Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                       
2-04-2023, 00:01
Portuqaliyanı etiraz dalğası bürüdü


Portuqaliyanı etiraz dalğası bürüdü

Portuqaliyanın paytaxtı Lissabon şəhərində və ölkənin digər bölgələrində minlərlə insan küçəyə çıxıb. Bu barədə "Reuters" agentliyi yazıb. Aksiya iştirakçıları ölkədə yaşanan mənzil böhranına etiraz edir. Bildirilir ki, Lissabonda kirayə qiymətləri 2015-ci ildən bəri 65% artıb və bu dövrdə satış qiymətləri 137% artıb. Vəziyyət xüsusilə gənclər üçün ağırdır. Məlumata görə, Lissabonda bir otaqlı mənzilin kirayə qiyməti orta hesabla təxminən 1350 avro təşkil edir. Qeyd edək ki, Portuqaliya Qərbi Avropanın ən kasıb ölkələrindən biridir, hökumətin verdiyi məlumata əsasən, işçilərin 50%-dən çoxu keçən il ayda 1000 avrodan (1084 dollar) az pul qazanıb. Ölkədə aylıq minimum əmək haqqı 760 avrodur. Xatırladaq ki, bundan əvvəl Almaniya, Fransa və Britaniyada genişmiqyaslı etiraz aksiyaları keçirilib.
1-04-2023, 23:59
Tornado qurbanlarının sayı 18 nəfərə çatdı


Tornado qurbanlarının sayı 18 nəfərə çatdı

ABŞ-ın bir neçə ştatında baş verən tornado ən azı 18 nəfərin həyatına son qoyub. Bu barədə CNN telekanalı məlumat yayıb. Tennessi ştatında 7 nəfər, Arkanzas ştatında 4 nəfər, İndiana ştatında 3 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.
1-04-2023, 23:57
İran silkələndi


İran silkələndi

İranın Fars vilayətinin Mehr şəhərindən 29 kilometr cənub-şərqdə zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 5.1 bal gücündə qeydə alınan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat açıqlanmayıb.
1-04-2023, 23:55
Suriya XİN başçısı vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə getdi


Suriya XİN başçısı vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə getdi

Suriyanın xarici işlər naziri Faysal Mekdad 2011-ci ildə vətəndaş müharibəsindən sonra ilk dəfə Misirə səfər edib. O, Qahirədə misirli həmkarı Sameh Şükri ilə görüşüb. "Reuters" agentliyi bildirir ki, səfərin məqsədi Misir və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Suriyanın Ərəb Liqasına üzvlüyünü bərpa etməkdir. Ərəb Liqası 2011-ci ildə Suriyanın üzvlüyünü dayandırıb və bir çox ərəb dövlətləri öz səfirlərini Dəməşqdən çıxarıb.
1-04-2023, 23:51
Zelenski fransalı həmkarıyla “sülh formulu”nu müzakirə etdi


Zelenski fransalı həmkarıyla “sülh formulu”nu müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb. Bu barədə Zelenski özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, telefon danışığı 1 saat davam edib. Liderlər Ukrayna və Fransa arasında müdafiə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər. "Cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulunun həyata keçirilməsi üçün addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - Zelenski deyib.
1-04-2023, 23:45
Zelenski bu ölkələrə sanksiya tətbiq etdi


Zelenski bu ölkələrə sanksiya tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyaları təsdiq edib. Bu barədə Ukrayna Prezidentinin saytında məlumat yayılıb. Hazırda Ukraynada fəaliyyət göstərən və mühərrik istehsalı ilə məşğul olan "Motor Siç" şirkətinin keçmiş sədri Vyaçeslav Boquslayeva və Rusiya Maliyyə Nazirliyinə qarşı məhdudiyyətlər tətbiq edilib. Qeyd olunub ki, Rusiyadan olan 350-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar qüvvəyə minib. Rusiya Maliyyə Nazirliyi ilə yanaşı, Federasiya Şurasına da (parlamentin yuxarı palatası) sanksiyalar tətbiq edilib. Bundan əlavə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Cihad Araşdırma və Özünə Güvən Təşkilatı və səkkiz İran vətəndaşı da "qara siyahı"ya salınıb.
1-04-2023, 23:43
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi


Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:55
Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi


Finlandiyanın NATO-ya üzvlüyü rəsmi olaraq təsdiqləndi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiq edib. Qərar “Rəsmi Qəzet”də dərc olunub. Finlandiyanın Madriddə verdiyi vədləri yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub. Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmasına müsbət səs verib.
1-04-2023, 14:52
Rusiya Ukraynanın 9 vilayətini atəşə tutdu


Rusiya Ukraynanın 9 vilayətini atəşə tutdu

Ötən sutka Rusiya qoşunları Ukraynanın 9 vilayətində yüz yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində 7 nəfər ölüb, 12 nəfər yaralanıb. Rusiya ordusu ümumilikdə 100 yaşayış məntəqəsini müxtəlif növ silahlardan atəşə tutub.
1-04-2023, 14:46
Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi


Moldova prezidenti ukraynalı həmkarı ilə bir sıra məsələləri müzakirə etdi

Moldova Prezidenti Maya Sandu ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü barədə məlumat yayıb. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. O qeyd edib ki, görüş zaman enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsi və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyətlər müzakirə olunub. “Mən Ukrayna Prezidenti ilə gündəlikdə duran məsələləri, o cümlədən infrastrukturun modernizə edilməsi və genişləndirilməsi layihələri üzrə əməkdaşlığımızı, enerji təhlükəsizliyinin gücləndirilməsini müzakirə etdim. Həmçinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinin başlanması üçün səylərimizi daha yaxşı koordinasiya etmək barədə razılığa gəldik”, - deyə Sandu bildirib. Xatırladaq ki, Zelenski dünən moldovalı həmkarı, həmçinin Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə səfər edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!