Sarkisyan və Köçəryana təklif edirəm: siyasətdən getsinlər! - Rubinyan .....                        Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət .....                        Təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı .....                        Dövlət qulluğuna qəbul imtahanlarına hazırlaşan namizədlərin nəzərinə .....                        Rusiyaya xəbərdarlıq edildi: “Vuracağıq” .....                        Tramp Qəzza üçün yeni plan hazırlayıb - TƏFƏRRÜAT .....                        Prezidentin BMT-dəki çıxışı - TAM MƏTN .....                        Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq .....                        Gəlin, birlikdə ədalətin selektiv olmadığı bir dünya quraq - PREZİDENT .....                       
20-10-2022, 14:27
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı


Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.
20-10-2022, 14:22
İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi


İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi

Böyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.
20-10-2022, 14:14
Britaniyanın daxili işlər naziri istefa verdi


Britaniyanın daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib. Bu barədə BBC agentliyi məlumat yayıb. Bildirilir ki, o, şəxsi elektron poçtundan rəsmi sənəd göndərərək təhlükəsizlik qaydalarını pozub. DİN rəhbəri istefa məktubunda səhvə yola verdiyini etiraf edib: “Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm".
19-10-2022, 20:29
Putin işğal olunan 4 regionda hərbi vəziyyət elan etdi


Putin işğal olunan 4 regionda hərbi vəziyyət elan etdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin 4 yeni regionunda hərbi vəziyyətin elan olunması haqqında fərman imzalayıb. Bu barədə Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bildirib. Putin deyib ki, söhbət 30 sentyabrdan etibarən Rusiya ərazisinə daxil edilən Donetsk və Luqansk Xalq Respublikalarından, Zaporojya və Xerson vilayətlərindən gedir:"Mən Rusiya Federasiyasının bu dörd subyektində (DNR, LNR, Zaporojye və Xersonda) hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım. Fərman dərhal Federasiya Şurasına və Dövlət Dumasına təsdiq üçün göndəriləcək. Qərar barədə məlumat veriləcək".
19-10-2022, 20:27
Ərdoğan qaz məsələsində Putinlə razılığa gəldi


Ərdoğan qaz məsələsində Putinlə razılığa gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə qaz qovşağı ilə bağlı razılığa gəldiyini bildirib. Ərdoğanın qeyd etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər. Türkiyə lideri bu barədə partiyasının parlamentdəki toplantısında bildirib:"İndi Avropa qarşıdan gələn qış dövründə özünü enerji ilə necə təmin edəcəyini düşünür. Allaha şükürlər olsun ki, bizdə belə bir problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağı yaratmağa razılaşdıq. Onun bəyan etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər”. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər. Rusiya lideri bu ideyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Onlar məsələni ətraflı və tez bir zamanda həll etməyi tapşırıblar.
19-10-2022, 19:52
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır


Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır

Türkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.
19-10-2022, 14:23
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır


Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır

Türkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.
19-10-2022, 14:11
Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu


Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 5 qanadlı raket və bir Su-25 hücum təyyarəsini vurub. Daha iki silah-sursat anbarı məhv edilib, bir sıra komanda məntəqəsi dağıdılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri düşmənə cəmi 24 aviasiya zərbəsi endirib, nəticədə qarşı tərəf itkilər verib.
19-10-2022, 13:58
İsrail Ukraynaya silah satmadığını  açıqladı


İsrail Ukraynaya silah satmadığını açıqladı

İsrail yalnız tibbi və humanitar yardımla məhdudlaşaraq Ukraynanı silahla təmin etməyib. Bu barədə İsrailin müdafiə naziri Beni Qans bildirib. "Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik" - nazir açıqlamasında deyib.
18-10-2022, 23:11
Ukrayna İranla diplomatik əlaqələri kəsir


Ukrayna İranla diplomatik əlaqələri kəsir

Ukrayna ilə İran arasında diplomatik münasibətlər kəsilir. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib."İran pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturuna çoxsaylı dağıntıları, xalqımıza vurduğu ölüm və iztirabları, habelə İranın Rusiyaya silah tədarükünün mümkün davam etməsi ilə bağlı yayılan xəbərləri nəzərə alaraq, Prezidentə İranla diplomatik münasibətləri kəsmək təklif edilib", - XİN rəhbəri bildirib. Kuleba, həmçinin əlavə edib ki, Ukrayna heç vaxt İran əleyhinə mövqe tutmayıb: "İran təcavüz cinayətinin iştirakçısına çevrildikdən sonra bu gün biz çox aydın və dürüst mövqe tutacağıq. Əgər İran Rusiyanı silahla təmin etməyi dayandırarsa, biz münasibətlərin bərpasından danışacağıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!