Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
21-06-2025, 17:33
Xamenei haradadır... -  Ali liderin yerinə gələ biləcək 3 namizəd


Xamenei haradadır... - Ali liderin yerinə gələ biləcək 3 namizəd

İsrail-İran müharibəsinin 9-cu günündə ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin taleyi və gələcək siyasi ssenarilər Qərb dairələrinin və regional paytaxtların əsas müzakirə mövzusuna çevrilib.
Xamenei hazırda çox məxfi elit bölmənin qoruması altında xüsusi mühafizə olunan yeraltı bunkerdə yerləşdirilib.
Britaniyanın "The Daily Telegraph" nəşrinin mənbələrinin bildirdiyinə görə, o, komandirləri ilə yalnız etibarlı rabitə kanalları vasitəsilə əlaqə saxlayır və fiziki təhlükəsizliyi prioritet məsələyə çevrilib.
İsrailin baş naziri Benyamin Netanyahu açıq şəkildə Xameneinin öldürülməsinin istisna olunmadığını bəyan etdikdən sonra Tehranda və Qərb ölkələrində onun mümkün varisi ilə bağlı intensiv müzakirələr başlayıb. ABŞ və Avropa diplomatları "CBS News"a bildiriblər ki, İranın gələcək liderinin kim olacağı, ölkənin nüvə obyektlərinin taleyi və regionda yaranacaq yeni güc balansı ilə bağlı gizli danışıqlar gedir.
Maraqlısı odur ki, "New York Times" qəzetinin yazdığına görə, Xamenei özü də son günlər ali rəhbər vəzifəsinə üç namizədi müəyyən edib. Bu addım ölkənin müharibə şəraitində olduğu bir vaxtda hakimiyyətin sarsıntısız ötürülməsi və dini-ideoloji xəttin davamlılığını təmin etmək məqsədi daşıyır.
Seçilmiş şəxslərin adları açıqlanmır, lakin iddialara görə, söhbət yüksək səviyyəli ruhanilərdən gedir. Bundan əlavə, fövqəladə vəziyyətlərdə hərbi komandanlıqda da varislik planının hazır olduğu bildirilir.
Qərbdə isə ehtimallar çoxdur. İranın keçmiş prezidentlərindən Həsən Ruhaniyə yaxın dairələrdən tutmuş, Sistan-Bəlucistanın nüfuzlu dini liderlərinə qədər müxtəlif fiqurların adı hallanır.
Eyni zamanda, Xameneinin oğlu Müctəba Xameneinin də potensial varis ola biləcəyi istisna edilmir.
Qərb diplomatları Tehrandakı siyasi elitanın bu məsələdə yekdil qərar verməkdə çətinlik çəkdiyini bildirirlər.
21-06-2025, 17:02
Ermənistan Türkiyədə səfirlik açacaq?


Ermənistan Türkiyədə səfirlik açacaq?

Türkiyə ilə Ermənistan arasında hələ də rəsmi diplomatik münasibətlər mövcud deyil. İki ölkə arasında 1993-cü ildən bəri hava və quru sərhədləri bağlıdır, diplomatik əlaqələr indiyə qədər qurulmayıb. Buna səbəb isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. Hazırda Qarabağ məsələsi həll olunsa da, Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb, bu istiqamətdə danışıqlar prosesi gedir.
Bir çox hallarda Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlərin qurulması Azərbaycandan asılıdır. Yəni Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan, anlaşmadan, Türkiyə ilə diplomatik əlaqələr qura bilməyəcək.
Lakin son illərdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi aktiv şəkildə davam etdirilir.
2021-ci ilin dekabrında Ankara və İrəvan qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib. Türkiyəni sabiq səfir Serdar Kılıç, Ermənistanı isə parlament sədrinin müavini Ruben Rubinyan təmsil edir. Bu nümayəndələr 2022–2024-cü illər ərzində beş dəfə görüş keçiriblər. Görüşlər əsasən Vyana və Moskva şəhərlərində baş tutub.
Hazırda iki ölkə arasında diplomatik əlaqələr rəsmi səviyyədə qurulmasa da, səfirliklər fəaliyyət göstərməsə də, yük daşımaları və humanitar əməkdaşlıq sahəsində irəliləyişlər var. 2022-ci ildən etibarən qarşılıqlı hava yükdaşımaları bərpa edilib. 2023-cü ildə Kahramanmaraş zəlzələsindən sonra Ermənistan Türkiyəyə humanitar yardım göndərib, bu məqsədlə quru sərhədi qısa müddətlik açılıb.
Ən mühüm hadisələrdən biri də Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ilin 3 iyun tarixində keçirilən andiçməsinə qatılması olub. Bu Nikol Paşinyanın Baş nazir səviyyəsində ilk səfəri olub. Bununla yanaşı ötən gün Nikol Paşinyanın Türkiyəyə səfəri olub və o burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məhdud tərkibdə görüşüb. Bu, Ermənistan rəhbərliyinin Türkiyəyə illər sonra etdiyi ilk yüksək səviyyəli rəsmi səfər kimi qiymətləndirilir.
Qeyd edək ki, normallaşma prosesi çərçivəsində vizasız rejim, diplomatik nümayəndəliklərin açılması və sərhədin tam bərpası məsələləri hazırda müzakirə mərhələsindədir. Hazırkı vəziyyətə əsasən, Ankara ilə İrəvan arasında münasibətlər rəsmi yox, lakin funksional dialoq səviyyəsində davam edir.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, hazırda iki ölkə arasında səfirliyin və baş konsulluğun açılması istiqamətində danışıqlar yoxdur:
“Belə məsələlər müzakirə edilmir. Amma yaxın vaxtda dediyim kimi, Azərbaycanın da məlumatı olmaqla belə addımlar atıla bilər. Hazırda sərhədləri, səfirliyi açmaqla bağlı danışıqlar aparılmır. Təbii ki, Ermənistan tərəfinin xüsusilə sərhədlərlə bağlı həssaslıqları var. Amma bunun üçün zamana ehtiyac var. Önümüzdəki günlər vacib günlərdir. İnşallah, yaxşı şeylər olacaq”.
21-06-2025, 16:55
İran Gürcüstanı İsrailin hərəkətlərini pisləməyə çağırdı


İran Gürcüstanı İsrailin hərəkətlərini pisləməyə çağırdı

Tehran Yaxın Şərqdə münaqişənin gərginləşməsi kontekstində Tbilisidən “prinsipial və hüquqi mövqe” tutacağını və İsraili pisləyəcəyini gözləyir.
İranın Gürcüstandakı səfiri Mahmud Ədib gürcü jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Susmaq və ya təcavüzkarı cinayətlərini davam etdirməyə sövq edə biləcək mövqe seçimi beynəlxalq nizam və regional sabitlik üçün ciddi nəticələrlə doludur. Ümid edirik ki, Gürcüstan prinsipial və hüquqi mövqe seçəcək və beynəlxalq hüququn aşkar pozuntularını açıq şəkildə pisləyəcək", - İran səfiri bildirib.
Onun sözlərinə görə, İran 2006-cı il enerji böhranı da daxil olmaqla kritik məqamlarda ardıcıl olaraq Gürcüstanı dəstəkləyib və beynəlxalq platformalarda onun ərazi bütövlüyünü müdafiə edib.
Diplomat Tehran və Tel-Əvivin siyasətini də müqayisə edərək deyib ki, guya 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra İsrail “müəyyən və qeyri-müəyyən mövqe” tutub. Qeyd edək ki, o zaman həm İran, həm də İsrail Moskvanı tənqid etməkdən çəkinib, Gürcüstanın suverenliyini dəstəkləyən bəyanatlarla kifayətləniblər.
"İranla İsrail arasında böyük fərq var", - səfir bildirib. Onun sözlərinə görə, “İsrail rejimindən fərqli olaraq, İran dövlətlərin ərazi bütövlüyünə hörmət edir və həmişə beynəlxalq hüquqa sadiq qalıb”.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.
Buna cavab olaraq Tehran İsrail ərazisinə yüzlərlə ballistik raket atıb. Bir neçə gündür ki, zərbə mübadiləsi davam edir.
Gürcüstan Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən dərin narahatlığını bildirib və gərginliyin azaldılması üçün diplomatik səylərin vacibliyini vurğulayıb.
21-06-2025, 00:35
İrana quru əməliyyatı? - Trampdan cavab


İrana quru əməliyyatı? - Trampdan cavab

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranda Amerika quru qoşunlarının istifadəsi ehtimalını müzakirə belə etmək istəmir.
Ağ Ev rəhbəri bunu Nyu-Cersi ştatında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən quru qoşunları barədə danışmaq istəmirəm. Quru qoşunları ən son istifadə olunmalı variantdır,” – deyə ABŞ prezidenti vurğulayıb.
20-06-2025, 23:36
Tramp İrana dair xüsusi iclas keçirdi


Tramp İrana dair xüsusi iclas keçirdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrana həsr olunmuş milli təhlükəsizlik iclası keçirib.
“Al Arabiya” xəbər verir ki, bu barədə amerikalı rəsmi bildirib.
Qeyd edək ki, iyunun 20-də Cenevrədə Avropa nazirləri ilə İran arasında aparılan danışıqlar başa çatıb.
20-06-2025, 23:34
Paşinyan Ərdoğanla görüşündən yazdı


Paşinyan Ərdoğanla görüşündən yazdı

"İstanbulda Türkiyə prezidenti Ərdoğanla dərin fikir mübadiləsi apardıq".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.
"Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini, regional hadisələri və davamlı dialoqun vacibliyini müzakirə etdik. Ermənistan regionumuzda sülh və sabitliyin qurulmasına sadiqdir", - Paşinyan qeyd edib.
20-06-2025, 22:43
İranda güclü zəlzələ


İranda güclü zəlzələ

İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
20-06-2025, 21:41
Ərdoğanla Paşinyanın görüşü başa çatdı - Nələr müzakirə edildi?


Ərdoğanla Paşinyanın görüşü başa çatdı - Nələr müzakirə edildi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Görüşlə bağlı Türkiyə tərəfi məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında təmaslar, Cənubi Qafqazda sülh və dialoq prosesi, regionla bağlı cari proseslər müzakirə olunub.
Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib.
O, Türkiyənin bölgənin “qazan-qazan” anlayışı ilə inkişafı məqsədi ilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.
Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq addımlar da müzakirə edilib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə təkcə Qafqazda deyil, bütün regionda sabitliyin bərqərar olması üçün bütün diplomatiya vasitələrindən istifadə edir və İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirir.
20-06-2025, 21:29
Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ


Üçüncü dünya müharibəsi - Putindən XƏBƏRDARLIQ

Rusiya Prezidenti Vladimir Putin üçüncü dünya müharibəsi təhlükəsindən narahatdır.
O, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında danışıb.
O, dünyamızın üçüncü dünya müharibəsinə doğru sürüşməsindən, o cümlədən İran və İsrail arasında qarşıdurma səbəbindən narahat olduğunu bildirib.
Rusiya lideri münaqişənin həlli yollarını tapmağa çağırıb:
“Münaqişə üçün böyük potensial var və bu, getdikcə artır. Bu, birbaşa bizə də aiddir - Ukraynada yaşadığımız münaqişə. Və əlbəttə ki, biz İranın nüvə obyektləri ətrafında baş verənlərdən də çox narahatıq. Yaxın Şərqdə baş verənlər diqqət və münaqişənin, xüsusən də sülh yolu ilə - bütün istiqamətlərdə həlli yollarının axtarışını tələb edir. Bura toplaşmağımızın səbəblərindən biri də budur”.
20-06-2025, 20:31
İran İsrailin iki hərbi bazasını vurdu


İran İsrailin iki hərbi bazasını vurdu

İran İsrailin bir sıra hərbi obyektlərinə, o cümlədən Nevatim və Hatzerim aviabazalarına raket zərbələri endirib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
Məlumata görə, "Doğru vəd - 3" əməliyyatının 17-ci mərhələsi çərçivəsində hərbi komplekslər, müdafiə müəssisələri, komanda mərkəzləri, İsrailin hərbi əməliyyatlarına dəstək verən şirkətlər, eləcə də Nevatim və Hatzerim aviabazaları da daxil olmaqla bir sıra hədəflərə zərbələr endirilib.
İsrail mediasının məlumatına görə, İranın raket hücumu nəticəsində Hayfa şəhərinin əsas limanı yaxınlığındakı binalar zədələnib. Xəsarət alanların sayı 17 nəfərə çatıb və onlara lazımi tibbi yardım göstərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!