Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
9-02-2023, 14:23
Türkiyədə 51 ölkədən olan xilasetmə qrupları fəaliyyət göstərir


Türkiyədə 51 ölkədən olan xilasetmə qrupları fəaliyyət göstərir

Türkiyəyə yardım edən ölkələrin sayı açıqlanıb. Hazırda Türkiyədə 51 ölkədən olan axtarış-xilasetmə qrupları fəaliyyət göstərir. Ümumilikdə 94 ölkə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda zəlzələ bölgələrində 5125 nəfər əcnəbi xilasedici işləyir. Xilasetmə işlərinə 257 it cəlb olunub. Məlumatda, həmçinin qeyd olunub ki, bundan sonra daha 3554 əcnəbi xilasedicinin Türkiyəyə gəlməsi gözlənilir.

9-02-2023, 14:19
28 mindən çox insan zəlzələ zonasından təxliyə edilib


28 mindən çox insan zəlzələ zonasından təxliyə edilib

Türkiyədə zəlzələ bölgəsindən 28 mindən çox insan təxliyə olunub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 11:38-ə qədər zəlzələnin yaşandığı 10 vilayətdən avtomobil yolu, dəmir yolu və hava yolu vasitəsilə ümumilikdə 28 044 nəfər digər bölgələrə evakuasiya olunub. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.
9-02-2023, 14:01
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşır


Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşır

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 3480 nəfərə çatıb. Bu barədə Suriya mətbuatı məlumat yayıb.
9-02-2023, 13:58
Zəlzələ qurbanlarının sayı 13 minə yaxınlaşır


Zəlzələ qurbanlarının sayı 13 minə yaxınlaşır

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət zamanı 62 937 nəfər isə yaralanıb.
9-02-2023, 13:53
Fransa prezidenti Zelenskini təltif etdi


Fransa prezidenti Zelenskini təltif etdi

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini təltif edib. Makron bu barədə twitter səhifəsində paylaşım edib. Makron Zelenskiyə "Fəxri legion" ordenini təqdim edib. "Ukrayna xalqı üçün. Əziz Volodimir, cəsarətin üçün sənə sayğılar", - deyə Fransa prezidenti yazıb. Qeyd edək ki, Zelenski Fransa paytaxtı Parisdə səfərdə idi.
9-02-2023, 13:46
Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO


Ukraynaya 120 milyard dollar dəyərində yardım edilib - NATO

NATO ölkələri münaqişə ərzində Ukraynaya hər cür yardım göstərib. Bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib. “NATO ölkələri Ukraynaya hərbi, humanitar və digər yardımlar daxil olmaqla 120 milyard dollar dəyərində yardım edib”, - deyə Baş katib qeyd edib.
8-02-2023, 18:24
Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır


Fransa Azərbaycan-Ermənistan sərhədinə jandarmlar yollayır

Fransa Azərbaycan və Ermənistan sərhədində yerləşdiriləcək Avropa İttifaqı (Aİ) missiyasının tərkibində jandarmlar göndərəcək. Bu barədə fransalı deputat Natali Loiseau bildirib. Avropa Parlamentinin üzvünün sözlərinə görə, Avropa İttifaqı çox uzun müddət münaqişədən uzaq qaldı. “İndi Avropa İttifaqı daha çox iş görməlidir”. Qeyd edək ki, Avropa İttifaqı bir müddət öncə Ermənistana 2 il müddətinə 100 nəfərdən ibarət müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib.
8-02-2023, 17:44
Evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək


Evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək

Türkiyənin zəlzələ bölgəsində evsiz qalan vətəndaşlar otellərə yerləşdiriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Dövlət qurumları iş başındadır. İlk günlər bəzi çətinliklər yaşamışdıq, amma hazırda vəziyyət nəzarət altındadır. Antalya, Alanya, Mersindəki otellərlə danışıqlar aparılıb. İstəyən vətəndaşlarımızı ora yerləşdirəcəyik", - deyə Prezident vurğulayıb.
8-02-2023, 17:39
Zəlzələ qurbanı olan hər ailəyə 10 min lirə veriləcək


Zəlzələ qurbanı olan hər ailəyə 10 min lirə veriləcək

Türkiyədə zəlzələdən zərərçəkən hər ailəyə 10 min lirə veriləcək. Bunu Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ zamanı əziyyət çəkən ailələrə ilkin olaraq 10 min lirə veriləcək. İnşallah, bu rəqəm onların təlabatını qarşılayacaq. Bu gün birlik olmaq vaxtıdır, provakasiyalara uymaq olmaz", - deyə Ərdoğan bildirib. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir.
8-02-2023, 17:20
Moskva ilə münasibətlərdə böhran yoxdur - Mirzoyan


Moskva ilə münasibətlərdə böhran yoxdur - Mirzoyan

"Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında müsbət rol oynaya bilər". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib. "Bütün problemləri həll etməyin bir yolu var - dinc danışıqlar", - deyə o bildirib. "Moskva ilə münasibətlərdə böhran yoxdur. Bunu böhran adlandırmaq, yəqin ki, çox şişirdilmişdir. Biz rusiyalı həmkarlarımızla daim təmasdayıq. Biz gündəliyimizdəki razılığın olub-olmadığı bütün məsələləri müzakirə edirik. Bəzi məsələlərdə, o cümlədən KTMT-nin fəaliyyəti və siyasi qiymətlərlə bağlı fikir ayrılıqları var, lakin onlar ictimai müstəvidə ifadə olunur", - deyə Mirzoyan əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!