"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
8-01-2024, 13:26
İranda yaşayış binası uçdu: Ölən və yaralananlar var


İranda yaşayış binası uçdu: Ölən və yaralananlar var

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.
Bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.
7-01-2024, 17:44
Bu ölkədə keçirilən parlament seçkilərində səsvermə başa çatdı


Bu ölkədə keçirilən parlament seçkilərində səsvermə başa çatdı

Yanvarın 7-də Banqladeşdə keçirilən parlament seçkilərində səsvermə başa çatıb.
Ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçicilərin 27,15 faizi seçki məntəqələrinə gəlib.
Banqladeşdə səsvermə bazar günü səhər ölkə üzrə 42 mindən çox seçki məntəqəsində başlayıb. Seçkilərdə 119,1 milyon qeydə alınmış seçici iştirak edə bilərdi.
Banqladeş parlamentində 350 yer var. 300 deputat səsvermə yolu ilə seçilir, qalan 50 yer qadınlar üçün saxlanılır və seçkilərdən sonra parlamentdə qüvvələrin bölgüsündən asılı olaraq bölüşdürülür.
Seçki yarışında 2 minə yaxın namizəd iştirak edir ki, bunun da 5,1%-ni qadınlar təşkil edir. Səslərin hesablanması səsvermə başa çatdıqdan sonra başlayacaq və ilk nəticələrin bazar ertəsi açıqlanması gözlənilir.
Əsas müxalifət partiyası Banqladeş Milliyyətçi Partiyası səsvermənin baş tutmaması üçün seçkiləri boykot etdiyini açıqlayıb. Banqladeşin ilk qadın baş naziri Xaleda Zianın rəhbərlik etdiyi partiya bildirib ki, hakimiyyətdə qalmaq istəyən hazırkı baş nazir Şeyx Hasinanın dövründə seçkilərin bütövlüyünə zəmanət verilə bilməz. Müxalifət insanları boykota qoşulmağa çağırıb.
Şeyx Hasina 2009-cu ildən Banqladeşin baş naziri vəzifəsini icra edir. O, ilk dəfə 1996-2001-ci illərdə baş nazir vəzifəsində çalışıb və onun yerinə Xalidə Ziya gəlib.
Xaleda Zia 1991-ci ildə Banqladeşin ilk qadın baş naziri olub. O, daha əvvəl 1991-ci ildən 1996-cı ilə qədər və yenidən 2001-2006-cı illərdə iki müddət baş nazir vəzifəsində çalışıb. Hazırda ev dustağı olan Zia üçüncü dəfə baş nazir olmaq istəyir.
Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri altında keçirilib. Bundan əvvəl ordu komandanlığı asayişi qorumaq üçün yanvarın 3-dən 10-dək ölkədə silahlı qüvvələrin yerləşdiriləcəyini açıqlamışdı.
7-01-2024, 16:29
İstanbul bələdiyyəsinin sədrliyinə hakim partiyanın namizədi bəlli oldu


İstanbul bələdiyyəsinin sədrliyinə hakim partiyanın namizədi bəlli oldu

Türkiyədə 31 martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində İstanbul bələdiyyəsinin sədrliyinə hakim partiyanın namizədi Murat Kurum olacaq.
Onun namizədliyini Türkiyə prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan keçirilən namizəd tanıtımı tədbirində şəxsən elan edib.

7-01-2024, 13:33
Fransa və İranın XİN Başçıları telefon danışığı apardı


Fransa və İranın XİN Başçıları telefon danışığı apardı

Fransa və İran xarici işlər nazirləri arasında telefon danışığı olub.
Bu barədə Fransa XİN başçısı Ketrin Kolonna məlumat verib.
"Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyana zəng edərək ona çox aydın mesaj verdim: regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb. İran və müttəfiqləri sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalıdırlar.
Eskalasiyanın heç kimə faydası yoxdur", - deyə nazir vurğulayıb.
7-01-2024, 12:14
Kirmanda baş vermiş partlayışla bağlı 32 nəfər saxlanıldı


Kirmanda baş vermiş partlayışla bağlı 32 nəfər saxlanıldı

İranın Kirman şəhərinin prokuroru Mehdi Baxşi general Qasım Süleymaninin anım günü qəbiristanlıqda törədilən terror aktı ilə bağlı 32 nəfərin saxlanıldığını açıqlayıb.
Prokurorun sözlərinə görə, Kirman əyalətində 16 bomba aşkar edilib.
Mehdi Baxşi deyib ki, Kirmandakı terror aktının iştirakçıları həmin bombalaerı qəbiristanlığa yerləşdirə bilməyiblər. Bundan əlavə, Kermanda partlayışları törədən kamikadzelərin yaşadığı ev aşkarlanıb.
Terrorçuların evindən istifadəyə hazır partlayıcı qurğular, o cümlədən kamikadze kəmərləri də tapılıb.
Xatırladaq ki, yanvarın 3-də general Qasım Süleymaninin ölümünün 4-cü ildönümündə Kirmandakı qəbiristanlıqda iki partlayış baş vermiş, nəticədə 100-dən çox adam həlak olub, 200-ə yaxın adam isə yaralanıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
6-01-2024, 18:34
Fidan Blinkenlə Azərbaycanla bağlı məsələləri də müzakirə etdi


Fidan Blinkenlə Azərbaycanla bağlı məsələləri də müzakirə etdi

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Türkiyə Xarici İşlər Nazirliyi görüşün detallarını açıqlayıb.
Məlumata görə, görüş zamanı iki ölkə arasında münasibətlər hərtərəfli müzakirə olunub.
Fidan Türkiyənin F-16-nın satınalma prosesinin yekunlaşmasını gözlədiyini deyib.
O, həmçinin bildirib ki, İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı ölkə parlamenti verəcək.
Diplomatlar Qəzzadakı vəziyyət barədə də fikir mübadiləsi aparıb.
Bundan əlavə, Fidan Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün Türkiyənin göstərdiyi səylərə toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.
6-01-2024, 16:07
İran nazirinin müavininə qarşı sui-qəsd təşkil olundu


İran nazirinin müavininə qarşı sui-qəsd təşkil olundu

İranın sənaye, mədən və ticarət nazirinin müavininə qarşı sui-qəsdə cəhd edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, İranın sənaye, mədən və ticarət nazirinin müavini - Məhəmmədmehdi Bəradərana qarşı Qəzvin yolunda sui-qəsd təşkil edilib. Sui-qəsdə cəhd nəticəsində onun avtomobili qəzaya düşüb. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb.
6-01-2024, 15:53
Ərdoğan Blinkeni qəbul etdi


Ərdoğan Blinkeni qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.
Bu barədə TRT məlumat yayıb. Görüş mətbuata qapalı keçirilib.
Qeyd edək ki, Türkiyədə səfərdə olan Blinken bundan əvvəl XİN başçısı Hakan Fidanla da görüşmüşdü.
6-01-2024, 15:29
Daha 25 regiondan Putinin namizədliyini dəstəkləyən imza toplandı


Daha 25 regiondan Putinin namizədliyini dəstəkləyən imza toplandı

Rusiya prezidenti Vladimir Putinin mərkəzi seçki qərargahına daha 25 regiondan onun qarşıdan gələn prezident seçkilərində namizədliyini dəstəkləyən imzalar daxil olub.
Ümumilikdə 45 regiondan imzalar çatdırılıb.
İmzalar Adıgey, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Kalmıkiya, Şimali Osetiya - Alaniya və Çeçenistan Respublikası, Krasnodar və Stavropol diyarları, Sevastopol şəhəri, Həştərxan, Volqoqrad, Tümen və Çelyabinsk vilayətləri, Xantı-Mansiysk və Yamalo-Nenets Muxtar Dairələrindən, habelə işğal olunmuş Ukrayna ərazilərindən daxil olub.
Vladimir Putin prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçmək üçün ən azı 300 min seçici imzasını toplayıb MSK-ya təqdim etməlidir. Dekabrın 23-də hazırkı dövlət başçısının namizədliyinin müdafiəsi üçün imza toplanmasına başlanılıb.
Prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
6-01-2024, 15:11
Qəzza zolağında ölənlərin sayı açıqlandı


Qəzza zolağında ölənlərin sayı açıqlandı

Qəzza zolağında ölənlərin sayı 2222 nəfərə çatıb.
Bu barədə HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, toqquşmaların başladığı 7 oktyabr 2023-cü il tarixindən bəri hesablanan statistikadır. Həmçinin yaralananların sayı 58166 nəfər qədərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!