8-11-2022, 20:18
Avropa İttifaqından Ermənistana məsləhət: buna hazır olun!Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bugünlərdə gerçəkləşən İrəvan səfəri kifayət qədər hadisəli olub. Bu barədə Ermənistanın “Past” qəzeti yazıb. “Diplomatik mənbəmizin bildirdiyinə görə, Avropa İttifaqı Klaara danışıqlarda iştirak edən tərəflərlə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair “Brüssel paketi” üzərində işləmək səlahiyyəti verib və regional səfər də məhz bu mövzuya aid idi. Əldə etdiyimiz məlumata görə, Toivo Klaar Ermənistan hakimiyyətinə “Brüssel paketi”nə müəyyən dəyişikliklərin istisna edilmədiyini çatdırıb. Lakin söhbəti konkret nədən getdiyini açıqlamayıb”, - deyə adıçəkilən nəşr qeyd edib. Qəzetin bildirdiyinə görə, Aİ-nin xüsusi nümayəndəsi parlamentin hakim fraksiyası ilə ayrıca müzakirə aparıb və qeyd edib ki, Ermənistan-Azərbaycan razılaşması ərəfəsində bu mövzu ətrafında “ictimai konsensus” üçün parlament dinləmələrinin keçirilməsi zərurəti yarana bilər. Məlumata əsasən, bu məsələ hakim iqtidarın nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Deputatlar Klaara bunun çox həssas mövzu olduğunu çatdırıblar, ictimai reaksiyanın kifayət qədər sərt olduğuna və bu mövzuda müzakirələrin çətinlik yarada biləcəyinə eyham vurublar. Bununla belə, avropalı diplomat qeyd edib ki, o, mövzunun həssaslığından xəbərdardır, lakin demokratiya nöqteyi-nəzərindən bu, vacib prosesdir, ona görə də onlar mümkün müzakirələrə hazır olmalıdırlar.
8-11-2022, 16:38
ABŞ-da kritik səsvermə başlayıb: Bayden Trampa uduza bilər...Bu gün ABŞ-da keçirilən aralıq seçkilərdə səsvermə başlayıb. Bu seçkilər nəticəsində Amerika Konqresində Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də Senatın üçdə biri seçiləcək. Bundan başqa, əksər ştatlarda qubernatorlar müəyyənləşəcək. Amerikalı seçicilərin əhəmiyyətli hissəsi artıq vaxtından əvvəl - poçt vasitəsilə və ya belə imkanı verən ayrı-ayrı seçki məntəqələrində səs verib. Ümumilikdə, aralıq seçkilərdə artıq 42 milyondan çox insan səs verib ki, onların da əksəriyyəti (45%) Demokrat Partiyasının namizədlərini dəstəkləyir. ABŞ-ın hazırkı prezidenti Co Bayden də oktyabrın 29-da Delaver ştatının Uilminqton şəhərində erkən səs verib. Qeyd edildiyi kimi, amerikalılar Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) 435 üzvünün hamısını və Senatın (yuxarı palata) 100 üzvündən 35-ni seçməli olacaqlar. Həmçinin, 50 ştatdan 36-da qubernator seçkiləri keçiriləcək. Bundan əlavə, onların əksəriyyətində yerli administrasiyaların əsas nümayəndələrinin seçkiləri keçiriləcək. Proqnozlara görə, respublikaçılar Konqresin hər iki palatasında öz təmsilçiliyini artıra bilərlər ki, bu da onlara Demokratlar Partiyasından olan prezidentin qanunvericilik təşəbbüslərini əngəlləmək imkanı verəcək. Hazırda Konqresin Nümayəndələr Palatasında Demokratlar 220 yer, respublikaçılar 212 yer tutur, 3 yer boş qalır. Senatda demokratların 48 yeri var, lakin 2 müstəqil senator həmişə onların tərəfinə səs verir, respublikaçılar 50 yer tutur. ABŞ Konstitusiyasına görə, Senatda səslərin bərabər bölünməsi halında ABŞ-ın vitse-prezidentinin səsi həlledici sayılır. Bu postu demokrat Kamala Harris tutur. Proqnozlara görə, Respublikaçıların Konqresin hər iki palatasına nəzarəti ələ keçirmə şansı 53%, Demokratlar üçün eyni nəticənin şansı 16%-dir. Demokratların Nümayəndələr Palatasında uduzması müqabilində Senata nəzarəti ələ keçirmə şansı 30% təşkil edir.
8-11-2022, 16:32
Rusiya tərəfi Zelenskinin şərtlərini fantastik hesab etdiUkrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlar aparması üçün qoyduğu şərtlər fantastikdir. Bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik deyib. Ukrayna lideri danışıqların şərtlərini Qərb mediasının “Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi” xəbərindən sonra açıqlayıb. "Zelenskinin şərtləri demaqogiyadır və qeyri-müəyyən ifadələrlə zəngindir", – rusiyalı deputat vurğulayıb. Onun sözlərinə görə, ABŞ Ukrayna rəhbərliyinə göstərişlər verməkdə davam edir, lakin eyni zamanda, Zelenskinin elan etdiyi şərtlər real deyil.“Nə olursa olsun, Birləşmiş Ştatlar Ukrayna münaqişəsinə təsir etmək və Moskva ilə körpüləri yandırmamaq üçün Rusiya və Ukrayna arasında rabitə kanallarının saxlanmasının vacibliyini anlayır, çünki ABŞ Rusiya iləbirbaşa qarşıdurmaya girmək təhlükəsini anlayır”. Noyabrın 8-də Vladimir Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərtlərini açıqlayıb. “Bir daha: ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün itkilərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət”, - deyə Ukrayna dövlətinin başçısı qeyd edib.
8-11-2022, 16:30
Rusiya Ukraynanın 500 təyyarə və helikopterini məhv edibRusiya qoşunları fevralın 24-dən bəri 500-dən çox Ukrayna təyyarəsi və helikopterini məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib. “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 332 təyyarə, 171 helikopter, 2465 pilotsuz uçuş aparatı, 388 zenit-raket kompleksi, 6448 tank və digər zirehli döyüş texnikası, 884 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3563 sahə artilleriya silahı və minaatanlar, həmçinin 7127 ədəd xüsusi təyinatlı hərbi maşınlar məhv edilib”, - məlumatda deyilir.
8-11-2022, 16:17
Nensi Pelosi istefa anonsu verdiABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tutduğu vəzifədən istefa verə biləcəyini açıqlayıb.
Butov.az xəbər verir ki, siyasətçi qərarını oktyabrın 28-də San-Fransiskoda ailə üzvünə qarşı həyata keçirilən sui-qəsdlə izah edib. Qeyd edək ki, Nensi Pelosinin evdə olmadığı vaxtda yaşadığı evə edilən hücum zamanı onun əri Paul Pelosi xəsarət alıb.
8-11-2022, 16:05
Gürcülər dost və düşmən ölkələrin adını açıqladı - Rusiya, Ukrayna, Azərbaycan...Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Gürcüstanda apardığı araşdırmanın nəticəsinə görə, vətəndaşların əksəriyyəti siyasi və iqtisadi tərəfdaşlar kimi Avropa İttifaqını (48-51 faiz), ABŞ-ı (43-47 faiz), Ukrayna və Türkiyəni (16-28 faiz) gördüyünü bildirib.
Butov.az xəbər veriri ki, sorğunun nəticələrindəı Rusiya Gürcüstan üçün təhlükə hesab olunur. Gürcülərin 80-89 faizi Rusiyanı siyasi və ya iqtisadi təhlükə, yalnız 7 faizi siyasi tərəfdaş, 15 faizi isə iqtisadi tərəfdaş hesab edir. Sorğunun nəticəsinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün iqtisadi və siyasi tərəfdaşlar hesab olunurlar (onlar ilk onluğa daxildirlər), lakin aparıcı siyasi və iqtisadi tərəfdaşlar hesab edilmir. Tədqiqat göstərir ki, Gürcüstanda cəmiyyət ümumiyyətlə Qərb yönümlüdür. Bundan başqa, qonşularımızın Ukraynaya dəstəyi kifayət qədər yüksəkdir. Gürcülərin 24 faizi Ukraynanı Gürcüstanın siyasi, 19 faizi isə iqtisadi tərəfdaşı hesab edir.
8-11-2022, 15:51
Vardanyan Xankəndidə özünə komanda formalaşdırırNoyabrın 5-də Qarabağ separatçılarının “dövlət naziri” kimi qondarma vəzifənin icrasına başlayan Rusiyanın erməni əsilli milyarderi Ruben Vardanyan Xankəndidə özünə komanda formalaşdırır. Bu barədə Vardanyanın özü Telegram kanalında bildirib. O qeyd edib ki, komandasına keçmiş separatçıların “dövlət nazirləri” Artak Beqlaryan və Qriqori Martirosyan, “Artsaxın keçmiş mədəniyyət və təhsil naziri” Narine Aqabalyan, Ermənistanın keçmiş sosial təminat naziri Mesrop Arakelyan və iş adamı Arman Hakobcanyan müşavir kimi daxil olacaqlar. Ruben Vardanyan komanda işini özlərinə prioritet məqsəd qoyan və buna nail olmaq üçün hər şeyi etməyə hazır olan belə insanların komandasına cəlb olunmasını son dərəcə vacib hesab edir. Vardanyanın yaxın günlərdə separatçıların “hökumətində” yeni təyinatalara imza atacağı gözlənilir.
8-11-2022, 15:43
Zelenski Rusiya ilə danışıqların şərtlərini açıqladıUkrayna prezidenti Volodimir Zelenski Qərb mediasının Kiyevin Rusiya ilə dialoqa sövq edilməsi barədə xəbərlərindən sonra Ukraynanın dialoqa başlamaq üçün şərtlərini açıqlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Putin prezident olduğu müddətdə Ukrayna Rusiya ilə heç bir danışıqlar aparmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski bu gün Telegram kanalında Kiyevin şərtlərini yazıb: "Bir daha qeyd edirəm: Ukraynanın ərazi bütövlüyünün bərpası, BMT Nizamnaməsinə hörmət, müharibənin vurduğu bütün zərərin ödənilməsi, hər bir hərbi cinayətkarın cəzalandırılması və bunun bir daha təkrar olunmayacağına zəmanət... Bunlar tamamilə başa düşülən şərtlərdir", - deyə Zelenski bildirib. Xatırladaq ki, “Vashington Post” qəzeti daha əvvəl yazmışdı ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna rəhbərliyindən Rusiya ilə danışıqlara açıqlıq nümayiş etdirməyi özəl olaraq xahiş edib. Amerikanın “The Wall Street Journal” qəzeti isə öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan son aylarda Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparıb. Nəşrin mənbələrinin məlumatına görə, danışıqların məqsədi Ukraynada münaqişənin gərginləşməsinin, o cümlədən nüvə silahından istifadə təhlükəsinin qarşısını almaq, həmçinin iki ölkə arasında açıq rabitə kanallarını saxlamaq olub. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, Rusiya Federasiyası Ukrayna ilə danışıqlara açıq qalır, lakin hazırda onları davam etdirmək üçün heç bir yol yoxdur, çünki Rusiya tərəfi ilə hər hansı danışıqların mümkünsüzlüyü Kiyevdə qanuna çevrilib.
8-11-2022, 03:03
Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb. “Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib. Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Podolyak bildirib, Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.
7-11-2022, 23:04
Ukrayna danışıqlardan imtina etmir - Podolyak şərtləri açıqladı Ukrayna Rusiya ilə danışıqlardan imtina etmir, amma ilk növbədə Moskva ən vacib işi görməli, qoşunlarını ərazimizdən çıxarmalıdır. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak özünün "Twitter" hesabında yazıb. “Başa düşmək lazımdır: Ukrayna heç vaxt danışıqlardan imtina etməyib. Bizim danışıqlarda mövqeyimiz məlum və açıqdır: 1. Öncə Rusiya Ukraynadan qoşunlarını çıxarır. 2. Sonra qalan şeylər edilir”, - Podolyak bildirib. Onun sözlərinə görə, Kiyev danışıqları qiymətləndirməkdə konstruktivdir. Podolyak bildirib, Putin danışıqlar masası arxasına oturmağa hazır deyil, bununla əlaqədar Rusiyanın növbəti prezidenti ilə danışıqlar aparmaq lazım olacaq.