23-11-2022, 15:27
Zəlzələyə görə məktəblər bağlandıTürkiyənin Düzce vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələ səbəbindən bir sıra vilayətlərdə məktəblər bağlanıb.
Butov.az xəbər verir ki, Düzce vilayətində, Zonguldakın Ereğli rayonunda, Boluda məktəblərdə təhsil birgünlük dayandırılıb. Daha sonra Sakarya valisi Çətin Oktay Kaldırım da məktəblərin bağlanması ilə bağlı ictimaiyyətə məlumat verib. "Düzcedə baş vermiş və şəhərimizdə hiss olunan zəlzələ ilə əlaqədar olaraq 23 noyabr 2022-ci il tarixində vilayət daxilindəki bütün təhsil müəssisələrində ehtiyat tədbirlərinə görə təhsil bir gün müddətinə dayandırılıb",-o deyib. Xatırladaq ki, Türkiyənin Düzce vilayətinin Gölyaka ərazisində 5,9 bal gücündə qeydə alınmış zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub.
23-11-2022, 15:15
Ukraynaya növbəti dəstək - Bu dəfə 4,5 milyardABŞ Ukraynaya 4,5 milyard dollarlıq yeni maliyyə yardımı ayırıb. Bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib. "Bu gün Birləşmiş Ştatlar əlavə 4,5 milyard dollarlıq birbaşa büdcə dəstəyi qrantlarını səfərbər edib. Bu vəsaitlər yaxın həftələrdə verilməyə başlayacaq və Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməklə, əsas dövlət xidmətlərini dəstəkləməklə Rusiyanın qeyri-qanuni müharibəsindən müdafiə etməyə kömək edəcək", - deyə Yellen deyib. Nazir bildirib ki, vəsait xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarına, həmçinin pensiyalara yönəldiləcək. ABŞ maliyyə nazirinin sözlərinə görə, yeni yardım paketi Ukraynanın ümumi birbaşa büdcə dəstəyini 13 milyard dollara çatdıracaq.
23-11-2022, 15:10
Türkiyəyə yenə raket zərbələri endirildiSuriyanın şimalında yerləşən PKK/YPG terrorçuları Türkiyə ərazinə raket zərbələri endirib. Bu gün Türkiyə ərazisinə 3 raket düşüb. Raketlərin boş əraziyə düşdüyü bildirilib. Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
22-11-2022, 21:58
Krımda həyəcan - Müdafiə sistemləri işə salındı Bu gün Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Bu barədə Rusiyanın təyin etdiyi Krım "nümayəndəsi" məlumat yayıb. İddia edilir ki, Krımın Sevastopol şəhərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub. Qeyd edək ki, Sevastopol Rusiyanın Qara dəniz donanmasının qərargahıdır. Rusiya ötən ay Ukraynanı Krıma hücum etməkdə ittiham edərək "taxıl sazişindən" çəkildiyini açıqlayıb. Daha sonra danışıqlar nəticəsində Moskva sazişə yenidən qayıtdı.
22-11-2022, 21:27
Ərdoğandan terroru dəstəkləyənlərə xəbərdarlıq“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edib: “Terrorçular bu dəfə də sivil insanları hədəf aldılar. 4 yaşlı körpə, 22 yaşlı müəllim şəhid oldu”. Ərdoğan onu da bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.
22-11-2022, 21:03
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıbİranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb. Dərslər və təlimlər virtual keçiriləcək. Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər. Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.
22-11-2022, 13:47
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıbİranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb. Dərslər və təlimlər virtual keçiriləcək. Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər. Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.
22-11-2022, 13:46
İranda 40-dan çox xarici vətəndaş həbs edilibİranda hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox xarici ölkə vətəndaşı həbs edilib. Bu barədə İranın Məhkəmə Sisteminin səlahiyyətli nümayəndəsi Məsud Setayeşi bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Lakin onlar haqqında məlumatlar açıqlanmayıb. Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.
22-11-2022, 13:44
70-dən çox gəmi Ukraynaya giriş icazəsi gözləyir
90 min 428 ton taxıl və digər ərzaq məhsulları daşıyan üç gəmi Ukrayna limanlarını tərk edib, daha 76 gəmi isə limanlara daxil olmaq üçün icazə gözləyir. Bu barədə Odessanın regional hərbi administrasiyasının nümayəndəsi Sergey Bratçuk bildirib. Onun sözlərinə görə, hazırda 76 gəmi Ukrayna limanlarına daxil olmaq üçün icazə gözləyir, yüklənən 33 gəmi isə təyinat nöqtəsinə getmək üçün Türkiyənin ərazi sularında baxışdan keçməyə hazırlaşır. Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatına əsasən, “taxıl dəhlizi” əməliyyatının davam etdiyi müddət ərzində ölkədən 12 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edib.
22-11-2022, 13:38
12 nəfərin başını qılıncla kəsib edam etdilərSəudiyyə Ərəbistanında son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam ediblər. Edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıb. "Reprieve" insan haqları təşkilatı bəyan edib ki, Səudiyyə rəhbərliyi dünyanın diqqətinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatına yönəlməsindən istifadə edərək edamları həyata keçirib. İddialara əsasən, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə dünyanın gündəminə gəlmişdi.