20-03-2026, 15:30
Küçədə namaz qadağan edildi
ABŞ və İsrail ilə İran arasında davam edən münaqişə səbəbindən körfəz ölkələri Ramazan bayramı namazları da daxil olmaqla, açıq havada böyük toplantıları qadağan edib.
Bu il ibadət edənlərə ənənəvi açıq havada namaz qılmaq üçün məkanlarda toplaşmamaq barədə xəbərdarlıq edilib. Qeyd edilib ki, namazlar yalnız məscidlərdə qılınmalıdır.
Dubaydan reportaj verən "Əl-Cəzirə" müxbiri Zeyn Bəsrəvi qeyd edib ki, açıq havada toplantıların qadağan edilməsi "müsəlman ölkələrində geniş qəbul edilmiş ənənəni" pozur. O bildirib ki, bu, döyüşlərin Yaxın Şərqdəki gündəlik həyata əhəmiyyətli təsirini göstərir.
20-03-2026, 15:24
“Bəsic”in kəşfiyyat rəisi öldürüldü
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Bəsic” qüvvələrinin kəşfiyyat rəhbəri general İsmayıl Əhmədi öldürülüb.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Önun ötən gecə öldürüldüyü bildirilir.
20-03-2026, 15:19
ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu
“İsrail və Amerikanın İranda başlatdığı müharibənin ən böyük qalibi Rusiyadır”.
Bunu Qətərin “Əl-Cəzirə” telekanalının məhşur aparıcısı Ahmad Mansur X-də bildirib.
“Amerikanın əvvəllər Rusiya neftinə tətbiq etdiyi embarqo indi aradan qaldırılıb, neftin qiyməti qalxıb, Rusiyaya milyardlarla dollar axır və mənfəət dəfələrlə artdı. Üstəlik, Amerikanın müttəfiqləri Vaşinqtonun silahlarına olan inamı itirdilər. Gələcəkdə onların Rusiya və Çinin hədəfi olacağı şübhəsizdir”.
19-03-2026, 18:55
İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ
İsrail Müdafiə Qüvvələri Xəzər dənizindəki İran hərbi gəmilərinə zərbələr endirdiyini açıqlayıb.
İsrail Müdafiə Qüvvələri Xəzər dənizində İran hərbi gəmilərinə ilk dəfə hücum etdiyini təsdiqləyib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.
"İsrail Hərbi Hava Qüvvələri 28 fevralda hərbi əməliyyatın başlanğıcından bəri ilk dəfə olaraq Xəzər dənizində bir sıra əsas İran hərbi dəniz infrastruktur obyektlərinə hücum etdi", - deyə Müdafiə Qüvvələrinin mətbuat xidməti bəyan edib.
19-03-2026, 17:52
ABŞ İran neftinə sanksiyaları ləğv edə bilərVaşinqton tankerlərdə saxlanılan İran neftinə qarşı sanksiyaların ləğvi imkanlarını araşdırır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bu barədə məlumat verib.
Bessentin sözlərinə görə, bu qərar İran neftini Çindən kənar bazarlara, o cümlədən Avropaya yönəldə bilər. O, həmçinin qeyd edib ki, Vaşinqton strateji ehtiyatlarından əlavə neft buraxmağı nəzərdən keçirə bilər.
Nazir vurğulayıb ki, ABŞ neft bazarlarına müdaxilə etmir və bunu etmək planı da yoxdur.
19-03-2026, 17:42
Hüseyn Dehqanın Laricanini əvəz etdiyi təkzib olunduHüseyn Dehqanın İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilməsi xəbəri təkzib edilib.
Bu barədə yarımrəsmi “Tasnim” Agentliyinin İslam İnqilabı Fondunun Media Mərkəzinə istinadən yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, son bir neçə saat ərzində bəzi media orqanları Hüseyn Dehqanın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunduğunu iddia edən təhrif olunmuş xəbərlər dərc ediblər, lakin bu informasiya həqiqətə uyğun deyil və təkzib olunur.
Xatırladaq ki, Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki katibi Əli Laricani martın 17-də İsrailin hava hücumu nəticisndə öldürülüb.
Martın 19-da yayılan xəbərdə mühafizəkar Səid Cəlilinin onun yerinə təyin olunduğu bildirilib.
19-03-2026, 17:01
ABŞ İranla müharibənin nə zaman bitəcəyini AÇIQLADIABŞ-nin müharibə naziri Pol Heqset İranla hərbi qarşıdurmanın bitmə tarixi barədə danışıb.
O, bunun prezident Donald Trampın verəcəyi qərar olacağını vurğulayıb.
"Nəticədə, "Amerika xalqı adından təhlükəsizliyimizi təmin etmək üçün lazım olanı əldə etdik" dedikdə, bu, prezidentin qərarı olacaq. Beləliklə, müəyyən bir cədvəl yoxdur. Amma biz çox yaxşı irəliləyiş əldə edirik", - o deyib.
19-03-2026, 16:37
İsraildə xəstəxanaya yerləşdirilənlərin sayı
İsraildə müharibə başlayandan bəri yaralananların sayı ilə bağlı yeni statistika açıqlanıb.
İsrail KİV-lərinin məlumatına görə, hərbi əməliyyatın başlanğıcından martın 19-dək ölkənin müxtəlif xəstəxanalarına ümumilikdə 3924 nəfər yaralı təxliyə olunub.
Onlardan hazırda 79 nəfərinin müalicəsi stasionar şəraitdə davam etdirilir.
Məlumata əsasən, hospitalizasiya olunan şəxslərdən 1-nin vəziyyəti kritikdir. 6 nəfər ağır, 12 nəfər orta ağır, 60 nəfər isə yüngül xəsarətlər alıb.
O da qeyd edilib ki, son 24 saat ərzində xəstəxanalara 177 yeni yaralı daxil olub. Yaralılardan 1-i kritik, 2-si ora ağır yaralıdır. 7 nəfər isə güclü sinir şoku vəziyyətindədir.
19-03-2026, 16:23
İranda İsrailə casusluq edən daha 97 nəfər saxlanıldıİran hüquq-mühafizə orqanları İsraillə əməkdaşlıq etməkdə şübhəli bilinən daha 97 nəfəri saxlayıb.
Bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda həbs olunanlar “İsrail əsgərləri” adlandırılıb.
Onların üzərindən xeyli sayda silah-sursatın aşkarlandığı qeyd edilib.
Qeyd edək ki, daha əvvəl İranda "düşmənlə əməkdaşlıq etməkdə" şübhəli bilinən ən azı 500 nəfər saxlanılıb.
18-03-2026, 17:27
Gürcüstan Patriarxı 22 martda dəfn olunacaqBütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 22 martda Tbilisidəki Sioni Katedralında dəfn olunacaq.
Bu barədə Gürcüstan mediası məlumat yayıb.
Sioni Katedralında dəfn edilmək II İlyanın şəxsi arzusu olub. Dəfn mərasimində xarici nümayəndə heyətlərinin iştirakı da gözlənilir.
II İlya 17 mart axşamı mədə qanaması səbəbindən bir gecə əvvəl yerləşdirildiyi Tbilisi klinikasında vəfat edib. Ölkənin ən yaxşı mütəxəssislərindən ibarət həkimlər qrupu onu xilas edə bilməyiblər.
Patriarxın ölümü ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.
II İliya 1977-ci ildə Bütün Gürcüstanın Katolikos-Patriarxı seçilib.