Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları dəyişdi .....                        Azərbaycanda kommunizmə xidmət edən partiya yoxdur .....                        Evlərdən elektrik naqili və velosiped oğurlayanlar saxlanıldı .....                        Əli Kərimlinin partiyası ləğv oluna bilər .....                        Sumqayıtda yataqxanada yanğın .....                        Maliyyə Nazirliyi ilə bağlı yeni qərar .....                        Bu müsəlman ölkəsində ölü sayı 604-ə çatdı .....                        31 nömrəli marşrut xəttinə yeni avtobuslar verildi .....                        Putin şərtlər daxilində müharibəni dayandırmağa hazırdır .....                       
4-12-2022, 19:36
İranda etirazlara dəstək olan 115 hərbçi həbs olundu


İranda etirazlara dəstək olan 115 hərbçi həbs olundu

İranda 115 hərbçi xalq etirazlarına dəstək verdiyinə görə həbs edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, bu məlumat SEPAH-a bağlı "Fars" xəbər agentliyinə aid məxfi sənədlərdə öz əksini tapıb. Qeyd edək ki, bu ilin sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra İranı etirazlar bürüyüb.
4-12-2022, 19:33
Daha 4 nəfər edam edildi


Daha 4 nəfər edam edildi

Bu gün səhər saatlarında İranda 4 nəfər edam olunub. Bu barədə “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, edam edilən şəxslər İsrail Xarici Kəşfiyyat Xidməti (MOSSAD) ilə əməkdaşlıqda ittiham olunub. Bundan başqa, daha 3 nəfərə isə 5 ildən 10 ilə qədər həbs cəzası verilib.
4-12-2022, 19:29
“Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz..” - Ərdoğan


“Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz..” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub sərhədləri boyunca yaratdıqları təhlükəsizlik zolağının mütləq tamamlanacağını və terror dəhlizinin yaradılmasına imkan verməyəcəklərini bildirib. Prezident Ərdoğan Şanlıurfada təşkil edilən açılış mərasimində terrorla mübarizə məsələsinə də toxunub. "Türkiyə sərhədlərindən kənarda yetişdirdikləri terror təşkilatı hər fürsətdə ölkəmizə hücum edir. Bu gün öz siyasi, iqtisadi və hərbi baxışlarını müəyyən edən, bölgədə və dünyada söz sahibi olan Türkiyə var. Cənub sərhədlərimizdə qurduğumuz 30 kilometrlik təhlükəsizlik zolağını mütləq tamamlayacağıq. Heç kim təhlükəsizliyimizi təhdid edə bilməz, biz buna imkan verməyəcəyik”, - Türkiyə lideri çıxışında deyib.
4-12-2022, 19:23
Türkiyədə güclü partlayış


Türkiyədə güclü partlayış

Türkiyənin Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Hadisə nəticəsində azı 4 nəfər yaralanıb. Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib. Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.



4-12-2022, 19:18
Ankaradan Fələstinə dəstək


Ankaradan Fələstinə dəstək

Türkiyə Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son günlər artan zorakılıq və mülki vətəndaş itkilərindən dərin narahatlığını ifadə edərək, məhkəməsiz qətlləri kəskin şəkildə qınayıb. Bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, İordan çayının qərb sahilində artan zorakılıq və mülki itkilərlə bağlı Ankara olduqca narahatdır: "Biz Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində son zamanlar artan zorakılıqlardan və mülki insanların itkisindən çox narahatıq və məhkəməsiz qətlləri qətiyyətlə pisləyirik. İsrail hakimiyyətini bölgədə gərginliyin daha da artmasının və həyat itkisinin qarşısını almaq üçün lazımi tədbirlər görməyə çağırırıq. Fələstin dövləti və xalqına başsağlığı verir, hadisələrdə həyatını itirən fələstinlilərə Allahdan rəhmət diləyirik”.
4-12-2022, 19:12
Əsir düşən gürcü döyüşçülər öldürüldü


Əsir düşən gürcü döyüşçülər öldürüldü

Ukraynada 5 gürcü döyüşçüsü həlak olub. Onlar Rusiya tərəfinin Baxmut yaxınlığındakı artilleriya hücumundan sonra əsir götürülüb. Məlumata görə, əsir götürülmüş döyüşçülər qısa müddət sonra öldürülüb. Bildirilir ki, əsir götürüldükdən sonra öldürülənlər arasında Ukrayna əsgərləri də var. Gürcü döyüşçülərin həlak olması ilə əlaqədar Gürcüstan Prezidenti Salome Zurabişvili başsağlığı verib.
4-12-2022, 14:41
Amerikalı senatordan Gürcüstana mesaj


Amerikalı senatordan Gürcüstana mesaj

"Gürcüstan xalqı Avropa Birliyinə üzv olmaq istəyir. Təəssüf ki, biz hakimiyyətdən geriləmə görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Bunu amerikalı senator Cin Şahin deyib. "Amerikanın səsi"ni təmsil edən jurnalistin "Qafqazla bağlı keçirilən dinləmələr zamanı siz Dövlət Departamentinin nümayəndəsi Keren Donfrieddən Gürcüstanla bağlı siyasətə yenidən baxmağın vaxtı çatıb-çatmadığını soruşdunuz. Bununla nə demək istəyirdiniz?" sualına senator belə cavab verib: “Biz çalışırıq ki, bu və ya digər ölkə ilə bağlı istənilən regionda, bütün dünyada mütəmadi olaraq öz siyasətimizi dəyərləndirək. Həmin bəyanatda qeyd etdiyim kimi və burada təkrar edəcəyim odur ki, gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyir. Təəssüf ki, biz hökumət tərəfdən geriyə addımlar görürük və bunu dəyişmək üçün onlara necə dəstək ola biləcəyimizi düşünməliyik". Senatorun fikrincə, gürcü xalqı Qərbə köçmək və demokratiya istəyir: "Onlar indiyə qədər haqqında danışdığımız bütün azadlıqları istəyirlər. Biz onlara bunu etməkdə kömək etmək üçün yollar tapmalıyıq və hökumət baş verən geri çəkilmənin məhsuldar olmadığını, onları Gürcüstan xalqının getmək istədiyi yerə çatdıra bilməyəcəyini başa düşməlidir".
4-12-2022, 14:23
Qəzzadan İsrailə raket zərbəsi


Qəzzadan İsrailə raket zərbəsi

Qəzza zolağının ərazisindən İsrailə raket atılıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilir ki, rakar açıq əraziyə düşüb. Ölkənin cənubunda hava hücumu həyəcanı aktivləşdirilib. Yerli KİV hərbçilərə istinadən xəbər verir ki, insident nəticəsində ölən olmayıb.
4-12-2022, 14:20
Pakistanda silahlı münaqişə


Pakistanda silahlı münaqişə

Pakistanın Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin şimalında yerləşən Noşera bölgəsində patrul xidməti həyata keçirən polislər atəşə tutulub. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə zamanı üç polis əməkdaşı öldürülüb. Rəsmilər hücum edənlərin kim olduğu barədə məlumat verməyib. "Təhrik-e-Taliban Pakistan" terror qruplaşması bəyanat yayaraq hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
4-12-2022, 14:13
İranda Çinin baş konsulluğu açılacaq


İranda Çinin baş konsulluğu açılacaq

İranın Bəndər-Abbas şəhərində Çinin baş konsulluğu açılacaq. Bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, Bəndər-Abbasda Çin baş konsulluğunun yaradılması üçün ilkin şərtlər yerinə yetirilib. Rəsmilər konsulluğun açılmasının əlaqələrin yaxşılaşdırılmasını sürətləndirəcəyinə ümid etdiklərini bildiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!