Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        Qaçdığı deyilirdi, ölkəsinə qayıtdı .....                        Azərbaycanda bu avtobuslarda gedişhaqqı 60 qəpik oldu - YENİ SİYAHI .....                       
12-11-2022, 21:25
Türkiyədən Aİ-yə Şimali Kiprlə bağlı etiraz


Türkiyədən Aİ-yə Şimali Kiprlə bağlı etiraz

Türkiyə Avropa İttifaqının Şimali Kiprlə bağlı açıqlamasına etiraz edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilməsinə dair açıqlamasını rədd edirik", - bəyanatda deyilir. Türkiyə XİN bildirib ki, Şimali Kiprin müşahidəçi olması haqqında qərar 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının sammitində yekdilliklə qəbul edilib: Kiprli türklər Türk Dünyasının tərkib hissəsidir, Türk dövlətləri ilə münasibət qurmaq və inkişaf etmək onların təbii hüquqdur".
12-11-2022, 21:22
Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı


Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı

ABŞ prezidenti Co Bayden Kambocanı Kolumbiya ilə səhv salıb. Bu barədə "Reuters" agentliyi bildirib. Kambocada keçirilən ASEAN sammitində çıxış edən Bayden Kamboca əvəzinə Kolumbiyanın adını çəkib. “İndi biz burada, Kambocada yenidən bir yerdəyik, ümid edirəm ki, biz əldə etdiyimizdən daha çox irəliləyiş əldə edəcəyik və mən Kolumbiyanın baş nazirinə təşəkkür etmək istəyirəm”, - o bildirib. Bayden çıxışı zamanı Kambocanın baş naziri Hun Seni nəzərdə tuturdu.
12-11-2022, 21:20
"Rusiya silah arsenalından hələ tam istifadə etməyib"


"Rusiya silah arsenalından hələ tam istifadə etməyib"

Rusiya rus torpaqlarını qaytarmaqda davam edir. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb. O bildirib ki, Rusiya Silahlı Qüvvələri silah arsenalından hələ də tam istifadə etməyib. Medvedev qeyd edib ki, bu gün Rusiya gələcək dünya düzənini formalaşdırır.
12-11-2022, 21:17
Ukrayna ordusuna verilən silahların sayı açıqlandı


Ukrayna ordusuna verilən silahların sayı açıqlandı

2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələrinə 13,2 milyondan çox hərbi texnika və silah verilib. Bu barədə UNN Ukrayna Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat verib. Bu rəqəmə alınan raketlər, artilleriya sistemləri və döyüş sursatları da daxildir. Hesabata Ukrayna istehsalı olan silahlar, xüsusilə "Korsar" və "Skif" tank əleyhinə sistemlər, MiQ-29MU1 təyyarələri, Mi-8-MSB-V helikopterləri və "Neptun" sahil raket kompleksləri də əlavə edilib. Sənəddə deyilir ki, fevralda Ukraynada hərbi əməliyyatların başlandığı vaxt Ukrayna Silahlı Qüvvələrinin silahlanmasının yalnız 10%-i yeni və ya modernləşdirilmiş silahlardan ibarət olub.
12-11-2022, 18:00
Ukrayna Belarusla sərhədi minalayır


Ukrayna Belarusla sərhədi minalayır

Ukrayna hərbçiləri Belarusla sərhəd əraziləri minalayır. Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sərhədə yaxın ərazilərdə yerləşən infrastruktur obyektləri və yollar dağıdılır, hətta sərhədyanı yaşıllıq zonaları da minalanır. Xatırladaq ki, oktyabrın əvvəlində Belarus Dövlət Sərhəd Komitəsinin katibi Anatoliy Lappo Ukrayna tərəfinin Belarusla dövlət sərhədində müdafiə xəttini möhkəmləndirdiyini demişdi: “Müdafiə xəttini möhkəmləndirmək məqsədilə sərhəddə yerləşən körpülər partladılır, yollar minalanır”.
12-11-2022, 17:56
Sazişin bərpasından sonra daşınan taxılın həcmi açıqlanıb


Sazişin bərpasından sonra daşınan taxılın həcmi açıqlanıb

Türkiyə Müdafiə Nazirliyi 2 noyabrdan – saziş bərpa olunandan bu yana Ukrayna ilə olan taxıl mübadiləsini açıqlayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat yayılıb. “Taxıl daşınmaları sazişinin bərpasından sonra ümumilikdə Ukrayna limanına 51 gəmi gedib. 21 gəmi isə limandan çıxış edib. Bu günə qədər daşınan taxıl miqdarı 10 milyon 315 min ton həddini keçib”, – məlumatda bildirilib.
12-11-2022, 17:52
ABŞ Ukrayna-Rusiya danışıqlarının başlanmasını istəyir, amma bir şərtlə...


ABŞ Ukrayna-Rusiya danışıqlarının başlanmasını istəyir, amma bir şərtlə...

Amerika Birləşmiş Ştatlar yaxın vaxtlarda Ukrayna ilə bağlı danışıqların başlayacağına ümid edir, lakin hesab edir ki, Kiyev bunun şərtlərini müəyyən etməlidir. Bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib. "Biz ümid edirik ki, nə vaxtsa, gələcəkdə danışıqlar olacaq", - o deyib və əlavə edib ki, ABŞ Volodimir Zelenskidən "danışıq masası arxasında oturmaq üçün şərtlər" qoymasını istəyir. Onun sözlərinə görə, Rusiya Federasiyası “istəsə, sabah” böhrana son qoya bilər. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərti yoxdur, lakin Kiyev xoşməramlılıq nümayiş etdirməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ilə danışıqlar məsələsini şərh edərkən bildirib ki, Kiyev və onun kuratorları danışıqlara ehtiyac duymur, onların məqsədi dağıdıcıdır. Kreml bildirib ki, Rusiya Federasiyası bütün təmaslara açıqdır, lakin Ukrayna hər hansı ilkin şərt irəli sürməməlidir. Ukrayna prezidenti Zelenski isə deyib ki, onun bir sıra şərtləri var: Rusiya işğal etdiyi bütün əraziləri, o cümlədən Krım yarımadasını boşaltmalıdır.
12-11-2022, 17:49
Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi


Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Kiyevə göndərdiyini açıqlayıb. Ukraynaya göndərilən Avenger hava hücumundan müdafiə sistemi ən güclü masir silah növlərindən biri sayılır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yerli istehsal olan 4 ədəd Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini bəyan edib. Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır. Humvee avtomobili üzərinə quraşdırlmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir. Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.
12-11-2022, 17:47
Danışıqların təfərrüatını müxalifətlə bölüşməyə hazıram - Paşinyan


Danışıqların təfərrüatını müxalifətlə bölüşməyə hazıram - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesinin təfərrüatlarını müxalifətdən olan deputatlarla bölüşməyə və müzakirə etməyə hazır olduğunu bildirib. Butov.az xəbər verir ki, Nikol Paşinyan müxalif deputatların parlamentin işini boykot etməsinə də toxunub və bunu normal proses kimi qiymətləndirib. Paşinyan vurğulayıb ki, parlamentin iclaslarında iştirak edib-etməmək müxalifətin hüququdur. “Məlumat paylaşmaq və danışıqlar prosesinin nüanslarını müzakirə etmək istəyim qüvvədə qalır. Əminəm ki, danışıqlar prosesi ilə bağlı məlumatla tanış olduqdan sonra bu, heç kimə deməyə əsas verə bilməz ki, biz Ermənistan Respublikasının maraqlarına zidd olan hər hansı hərəkət etmişik”, - Paşinyan bildirib.
12-11-2022, 17:43
“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt açıqlama


“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb: "Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Və Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!