İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
4-06-2023, 22:28
Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi


Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib. Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb. Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa, “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.
4-06-2023, 19:03
Serbiya prezidentindən iddia: “Hər gün 200 dəfə ölümlə hədələnirəm”


Serbiya prezidentindən iddia: “Hər gün 200 dəfə ölümlə hədələnirəm”

Serbiya prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfə ölümlə hədələndiyini iddia edib. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Vuçiç bildirib ki, ölüm hədələrindən ölkənin daxili işlər naziri Bratislav Qasiç də məlumatlıdır. “Qaşiç bilir ki, hər gün təkcə mənə qarşı 200-dən çox birbaşa ölüm hədəsi gəlir”, - o qeyd edib. Vuçiç əlavə edib ki, təhdidlərin çox olmasına baxmayaraq, bunlara dözmək onun bir prezident kimi borcudur.
4-06-2023, 18:24
İsveç narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır - Stoltenberq


İsveç narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır - Stoltenberq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi Dolmabaxça sarayında qəbul edib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib. İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra: "Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır", - deyə açıqlama verib. "Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik", - NATO baş katibi qeyd edib.
4-06-2023, 16:10
Rusiya Ukraynada hərbi əməliyyatını sona qədər aparmalıdır - Peskov


Rusiya Ukraynada hərbi əməliyyatını sona qədər aparmalıdır - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatı sona qədər aparmalı olduğunu, alternativin olmadığını deyib. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq. “Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, - deyə Peskov vurğulayıb.
4-06-2023, 15:40
Ərdoğan NATO-nun baş katibini qəbul etdi


Ərdoğan NATO-nun baş katibini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. Görüş saat 14.00-da Dolmabaxça sarayında başlayıb. Qəbul mətbuata qapalı şəkildə davam edir. Qeyd edək ki, görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə olunur.
4-06-2023, 12:57
Çinin müdafiə naziri Ukraynaya söz verdi


Çinin müdafiə naziri Ukraynaya söz verdi

Çinin müdafiə naziri Li Şanqfu Kiyevlə hərbi əlaqələri genişləndirməyə söz verib. Şanqfu bu sözləri şənbə günü, iyunun 3-də ukraynalı həmkarı Aleksey Reznikov arasında görüş zamanı deyib. Qeyd olunur ki, çinli nazir Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün “bütün mümkün vasitələrdən” istifadə etməyi təklif edib. Bundan başqa, Pekin Moskva ilə sıx siyasi və iqtisadi əlaqələrə baxmayaraq, sülhməramlı rolunda israr etməkdə davam edir. Qeyd edək ki, nazirlərin görüşü zamanı Ukrayna tərəfi Çinin vəziyyətlə bağlı anlayışını dərinləşdirməyə çalışıb.
4-06-2023, 10:51
Mersində sərnişin avtobus aşdı - Xəsarət alanlar var


Mersində sərnişin avtobus aşdı - Xəsarət alanlar var

Türkiyənin Mersin şəhərinin Anamur rayonunda yağıntılı hava şəraiti və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb. Bu barədə CNN Türk məlumat yayıb. Məlumata görə, qəza nəticəsində çox sayda insan xəsarət alıb. Qeyd edək ki, qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən "Kamil Koç" firmasına məxsus sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.
3-06-2023, 20:50
Türkiyənin yeni nazirlərinin siyahısı müəyyənləşdi


Türkiyənin yeni nazirlərinin siyahısı müəyyənləşdi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Daha sonra Türkiyə liderinin səlahiyyətlərinin icrasına başlaması münasibətilə xüsusi tədbir təşkil olunub. Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan hökumət kabinetinin bu axşam açıqlanacağını bildirib. O, kabinetin ilk iclasının çərşənbə axşamı günü keçiriləcəyini diqqətə çatdırıb. Türkiyə və dünya mətbuatında yeni hökumət kabinetində kimlərin təmsil olunacağı barədə müxtəlif məlumatlar yayılıb. İlkin ehtimala görə, aşağıdakı siyasətçilər Türkiyənin yeni hökumətində təmsil olunacaqlar:
Xarici işlər naziri: Hakan Fidan
Ədliyyə naziri: Bülent Turan
Daxili işlər naziri: Ali Yerlikaya
Energetika naziri: Alparslan Bayraktar
İqtisadiyyat naziri: Mehmet Şimşək
Ticarət naziri: Lütfi Elvan
Ekologiya və şəhərsalma naziri: Uğur İbrahim Altay
Səhiyyə naziri: Fahrettin Koca
Mədəniyyət və turizm naziri: Mehmet Nuri Ersoy
Gənclər və idman naziri: Abdullah Eren
Ailə və sosial siyasətlər naziri: Kübra Güran Yiğitbaşı
Kənd təsərrüfatı naziri: İbrahim Yumaklı
Sənaye naziri: M. Fatih Kacır
Milli müdafiə naziri: Yaşar Gülər
Əmək və sosial müdafiə naziri: Cevdet Yılmaz
Mətbuatda yayılan digər məlumata görə, Türkiyə Prezidentinin hazırkı sözçüsü İbrahim Kalın ölkənin Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edəcək. Onun vəzifəsini isə Çağatay Kılıç icra edəcək.
3-06-2023, 17:47
Paşinyan Türkiyədə səfərdədir


Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri başlayıb. O, Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir. Bu, onun Türkiyəyə ilk səfəridir. Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Paşinyanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.
3-06-2023, 16:33
Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski


Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski

"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib. O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib.

.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!