Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
15-09-2025, 11:59
İsraildə İrana işləyən gənc tutuldu


İsraildə İrana işləyən gənc tutuldu

İsrailin Qüds dairə məhkəməsi 22 yaşlı ultraortodoks yəhudi Elimelex Şterni İran kəşfiyyatına işləməkdə təqsirli bilib.
Bu barədə The Jerusalem Post məlumat yayıb.
İstintaqın gedişində müəyyən olunub ki, Ştern “Telegram” vasitəsilə iranlı agentlə əlaqə saxlayıb, ondan tapşırıqlar alıb və ödənişi kriptovalyuta ilə əldə edib. Onun fəaliyyətləri sırasında siyasi plakatların yapışdırılması və pul çatdırılması olub.
Məlumata görə, ona, həmçinin meşə yandırmaq və qətl törətmək kimi tapşırıqları da verilib. Ştern bu təhlükəli göstərişləri yerinə yetirməkdən imtina etsə də, qalan tapşırıqların əksəriyyətini qəbul edib.
İstintaq həmçinin Şternin bu fəaliyyətlərə iki başqa israillini də cəlb etdiyini üzə çıxarıb. Məhkəmə bildirib ki, təqsirləndirilən şəxs əlaqələrinin düşmən xarakteri daşıdığını dərk edib.
Cəzanın növü və müddəti barədə qərar hələ elan olunmayıb.
15-09-2025, 11:47
Paşinyan KTMT-ni “topa tutdu”: Azərbaycana qardaş ölkə kimi yanaşıb


Paşinyan KTMT-ni “topa tutdu”: Azərbaycana qardaş ölkə kimi yanaşıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında bildirib.
O qeyd edib ki, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib:
"Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb".
Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib:
"İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT Ermənistanın müraciətinə cavab verməyib".
15-09-2025, 11:16
Lukaşenkonun uzun hakimiyyətinin sirri: “Namizəd olmaq istəmirdim”


Lukaşenkonun uzun hakimiyyətinin sirri: “Namizəd olmaq istəmirdim”

Belarus Prezidenti Aleksandr Lukaşenko hakimiyyətdə uzun müddət qalmasının səbəbini izah edib.
O bildirib ki, uzun hakimiyyətinin sirri “xalqını sevməsi və iş görməsi, amma hakimiyyətə sahib çıxmaq istəməməsi” ilə bağlıdır.
“Ən böyük qorxum mənə inanan xalqı yarı yolda qoymaqdır. 30 il əvvəl xalqa vicdanla xidmət edəcəyimə and içmişəm. Mən də bunu edirəm, işləyirəm, amma hökmranlıq etmirəm. Çətin olsa da belə”, - Lukaşenko vurğulayıb.
O, həmçinin son prezident seçkilərində namizədliyini irəli sürmək istəmədiyini, lakin “qaçmaq” barədə yayılan şayiələr səbəbindən məcbur qaldığını söyləyib:
“Düzünü desəm, əvvəlki seçkilərdə artıq bitirmək niyyətim var idi. Bilirdim ki, xalq məni dəstəkləyir. Amma dedilər ki, biz hazır deyilik. Hətta elə bir vəziyyət yarandı ki, guya mən qaçmaq istəyirəm. Mənə "xain" damğası vura bilərdilər. Ona görə də qalmaq məcburiyyətində qaldım. Prezident kimi qalmağıma baxmayaraq, səmimi deyirəm məcbur qaldım. Amma işlədim, işləyirəm və bütün gücümlə vəzifəmi icra edəcəyəm”.
14-09-2025, 18:56
İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi


İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi

İsrail hərbçiləri Suriyanın cənub-şərqində, Dəra əyalətində iki kəndə daxil olub.
Bu barədə Suriya dövlət xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, 1974-cü ildə müəyyən edilən atəşkəs xəttinə yaxın Saysun və Cemle kəndlərində hərbçilər axtarış tədbirləri həyata keçirib.
Suriya hökumət rəsmiləri isə bu əməliyyatı kəskin qınayıb.
14-09-2025, 18:38
Türkiyə nüvə reaktorlarının tikintisinə başladı


Türkiyə nüvə reaktorlarının tikintisinə başladı

Ankara digər ölkələrin iştirakı olmadan nüvə reaktorlarının tikintisi üzrə milli layihəyə başlayıb.
Türkiyənin sənaye naziri Kacirin sözlərinə görə, bu, enerji müstəqilliyini gücləndirmək üçün “Milli Texnoloji Sıçrayış” strategiyasının bir hissəsidir.
Layihə süni intellekt, müdafiə, kimya və metallurgiya sahələrini əhatə edir, karbonsuz enerji mənbələrinə əsaslanır və Türkiyənin TENMAK, TÜBİTAK institutları və universitetləri ilə birgə həyata keçirilir. O, xarici layihələrə, o cümlədən Rusiyanın Akkuyu AES-ə alternativ ola bilər və Türkiyəni texnoloji suverenliyə doğru hərəkət etdirə bilər.
14-09-2025, 16:40
Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı


Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı

Son sutka ərzində İsrail Ordusunun zərbələri nəticəsində Qəzzada 68 nəfər ölüb, 346 nəfər yaralanıb.
Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bundan əlavə, son 24 saatda Qəzza sektorunda 2 nəfər aclıqdan ölüb. Bununla da 145-i uşaq olmaqla, aclıqdan ölənlərin sayı 422 nəfər olub.
Ümumilikdə, 7 oktyabr 2023-cü ildən indiyə qədər Qəzzada 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.
14-09-2025, 16:26
Türkiyədə silah zavodu yanır


Türkiyədə silah zavodu yanır

Türkiyənin Konya şəhərindəki silah zavodunda yanğın başlayıb.
Hadisə Beyşehir rayonundakı Üzümlü məhəlləsində qeydə alınıb.
Yanğın anbar olaraq istifadə edilən yerdən başlayıb.
Hadisə yerinə yanğınsöndürən, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub.
Yanğının səbəbi bəlli deyil.
Hadisə nəticəsində ölən və yaralanan olması barədə məlumat yoxdur.
14-09-2025, 15:54
Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı


Rusiya Polşaya niyə hücum etdi? - Keçmiş prezident açıqladı

Polşanın keçmiş prezidenti Anjey Duda Rusiya pilotsuz təyyarələrinin ölkəsinin hava məkanına soxulmasına münasibət bildirib.
O, bu barədə RMF FM-də danışıb.
Polşanın keçmiş prezidenti dron reydinin səbəblərindən danışarkən o, iki mümkün variantı nəzərdən keçirib:
"Hazırda dövlət sirlərinə çıxışım yoxdur, prezidentin çağırdığı görüşlərdə olmamışam, amma potensial olaraq iki variant var. Ya ruslar bu hərəkəti "Zapad" təlimləri çərçivəsində həyata keçiriblər və bunlar bizim müdafiə imkanlarımızı, NATO həmrəyliyimizi sınaqdan keçirən birdəfəlik təlimlər olub, ya da təəssüf ki, biz çox ciddi vəziyyətlə üzləşirik. Bu o deməkdir ki, biz 2021-ci ildən Polşaya qarşı davam edən bir növ hibrid hücumun yeni versiyasının başlanğıcının şahidi oluruq".
"Bizim bu dron hücumuna daha sərfəli şəkildə cavab vermək imkanımız yox idi, ona görə də təyyarələri havaya qaldırmalı olduq" - keçmiş prezident deyib.
14-09-2025, 14:55
Rusiyada yük qatarı aşdı, maşinist öldü


Rusiyada yük qatarı aşdı, maşinist öldü

Rusiyanın Leninqrad vilayətinin Qatçina rayonunda yük qatarı relsdən çıxaraq aşıb.
Bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Məlumata görə, hadisə Semrino stansiyası yaxınlığında baş verib. Qatarın relsdən çıxması nəticəsində maşinist kabində sıxılmış vəziyyətdə qalıb və çıxarıldıqdan sonra təcili yardım maşınında vəfat edib.
14-09-2025, 12:46
Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli ləğv olunur


Ermənistanın sərhəd ştampı dəyişir: Ağrı dağının şəkli ləğv olunur

Ağrı dağının (ermənicə Ararat) təsviri Ermənistan Respublikasına giriş və çıxış üçün vurulan sərhəd nişanından (ştamp) götürüləcək.
Bu barədə “Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan Facebook səhifəsində qeyd edib.
Onun sözlərinə görə, hökumətin qərarı ilə noyabrın 1-dən etibarən Ermənistanın sərhəd ştampında Ağrı dağı təsvir olunmayacaq.
Arakelyan ironiya ilə yazıb: "Onlar "Ermənistan" sözünü də çıxara bilərdilər? Etmədilər".
Bu barədə qərarın sentyabrın 11-də verildiyi bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!