Bakıda vəzifəli şəxs QƏTLƏ YETİRİLDİ .....                        İran "Sülh Sammiti"nə getmədi .....                        Bu şərtlə hücumları dayandırarıq... - Husilər .....                        Moskva Bakı ilə problemli məsələlərin həllini gözləyir - Kreml .....                        Dünyanın ən gözəl paytaxtı .....                        Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü .....                        "Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan .....                        Azərbaycanda 16 yaşlı qız ana oldu .....                        Mingəçevirdə zirzəmidən körpə tapıldı .....                       
29-07-2025, 20:16
Ərdoğan Tokayevlə görüşdü


Ərdoğan Tokayevlə görüşdü

Ankaradakı Prezident Kompleksində Türkiyə və Qazaxıstan arasında yüksəksəviyyəli danışıqlar aparılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Türkiyə dövlət başçısının “Beştəpə” iqamətgahının divarları önündə qarşılayıb.
Hər iki ölkənin dövlət himnləri səsləndirilib, nümayəndə heyətinin üzvləri dövlət başçılarına təqdim olunub.
Daha sonra məhdud və geniş tərkibdə danışıqlar başlayıb. Danışıqların gündəliyinə ikitərəfli əlaqələrlə yanaşı, Türk dünyasına inteqrasiya məsələləri, Ukrayna və Yaxın Şərqdəki vəziyyət daxildir.
Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirak edəcəklər. İclasın yekunlarına görə bir sıra sənədlərin imzalanması gözlənilir.
Türkiyə və Qazaxıstan prezidentlərinin birgə mətbuat konfransı da planlaşdırılır.
29-07-2025, 17:23
Tokayev Türkiyədə rəsmi səfərdədir


Tokayev Türkiyədə rəsmi səfərdədir

Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi rəsmi mərasimlə qarşılayıb.
Tokayevin Esenboğa Hava Limanında qarşılanma mərasimində həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.
Prezidentlər hava limanının Şərəf Zalında qısa görüş keçiriblər.
28-07-2025, 22:25
Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp


Mən olmasaydım, dünyada altı böyük müharibə gedirdi - Tramp

ABŞ prezidenti Donald Tramp Kamboca-Tailand münaqişəsinə 24 saat ərzində son qoymağı bacardığını bildirib.
O, ABŞ-ın ticarət tərəfdaşları arasında digər qlobal münaqişələrin qarşısının alınması və dayandırılmasında öz rolunun vacibliyini qeyd edib.
“Mən olmasaydım, hazırda altı böyük müharibə baş verərdi”, - Tramp Şotlandiyada jurnalistlərə deyib.
Donald Tramp bildirib ki, o, ABŞ-la ticarət sazişi imzalamaq üçün ölkələrin atəşkəslə razılaşmasını şərt qoyub.
Ağ Ev rəhbəri Kamboca və Tailand arasındakı münaqişədən əlavə Ruanda ilə Konqo Demokratik Respublikası (DRC) arasında qarşıdurmanı xatırladıb. Tramp adlarını çəkdiyi hər iki münaqişə tərəfinin onun tələbləri ilə razılaşdığını bildirib.
28-07-2025, 22:14
Ərdoğan Tokayevi hava limanında qarşıladı


Ərdoğan Tokayevi hava limanında qarşıladı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edib.
Tokayevi Esenboğa Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Qazaxıstan və Türkiyə prezidentləri hava limanında qısa söhbət ediblər.
28-07-2025, 19:46
Putin Netanyahu ilə danışıqlar apardı


Putin Netanyahu ilə danışıqlar apardı

Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, liderlər Yaxın Şərqdəki proseslərlə bağlı müzakirələr aparıblar.
28-07-2025, 18:02
Tramp Putinə 10-12 gün vaxt verdi


Tramp Putinə 10-12 gün vaxt verdi

Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacam.
Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam” - Tramp bildirib.
ABŞ lideri daha sonra Britaniya Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.
O, danışıqlarda irəliləyiş görmədiyini deyib və atəşkəs üçün son müddəti 10-12 günə endirib. O bildirib ki, həmin müddət bu gündən hesablanacaq.
28-07-2025, 17:46
İmamoğlunun magistr diplomu da ləğv edildi


İmamoğlunun magistr diplomu da ləğv edildi

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) həbsdə olan rəhbəri Ekrem İmamoğlunun magistr dərəcəsi və diplomu ləğv edilib.
Qərarı İstanbul Universiteti qəbul edib.
Qeyd edək ki, məhkəmə İmamoğlunun bakalavr diplomunun saxta olması və YÖK tərəfindən hazırlanan hesabatda saxtakarlığa dair tapıntıların yayılmasının ardından İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "rəsmi sənədlərdə saxtakarlıq" maddəsi ilə istintaq başladılıb. Onun bakalvr diplomu ləğv edilib.
Bakalavr diplomu ləğv edildiyi üçün İstanbul Universiteti siyasətçinin magistr dərəcəsinə də ləğv edib.
27-07-2025, 22:45
Almaniyada qatar relsdən çıxdı - Ölənlər var


Almaniyada qatar relsdən çıxdı - Ölənlər var

Almaniyanın Baden-Vürttemberq əyalətində ağır dəmir yolu qəzası baş verib.
Qəza nəticəsində qatarın bir neçə vaqonu relsdən çıxaraq aşıb.
DPA agentliyi qəza nəticəsində bir neçə nəfərin həlak olması, xeyli sərnişinin xəsarət alması barədə məlumat yayıb.
“Alman Dəmir Yolları” (Deutsche Bahn) şirkətinə məxsus qatarda 100-dək sərnişinin olduğu bildirilir.
Hadisə yerində polis, yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub, genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilir.
Qəzanın baş vermə səbəbləri araşdırılır. Hadisədən əvvəl bölgədə güclü qasırğa baş verib. Buna görə də qəzaya qasırğanın və ya relsə aşan ağacların səbəb ola biləcəyi ehtimalı araşdırılır.
27-07-2025, 21:57
Qardaş ölkə alovlar içində - FOTO


Qardaş ölkə alovlar içində - FOTO

Türkiyənin Bursa, Karabük və Kahramanmaraş bölgələrində meşə yanğınları davam edir.
Bursa şəhərinin Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə başlayan yanğın yaşayış yerlərinə çatıb, bəzi binalar yanıb.
Təhlükə səbəbindən 3 kənddə 1765 nəfər təxliyə olunub, bəziləri evlərinə qayıtsa da, təhlükə tam sovuşmayıb.
Yanğınla mübarizə zamanı 38 yaşlı yanğınsöndürən Ramazan Şaşkın infarkt keçirərək həlak olub.
Həm havadan, həm qurudan minlərlə insan və yüzlərlə texnika alovlara qarşı səfərbər olunub. Karabükdə 1839 nəfər təxliyə edilib, alovlar Ankara yoluna qədər çatıb.
Kahramanmaraşda isə çətin keçilən qayalı ərazilərdə yanğın davam edir. Rəsmi qurumlar riskin oktyabra qədər davam edə biləcəyini bildirir və əhaliyə diqqətli olmağı tövsiyə edir.

















27-07-2025, 16:36
Meşə yanğınları Fransanı da ağuşuna aldı


Meşə yanğınları Fransanı da ağuşuna aldı

Fransanın cənubundakı Od departamentində 680 hektardan çox ərazini əhatə edən böyük meşə yanğını davam edir.
Şənbə günü axşam Port-La-Nuvel kommunası ərazisindəki iki düşərgənin və bir neçə yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib, ümumilikdə 1000 nəfər təhlükəi ərazidən çıxarılıb.
Həmçinin yanğının söndürülməsi zamanı kommuna tamamilə işıqsız qalıb. Bundan əlavə, Sijan kommunasında iki ev yanğın nəticəsində ciddi ziyan görüb, biri isə demək olar ki, tamamilə dağılıb.
Bazar günü səhər insanların evlərinə qayıtmasına icazə verilib, lakin bu ərazidə yanğınla mübarizə davam edir.
Hadisə yerində 630 yanğınsöndürən, həmçinin iki yanğınsöndürən təyyarə və iki helikopter işləyir, lakin onların işinə güclü külək mane olur. Alovla mübarizə zamanı dörd yanğınsöndürən tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!