Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
1-03-2023, 20:50
İrəvan rəsmi Bakının cavabını gözləyir - Paşinyan


İrəvan rəsmi Bakının cavabını gözləyir - Paşinyan

"İrəvan sülh müqaviləsi layihəsi və sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının işinin reqlamenti ilə bağlı təkliflərinə rəsmi Bakının cavabını gözləyir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib. Bildirilib ki, Ermənistan tərəfi müqavilənin mətni ilə bağlı təklifləri fevralda təqdim edib: "Hələ ki cavab yoxdur. Amma bunu normal hesab edirəm, çünki cavab hazırlamaq üçün vaxt lazımdır. Müqavilə üzərində iş gedir və bu, şəxsi görüşlərdən asılı olmayaraq davam edir. Lazımi sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlara ehtiyac yoxdur". "Regional kommunikasiyalar və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təkliflər qüvvədə qalır", - deyə Paşinyan əlavə edib.
1-03-2023, 20:16
Blinken G20 çərçivəsində rus və çinli həmkarları ilə görüşməyəcək


Blinken G20 çərçivəsində rus və çinli həmkarları ilə görüşməyəcək

ABŞ dövlət katibi Entoni Blinken G20 xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə səfər edəcək. Görüşdə Rusiya və Çin xarici işlər nazirləri də iştirak edəcək. Məlumata görə, Blinken G20 çərçivəsində rus və ya çinli həmkarları ilə görüşməyi planlaşdırmır.
1-03-2023, 20:09
Rusiya Ukraynanın Krıma PUA-larla hücum etdiyi açıqlayıb


Rusiya Ukraynanın Krıma PUA-larla hücum etdiyi açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krıma PUA-larla hücum etdiyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, hücumun qarşısı alınıb, ümumilikdə 10 PUA məhv edilib. Qeyd edək ki, bu gün Krımda güclü partlayışların olması haqda xəbərlər yayılmışdı.
1-03-2023, 20:05
ABŞ artıq Çinə qara yaxa bilməyəcək - Rəsmi Pekin


ABŞ artıq Çinə qara yaxa bilməyəcək - Rəsmi Pekin

Çin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir. Bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin deyib. Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edən XİN rəsmisi ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırıb. "Xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan ABŞ artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq", - deyə Pekinin cavabında vurğulanıb. Qeyd edək ki, Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.
1-03-2023, 20:01
Ərdəbildə məktəbli qızlar arasında kütləvi zəhərlənmə baş verib


Ərdəbildə məktəbli qızlar arasında kütləvi zəhərlənmə baş verib

Bu gün 2 saat ərzində İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Ərdəbil şəhərində qızların təhsil aldığı 7 orta məktəbdə 108 şagird zəhərlənib. Bunu Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Əli Məhəmmədian Ərdi deyib. Onun sözlərinə görə, orta məktəblərdə şagirdlər qaz və yaxud ona bənzər iy hiss edib və tənəffüs sistemində problem yaşandığına görə xəstəxanalara köçürülüblər. Hazırda şagirlərin vəziyyəti qənaətbəxşdir.
1-03-2023, 16:02
Çavuşoğlu rusiyalı həmkarı ilə Hindistanda görüşüb


Çavuşoğlu rusiyalı həmkarı ilə Hindistanda görüşüb

Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Telegram" kanalında məlumat yayıb. Görüş Hindistanda keçirilib. Detallar barədə məlumat verilməyib. Qeyd edək ki, hər iki nazir Hindistanın Yeni Dehli şəhərində səfərdədir.
1-03-2023, 15:57
Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdi


Kılıçdaroğlu vahid namizədlə bağlı açıqlama verdi

Türkiyənin müxalif "Millət İttifaqı"na daxil olan Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu vahid namizədlə bağlı yeni açıqlama verib. Partiya sədri ittifaqın vahid namizədinin sabah müəyyən ediləcəyini deyib. "Namizədimizi sabah təyin edəcəyik, amma daha sonra, başqa tarixdə açıqlayacağıq", - deyə o bildirib. Qeyd edək ki, seçkilərin növbədənkənar qaydada 14 mayda keçirilməsi gözlənilir.
1-03-2023, 15:54
Ukrayna Rusiyaya PUA ilə hücum etmir - Podolyak


Ukrayna Rusiyaya PUA ilə hücum etmir - Podolyak

Ukrayna Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etmir. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında yazıb. O istehza ilə qeyd edib ki, Rusiyaya PUA hücumlarını yadplanetlilər təşkil edib. “Biz öz ərazilərimizi azad etmək üçün müharibə aparırıq", - Podolyak bildirib. Qeyd edək ki, Ukraynanın Rusiyanın paytaxtı Moskva daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia olunur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd göstərib.
1-03-2023, 15:51
Təbriz şəhərindəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb


Təbriz şəhərindəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb

İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində məlumat yer alıb. Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Qeyd edilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.
1-03-2023, 15:47
Yunanıstanda 3 günlük matəm elan edildi


Yunanıstanda 3 günlük matəm elan edildi

Yunanıstanda qatar qəzası ilə əlaqədar olaraq matəm elan olunub. Ölkədə matəm 3 gün müddətinə qüvvədə olacaq. Qeyd edək ki, hadisə nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!