Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
17-01-2023, 00:01
Britaniyadan Ukraynaya yeni hərbi dəstək planı


Britaniyadan Ukraynaya yeni hərbi dəstək planı

Böyük Britaniya Ukraynaya "Bulldog" zirehli personal daşıyıcıları göndərəcək. Bu barədə Britaniya müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib. Zirehli maşınların sayı açıqlanmayıb. London, həmçinin Kiyevə onlarla pilotsuz uçuş aparatı və “Startstreak” zenit-raket kompleksləri göndərməyə hazırlaşır. Yeni yardım paketinə "Challanger 2” tankları, 8 AS90 silahı daxil olacaq və onların sayı daha da artırılacaq. Bundan əlavə, siyahıya 100.000 artilleriya mərmisi daxildir. Müdafiə naziri onu da bildirib ki, hərbi yardım Ukraynadakı müharibənin gedişatını dəyişdirə və Rusiya qoşunlarını sıxışdırıb çıxara bilər.
16-01-2023, 23:57
Yaponiya Hindistanla ilk dəfə birgə hərbi təlimlərə imza atıb


Yaponiya Hindistanla ilk dəfə birgə hərbi təlimlərə imza atıb

Yaponiya və Hindistan ilk dəfə birgə hərbi təlimlər keçirir. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlərin məqsədi Çinin Hind-Sakit okean regionunda artan hərbi təhdidinə cavab verməkdir. Manevrlərdə Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) dörd Su-30MKI qırıcısı, iki C-17 nəqliyyat təyyarəsi və bir İl-78 yanacaq dolduran təyyarə, Yaponiyadan isə dörd F-2 qırıcısı və dörd F-15 qırıcısı iştirak edir.
16-01-2023, 23:50
Çavuşoğlundan Suriyaya dəstək mesajı


Çavuşoğlundan Suriyaya dəstək mesajı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə görüşüb. Bu barədə Çavuşoğlu özünün “Twitter” hesabında məlumat yayıb. Nazir BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini, siyasi prosesləri və Suriya Konstitusiya Komitəsini dəstəklədiklərini bir daha diqqətə çatdırdığını bildirib.
16-01-2023, 23:47
Putin Ərdoğanla iqtisadi məsələləri müzakirə etdi


Putin Ərdoğanla iqtisadi məsələləri müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər Rusiya qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər. “Hər iki tərəf Rusiya-Türkiyə əməkdaşlığını daha da hərtərəfli inkişaf etdirmək niyyətini təsdiqləyib. Prioritetlər arasında enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması var” , - Kremlin saytında qeyd olunub. Bundan əlavə, telefon danışığı zamanı Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı, Rusiyadan qida və gübrə tədarükünün bərpası ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişinin icrası nəzərdən keçirilib. Dövlət başçıları eyni zamandan Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyətini vurğulayıblar.
16-01-2023, 22:15
Serbiya prezidentindən BMT-yə çağırış


Serbiya prezidentindən BMT-yə çağırış

Serbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatına (BMT) çağırış edib. O, Kosovadakı serb azlığın hüquqlarının müdafiəsinə qalxıb. Vuçiç albanların serblərə hücum etdiyini iddia edib. "Bu, qəbuledilməzdir. BMT adekvat reaksiya verməlidir", - deyə Serbiya prezidenti bildirib. Qeyd edək ki, son vaxtlar Kosova və Serbiya arasında gərginlik artıb. 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edən Kosova ABŞ, Türkiyə və Avropa ölkələrinin əksəriyyəti tərəfindən tanınır. Azərbaycan isə bu ölkəni Serbiyanın Kosova və Metoxiya regionunun tərkib hissəsi kimi qəbul edir.
16-01-2023, 22:11
İsveçin NATO-ya üzvlüyü müzakirə edildi


İsveçin NATO-ya üzvlüyü müzakirə edildi

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İsveçin baş naziri Ulf Kristersonla görüşüb. Tərəflər İsveçin NATO-ya üzvlük prosesini müzakirə ediblər. Daha sonra birgə mətbuat konfransı keçirilib. İsveç baş naziri ölkəsinin NATO üzvü olmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, İsveçin NATO-ya üzv olması bütün Avropanın təhlükəsizliyi deməkdir. Qeyd edək ki, İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzv olmaq istəyini elan etsə də, yeni üzvlərinin qəbulunun konsensus yolu ilə baş tutduğu hərbi alyansın üzvlərindən biri olan Türkiyə terrorla mübarizədə əməkdaşlıqdan yayındıqları üçün bu ölkələrin üzvlüyünə veto qoyacağını açıqlamışdı. Daha sonra əldə olunan razılığa əsasən, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə rəsmi Ankara buna etiraz etməyəcək.
16-01-2023, 22:05
162 nəfər həmyerlimiz Ukrayna vətəndaşlığını alıb


162 nəfər həmyerlimiz Ukrayna vətəndaşlığını alıb

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb. Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır. Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir.
16-01-2023, 17:58
“Bu gün Rusiyanın yeganə taktikası terrordur” - Zelenski


Bu gün Rusiyanın yeganə taktikası terrordur - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın müharibədəki taktikasının terror olduğunu bildirib. Zelenski bu barədə "Telegram" kanalında yazıb. "Bu gün Rusiyanın yeganə taktikası terrordur. Bu cür taktikaların yeganə mümkün nəticəsi məğlubiyyət olacaq. Terror onların zəifliyinin sübutu və bizim dayanıqlılığımız üçün bir sınaq oldu. Bizim üçün ən qaranlıq vaxtlar işıqsız olan vaxtlar deyil, azadlıq olmayan zamandır", - deyə Ukrayna prezidenti qeyd edib. Xatırladaq ki, ötən həftə Rusiya Ukraynanın bir sıra şəhərlərini raket atəşinə tutub. Son olaraq Dneprə raket hücumu zamanı 40 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
16-01-2023, 17:54
Alman nazirin istefası qəbul olundu


Alman nazirin istefası qəbul olundu

Almaniya kansleri Olaf Şolts müdafiə naziri Kristin Lambrextin istefasını qəbul edib. Bu barədə Almaniya hökuməti rəsmi məlumat yayıb. Qeyd olunub ki, qısa vaxt ərzində yeni nazir təyin ediləcək.
16-01-2023, 17:50
Ermənistanda bu qanun yeni redaksiyada qəbul olunacaq


Ermənistanda bu qanun yeni redaksiyada qəbul olunacaq

Ermənistanda dövlət sirri haqqında qanun yeni redaksiyada qəbul olunacaq. Bunu Ermənistan parlamentinin iclasında ölkənin Milli Təhlükəsizlik Xidmətinin sədr müavini Tiqran Harutyunyan deyib. Onun sözlərinə görə, hazırkı sənəd 1996-cı ildə Rusiya Federasiyasının oxşar qanununun analoqu əsasında hazırlanıb. "Amma artıq rəsmi sirr anlayışı demək olar ki, heç bir yerdə işlədilmir və xarici tərəfdaşlar bununla qarşılaşanda anlaşılmazlıq olur. Qanunun yeni redaksiyasında idarələr tərəfindən dövlət sirri təşkil edən məlumatların siyahılarının formalaşdırılması qaydaları müəyyən edilib", - deyə Harutyunyan vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!