6-01-2023, 15:40
Zelenski Rusiyanın atəşkəs elanına inanmayanlar sırasındadırUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs təklifinə münasibət bildirib. Bu barədə o, gecə videomüraciəti zamanı danışıb. Ukrayna lideri hesab edir ki, Putin atəşkəs bəhanəsi ilə Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlaşır. Zelenskinin sözlərinə görə, Rusiya təmas xəttində öz mövqelərini möhkəmləndirmək üçün atəşkəs rejimindən istifadə etmək niyyətindədir. “Onlar Donbasda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbərlik qüvvələrini mövqelərimizə yaxınlaşdırmaq üçün Milad bayramından pərdə kimi istifadə etmək istəyirlər", - deyə Zelenski vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 15:38
Bayden Putinin atəşkəs qərarına inanmadığını qeyd etdiABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynada atəşkəs elan etməsinə münasibət bildirib. O, jurnalistin sualına cavab olaraq Rusiya Prezidenti Vladimir Putinin atəşkəs istədiyinə inanmadığını vurğulayıb. "Mən Putinin dediklərinə cavab vermək istəmirəm. Maraqlıdır ki, o, xəstəxanaları, uşaq bağçalarını və kilsələri bombalamağa hazır idi... Dekabrın 25-də və Yeni ildə... Məncə, o, bir az oksigen tapmağa çalışır", - Amerika lideri deyib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 15:34
Şarl Mişel Rusiyanın atəşkəs elanına münasibət bildiribAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs qərarına inanmadığını bildirib. Bu barədə o, özünün "Twitter" hesabında yazıb. “Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlülüdür”, - siyasətçi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:32
Ərdoğan keçən ilin ən uğurlu siyasətçisidir - Rusiya mətbuatıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırıla bilər. Bu barədə Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazıb. Nəşr qeyd edib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanmasından bəri o, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayır, bundan həm siyasi, həm də xeyli iqtisadi dividendlər əldə edib. Məqalədə deyilir ki, Ərdoğan uzun müddət həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır. "Məsələn, bundan əvvəl o, NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyanın S-400 raket sistemlərini alıb və rusiyalı həmkarı Vladimir Putinlə Suriyada təsir zonalarını yenidən bölüşdürüb. Paralel olaraq, Türkiyə lideri ABŞ-la F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparıb, həmçinin "Bayraktar" PUA-larını Ukraynaya satıb" - deyə məqalədə bildirilir.
6-01-2023, 00:29
Peskov Podolyakın bəyanatına münasibət bildirdiRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın bəyanatına münasibət bildirib. Peskov Podolyakın atəşkəs barədə açıqlamasının Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini ifadə etdiyinə şübhə ilə yanaşdığını deyib. "Podolyakın Ukrayna prezidentinin fikrini ifadə edib-etmədiyini mühakimə etmək bizim üçün çətindir", - Putinin mətbuat katibi deyib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.
6-01-2023, 00:27
BMT-nin baş katibi Putinin atəşkəslə bağlı addımını alqışladıBMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəsi alqışlayır. Bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib. "Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - BMT rəsmisi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:24
Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisiUkrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib. "Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
6-01-2023, 00:21
Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdıUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb. Bu barədə Podolyak "Twitter" hesabında yazıb. O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. "Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:18
Ukraynada atəşkəs elan edildiRusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:15
Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb olduRusiya ordusu Ukraynanın Xerson vilayətinə aviazərbələr endirib. Mərmilər vilayətin Berislav şəhərinə düşüb. Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, mərmilərdən biri yaşayış binasına dəyib, nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub. “Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onlar sadəcə ukraynalıdır”, - Kiril Timoşenko qeyd edib.