Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi .....                        Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                       
20-12-2025, 19:08
İran-İsrail müharibəsi yenidən başlayır?


İran-İsrail müharibəsi yenidən başlayır?

İranın ballistik raket istehsalını sürətləndirməsi fonunda yaranan narahatlıqlar İsrailin yeni hərbi planları gündəmə gətirib.
İsrailin baş naziri Beniyamin Netanyahu ABŞ prezidenti Donald Trump ilə planlaşdırılan görüş zamanı İrana qarşı mümkün yeni hücum planını təqdim etməyi planlaşdırır.
Bu barədə NBC telekanalı məsələ ilə tanış olan bir mənbəyə və dörd keçmiş amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, İran ballistik raketlərin istehsalı ilə bağlı obyektləri bərpa edir və 2025-ci ilin iyun ayında endirilmiş zərbələr zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini təmir edir. İsrail üçün İranın nüvə proqramı hələ də ciddi təhlükə olaraq qalır, lakin Təl-Əvivdə raket potensialının bərpası daha təcili və konkret risk kimi qiymətləndirilir.
NBC-nin mənbələrinin bildirdiyinə görə, Donald Trampın mümkün yeni hücumu əsaslandırmaq üçün istifadə edəcəyi arqumentlərdən biri İranın fəaliyyətlərinin təkcə İsrail üçün deyil, bütövlükdə region və ABŞ-ın maraqları üçün də təhlükə yaratması ola bilər. Bu yanaşmanın Vaşinqtonda qərarvermə prosesinə təsir göstərə biləcəyi istisna edilmir.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yenidən gərginləşə biləcəyinə dair narahatlıqları artırır.
20-12-2025, 15:23
Türkiyə ərazisinə daha bir PUA düşdü


Türkiyə ərazisinə daha bir PUA düşdü

Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb.
Bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər.
Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik Rusiya mənşəli olub-olmadığı dəqiqləşməyən pilotsuz uçuş aparatı ətraflı texniki yoxlama üçün Ankaraya göndərilib.
Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilir.
20-12-2025, 14:43
Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır


Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.
Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.
Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - nazir əlavə edib.
"Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə Y.Gülər söyləyib.
20-12-2025, 14:00
İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi


İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi

İran əsilli amerikalı Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin edilib.
Bu barədə “Iran International” məlumat yayıb.
Bildirilib ki, iranlı mühacirlərin qızı Namdar dekabrın əvvəllərinə qədər Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunda yüksəkvəzifəli məmur vəzifəsində çalışıb.
Bundan başqa, o, ABŞ lideri Donald Trampın ilk prezidentlik müddəti ərzində konsulluq məsələləri üzrə köməkçi katib vəzifəsini də icra edib.
20-12-2025, 13:54
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - Nazir


"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - Nazir

"Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında birbaşa uçuşların aparılmasını istəyirik".
Bunu Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.
"Vaşinqton sazişini alqışlayırıq. Azərbaycan sülh və sabitlik baxımından nümunəyə çevrilməlidir. Biz əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıyıq və bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı niyyəti əks etdirir", - deyə nazir bildirib.
20-12-2025, 13:47
Ukrayna Krımda Rusiyanın iki hərbi təyyarəsini vurdu


Ukrayna Krımda Rusiyanın iki hərbi təyyarəsini vurdu

Krımda Belbek aerodromunda Rusiyanın iki Su-27 təyyarəsi vurulub.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təyyarələrdən biri tam yüklənmiş və döyüş tapşırığına hazır vəziyyətdə olub. Hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollardır.
Dispetçer qülləsinə dəyən ziyan da təsdiqlənib. Bu da göstərilən aerodromda uçuşların təşkilini və idarə olunmasını çətinləşdirə bilər.
"Bu, son günlərdə Belbek aerodromuna edilən ikinci uğurlu hücumdur. Dekabrın 18-də Xidmətin dronları bu aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya avadanlığını məhv edib. Bu avadanlıqlar iki Nebo-SVU radarı, S-400 Triumph hava hücumundan müdafiə sistemindən 92N6 radarı, Pantsir-S2 hava hücumundan müdafiə sistemi və tam təchizatlı sursatla təchiz olunmuş MiQ-31 təyyarəsi olub", - deyə məlumatda qeyd olunub.
20-12-2025, 12:56
İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edildi


İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edildi

Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb.
Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.
Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.
19-12-2025, 23:35
ABŞ Maduronu legitim lider hesab etmir


ABŞ Maduronu legitim lider hesab etmir

Venesuela “Hizbullah”la, narkotik qaçaqmalçılığı və narkotik terror təşkilatları ilə əməkdaşlıq edən qeyri-qanuni bir rejimdir.
Bunu ABŞ-ın Dövlət katibi Marko Rubio deyib.
O əlavə edib ki, ABŞ Venesuela Prezidenti Nikolas Maduronu legitim hesab etmir. O bildirib ki, ABŞ-ın məqsədi regional sabitlik və təhlükəsizliyin təmin olunmasıdır.
19-12-2025, 21:12
Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO


Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdik - RUBİO

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti sülhməramlı olmağı prioritet hesab edir.
Bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib.
O, Trampın Prezidentliyi dövründə həll olunmuş münaqişələrdən danışıb.
“Rusiya-Ukrayna, Hindistan və Pakistan, Tailand və Kamboca kimi davamlı problemlərin, Sudanda faciənin və ya Cənubi Sudanda münaqişə potensialının, Ermənistan və Azərbaycanda münaqişənin həllində iştirak etdiyimizi gördünüz. Biz həmişə mümkün olduqda müharibənin qarşısını almağa və ya münaqişələrə son qoymağa imkan verən vasitəçi rolunu oynamaq üçün imkanlar axtarırıq. Əlbəttə ki, bu halların bir çoxunda insanları danışıqlar masası arxasına gətirə, razılığa gələ bilərsiniz və sonra tətbiq prosesi başlayır. Beləliklə, biz bunların bir çoxunda, xüsusən də onların müəyyən şərtlərə razılığa gəlməsində irəliləyiş əldə etmişik”, - deyə Marko Rubio vurğulayıb.
19-12-2025, 19:31
Rusiya dronu Türkiyəyə düşdü


Rusiya dronu Türkiyəyə düşdü

Türkiyənin Kocaeli vilayətinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb.
Rəsmi qurumlar hadisə ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyi Kocaeli vilayəti ərazisində düşən PUA-nın Rusiya mənşəli kəşfiyyat və müşahidə PUA-sı olduğunu təsdiqləyib.
“Bu gün Kocaeli vilayətinin İzmit rayonunun Çubuklubala məhəlləsi sərhədləri daxilində, ilkin müəyyənləşdirmələrə əsasən Rusiya mənşəli, kəşfiyyat və müşahidə məqsədləri üçün istifadə olunan Orlan-10 tipli Pilotsuz Uçuş Aparatı (PUA) aşkar edilib. Məsələ ilə bağlı araşdırma davam etdirilir”, - açıqlamada deyə qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!