Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
29-10-2025, 19:35
Avropa İttifaqı Bakı və İrəvan arasında sülh prosesini dəstəkləyir


Avropa İttifaqı Bakı və İrəvan arasında sülh prosesini dəstəkləyir

Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində aparılan sülh prosesinə dəstəyini ifadə edib.
Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Yerevanda keçirilən “Avronest” Parlament Assambleyasının 12-ci plenar sessiyasına göndərdiyi müraciətdə bildirilir.
Kallas vurğulayıb ki, 8 avqustda Vaşinqtonda atılan tarixi addım regionu sabitlik və uzunmüddətli sülhə daha da yaxınlaşdırıb:
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik və regionun dayanıqlı sülhə, rifaha və inkişafa doğru irəliləməsinə açıq şəkildə yardım göstəririk.”
Aİ rəsmisinin sözlərinə görə, hazırkı sülh təşəbbüsləri yeni iqtisadi imkanlar açır və regionda əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır:
“Bu proses sərhədlərin açılmasını, transsərhəd əlaqələrin qurulmasını, eləcə də xalqlar arasında etimadın və təmasların güclənməsini vəd edir.”
29-10-2025, 17:32
Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?


Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır?

Rusiya Silahlı Qüvvələri və “Vaqner” muzdlu qruplaşması ilə əlaqəli hərbi-nəqliyyat təyyarəsi ötən həftəsonu Venesuelanın paytaxtı Karakasda eniş edib.
ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduronu devirmək istəməsi barədə xəbərlər fonunda təyyarənin Karakasa getməsi beynəlxalq ekspertlərin, müşahidəçi və jurnalistlərin marağına səbəb olub.
İl-76 tipli "RA-78765" qeydiyyat nömrəli təyyarə Rusiyadan iki günlük uçuşdan sonra Karakasa çatıb.
Təyyarənin marşruty qeyri-adi olub. Hava gəmisi Ermənistan, Əlcəzair, Mərakeş, Seneqal və Mavritaniya üzərindən keçib, Atlantik okeanını aşaraq Venesuelaya enib.
Məlumata əsasən, İl-76 Moskvaətrafı hava limanından havaya qalxıb, daha sonra onun transponder siqnalı izləmə sistemlərində qeydə alınıb. Marşrutun bu cür seçilməsində məqsəd Qərb ölkələrinin, Rusiyaya "dost olmayan ölkələrin" hava məkanını üzərindən uçmamaq olub.
Ehtimal edilir ki, uçuş zamanı təyyarə bir neçə ölkədə dayanıb. Moskvanın Əlcəzairdə hərbi, Seneqalda sənaye, Mərakeşlə isə dostluq münasibətləri var. “Vaqner” muzdluları daha əvvəl Mavritaniyada da ortaya çıxıblar. Qərbi Afrikanın Rusiya ilə əməkdaşlıq edən ölkələrində dayanacaqlar təyyarəyə yanacaq doldurmaq və tranzit üçün şərait yaratmaq məqsədi daşıyıb.
Təyyarələrdə nələrin daşındığı məlum deyil. İl-76 tipli təyyarələr 50 tona qədər yük və ya 200 nəfərə qədər şəxsi heyət daşıya bilir. Belə təyyarələrin əvvəllər atıcı silahlar, hərbi sursatlar və muzdlular daşıdığı məlumdur. Daha böyük sistemlərin - məsələn, S-400 zenit-raket komplekslərinin daşınması üçün isə bir neçə reys yerinə yetirmək lazımdır
Təyyarənin sahibi olan “AviaKon Tsitotrans” şirkəti altı İl-76 tipli nəqliyyat təyyarəsinə malikdir və ABŞ, Kanada və Ukraynanın sanksiyaları altındadır. Sanksiyaların səbəbi şirkətin Rusiya hərbi strukturları ilə sıx əlaqələri və müxtəlif regionlara raket, döyüş başlıqları, helikopter hissələri kimi hərbi texnika tədarük etməsidir.
Bir çox müşahidəçi Rusiyanın Maduronu qorumaq üçün Venesuelaya silah daşıdığını iddia edir. Hər bir halda Kreml bundan əvvəl də dəstəklədiyi ölkələrə hərbi yardım göndərib. Buna görə Venesuelaya hərbi yardım göndərilməsi istisna edilmir.
29-10-2025, 14:59
Qəzzada atəşkəs pozuldu: 104 nəfər həlak oldu


Qəzzada atəşkəs pozuldu: 104 nəfər həlak oldu

İsrailin Qəzzaya son hücumları nəticəsində 104 nəfər həlak olub, dünən gecə və bu gün səhər tezdən xəstəxanalara aparılan daha çox ağır yaralının taleyi ilə bağlı narahatlıqlar artmaqdadır.
Bu barədə "Əl-Cəzirə"nin məlumatında bildirilib.
"Onların çoxu partlayışlarda ağır yaralanıb və xəstəxanalarda müalicə etmək üçün lazımi tibbi ləvazimatlar olmadığı üçün sağ qalmayacaqları ilə bağlı narahatlıqlar var.
Ölənlərin sayının saatbasaat artacağı gözlənilir. Qətər mediasının məlumatına görə, bu hava hücumları təkcə evləri və tikililəri deyil, həm də çadırları və təxliyə mərkəzlərini dağıdıb və atəşkəsin gözlənildiyi kimi davam etməməsi səbəbindən qorxu, məyusluq və panika yaradıb", - məlumatda deyilib.
Daha əvvəl İsrail hava hücumlarından sonra atəşkəsin bərpa olunduğunu elan etmişdi. İsrail hücumun səbəbi kimi ehtiyatda olan bir zabitin HƏMAS üzvləri tərəfindən öldürülməsini əsas gətirib.
29-10-2025, 12:47
Pakistan Talibanı məhv etməklə hədələdi


Pakistan Talibanı məhv etməklə hədələdi

Pakistan Talibanı məhv etməklə hədələyib.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Pakistanın müdafiə naziri Xavaca Asif “X” hesabında paylaşıb ki, Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. Bu ay iki ölkənin sərhəd bölgəsində yaşanan hərbi toqquşmalarda onlarla insan həlak olub.
29-10-2025, 11:57
Paşinyan Fransaya getdi - Makronla görüşəcək


Paşinyan Fransaya getdi - Makronla görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Respublikasına işgüzar səfər edib.
Paşinyan 29-30 oktyabr tarixlərində Fransada olacaq. O bu gün 8-ci Paris Sülh Forumunda iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.
Baş nazir Paşinyan oktyabrın 30-da Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
28-10-2025, 22:23
Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq


Əli Babacan təkzib etdi - Ərdoğanın partiyasına qayıtmayacaq

Türkiyənin DEVA Partiyasının sədri Əli Babacan hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) qayıdacağı barədə iddiaları təkzib edib.
Babacan bu bu barədə jurnalistlərinə açıqlamasında danışıb.
Siyasətçi bildirib ki, Türkiyə “iki qütblü siyasi sistemə məhkum edilməməlidir” və DEVA Partiyası daxil olduğu “Yeni Yol Qrupu” ilə birlikdə üçüncü yol mümkündür.
Babacan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılışında Prezident Rəcəb Tayyib Ərdoğanla eyni kadrda yer almasının ardından yaranan “AK Partiyaya qayıdış” şayiələrinə də münasibət bildirib.
Onun sözlərinə görə, hakim partiyadan ayrıldıqdan sonra Ərdoğanla ilk dəfə həmin gün üz-üzə görüşüblər:
“Bundan əvvəl yalnız üç dəfə telefonla danışmışıq: 6 fevral zəlzələlərində mən zəng etdim, atam vəfat edəndə o, zəng etdi, anam vəfat edəndə də yenə o zəng etdi. 1 oktyabrda salamlaşmadan sonra isə heç bir təmasımız olmayıb.”
Babacan əlavə edib ki, bu mövzunun mediada gündəmdə saxlanmasını doğru hesab etmir.
O, həmçinin vurğulayıb ki, 1 oktyabrdan sonra nə Ərdoğan, nə də hakim partiyanın rəhbərliyi ilə iqtisadiyyat və ya başqa mövzularla bağlı görüşmək üçün heç bir təşəbbüs göstərilməyib:
“Hazırda buna ehtiyac da yoxdur. Çünki biz Türkiyə üçün təklif və proqramlarımızı artıq elan etmişik.”
28-10-2025, 17:54
İranın naziri xəstəxanaya yerləşdirildi


İranın naziri xəstəxanaya yerləşdirildi

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəstəxanaya yerləşdirilib.
Buna iş yükünün çoxluğu və gərgin işdən qaynaqlanan yorğunluq səbəb göstərilib.
Onu kimi əvəz edəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, iranlı nazir Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir.
28-10-2025, 17:46
Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu


Təyyarə qəzaya uğradı - 11 nəfər həlak oldu[/color]

Keniya sahillərində təyyarə qəzası baş verib.
BBC News-un məlumatına görə, qəzada 10 avropalı turist və 1 yerli pilotun ölüb.
Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə məşhur çimərlik kurortu Dianidən dünyaca məşhur Maasai Mara oyun parkındakı uçuş-enmə zolağına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Mombasa Air Safari şirkətinin məlumatına görə, təyyarədə 8 macar, 2 alman turust və 1 keniyalı pilot olub və hamısı qəzada ölüblər
Qəzanın səbəbi ilə bağlı araşdırmanın davam etdiyi, lakin ona pis hava şəraitinin səbəb ola biləcəyi bildirilib.
28-10-2025, 17:15
Ermənistan Rusiyaya qarşı çıxdı


Ermənistan Rusiyaya qarşı çıxdı

Ermənistan Rusiyaya ölkənin təhlükəsizliyi ilə bağlı göstəriş verməyə imkan verməyəcək.
Bu barədə parlamentin Xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Sarkis Xandanyan İrəvanda keçirilən “Şərq Tərəfdaşlığı Parlament Assambleyası - Avronest”in plenar iclasında çıxışı zamanı bildirib.
Deputat vurğulayıb ki, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün “xarici xilasedicilərə” ehtiyac yoxdur: “Biz Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi öyrətsin. Bizim kifayət qədər xilaskarımız var. Ermənistan xalqı ölkə xaricindən gələn xilaskarlara ehtiyac duymur.”
Xandanyan qeyd edib ki, hazırda Ermənistanda Moldovada müşahidə edilən “hibrid hücumların” oxşar əlamətləri görünür.
Onun sözlərinə görə, regionda vəziyyət dəyişib, Ermənistan və Azərbaycan arasında sülh yaranıb və indi əsas məqsəd bu sabitliyi möhkəmləndirməkdir.
Deputat həmçinin bildirib ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması və TRIPP – “Beynəlxalq Sülh və Rifah Uğrunda Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, Mərkəzi Asiyanı da Avropa İttifaqına daha da yaxınlaşdıra bilər.
28-10-2025, 17:08
Dron hücumu zamanı jurnalist yaralandı


Dron hücumu zamanı jurnalist yaralandı

Ukraynanın şərqində çəkiliş aparan Almaniyanın “Die Welt” qəzetinin jurnalisti İbrahim Naber Rusiya ordusunun dron hücumu nəticəsində yaralanıb.
Bu barədə “Die Welt”in müxbiri özünün “Intagram” səhifəsində paylaşım edib.
Naberin verdiyi məlumata görə, hadisə onların hava hücumundan müdafiə bölməsi ilə birlikdə çəkiliş apardığı zaman baş verib. Onun sözlərinə görə, dron yaxınlıqda dayanan hərbi avtomobili hədəf alıb.
Hücum nəticəsində bir ukraynalı hərbçi həlak olub, digəri isə ağır yaralanaraq ayağının amputasiyası ilə nəticələnən xəsarətlər alıb.
Jurnalist İbrahim Naber, onun operatoru Viktor Zaxarenko və prodüseri İvan Lısenko da yaralanıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!