“Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                       
10-04-2023, 22:25
ABŞ illik nüvə təliminə başlayır


ABŞ illik nüvə təliminə başlayır

ABŞ Strateji Komandanlığı aprelin 11-də illik nüvə komandanlığı və nəzarəti təliminə başlayacaq. Bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb. Təlimlərə bütün strateji komandanlığın, eləcə də Britaniya və digər müttəfiqlərin şəxsi heyəti cəlb olunacaq. Təlimlərin məqsədi nüvə hazırlığını gücləndirmək, təhlükəsiz və etibarlı strateji çəkindirmə qüvvələrini təmin etməkdir.
10-04-2023, 20:43
İran XİN Bakıdakı səfirliyinin dəyişəcəyiylə bağlı xəbərlərə münasibət bildirdi


İran XİN Bakıdakı səfirliyinin dəyişəcəyiylə bağlı xəbərlərə münasibət bildirdi

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani Tehranın Bakıdakı səfirinin dəyişəcəyi barədə xəbərlərə münasibət bildirib. Bu haqda XİN rəsmisi gündəlik brifinqdə danışıb. Kənani deyib ki, Xarici İşlər Nazirliyində diplomatik vəzifələrin dəyişməsi normal haldır. "Lakin Azərbaycandakı səfirlə bağlı yeni heç nə olmayacaq", - deyə o bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İranın "Tasnim" xəbər agentliyi Tehranın Bakıdakı səfiri Abbas Musəvinin vəzifəsindən uzaqlaşdırılması, onun yerinə Müctəba Dəmirçilinin təyin olunması ilə bağlı məlumat yayıb. Xatırladaq ki, Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edir. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə təmaslar daha da gərginləşib.
10-04-2023, 16:14
Lukaşenko Rusiyanın müdafiə nazirini qəbul etdi


Lukaşenko Rusiyanın müdafiə nazirini qəbul etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti ilə danışıqlar və razılaşmalarla bağlı Sergey Şoyqu Lukaşenko ilə təhlükəsizliyin təmin edilməsi mövzusunda əsaslı və konkret söhbətlər aparıb.
10-04-2023, 13:48
Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş verib


Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş verib

Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında olub. Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.
9-04-2023, 20:31
Gürcüstan müxalifəti ayağa qalxdı


Gürcüstan müxalifəti ayağa qalxdı

Gürcüstan müxalifəti parlament binası qarşısında aksiyaya başlayıb. "Vahid Milli Hərəkat" partiyası ölkənin Avropaya inteqrasiyasını dəstəkləmək məqsədilə aksiya keçirir. Nümayişçilər "Rusiyaya yox", "ruslaşdırılmağa yox" kimi şüarlar səsləndirirlər. Aksiya səbəbindən parlament binasının qarşısındakı prospektdə hərəkət məhdudlaşdırılıb, əraziyə polis əməkdaşları cəlb edilib.
9-04-2023, 20:29
ABŞ İranı çəkindirmək üçün Yaxın Şərqə sualtı qayıq göndərdi


ABŞ İranı çəkindirmək üçün Yaxın Şərqə sualtı qayıq göndərdi

ABŞ İranı çəkindirmək və dünyanın ən işlək gəmi
kanallarından birinin sabitliyini qorumaq məqsədi ilə Yaxın Şərqə sualtı qayıq göndərib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin sözçüsü Timoti Hokins bildirib. Bundan əvvəl ABŞ gəmisinin Süveyş kanalından keçdiyi açıqlanıb. Hopkinson sözlərinə görə, 154 ədəd "Tomahawk" qanadlı raket daşıya bilən gəmi aprelin 6-da bölgəyə daxil olub. "Son hadisələr, o cümlədən Suriyadakı zərbələr və İranın ticarət gəmilərinə açıq təhdidləri bizi ayıq-sayıq olmağa vadar etdi", - ABŞ təmsilçisi deyib. Xatırladaq ki, ABŞ və İsrail kəşfiyyatı İranın Yaxın Şərqdə yeni hücumlara hazırlaşması barədə məlumat yayıb.
9-04-2023, 18:47
Qərbin çox təmkinsiz reaksiyasını görürük - Peskov


Qərbin çox təmkinsiz reaksiyasını görürük - Peskov

"Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını yada salmır, amma Rusiyanın Belarusda belə silahlar üçün anbarlar tikmək planlarına isterik reaksiya verir". Bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib. Moskvada keçirilən danışıqlarda Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib: "Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin çox təmkinsiz reaksiyasını görürük. Xüsusən, prezident Putinin verdiyi açıqlamalara”.
9-04-2023, 18:42
Moskvada keçiriləcək dördtərəfli görüş ertələndi


Moskvada keçiriləcək dördtərəfli görüş ertələndi

Rusiya, Türkiyə, Suriya və İranın XİN başçılarının Moskvada keçirilməsi planlaşdırılan görüşü ertələnib. Görüş sabah keçirilməli imiş. Lakin açıqlanmayan səbəblərdən tədbir may ayına təxirə salınıb.
9-04-2023, 18:29
Fransada bina çökdü - Yaralananlar var


Fransada bina çökdü - Yaralananlar var

Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binasının çökməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu barədə şəhər meri Benoit Payan bildirib.
9-04-2023, 18:26
İran hicab taxmayan qadınlara qarşı bu tədbirə əl atdı


İran hicab taxmayan qadınlara qarşı bu tədbirə əl atdı

İranda məcburi geyim qaydalarına əməl etməyən qadınların sayının artmasının qarşısını almaq üçün ictimai yerlərdə və küçələrdə kameralar quraşdırılır. Bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb. İran polisinin yaydığı məlumatda bildirilib ki, küçədə başıaçıq gəzən qadınlar ilk mərhələdə xəbərdarlıq məktubları alacaqlar. Bu addımın “hicab qanununa qarşı müqavimətin qarşısının alınması” məqsədi daşıdığı, bu cür müqavimətin ölkənin mənəvi imicinə xələl gətirdiyi və etibarsızlıq mühiti yaydığı diqqətə çatdırılıb. Qeyd edək ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin ölümündən sonra iranlı qadınların bir çoxu çadradan imtina edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!