Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü .....                        "Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                       
26-01-2022, 13:01
Rusiyanın ölkəmizdəki səfirindən "3+3" açıqlaması

Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir. O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır.

M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.

Bütöv.az

26-01-2022, 12:59
Sarkisyanın istefasında iki əsas detal - Rusiyadan ÖZƏL ŞƏR

Yanvarın 23-də axşam saatlarında Ermənistan Prezidenti Armen Sarkisyan vəzifəsindən istefa verib. O, qərarını Prezident postunun Ermənistanın daxili və xarici siyasətinə təsir alətlərinin olmaması ilə izah edib. Sarksiyanın gözlənilməz istefası ilə bağlı müxtəlif versiyalar irəli sürülür, hesab olunur ki, erməni prezident baş nazir Nikol Paşinyanın təzyiqlərindən qurtulmaq üçün istefaya getməyə məcbur olub. Digər iddiaya görə, o siyasi meydandan uzaqlaşaraq biznes fəaliyyətini davam etdirmək məqsədilə siyasi rəhbərlikdən gedir. Bəs, Rusiyada Armen Sarkisyanın istefası barədə nə düşünürlər?

Rusiya siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki, tanınmış politoloq Mixail Neyjmakov açıqlamasında bildirib ki, A.Sarkisyanı istefaya sövq edən məsələlər əvvəlcədən planlaşdırılıb:

“Ermənistan Prezidenti Armen Sarkisyan xarici siyasət işində, xüsusən də Ermənistana xarici sərmayələrin cəlb edilməsi məsələlərində fəal iştirak edib. Amma Armen Sarkisyanı istefaya sövq edən məsələlər əvvəlcədən planlaşdırılıb. Bununla bağlı ən azı iki versiya var.

Birincisi budur ki, Nikol Paşinyanın komandası prezidenti dəyişməkdə maraqlı ola bilər. İkinci məsələ isə Armen Sarkisyanın özünün rəsmi İrəvanın yaxın vaxtlarda qəbul edəcəyi müəyyən qərarlarla əlaqələndirilmək istəməməsi ola bilər. Birinci versiyanı Sarkisyanın bəyanatındakı bəzi tezislərlə göstərmək olar ki, bu da ona təzyiq eyhamları kimi başa düşülür. Məsələn, “prezidentin imkanları müxtəlif siyasi qruplar tərəfindən onlar üçün təhlükə kimi qəbul edilir” ifadəsi hər şeyi sübut edir. Bundan əlavə, əgər Armen Sarkisyanın Ermənistandan kənarda olması ilə bağlı xəbərlər

həqiqətən də təsdiqlənərsə, (bunu ölkə parlamentinin deputatı qeyd edib-red) bu o, deməkdir ki, prezidentin Ermənistanın hüdudlarından kənarda qalması istəyi var”.

Rusiyalı politoloq, həmçinin qeyd edib ki, baş nazir Nikol Paşinyanın komandası üçün ölkədə etiraz fəallığının hələ nəzərəçarpacaq dərəcədə artmadığı indiki mərhələdə prezident dəyişikliyinə nail olmaq həqiqətən də faydalı oldu.

“Düzdür, Ermənistan prezidenti ümumxalq seçkilərində deyil, Milli Məclis tərəfindən seçilir, hətta onun səlahiyyətləri çox məhduddur. Lakin biz başqa ölkələrin təcrübəsindən bilirik ki, siyasi fəallığın yüksəliş mərhələsində hətta hakimiyyətin nüfuzlu olmayan şəxslərinə qarşı hərəkətlər etirazların artmasına səbəb ola bilər. Bu mənada Ermənistanın hazırkı baş naziri və onun komandası üçün ölkədə vəziyyətin nisbətən sakit olduğu bir vaxtda prezident dəyişikliyinə nail olmaq obyektiv baxımdan faydalıdır. Digər tərəfdən, Armen Sarkisyanın istefası yaxın aylarda veriləcək müəyyən qərarlardan uzaqlaşmaq niyyəti ola bilər.

Xatırladaq ki, 2020-ci ilin noyabrında o, üçtərəfli atəşkəs bəyanatını mətbuatdan öyrəndiyini qeyd etmişdi. Unutmayaq ki, Ermənistan Konstitusiyasının 132-ci maddəsinə uyğun olaraq, məhz prezident (hökumətin təklifi ilə də olsa) beynəlxalq müqavilələr bağlaya bilər. Bəlkə də o, belə sənədlərdən biri ilə bağlı uzaqlaşmaq istəyib. Həmçinin, istisna etmək olmaz ki, Ermənistanın səlahiyyət müddəti başa çatan prezidenti İrəvanla Moskva arasında gələcəkdə əldə oluna biləcək hər hansı razılaşmada rol almaq istəməyib.

Hər halda qeyd edək ki, Armen Sarkisyan həm istefa ilə bağlı açıqladığı bəyanatda, həm də “Sky News Arabia” telekanalına müsahibəsində İrəvan üçün mühüm qərarlar qəbul edərkən erməni diasporunun rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb. Ola bilsin ki, o, vəzifədən gedəndən sonra gələcəyini diasporadakı nüfuzlu şəxslərlə qarşılıqlı əlaqə ilə bağlayır. Həmçinin, onun istefası ərəfəsində aktiv xarici siyasət fəaliyyətini nəzərə alsaq, böyük ehtimalla biz onun vəzifədən getdikdən sonra da ictimai fəaliyyətini müşahidə edəcəyik. Digər bir məsələ də səhhətində problemin olmasıdır”, - deyə rusiyalı politoloq Armen Sarkisyanın istefası ilə bağlı prosesləri şərh edib.

Bütöv.az
25-01-2022, 20:06
“Trendyol”un işçiləri etiraz aksiyasına qoşuldu - VİDEO

Türkiyənin ən böyük onlayn alış-veriş platforması kimi tanınan “Trendyol”un çatdırılma xidməti olan “Trendyol Express”in əməkdaşları etiraz aksiyası keçirib.

Bütöv.az bildirir ki, etiraza səbəb işçilərin aşağı maaş artımı olub.
Bununla bağlı İki günlük tətil elan edən etirazçılar “Trendyol”un baş ofisinin önündə toplaşıblar. Hətta ölkədəki qeyri-sabit hava şəraiti də onlara əngəl olmayıb. Bildirilir ki, “Trendyol Ekspres” işçilərinin maaşları cəmi 11% artıb.

Şirkət rəhbərliyi isə mövzu ilə bağlı açıqlama verməyib.

25-01-2022, 15:07
Korotçenko: Prosses başlayır

Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.

Bu fikirləri Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər

ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”.

Bütöv.az
25-01-2022, 14:37
İstanbul aeroportunda uçuşların bərpa olunacağı TARİX AÇIQLANDI

Xəbər verdiyimiz kimi, güclü qar yağışı səbəbindən İstanbul hava limanında bütün uçuşlar ertələnib.

Bütöv.az bildirir ki, “Türk Hava Yolları”nın mətbuat katibi Yəhya Üstün sosial media hesabı üzərindən İstanbul aeroportunda reyslərin bərpa olunacağı vaxtı elan edib.
Yəhya Üstün qeyd edib ki, hava şəraiti səbəbindən THY-nin İstanbul hava limanından edilən uçuş əməliyyatları yanvarın 26-sı saat 00:00-dək təxirə salınıb.
25-01-2022, 14:29
İstanbulda dəhşətli mənzərə: Şəhərə girişlər bağlandı – VİDEO

İstanbulda aramsız qar ciddi fəsadlara yol açıb.

Bütöv.az verir ki, qar səbəbilə yollar bağlanıb. Minlərlə sürücü yollarda qalıb. İstanbulun nəqliyyat vasitələri ilə daha çox yüklənməməsi üçün şəhərə girişlər bağlanıb. İnsanlar ünvanlarına piyada getmək məcburiyyətində qalıb. İstanbul hava limanında reyslər təxirə salınıb.

Bir çox dövlət idarələrində və məktəblərdə işlər dayandırılıb.Metbuat.az


24-01-2022, 15:46
Mikrofonun açıq olduğunu unutdular: Danışdıqları gündəm oldu -  VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Qaziantepin bələdiyyə sədri Fatma Şahin arasındakı dialoq gündəm olub.

Bütöv.az xəbər verir ki, Qazintep Universitetində baş tutan açılış mərasimi zamanı dövlət başçısı bələdiyyə sədrindən “Rektordan şikayətiniz varmı?” deyə soruşub. Fatma Şahin isə “Çox pis, çox pis. Tam bir dəlidir” - deyə cavab verib.
Mikrofon açıq olduğuna görə, dialoq eşidilib.

20-01-2022, 13:09
Baş nazir: “Ərdoğan dediyini edən yeganə insandır...”

“Bir söz var: mən müsəlman deyiləm, katolikəm, həyat yoldaşım müsəlmandır. İstər Avropa İttifaqında olsun, istərsə də Albaniyada Türkiyə ilə aramızdakı münasibətlər heç kəsi narahat etməsin”.

Bütöv.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında Albaniya Baş naziri Edi Rama deyib.

Baş nazir Albaniyanın həmişə Türkiyə ilə yaxın əlaqələrinin olduğunu bildirib:

“Hər yer bağlı olanda da Albaniyanın Türkiyə ilə əlaqələri olub. Türkiyə ilə əlaqələr çox qədimlərə gedib çıxır. Cənab Prezident Ərdoğanla aramdakı münasibətə gəlincə, narahat olacaq bir şey yoxdur. Verilən şərhlərin hamısı gülüncdür. Bunu ancaq konspirasiya nəzəriyyəsi irəli sürənlər edirlər. Bununla belə, xüsusilə Avropa İttifaqı daxilində bu şərhləri ciddiyə alanlar da var. Bəzi şeylər var ki, onları pozmaq olmur. Prezident Ərdoğanın hökumətindən başqa bir ölkə tanımıram ki, bizim üçün xüsusi görüş təşkil edərək bizi dəstəkləsin. Ayrıca, Türkiyə Albaniyanı dövlət kimi tanıyan ilk ölkələrdən biridir. Bunu yanımdakı cənab (Ərdoğan) etdi.

Konspirasiya nəzəriyyəsi bir yana qalsın, Türkiyənin bölgədəki rolu dəyişməz və bənzərsizdir. Bu, şübhəsiz ki, çox konstruktiv roldur. Bu, sülhü təşviq edən konstruktiv roldur. Başda Türkiyə olmaqla prezidentin üstünə salınan kölgələr hamısı ssenaridir. Bunlar müxtəlif düşüncələrin ssenariləridir, reallığa uyğun gəlmir. Bu, mənim üçün imtiyazdır. Kiçik bir ölkənin baş naziri kimi Ərdoğanla bu qədər tez-tez görüşmək bir imtiyazdır. Onunla görüşlərimdə heç vaxt onu mənə dərs verən müəllim kimi görməmişəm”.

Edi Rama bildirib ki, Ərdoğanın mövqeyi heç vaxt onu çətin vəziyyətə salmayıb:

“Bizim belə bir münasibətimiz olmayıb. Əksinə, qarşılıqlı hörmət var. Bunlar vacib şeylərdir. Mənim üçün özəl gündür. Bu qədər açıq deməmişəm, beynəlxalq aləmdə çox da rast gəlinmir ki, həmişə xeyirxah işə “bəli” deyən liderlərlə görüşəsən, onları asanlıqla tapa bilməzsən. Əsl lider tapmaq asan deyil. Ərdoğan dediyini edən yeganə insandır”.
19-01-2022, 17:30
Türkiyədə neft kəməri partladı - VİDEO

Türkiyənin İraqla sərhədindəki Kahramanmaraş bölgəsindən keçən neft boru xəttində baş verən baş partlayış birjalara ciddi təsir göstərib.

Bütöv.az xəbər verir ki, neftin qiyməti son 7 ilin ən yüksək qiymətinə çatıb. Məlumata görə hazırda neftin qiyməti 90 dolları ötüb. Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 90,56 ABŞ dollarına çatıb.
Qeyd edək ki, partlayışdan sonra ərazidə güclü yanğın baş verib. Boru xəttinin fəaliyyətin müvəqqəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

19-01-2022, 17:25
Ərdoğan Ukraynaya səfərə yollanır

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik”, - deyə İbrahim Kalın vurğulayıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!