“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
2-04-2023, 16:34
Rusiya və Belarusa daha çox sanksiya tətbiq etməliyik - Latviya XİN

Rusiya və Belarusa daha çox sanksiya tətbiq etməliyik - Latviya XİN

"Rusiya və Belarusa nüvə şantajının nəticə verməyəcəyini göstərmək lazımdır". Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib. “Belarus suveren dövlət deyil. Ölkə praktiki olaraq Rusiya hərbi dairəsinin bir hissəsidir. Biz həm Rusiyaya, həm də Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməliyik ki, bu şantaj, bu addımlar heç bir nəticə verməsin və verməyəcək”, - nazir bəyan edib. "Rusiya Federasiyası siyasi, hərbi şantajla da ​​məğlub olmasına baxmayaraq, danışıqlar masasına oturmaq niyyətində deyil", - o əlavə edib.
2-04-2023, 16:26
Dördtərəfli görüşün iştirakçıları artıq Moskvadadır

Dördtərəfli görüşün iştirakçıları artıq Moskvadadır

Aprelin 3-də Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbərlərinin müavinləri arasında danışıqlar aparılacaq. Bu barədə TASS məlumat yayıb. Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
2-04-2023, 16:21
Respublikaçıların yarıdan çoxu Trampı dəstəkləyir

Respublikaçıların yarıdan çoxu Trampı dəstəkləyir

ABŞ-da Respublikaçılar Partiyası üzvlərinin yarıdan çoxu hazırkı hakimiyyətin ona qarşı ittiham irəli sürmək niyyətinə baxmayaraq, 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməyə hazırdır. Bu barədə Böyük Britaniyanın "YouGov" şirkətinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub. Bildirilib ki, praymerizdə partiya tərəfdarlarının 52%-i Trampa səs verə bilər. Onu Florida qubernatoru Ron De Santis (21%) izləyir. Populyarlığa görə 3-cü yerdə isə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki sabiq nümayəndəsi Nikki Heyli (5%) qərarlaşıb. Eyni mövzuda keçirilən daha iki sorğuda da təxminən oxşar nəticələr ortaya çıxıb.
2-04-2023, 16:13
Avropa və ABŞ beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır - Volodin

Avropa və ABŞ beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır - Volodin

"Liviya, İraq, Suriya, Əfqanıstan, Yuqoslaviya və Ukraynada qan tökülməsinə və dağıntılara görə məsuliyyət daşıyan Avropa və ABŞ siyasətçiləri beynəlxalq məhkəmə qarşısına çıxarılmalı və öz layiqli cəzalarını almalıdırlar". Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün teleqram kanalında bildirib. "Donald Tramp çoxmilyonluq dələduzluqda ittiham olunur. ABŞ-ın keçmiş prezidentini cinayət təqibi gözləyir. Baydeni də gələcəkdə eyni aqibət gözləyə bilər. Kifayət qədər səbəblər var", - o əlavə edib.
2-04-2023, 16:09
Rusiyanın enerji asılılığından qurtula bilərik - Moldova prezidenti

Rusiyanın enerji asılılığından qurtula bilərik - Moldova prezidenti

Moldova 2 il ərzində Rusiyadan enerji asılılığından azad ola bilər. Bunu ölkə prezidenti Maya Sandu deyib. Prezident qeyd edib ki, ölkə artıq enerji müstəqilliyinin formalaşdırılması ilə məşğuldur və Rusiya qazından praktiki olaraq imtina edib. "Biz bərpa olunan enerji mənbələrinə, enerji səmərəliliyinə sərmayə qoymalıyıq. Bütün bunlar baş verir, bunu 6 aya etmək mümkün deyil, amma 2 ildən sonra, Kişinyov-Vulkanesti layihəsini başa çatdırsaq, biz enerjidə tam müstəqilliyə malik olacağıq”, - deyə o bildirib.
2-04-2023, 16:04
Geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər - Ohanyan

Geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər - Ohanyan

"Ermənistan güclü təhlükəsizlik sistemi, milli və beynəlxalq təminatlar formalaşdırmalıdır". Bunu ölkənin keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib. "Milli təminatlar ordu, iqtisadiyyat və birlik, beynəlxalq təminatlar isə güclü diplomatiya və danışıqlardır.Hərbi-siyasi vəziyyət indi elədir ki, geosiyasi hadisələr regiondakı vəziyyətə təsir edə bilər. Bundan Ermənistanın əleyhdarları istifadə edirlər", - deyə Ohanyan bildirib. O, Paşinyanın ordudakı “5-ci kolon”la bağlı dediklərinə də münasibət bildirib. Ohanyanın fikrincə, hakimiyyət öz məsuliyyət payını unudaraq bütün günahı silahlı qüvvələrin üzərinə yıxmağa çalışır.
2-04-2023, 16:00
Qar uçqunu 4 nəfərin həyatına soy qoydu

Qar uçqunu 4 nəfərin həyatına soy qoydu

Norveçin şimalında qar uçqunu nəticəsində 4 nəfər ölüb. Ölənlərdən biri sloveniyalı və biri isə italiyalı turistdir. Dövlət rəsmiləri həyatını itirən turistlərin xizək sürmək üçün bölgəyə getdiyini açıqlayıb. Bir nəfərin qar uçqunu nəticəsində ağır yaralandığı bildirilir. Qar uçqunu zamanı bir evin dənizə sürüşdüyü və bölgədə bir çox yolun nəqliyyata bağlandığı qeyd olunur. Hökumət sakinlərə qapalı əraziləri tərk etməmək barədə xəbərdarlıq edib.
2-04-2023, 01:24

2-04-2023, 00:08

2-04-2023, 00:05
İranın iqtisadi vəziyyəti iğtişaşlara səbəb ola bilər

İranın iqtisadi vəziyyəti iğtişaşlara səbəb ola bilər

İran hökumətinin təklif etdiyi yeni büdcə real deyil və 400 trilyon tümənə yaxın büdcə kəsiri olacaq. Bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib. O qeyd edib ki, hökumət alternativ mənbə tapmasa, büdcə kəsirini xalqın cibindən götürməli olacaq. "Bu isə kəskin inflyasiya və bahalığın şiddətlənməsi ilə nəticələnəcək”, - deputat xəbərdarlıq edib. Qeyd edək ki, İranda iqtisadi böhran hökm sürür. Müxtəlif hesablamalara görə, əhalinin 80%-i artıq yoxsulluq həddində yaşayır. Ekspertlər hesab edirlər ki, iqtisadi vəziyyət potensial sosial iğtişaşlara səbəb ola bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!