Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
1-08-2025, 17:16
Putindən Trampa üstüörtülü mesaj - Əgər kimsə məyus olubsa...


Putindən Trampa üstüörtülü mesaj - Əgər kimsə məyus olubsa...

Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukrayna ilə daha çox sülh danışıqları aparmaq istədiyini bildirib, lakin müharibənin gedişatının Rusiya üçün əlverişli olduğunu vurğulayıb.
Putin bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə Ladoga gölündə yerləşən məşhur Valaam monastırında görüş zamanı danışıb.
Rusiya televiziyası liderlərin ibadət zamanı şam yandırdığını və monaxlarla görüşdüyünü də yayımlayıb.
Putinin bu çıxışı ABŞ Prezidenti Donald Trampın ultimatumundan sonraya təsadüf edib. Tramp bəyan edib ki, əgər Rusiya avqustun 8-dək 3,5 ildir davam edən müharibəyə son qoymasa, Kremlə və onun enerji məhsullarını alan ölkələrə, xüsusilə Çin və Hindistana qarşı yeni sanksiyalar tətbiq olunacaq.
Putin Trampın xəbərdarlığına birbaşa toxunmasa da, İstanbuldakı danışıqlar çərçivəsində keçirilmiş üç görüşün müəyyən müsbət nəticələr verdiyini və danışıqların davamını gözlədiklərini bildirib:
“Əgər kimsə məyus olubsa, bu, şişirdilmiş gözləntilərin nəticəsidir. Əsas məsələ məsələni sakit və detallı şəkildə müzakirə etməkdir, bu da açıq arenalarda deyil, danışıqlar masasının sakitliyində baş verməlidir.”
Putin Rusiyanın cəbhənin bütün xətti boyunca hücumda olduğunu və təşəbbüsün öz əllərində olduğunu bildirib. Müdafiə Nazirliyinin açıqlamasına istinad edən Putin Rusiya qüvvələrinin 16 ay davam edən döyüşlərdən sonra Çasov Yar şəhərini ələ keçirdiyini söyləyib. Ukrayna tərəfi isə bu məlumatı təkzib edir və şəhərin tam nəzarətdə olmadığını bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski bir daha Putinə birbaşa görüş təklif edib: “Rusiya ilə sülh üçün qərarı kimin verə biləcəyini biz də, dünya da anlayır. Biz bu müharibənin bitməsini istəyirik və Putinlə üz-üzə danışıqlara hazırıq.”
Zelenski həmçinin qeyd edib ki, ABŞ bu təşəbbüsü dəstəkləyir və Ukrayna bu təklifi qəbul edib, indi yalnız Rusiyanın razılığına ehtiyac var.
Kreml isə bu mövqeyə cavab olaraq bildirir ki, liderlərin görüşü yalnız əvvəlcədən razılaşdırılmış sənədlərin imzalanması üçün keçirilə bilər.
Putin sonda bildirib: “Biz uzunmüddətli və etibarlı sülh istəyirik, bu, həm Rusiya, həm Ukrayna, həm də bütün Avropa üçün təhlükəsizlik məsələsidir.”
1-08-2025, 13:00
İsrailin razılığı olmasa, Fələstin dövləti qurula bilməz!


İsrailin razılığı olmasa, Fələstin dövləti qurula bilməz!

ABŞ dövlət katibi Marko Rubio bəzi Qərb ölkələri liderlərinin Fələstin dövlətinin tanınması ilə bağlı son qərarlarını rədd edib və onları “qeyri-adekvat” adlandırıb.
Rubio “Fox Radio”ya müsahibəsində bildirib: “Bu ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur”. O əlavə edib ki, İsrail razılaşmasa, heç bir Fələstin dövləti ola bilməz.
Rubio daha sonra deyib: “Onlar sizə bu Fələstin dövlətinin harada olduğunu belə deyə bilməzlər. Onu kimin idarə edəcəyini də bilmirlər. Məncə, bu bəyanatlar konstruktiv deyil”.
HƏMAS-ın hələ də 20 nəfəri girov saxladığını və 50-dən çox adamın cəsədinin onun əlində olduğunu vurğulayan Rubio, sözügedən Qərb ölkələrini bu qruplaşmanı dəstəkləməkdə ittiham edib. O vurğulayıb: “Belə çıxır ki, HƏMAS tərəfi Fələstin dövlətçiliyini təmsil edir. Deməli, siz bu mükafatı onlara təqdim edirsiniz”.
Təşəbbüsə qoşulan ölkələr isə bunun mükafat olmadığını, əksinə, regionda sülhün bərqərar olması üçün ilkin şərt olduğunu bildiriblər.
Rubio, həmçinin iddia edib ki, son bəyanatlar tərəflər arasında davam edən atəşkəs danışıqlarına zərər verir. Onun sözlərinə görə, bu qərarlar bir çox hallarda daxili siyasətlə bağlıdır. Bəzi ölkələr geosiyasi nəticələrdən asılı olmayaraq, tərəf tutmaq üçün daxili təzyiqlərlə üzləşir. “Onlar, əslində, işə zərər verirlər, kömək etmirlər, çünki həmin bəyanatlar indi atəşkəslə razılaşmamaq və girovları azad etməmək üçün bütün səbəbləri olan HƏMAS-ı həvəsləndirmək və mükafatlandırmaqdan başqa heç nəyi dəyişməyəcək”, -deyə Rubio əlavə edib.
Rubio bütün bu ölkələri 20 canlı girovu dərhal azad etmək üçün HƏMAS-a təzyiq göstərmək üçün birləşməyə çağırıb. Onun bu müraciəti Fransa, Böyük Britaniya, Kanada, Maltanın liderlərinə ünvanlanıb. Həmin dövlətlərin qərarlarının sentyabrda keçiriləcək BMT Baş Assambleyası zamanı rəsmiləşdiriləcəyi gözlənilir.
1-08-2025, 12:22
Rusiya Kiyevə hücum etdi - Azərbaycan Evinə ziyan dəydi - FOTO


]Rusiya Kiyevə hücum etdi - Azərbaycan Evinə ziyan dəydi - FOTO

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.
Bu barədə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov AZƏRTAC-a bildirib. Onun sözlərinə görə binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.
Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.




1-08-2025, 10:50
Putin heç vaxt məzuniyyətə çıxmır - KREML


Putin heç vaxt məzuniyyətə çıxmır - KREML

Rusiya prezidenti Vladimir Putin heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, praktiki olaraq heç vaxt baş vermir, ona görə də o, heç vaxt rəsmi olaraq məzuniyyətə çıxmır. Dövlət başçısının funksiyaları isə məzuniyyətə çıxmaq imkanını nəzərdə tutmur", - o, qeyd edib.
31-07-2025, 22:01
Son tarix avqustun 8-i...


Son tarix avqustun 8-i...

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi ultimatumun son günü rəsmən elan edilib.
Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Con Kelli məlumat verib.
Diplomat bildirib ki, Kiyev və Moskvanın müharibəyə son qoymaq üçün razılığa gəlməsinin vaxtı çatıb:
“Həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülhə razılıq verməlidir. Razılaşmanın vaxtı çatıb. Prezident Tramp bunun avqustun 8-nə qədər edilməli olduğunu açıqlayıb. ABŞ sülhü təmin etmək üçün əlavə addımlar atmağa hazırdır”.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Ukrayna ilə razılaşma əldə etmək üçün Vladimir Putinə 10 gün vaxt vermişdi.
31-07-2025, 11:14
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ


Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ

ABŞ-ın Montana ştatını təmsil edən respublikaçı senator Stiv Deyns prezident Donald Trampın Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasına çox yaxın olduğunu bildirib.
O, bu addımı “bölgə və dünya üçün əhəmiyyətli geosiyasi dönüş nöqtəsi” kimi qiymətləndirib.
“Wall Street Journal” qəzetində dərc olunan məqalədə senator qeyd edir ki, Ermənistan və Azərbaycan keçmiş SSRİ-nin bir hissəsi olsalar da, 1980-ci illərin sonlarından bu yana aralarında fasilələrlə gərgin və zaman-zaman hərbi qarşıdurmalarla müşayiət olunan münaqişə yaşanıb. Onun sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları bu münaqişəyə ciddi önəm verməyib və sülh cəhdləri qısamüddətli və zəif olub.
Stiv Deyns Tramp administrasiyasının bu məsələyə fərqli yanaşdığını bildirir: “Prezidentin praqmatik və yaradıcı diplomatiya yanaşması, hər iki tərəf üçün daha parlaq gələcək vəd edən təşəbbüslərlə birləşdi və bu, real nəticələr doğurdu.”
Senator bu il Trampın komandasının üzvləri ilə birlikdə həm Ermənistana, həm də Azərbaycana səfər etdiyini, regionun iqtisadi imkanlarını araşdırdıqlarını və sülh danışıqlarının çətin məqamlarında vasitəçilik etdiklərini vurğulayıb.
Deyns bildirib ki, o, həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib və real həll yollarını müzakirə edib: “Hər iki lider tarixi fürsət və yaranmış imkanın fərqindədir.”
Senator hesab edir ki, Rusiya uzun illər bu regionda vasitəçi rolunu sui-istifadə edərək münaqişəni uzadıb və Cənubi Qafqaz ölkələrini təcrid olunmuş vəziyyətdə saxlayıb. Onun fikrincə, indi həm Ermənistan, həm də Azərbaycan rus təsirindən xilas olaraq, ABŞ-la daha yaxın əməkdaşlığa yönəlirlər: “Bu region gələcəyini artıq özü müəyyənləşdirəcək. ABŞ-la tərəfdaşlıq bölgə üçün deyil, daha geniş coğrafiya üçün rifahın təməlini qoya bilər.”
Deyns məqaləsində Orta Dəhlizin coğrafi və geoiqtisadi əhəmiyyətinə də toxunur. Onun fikrincə, İran və Rusiya kimi ABŞ-ın əsas rəqiblərinin arasında yerləşən bu dar zolaq Asiyadan Avropaya sərbəst ticarət üçün yeganə açıq marşrutdur.
O vurğulayıb ki, Mərkəzi Asiyanın beş dövləti - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan böyük miqdarda neft, qaz, kömür, uran və digər vacib resurslara malikdir. Bu potensiala Ermənistan və Azərbaycanın antimon, mis, qızıl, xromit, manqan, gümüş, sink və nadir torpaq elementləri kimi zəngin ehtiyatları da əlavə olunur.
“Əgər regionda münaqişə olmasa, transanadolu qaz kəməri (TANAP) daha çox enerji ehtiyatını Avropaya daşıya bilər və qitə bir daha Rusiyadan enerji asılılığı yaşamaz. Cənubi Qafqazın mineral ehtiyatları isə ABŞ-ın Çindən asılılığını azalda bilər.”
Senator bildirir ki, Ermənistan və Azərbaycan üçün sülh həm də milli təhlükəsizlik və iqtisadi sabitlik deməkdir. Müştərək investisiyalar yeni iş yerləri yaradacaq və maliyyə sabitliyini təmin edəcək.
Məqalənin sonunda Stiv Deyns qeyd edir ki, Tramp administrasiyasının qətiyyəti bu iki ölkə üçün tarixi fürsət yaradıb:
"Qarşıdakı saziş yalnız Cənubi Qafqaz və Mərkəzi Asiya üçün deyil, ABŞ və onun müttəfiqləri üçün də uzunmüddətli fayda gətirəcək. Region və dünya sülhü naminə Ermənistan və Azərbaycanın liderləri bu sənədi bir an öncə yekunlaşdırmalıdırlar.”
31-07-2025, 10:50
Ona deyin, sözlərinə diqqət etsin! - Trampdan XƏBƏRDARLIQ


Ona deyin, sözlərinə diqqət etsin! - Trampdan XƏBƏRDARLIQ

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin ünvanına kəskin ifadələr işlədib.
Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Prezidentliyi baş tutmayan, hələ də özünü Rusiya prezidenti hesab edən Medvedevə deyin ki, sözlərinə diqqət etsin! O, çox təhlükəli ərazilərə girir”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda D. Medvedev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyi təqdirdə ABŞ-ı müharibə ilə hədələyib, həmçinin, bəyan edib ki, Rusiyanın Ukrayna ilə necə danışıqlar aparacağına qərar vermək Trampın işi deyil.
Tramp paylaşımında Rusiya və Hindistan üçün tariflər məsələsinə də toxunub.
Söhbət Rusiya neftini alan ölkələr, o cümlədən Hindistan üçün ikinci dərəcəli rüsumların artırılmasından gedir.
"Qoy ölmüş iqtisadiyyatlarını birlikdə məhv etsinlər, mənim vecimə də deyil. Bizim Hindistanla çox az işbirliyimiz var, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eynilə, Rusiya və ABŞ da bir-biri ilə demək olar ki, biznes işləri aparmır", - deyə Tramp yazıb.
30-07-2025, 17:50
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi


Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi

İran Prezidenti Məsud Pezeşkianın Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdə etdiyi çıxışının mətni İran Prezident Administrasiyanın saytında dərc olunub.
“Anadolu” agentliyinin (AA) məlumatına görə, Pezeşkian çıxışında qonşular və region ölkələri ilə əlaqələrin əhəmiyyətinə toxunub və bu kontekstdə Zəngəzur dəhlizini “şimal-qərbdəki sərhəd keçidi” adlandıraraq, bu məsələni şərh edib: "Qonşularımız və regional ölkələrlə əlaqələrimizi və əməkdaşlığımızı geniş perspektivdən nəzərdən keçirdikdə, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi təfərrüatlı məsələlərdən narahat olmağa ehtiyac yoxdur".
İran prezidenti deyib: "Biz qonşularımızla münasibətlərimizə sərhəd maneələrinin aradan qaldırılması və iqtisadiyyatlarımızı hərtərəfli birləşdirmək çərçivəsində yanaşmalıyıq. Biz həssaslıqları azaltmalı və konstruktiv qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdən keçirməliyik".
İran İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti isə gecə-gündüz Zəngəzur dəhlizinin əleyhinə danışır. Məsud Pezeşkianın çıxışı bir daha göstərir ki, İranın molla rejimi ilə xalqın seçdiyi prezident arasında bir çox məsələlərə yanaşmada kəskin fərq var. Bu fərq Zəngəzur dəhlizi məsələsinə münasibətdə də özünün tam çılpaqlığı ilə göstərir...
30-07-2025, 16:49
MOSSAD İran generalını Tehranda güllələyərək öldürübmüş - DETALLAR


İran generalını Tehranda güllələyərək öldürübmüş - DETALLAR

İsrailin hücumu zamanı ölən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmani haqqında yeni məlumatlar ortaya çıxıb.
Generalın qızı onun İsrailin hava zərbələri nəticəsində həlak olması barədə İran hakimiyyətinin rəsmi açıqlamasını təkzib edib.
O, atasının Tehranın mərkəzində MOSSAD agentləri ilə atəşmada qətlə yetirildiyini bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl Şadmaninin iyunun 17-sə hava zərbəsində həlak olduğunu bildirib. Ancaq qızının sözlərinə görə, Şadmani Tehranda küçənin ortasında MOSSAD agentləri tərəfindən mühasirəyə alınıb və mühafizəçiləri ilə birlikdə ağır silahlı qarşıdurmaya girib. Nəticədə, Əli Şadmani hadisə yerində həyatını itirib.
"Atamı küçənin ortasında vuraraq qətlə yetirdilər. İsrailin agentləri paytaxtın göbəyində hücum etdi. Rəsmi açıqlamalar həqiqəti əks etdirmir", - deyə generalın qızı bildirib.
Qeyd edək ki, Əli Şadmani bu vəzifəyə 13 iyun tarixində İsrailin həyata keçirdiyi hücum nəticəsində həlak olmuş Qulaməli Rəşidin yerinə təyin edilmişdi. Şadmani İran Silahlı Qüvvələrinin ən mühüm komanda mərkəzlərindən biri olan “Hatemül-Ənbiya” qərargahına rəhbərlik edirdi. Bu qərargah hərbi planlaşdırma və müharibə vəziyyətində birgə əməliyyatların koordinasiyasına məsuldur.
İran hökuməti hələ də ilkin versiyaya sadiq qalsa da, ictimaiyyət arasında yaranan suallar və Şadmani ailəsinin açıqlamaları hadisənin miqyasını və İran daxilindəki təhlükəsizlik boşluğunu bir daha üzə çıxarıb.
29-07-2025, 21:40
Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir


Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir

“Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu gün Sünikdə keçirilən müşavirədə deyib.
“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik imkanları (Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi – red) nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək”.
Sülh yollarının kəsişməsini beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını bildirən Xaçaturyan qeyd edib ki, bu, hər kəs üçün çox cəlbedicidir:
“Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik, bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!