31-08-2022, 14:27
“Qazprom” Fransanı qazsız qoyduRusiyanın "Qazprom" şirkəti Fransanın ən böyük təchizatçısı olan “Engie”yə qaz tədarükünü dayandırıb. Bu barədə "Qazprom" rəsmi açıqlama yayıb. Buna səbəb kimi şirkətin iyul ayı üzrə tədarük məbləğini tam ödəmədiyi əsas gətirilib. “Qazprom”dan bildirilib ki, avqustun 30-da iş gününün sonuna kimi “Engie”dən tələb olunan məbləğin hamısı alınmayıb. Sentyabrın 1-dən hesaba pul daxil olana qədər şirkət Fransaya qaz verməyəcək.
31-08-2022, 14:14
İraqın Baş naziri istefaya gedirİraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər. Bu barədə o, özü mediaya açıqlamasında bildirib. Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək. Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb. Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub.
31-08-2022, 14:06
Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır
Ukraynanın bərpası üçün 800 milyard dollara qədər vəsait lazım olacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Hər şeyi bərpa etmək üçün 600-800 milyard dollara ehtiyac var”, - deyə Zelenski qeyd edib. O, həmçinin təhsil, liman, nəqliyyat və yaşayış infrastrukturunun bərpasına diqqət yetirməyi təklif edib.
31-08-2022, 14:04
Tayvan Çin PUA-sına atəş açdı Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Bu barədə “Focus Taiwan” məlumat yayıb. Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
31-08-2022, 14:02
Ağ ev: İran Rusiyaya PUA-lar göndərib ABŞ administrasiyası Rusiyanın İrandan “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatları aldığını düşünür. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. “Bizim qiymətləndirməmizə görə, Rusiya avqustda bir neçə gün ərzində İrandan PUA-lar alıb", - deyə o qeyd edib. Ağ ev rəsmisinin sözlərinə görə, bu, ilkin tədarüklərdir, lakin davamı da olacaq.
31-08-2022, 14:01
Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldıRusiya parlamentinin keçmiş deputatı, “Ədalətli Rusiya” siyasi partiyasının üzvü İlya Ponomaryov haqqında cinayət işi açılıb. Bu barədə TASS məlumat yayıb. Keçmiş deputat Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Hazırda Ukraynada yaşayan sabiq deputat haqqında qiyabi həbs qərarı verilib. Rusiyada axtarışda olan Ponomaryov 2014-cü ildə parlamentdə Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra deputat təzyiqlərə məruz qalıb.
30-08-2022, 20:42
Zelenski MAQATE rəhbəri ilə görüşdü Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb. Bu barədə CNN Zelenskinin ofisinə istinadən məlumat yayıb. Görüş zamanı nələrin müzakirə edildiyi açıqlanmayıb, görüş MAQATE missiyasının Ukraynaya səfəri çərçivəsində keçirilib. Avqustun 29-da Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası Zaporojye Atom Elektrik Stansiyasını yoxlamaq üçün Ukraynaya gedib. Yoxlama avqustun 31-dən sentyabrın 3-dək aparılacaq.
30-08-2022, 20:37
Paşinyan Brüsselə getdiErmənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə səfərə gedib.
Butov.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü planlaşdırılır.
30-08-2022, 20:34
Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri görüşüb.
Butov.az bildirir ki, görüşdən sonra İttifaqın baş diplomatı Jozep Borrell mətbuata açıqlama verib. O deyib ki, təşkilatın Ukraynaya hərbi yardım missiyasının yaradılması üçün işə başlamaq barədə razılığa gəliblər. “Deyə bilərəm ki, bütün üzv dövlətlər Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərini müəyyən etmək üçün lazım olan işlərə başlamaq barədə razılığa gəlib”, - deyə Borrel qeyd edib.
30-08-2022, 20:27
Çin Kommunist Partiyasının qurultayı çağırıldıOktybarın 16-da Çin Kommunist Partiyasının (ÇKP) 20-ci qurultayı keçiriləcək. Bu barədə Çinin dövlət mediası məlumat yayıb. Qurultaya Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpinin sədrlik edəcəyi bildirilir. Qurultayın “Çin xüsusiyyətlərinə malik böyük sosializm bayrağı” altında, Mao Tszedunun ideyaları və Den Syaopinin nəzəriyyələri əsasında keçiriləcəyi qeyd edilir. Hazırda partiya strukturları konfransın təşkili ilə bağlı iş aparır. Si Cinpinin yenidən Cin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçiləcəyi gözlənilir.