7-11-2022, 23:02
Türkiyə taxıl sazişinin müddətini uzatmağı təklif etdiTürkiyə Ukrayna taxılının daşınmasını təmin edən müqavilənin uzadılmasını istəyir. Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb. O qeyd edib ki, rəsmi Ankara müddəti noyabrın 19-da bitəcək taxıl sazişinin daha bir il uzadılmasını təklif edib. “Ukrayna Türkiyə vasitəsi ilə Rusiyaya zəmanət verib ki, taxıl dəhlizi hərbi məqsədlə istifadə edilməyək. Biz sazişin müddətinin daha bir il uzadılmasını təklif edirik” – deyə Akar bildirib.
7-11-2022, 22:42
İrandan Norveçə etiraz - Səfir XİN-ə çağırıldıNorveçin Tehrandakı səfiri Sequal Heq İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə İran XİN rəsmi məlumat yayıb. Rəsmi Tehran Norveç parlament sədrinin İrana qarşı bəyanatları ilə əlaqədar səfirə etirazını bildirib. Norveç parlamentinin spikerinin İrandakı iğtişaşları dəstəkləyən açıqlamaları qəti şəkildə pislənilib.
7-11-2022, 22:38
Ukraynalıların 88%-i ölkənin Aİ-yə üzv olacağına inanırUkrayna vətəndaşlarının 88%-i ölkələrinin 10 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olacağına inanır. Bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sorğu keçirib. Sorğu ilhaq edilən Krım yarımadası və Rusiyanın işğal etdiyi digər Ukrayna əraziləri istisna olmaqla, bütün ölkə ərazisində keçirilib. Sorğuda 1000 respondent iştirak edib. Sorğunun nəticələrinə əsasən, hətta ağır döyüşlərin müşahidə olunduğu ölkənin şərqində də ukraynalılar Aİ-yə daxil olmağa nikbin baxırlar. Bu ərazidə respondentlərin 76 faizi Ukraynanın gələcəyini Aİ-də gördüklərini bildiriblər.
7-11-2022, 22:36
BRİCS təşkilatına daha bir ölkə qoşulmaq istəyirƏlcəzair BRİCS təşkilatına qoşulmaq üçün rəsmi müraciət edib. Bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin beynəlxalq tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Leyla Zerrouqui məlumat verib. "Rusiya və Çin Əlcəzairin qrupa qoşulmasını alqışlayır", - Zerrouqui deyib. BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu iqtisadi koalisiyadır. Təşkilat 2006-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində yaradılıb. "BRICS+Plus" formatına, həmçinin Əlcəzair, Argentina, Misir, İndoneziya, İran, Qazaxıstan, Kamboca, Malayziya, Seneqal, Tayland, Özbəkistan, Fici və Efiopiya daxildir. Əlcəzair BRİCS-ə qoşulmaq istəyən yeganə ölkə deyil. Oktyabrın 18-də Səudiyyə Ərəbistanı hakimiyyəti qrupa qoşulmaq istədiklərini açıqlayıb. İyunun sonunda Argentina və İran tərəfindən təşkilata qoşulmaq üçün ərizələr təqdim edilib.
7-11-2022, 22:28
İnanıram ki, Putin G20-də iştirak etməyəcək - Prezident İndoneziya prezidenti Coko Video Rusiya lideri Vladimir Putinin G20 sammitində iştirak etməyəcəyinə inanır. Bu barədə o, "Financial Times" qəzetinə müsahibəsində bildirib. Vidodo nəşrə açıqlamasında deyib ki, prezident Putinin iştirak etmədiyi halda Rusiya nümayəndələri Balidə keçiriləcək foruma dəvət olunacaqlar. O, həmçinin vurğulayıb ki, G20 siyasi forum olmamalı, sammit iqtisadiyyata və inkişafa həsr olunmalıdır.
7-11-2022, 22:26
Ukraynaya yeni müdafiə sistemləri verildi İspaniya "Aspide", ABŞ isə NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verib. Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov özünün "Twitter" hesabında məlumat yayıb. Nazir dəstəyə görə Norveç, ABŞ və İspaniyaya təşəkkür edib. "Bu silahlar Ukrayna ordusunu əhəmiyyətli dərəcədə gücləndirəcək və hava məkanımızı daha təhlükəsiz edəcək. Bizə hücum edən düşmənin hədəflərini məhv etməyə davam edəcəyik", - Reznikov yazıb.
7-11-2022, 22:24
Rusiya Ukraynaya 80 min döyüşçü göndəribRusiyada səfərbərliklə hərbi xidmətə cəlb olunan 80 minə yaxın şəxs Ukraynadakı döyüş bölgəsinə göndərilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. O, 50 min vətəndaşın döyüş əməliyyatlarında iştirak etdiyini açıqlayıb. “Hazırda bizim 50 min vətəndaşımız döyüş bölmələrindədir. Qalanları hələ döyüş əməliyyatlarında iştirak etmir. Digərləri təlim poliqonlarındadır”, - deyə Putin vurğulayıb.
7-11-2022, 16:36
Donetskdə dəmiryol vağzalına “HİMARS” mərmisi düşdüUkraynanın Donetsk şəhərindəki dəmiryol vağzalında güclü yanğın baş verib. Bu barədə “UNİAN” agentliyi məlumat yayıb. Bildirilib ki, ilk yanğınsöndürmə briqadası hadisə yerinə gələndə yanğının mənbəyinin ikinci mərtəbədə olması bilinib. Yanğına səbəb partlayış olub. Hadisədən dərhal sonra “DXR”-in administrasiya rəhbəri Aleksey Kulevzin dəmiryol vağzalına “HİMARS” zenit raket kompleksinin mərmisi düşdüyünü bildirib.
7-11-2022, 16:02
Xersonda Rusiyanın Su-25 təyyarəsi vurulduUkraynada Rusiyanın daha bir qırıcısı məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, bu gün Xersonda Rusiyaya məxsus Su-25 qırıcı təyyarəsi vurulub.
7-11-2022, 15:52
Etirazçılar İran bayrağını zibil qutusuna atıb yandırdılarİranın Mərivan şəhərində etirazçılar ölkənin dövlət bayrağını zibil qutusuna ataraq yandırıblar. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Görüntülərdə molla rejiminə etiraz edən sakinlərin “Xameneiyə ölüm olsun!” və “Diktatora ölüm olsun!” şüarları ilə bayrağı yandırması anı əks olunub. Qeyd edək ki, İranda sentyabrda başlayan etiraz aksiyaları bütün ölkə üzrə davam edir.