada bu sahədə anlayışı olan nüfuzlu insanların fikirlərinə əsaslanaraq deyirəm. Rusiya yaxın gələcəkdə Şimali Koreyaya bənzəyəcək, Ukraynanı isə böyük gələcək gözləyir”, - Kaminetski bildirib.
O, həmçinin qeyd edib ki, müharibənin son tarixi hesablanarkən Yeni il bayramı dövrü də nəzərə alınıb: “Yanvarın 15-dən sonra artıq müharibənin sonunu qeyd edəcəyik”.
25-10-2025, 14:25
BMT-nin legitimliyi şübhə altında - İslahatlar olmalıdır!


BMT-nin legitimliyi şübhə altında - İslahatlar olmalıdır!

BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurasının (TŞ) “kövrək” legitimliyi fonunda onun tıxanmış vəziyyətinin davam etməsi və əsas məqsədini yerinə yetirə bilməməsi qlobal sülhü təhlükə altına ala bilər.
Baş katib BMT-nin təsis edilməsinin 80 illiyi münasibətilə Nyu-Yorkdakı mənzil-qərargahda daimi nümayəndələrin qarşısında çıxış edib. O, BMT-nin qeyri-müəyyən bir gələcəkdə necə hərəkət etməsi ilə bağlı açıq müzakirələr zamanı Vyetnamın paytaxtı Hanoydan video bağlantı vasitəsilə danışıb.
Baş katib diqqətə çatdırıb ki, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas orqanı olan TŞ-nin sanksiyalar tətbiq etmək və hərbi əməliyyatlara icazə vermək də daxil olmaqla əhəmiyyətli səlahiyyətləri var. Eyni zamanda, onun 15 üzvündən beşi daimi yerə və BMT Nizamnaməsinə uyğun olaraq veto hüququna malikdir. Şura sülhməramlılıqda, münaqişələrin həllində və beynəlxalq hüququn qorunmasında mərkəzi rol oynasa da, onun veto sistemi tez-tez hərəkətləri dayandırıb və tənqidlərə səbəb olub. TŞ-nin strukturu bir çox ölkə və yüksəkvəzifəli şəxs tərəfindən təmsil olunmayan hesab olunur ki, bu da Afrika və Latın Amerikası kimi regionları daimi səssiz qoyur.
Artıq 80 ildir ki, müharibələrə son qoymaq üçün Şuraya müraciət edənlərlə bağlı A.Quterreş bildirib: "Bu masada oturmaq imtiyazı, hər şeydən əvvəl, həmin insanların inancını qorumaq vəzifəsini daşıyır. Məqsədəuyğun Təhlükəsizlik Şurası olmadan dünya ciddi təhlükə altındadır".
BMT-nin rəhbəri Şura qərarlarının planetin sakinlərinə necə təsir edə biləcəyi ilə bağlı fikirlərini ifadə edib: “Təhlükəsizlik Şurası hegemonlar və imperiyalara aid deyil. Bu, uşaqlarını itirən valideynlər, evlərindən uzaqlara atılan qaçqınlar, əzalarını qurban verən əsgərlər haqqındadır. Bu zalın hər qarışında siz ölülərin ruhları ilə əhatə olunmusunuz. Lakin onların yanında başqa bir şey - dirilərin ümidləri də dayanır. Diqqətlə qulaq asın və sülh üçün mitinq edən vətəndaşlarınızın fəryadını, təhlükəsizliyə can atan ailələrin pıçıltılarını eşidəcəksiniz... Birləşmiş Millətlər Təşkilatının emblemi qalibin dəfnə çələngini deyil, sülhməramlının zeytun budaqlı tacını daşıyır”.
O, bəzi üzv dövlətlər tərəfindən BMT Nizamnaməsinin pozulmasının etimadı sarsıtdığını və qlobal sabitliyi təhlükə altına qoyduğunu qeyd edərək bildirib ki, Şuranın legitimliyi hələ də kövrək olaraq qalır.
Baş katib Afrika, Latın Amerikası və Karib dənizi üçün daimi nümayəndəlik də daxil olmaqla, dünya demoqrafik göstəricilərini daha yaxşı əks etdirmək üçün üzvlüyün yaradılmasına və genişləndirilməsinə çağırıb.
Amerika Birləşmiş Ştatlarının daimi nümayəndəsi müzakirələr zamanı əməliyyat islahatlarına, hesabatlılığa diqqət yetirib və 2027-ci ilin yanvarında rəhbərliyə başlayacaq növbəti Baş katibin ləyaqətə əsaslanan seçiminə çağırıb. O, həmçinin milli suverenliyin və seçim prosesində şəffaflığın üstünlüyünü vurğulayıb.
ABŞ nümayəndəsi regionların növbə ilə seçim etməsinə əsaslanan seçim prosesinə son qoymağa çağırıb və iddia edib ki, qlobal namizədlər siyahısından seçim etməyin vaxtıdır.
25-10-2025, 11:58
“Tayfun” hədəfini dəqiqliklə məhv etdi


“Tayfun” hədəfini dəqiqliklə məhv etdi

Türkiyənin milli müdafiə sənayesində daha bir uğurlu sınaq həyata keçirilib.
"Roketsan" tərəfindən yerli imkanlarla hazırlanmış "Tayfun" ballistik raketi növbəti test atışında hədəfini tam dəqiqliklə vurub.
Görüntülərdə raketin qurudan dənizə buraxıldığı və müəyyən edilmiş hədəfi tam isabətlə məhv etdiyi əks olunub.
“Gözəl bir gün, daha bir uğurlu sınaq. Qətiyyətli addımlarla məsafə artır, dəqiqlik mükəmməlləşir”, - Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib
"Tayfun" Türkiyənin öz imkanları ilə inkişaf etdirdiyi ən uzun mənzilli ballistik raket hesab olunur. Mütəxəssislər bu sınağın Türkiyənin müdafiə texnologiyalarında yeni mərhələ olduğunu bildirirlər.
25-10-2025, 11:50
Bu ölkədə 1 illik matəm elan olundu


Bu ölkədə 1 illik matəm elan olundu

Tailand Krallığı sabiq kraliça Sirikitin vəfatı ilə əlaqədar bir illik
matəm elan edib.
Bu barədə krallıq sarayının bəyanatında qeyd olunub.
Qeyd edək ki, ötən gün 93 yaşında vəfat edən Sirikit uzun müddət xəstəliklərlə mübarizə aparıb və 2019-cu ildən xəstəxanada müalicə alırdı. Sirikit mərhum kral Bhumibol Adulyadejin həyat yoldaşı idi. Onun oğlu Maha Vajiralongkorn isə hazırkı Tailand kralıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!